Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-748/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı "X4" MMC-nin cavabdeh ləğv prosesində olan İddiaçı ASCyə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, İddiaçı "X4" MMC-nin cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 311/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (borc alan) arasında xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 12 ay müddətinə, illik 16,5% olmaqla 245.000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit XəttiMüqaviləsi”nə xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfindən borc alana “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə xx.xx.2021-ci il tarixinə qədər, illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən illik 16.5% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin mövcud borcuna hesablanan (əsas borc 245000, faiz 1235.19 AZN) illik faiz dərəcəsi 16.5%-dən 12%-ə endirilməsi barədə razılığa gəlmişlər.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi”nə 04.5.2023-cü il tarixli Əlavəyə əsasən illik 12% hesablamaq şərti ilə açılan 245.000 manat məbləğində olan kredit xəttinin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 12 ay müddətinə, illik 13% olmaqla 170.000 AZN məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.
7. 03.06.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” xx.xx.2024-cü il tarixə əsas borc 245.000 manat, faiz borcu 18.293,38 manat, əsas borca illik 5% hesablamaqla 850,69 manat olmaqla, cəmi 264.144,07 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə əsas borc 170.000 manat, faiz borcu 7.427,07 manat, əsas borca illik 5% hesablamaqla 2.809,72 manat olmaqla cəmi 180.237,79 manat təşkil edir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 9/8946 nömrəli rəyə əsasən xx.xx.2020-ci il tarixli, 695/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) kreditora ödənilməli məbləğ əsas borc üzrə 245.000 manat, faiz borcu üzrə 129.206,88 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 245.000, faiz borcu üzrə 141.865,21 manat, xx.xx.2022-ci il tarixli, 199/M saylı “Kredit Xətti Müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) kreditora ödənilməli məbləğ əsas borc üzrə 170.000 manat, faiz borcu 22.100 manat, xx.xx.2024-cü il tarixə (məhkəmə qərardadının çıxarıldığı tarix) əsas borc üzrə 170.000 manat, faiz borcu üzrə 40.209,72 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə “MuğanBank“ ASC müflis elan edilmiş və Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2020-ci il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 264.144,07 (iki yüz altmış dörd min yüz qırx dörd manat yeddi qəpik) manat borc olmaqla – bundan 245.000 (iki yüz qırx beş min) manat əsas, 18.293,38 (on səkkiz min iki yüz doxsan üç manat otuz səkkiz qəpik) faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 850,68 (səkkiz yüz əlli manat altmış səkkiz qəpik) faiz borcunun, - 09 dekabr 2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə cəmi 180.237,79 (bir yüz səksən min iki yüz otuz yeddi manat yetmiş doqquz qəpik) manat borc olmaqla – bundan 170.000 (bir yüz yetmiş min) manat əsas, 7.428,07 (yeddi min dörd yüz iyirmi səkkiz manat yeddi qəpik) faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün 2.809,72 (iki min səkkiz yüz doqquz manat yetmiş iki qəpik) faiz borcunun, iş üzrə ödənilmiş 735 (yeddi yüz otuz beş) manat məbləğində dövlət rüsumunun cavabdeh “X4” MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X4” MMC arasında bağlanmış 29 aprel 2020-ci il tarixli, 695/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 29 aprel 2021-ci il tarixinədək illik 16.5 (on altı tam onda beş) faiz dərəcəsi ilə 245.000 (iki üz qırx beş min) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kreditin illik faiz dərəcəsi 12% təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən qalıq borcun istifadə müddəti xx.xx.2024-cü il tarixinə artırılmışdır. Həmçinin tərəflər arasında bağlanılmış 09 dekabr 2022- ci il tarixli, 199/M saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 09 dekabr 2023cü il tarixinədək illik 13 (on üç) faiz dərəcəsi ilə 170.000 (bir yüz yetmiş min) AZN məbləğində bərpa olunan kredit xətti açılmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********342 saylı xx.xx.2024-cü il tarixli və **********076 saylı xx.xx.2024-cü il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.
12. "X4" MMC cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin «Muğanbank” ASC-də olan və xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən tələb hüququ “X4” MMC-də olan 430.000 manat pulun «Muğanbank”ASC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC -də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı vardır. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-də olan olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüş, pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC, “X4” MMC və LPO İddiaçı ASC arasında “Tələbin güzəştinə dair” müqavilə bağlayaraq, əsas müqavilə üzrə İddiaçı ASC -nin "xxxx" MMC qarşısında olan "xxxx" MMC-nin İddiaçı ASC-dəki AZ33MUGA**********00753AZM00 nömrəli cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X4” MMC-nin təsisçisi K.İbrahimova tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və "xxxx" MMC əsas müqavilənin 2.3.1-ci bəndinə əsasən öhdəliyi İddiaçı ASC-dən tələb etmək hüququnu “X4” MMC-yə güzəşt etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-311/2025 saylı qətnaməsi ilə iddia ilkin və qarşılıqlı iddialar təmin edilmişdir. xx.xx.2020-ci il tarixli 695/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 245.000 manat, faiz borcu üzrə 18.293 manat, 38 qəpik olmaqla, cəmi 263.293 manat, 38 (otuz səkkiz) qəpik məbləğində pulun, xx.xx.2020-ci il tarixli 695/M saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 850 manat 68 qəpik məbləğində pulun, xx.xx.2022-ci il tarixli 199/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 170.000 manat, faiz borcu üzrə 7.428manat, 07 qəpik olmaqla, cəmi 177.428 manat, 07 qəpik məbləğində pulun və xx.xx.2022-ci il tarixli 199/M saylı kredit müqaviləsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 2.809 manat 72 qəpik məbləğində pulun “X4” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Qarşılıqlı iddia üzrə 430.000 manat məbləğində pulun isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X4” MMC-yə ödənilməsi qət edilmişdir. Pul tələblərinin qismən əvəzləşdirilməsi, yekun olaraq 14.381 manat 85 qəpik məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 735 manat məbləğində pulun “X4” MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi müəyyən edilmişdir.
15. Məhkəmə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. İlk iddia təmin edilərkən məhkəmə cavabdeh tərəfin ilkin iddianı əsas və faiz borcu hissəsində qəbul etdiyini və Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilən ekspert rəyində qeyd edilmiş məbləğlərin təsdiqini tapdığını nəzərə almışdır. Qarşılıqlı iddia ilə bağlı müəyyən edilmişdir ki, “MuğanBank“ ASC, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilədən görünüb ki, xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabları üzrə 5.991.989,14 manat pul qalığı olmuşdur. "xxxx" MMC borclu bank müflis elan edilməmişdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə «MUĞANBANK” ASC-də olan cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürmüşdür. Pul qalığının tələbi bank tərəfindən icra edilməmişdir və tələbin icra müddəti bitmişdir. Qeyd edilmiş müqavilədən həmçinin görünüb ki, “MuğanBank“ ASC-nin "xxxx" MMC qarşısında olan, "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X4” MMC-nin təsisçisi X3 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və "xxxx" MMC əsas müqavilənin 2.3.1-ci bəndinə əsasən 430.000 manat pulu tələb etmək hüququnu “X4” MMC-yə vermişdir. Məhkəmə qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə “MuğanBank“ ASC müflis elan edilmiş və Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Məhkəmə iclasında “MuğanBank“ ASC-nin nümayəndəsindən "xxxx" MMC-yə aid pulun əmanət hesabı və yaxud cari hesab üzrə pulun olması dəqiqləşdirilmiş, “MuğanBank“ ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqavilədə göstərildiyi kimi, cari hesabda olan pul olduğunu bildirmişdir. Hazırkı işdən də, göründüyü kimi, "xxxx" MMC, öz cari hesabında olan pulun köçürülməsi ilə bağlı banka, onun müflis elan edilməsi ilə bağlı məhkəmə qərarı çıxmamışdan 14 gün əvvəl müraciət etsə də, tələbi icra edilməmişdir. Bu baxımdan, qarşılıqlı iddiaçının ona güzəşt edilmiş 430.000 manat pulun geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Qeyd edilmiş halları yəni, "xxxx" MMC-nin, “MuğanBank“ ASC-yə bank müflis elan edilməmişdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə cari hesablar üzrə pul vəsaitinin köçürülməsinə dair tələb irəli sürdüyündən, bu tələbin bank tərəfindən icra edilmədiyindən, "xxxx" MMC-nin “MuğanBank“ ASC-də olan cari hesabındakı vəsaitdən 430.000 manat pulun tələb hüququnu “X4” MMC-yə güzəşt etməsini nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, 430.000 manat məbləğində pul Ləğv prosesində olan “MuğanBank“ ASC-dən tutularaq “X4” MMC-yə verilməlidir. Bundan başqa Məhkəmə, Ləğv prosesində olan “MuğanBank“ ASC-nin nümayəndəsinin Bankın xx.xx.2023-cü ildə müflis elan edildiyi, tələbin güzəştinə dair müqavilənin isə xx.xx.2024-cü il tarixdə bağlanması səbəbindən “X4” MMC-nin hazırkı tələb irəli sürmək hüququnun olmaması barədə dəlilini əsassız hesab etmişdir. Tələbin güzəştinə dair müqavilə, bank müflis elan edildikdən sonra bağlansa da, ilk sahibin ("xxxx" MMC) yerini “X4” MMC tutmuş və bununla da, "xxxx" MMC-nin sahib olmuş olduğu bütün hüquqlara malikdir. Həmçinin Məhkəmə qeyd etmişdir ki, qeyd edilən qarşılıqlı iddia üzrə tələbə hazırki icraat çərçivəsində baxılmalı olduğundan, tutulmuş məbləğlərin əvəzləşdirilməsi də, mümkündür. Belə ki, əks yanaşma, bir tərəfin əsassız olaraq zənginləşməsi, digər tərəfin isə ağır durumuna düşməsi ilə nəticələnə bilməklə, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması və hüququn ədalətlilik prinsipinin pozulmasına gətirib çıxara bilər. Ona görə də, məhkəmə hesab etmişdir ki, pul tələbləri qismən əvəzləşdirilməli, “X4” MMC-dən bankın xeyrinə tutulmuş cəmi 444.381,85 manat puldan İddiaçı ASC-dən tutulmuş 430.000 manat pul çıxılmalı və yekunda 14.381,85 (444.381,85-430.000) manat məbləğində pul “X4” MMC-dən tutularaq Ləğv prosesində olan “MuğanBank“ ASC-yə ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 442, 445.7, 462.1, 739.1, 741-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına istinad etmişdir.
17. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin qismən ləğv edilməsini qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X9 Reyestrindən Çıxarış”a əsasən hüquqi şəxsin adı İddiaçı ASC (ləğv prosesindədir) kimi əks olunur. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında “Banklar haqqında” qanunun 82-ci maddəsində müəyyən edilmiş növbəlik qaydasında bölüşdürülür. Halhazırda isə 1-ci növbə üzrə tələblər ödənilməkdədir. Təminatsız kreditor tələbi isə sonuncu növbəlikdə ödənilir. Birinci instansiya məhkəməsi isə hüquqi şəxsin qeydə alınmış kreditor tələbinin bankdan tutulması barədə qətnamə qəbul etmiş, bununla da cavabdehin hüquqlarını pozmuşdur. Banklar haqqında” qanunun 72.1-ci maddəsinə əsasən iddiaçının tələbində iflas proseduru çərçivəsində baxılmalı işlər kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə isə qanunvericilik normalarının pozulması ilə nəticələnmişdir. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlımülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan RespublikasıQanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı(və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. İddiaçının tələbi qeydə alınmış kreditor tələbi ilə bağlıdır. qeydə alınmış kreditor tələblərinin ödənilməsi ilə bağlıbütün işlərə iflas proseduru çərçivəsində Bakı apellyasiya Məhkəməsinin İnzibati kollegiyası tərəfindən baxılır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarına əməl edilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Qarşılıqlı iddia üzrə iddiaçıya tələbin güzəştinə dair müqavilə ilə ötürülmüş tələb kreditor tələbi bankın etiraz və qəbul edilmiş tələblərinin reyestrində qəbul edilmiş tələb kimi qeydə alınmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC, “X4” MMC və LPO İddiaçı ASC arasında “Tələbin güzəştinə dair” müqavilə bağlayaraq, əsas müqavilə üzrə İddiaçı ASCnin "xxxx" MMC qarşısında olan "xxxx" MMC-nin İddiaçı ASC-dəki AZ33MUGA**********00753AZM00 nömrəli cari hesabındakı vəsaitdən 430.000 manat pul öhdəliyi “X4” MMC-yə güzəşt etmişdir. Məlum olduğu kimi, hüquqi şəxslərin vəsaitləri banka qarşı kreditor tələbi kimi qeydə alınır və növbəlik qaydasında ödənilir. “X4” MMC-nin də kreditor tələbi qeydə alınmışdır. Və tələblərin reyestri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.6-cımaddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-3(103)-23/2024 nömrəli qərardadı ilə təsdiq edilmişdir. İddiaçının tələbi qeydə alınmasına və məhkəmə tərəfindən təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yenidən pulun lpo bankdan tutulması barədə qərar qəbul etmişdir. Cavabdehin nümayəndəsi “qarşılıqlı iddia ərizəsi” də qanunvericiliyin qeyd edilən norması ilə müəyyən edilmiş müddətin ötürülməsini etiraf edir. Lakin məhkəmə öz qətnaməsində bu hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bankın iddia ərizəsinə əlavə olunmuş qoşma sənədlərdən də göründüyü kimi bank iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl xəbərdarlıq məktubunu “X4” MMC-nin “Onlayn Kargüzarlıq” sistemində olan elektron kabinetinə yerləşdirmişdir. Daha sonra iddia ərizəsini də eyni qaydada cavabdeh tərəfə çatdırmışdır. Lakin cavabdehin nümayəndəsi 9 ay sonra (baxış iclasında) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə bunu öz icraata qabul etmiş və mahiyyəti üzrə baxmışdır. Bu isə kobud prosessual pozuntudur. Belə olan halda qarşılıqlı iddia tələbinin təmin edilməsi qanunsuzdur. Məhkəmə işin faktik hallarına obyektiv hüquqi qiymət verməmiş, öz subyektiv mülahizələri əsasında işin faktiki hallarını düzgün araşdırmadan yekun qənaətə gələrək ədalətsiz məhkəmə aktı qəbul etmişdir.
19. Apelyator pozulmuş maddi hüququ norması kimi “Banklar haqqında” qanunun 72.1, 76-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarını, prosessual hüquq norması kimi MPM-in 88, 155.1, 155.2, 217, 385.1.2, 390-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi və qətnamənin qarşılıqlı iddia hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İzahatında bildirdi ki, əvəzləşdirmə aparılması üçün “Banklar haqqında” qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmalı idi. Qarşılıqlı iddia üzrə iddiaçının tələbinin kreditor tələbi kimi qeydə alınması əvəzləşdirmənin aparılmasını da mümkün etmir. Məhkəmənin suallarına cavab olaraq nümayəndə pul vəsaitinin köçürülməsi barədə sərəncamı təsdiq edən sənədi təqdim edə bilmədiklərini bildirdi.
22. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək iclasın 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin konkret üzürlü səbəblərə istinad etmədiyini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin (LPO) nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Bundan başqa "xxxx" MMC-nin 10 oktyabr 2023-cü ildə cari bank hesabında olan vəsaitin başqa bank hesabına köçürülməsi ilə bağlı sərəncam verildiyini bildirdi.
24. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi. Nümayəndə vəsaitin başqa bank hesabına köçürülməsi ilə bağlı sənədi təqdim edə bilmədiklərini bildirdi.
Tətbiq edilən hüquq:
25. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: -72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. -73.1.1-ci maddəsinə görə ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; -73.1.2-ci maddəsinə görə bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. -76.1-ci maddəsinə əsasən, bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. -77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. -77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. -77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. -77.7-ci maddəsinə əsasən məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. -77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. -77.9-cu maddəsinə əsasən, ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. -78.1-ci maddəsinə görə bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. -82.1-ci maddəsinə görə müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğləri; 82.1.8. təminatsız kreditorların tələbləri.
26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. -106.4-cü maddəsinə görə məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. -384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilmiş, qətnamə yalnız ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı qarşılıqlı iddianın təmin edilməsi və qarşılıqlı pul tələblərinin əvəzləşdirilməsi hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilməsi və qarşılıqlı pul tələblərinin əvəzləşdirilməsi hissədə ləğv edilməli və qarşılıqlı iddia hissəsində iş üzrə icraata xitam verilməlidir.
32. Belə ki, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin müflis elan edildiyi tarixə "xxxx" MMC-nin həmin bankda olan cari hesabında 5.991.989,14 manat pul qalığı olmuş və xx.xx.2024-cü il tarixdə “X4” MMC, ləğv prosesində olan "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış tələbin güzəştinə dair notarial qaydada təsdiq edilmiş üçtərəfli müqaviləyə əsasən "xxxx" MMC İddiaçı ASCdə olan cari hesabındakı vəsaitin 430.000 manat hissəsi üzrə tələb hüququnu “X4” MMCyə güzəşt etmişdir.
33. Hazırda qarşılıqlı iddiaçı “X4” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbi xx.xx.2022-ci il tarixli, HM/22/000/013305 nömrəli bank hesabı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı ASC-də olan və xx.xx.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən tələb hüququ Cavabdeh MMC-də olan 430.000 manat pulun tutulmasından ibarətdir.
34. Kollegiya ilk növbədə müflis elan edilmiş banka qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbinin kreditor tələb olub-olmadığına münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı irəli sürdükləri tələbin ilkin sahibi olmuş "xxxx" MMC-nin bank müflis elan edilməmişdən öncə - 10 oktyabr 2023-cü il tarixdə İddiaçı ASC-yə cari bank hesabında olan pulun köçürülməsi ilə bağlı sərəncam verməsini, lakin həmin tələbin İddiaçı ASC tərəfindən icra edilməməsini iddia edir.
35. O da qeyd edilməlidir ki, bank müflis elan ediləndən əvvəl "xxxx" MMC-nin bank hesabında olan pul vəsaitlərinə dair sərəncam verilməsi “X4” MMC, ləğv prosesində olan "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış tələbin güzəşti barədə müqavilədə göstərilmiş və cavabdeh İddiaçı ASC həmin müqaviləni imzalamaqla sözügedən faktı təsdiq etmişdir. Məhkəmə iclasında verdiyi izahatda da İddiaçı ASC-nin nümayəndəsi "xxxx" MMC-nin 10 oktyabr 2023-cü ildə cari bank hesabında olan vəsaitin başqa bank hesabına köçürülməsi ilə bağlı sərəncam verməsi faktını qəbul etmişdir.
36. Tərəflərə sözügedən sərəncamı təsdiq edən sənədin (məsələn, ödəniş tapşırığının) məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sənəd məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi sözügedən sənədin müflisləşməyəqədərki dövrə aid olduğunu və bankda tapılmadığı bildirmişdir.
37. Kollegiya bank müflis elan edilənədək hesabda olan pul vəsaitinin köçürülməsi barədə sərəncamın verilməsi faktının qarşılıqlı cavabdeh tərəfindən etirafı ilə bağlı qeyd edir ki, birincisi, buna dair ödəniş tapşırığının bankda tapılmaması ağlabatan və inandırıcı görünmür. Belə ki, 2023-cü ildə bütün bankların ödənişləri elektron sistem vasitəsilə həyata keçirməsi hamıya bəlli olan sübuta ehtiyacı olmayan haldır. Belə olan halda isə, banka təqdim edilən bütün ödəniş tapşırıqları bankın elektron informasiya sisteminə daxil edildiyindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü ildə verilmiş ödəniş tapşırığının bank tərəfindən aşkar edilməməsi yalnız elektron sistemdə məlumatların itirilməsi ilə nəticələnən ciddi texniki nasazlıq olduqda mümkün ola bilər ki, hazırkı halda belə bir halın mövcudluğu müəyyən edilmir.
38. İkincisi, o da vurğulanmalıdır ki, sözügedən etirafın məhkəmə tərəfindən qəbul edilməsi qarşılıqlı iddianın cari bank hesabı barədə müqaviləyə əsaslanan kreditor tələb kimi deyil, “Banklar haqqında” AR Qanunun 73.1.1 və 73.1.2-ci maddələrinə əsasən bank müflis edilənədək ödəniş sisteminə daxil edilmiş, lakin bank tərəfindən vaxtında icra edilməmiş gerigötürülməz tələb kimi qiymətləndirilməsinə və həmin məbləğin bank tərəfindən müflisləşmə prosedurunun kənar qaydada ödənilməsi üçün əsas verir, bununla da həmin etiraf müflisləşmə prosesində olan bankın daha əvvəlki növbədən olan kreditorlarının qanuni hüquq və maraqlarına təsir göstərir.
39. Beləliklə, faktın etirafının məhkəmə prosesinə cəlb edilməmiş üçüncü şəxslərin hüquq və maraqlarına toxunduğunu nəzərə alan kollegiya həmin etirafın işin hallarının gizlədilməsi məqsədi daşımasından şübhə etməklə MPM-in 106.4-cü maddəsinə əsasən etirafı qəbul etmir və hesab edir ki, sözügedən fakt ümumi qaydada sübuta yetirilməlidir.
40. Odur ki, hazırkı halda tərəflər bank müflis elan ediləndən öncə "xxxx" MMC-nin cari bank hesabında olan pul vəsaitləri barədə sərəncam verməsi iş materialları ilə öz təsdiqini tapmadığından kollegiya belə qənaətə gəlir ki, "xxxx" MMC-yə məxsus olmuş və tələbin güzəşti barədə müqaviləyə əsasən qarşılıqlı iddia üzrə iddiaçıya güzəşt edilmiş tələb hüququ bankla bağlanmış bank hesabı barədə müqavilədən irəli gələn kreditor tələbdir.
41. “Banklar haqqında” AR Qanununun yuxarıda sadalanan normalarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında (bax:24-cü paraqraf) əks olunmuş hüquqi mövqedən də göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir.
42. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “X4” MMC-nin cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı irəli sürdüyü qarşılıqlı iddia üzrə tələb mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan qarşılıqlı iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Məhkəmə həmçinin qətnamənin ilkin və qarşılıqlı iddia tələbləri üzrə öhdəliklərin qarşılıqlı əvəzləşdirilməsi hissəsi ilə bağlı qarşılıqlı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı razılaşır ki, “Banklar haqqında” AR Qanununun 78.1-ci maddəsinə görə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinə yalnız həmin Qanunun 82-ci maddəsinə nəzərdə tutulmuş kreditorların növbəliyinə əməl edilməsi şərti ilə yol verilir.
43. Hazırkı halda birinci instansiya məhkəməsi kreditorların növbəliyini nəzərə almadan qarşılıqlı iddia üzrə iddiaçının sonuncu – 8-ci növbəyə aid olan tələbini bankın aktivi ilə əvəzləşdirməklə “Banklar haqqında” AR Qanununun tələblərini pozmuşdur.
44. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən –qarşılıqlı iddia hissəsində və pul tələblərinin əvəzləşdirilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia hissəsində iş üzrə icraata xitam verilməlidir.
45. Apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu 367,5 manat məbləğində dövlət rüsumu qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddia və pul tələblərinin əvəzləşdirilməsi hissələrində ləğv edilsin, qarşılıqlı iddia hissəsində iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 367,5 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh “X4” MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Səməd Cəfərov