Məhkəmə qərarları › İş №2-2(103)-75/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-75/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-75/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 nümayəndə və vəkilləri Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-290/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə X11 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli SKS-0033 nömrəli kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitin tikintisi məqsədilə ******* manat məbləğində kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan 1 saylı Əlavəyə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kredit 84 ay müddətinə verilir.Faizlər aylıq ödənilməklə,əsas məbləğin ödənişinə 36 ay möhlət verilir.Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir.Kreditin ilk dəfə verilənməbləği ******* manatdan çox olmamalıdır. 2.11-ci bəndinə əsasən borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşğıdakı ardıcıllıqla aparılır: 2.11.1-ci bəndinə əsasən hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.11.2-ci bəndinə əsasən hesablanmış faizlər silinir; 2.11.3-cü bəndinə əsasən əsas məbləğ silinir. 2.12.3-cü bəndinə əsasən müqavilənin müddəti ərzində borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə bəorc verən tərəfindən “Kredit ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində cərimə tətbiq olunur.

2. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS- 0033 daylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 Cavabdeh6 ilə kreditor arasında bağlanmış SKS-0033 saylı,xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.

3. İddiaçı ASC ilə X12 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS-0033 saylı zaminlik müqaviləsinə əsasən zamin X2 Hatəm Əli oğlu ilə kreditor arasında bağlanmış SKS-0033 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.

4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli SKS- 0033 saylı zaminlik müqaviləsinə əsasən əsasən zamin Cavabdeh2 Cavabdeh6 ilə kreditor arasında bağlanmış SKS0033 saylı,xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyti öz üzərinə götürür.

5. X12 onun hüquq varisi olan Cavabdeh5 ilə əvəz olunmuşdur.

6. İddiaçı ASC ilə Cavabdeh3 Yusif qızı (ipoteka qoyan) və Cavabdeh6 (borc alan) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi,ev 12, m.59 ünvanında yerləşən ümumi sahəsi 248 kvadrat metr olan mənzil ipoteka ilə yüklü edilmişdir.

7. İddiaçı ASC ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2019- cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh6 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan məxsus xüsusi mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil, habelə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

9. İddiaçı ASC ilə X12 (ipoteka qoyan) və Cavabdeh6 (borc alan) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli,SKS-0033 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq X9 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 məxsus Naftalan şəhəri,R.Zülfüqarov küçəsi,ev 64A ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus Naftalan şəhəri,R.Zülfüqarov küçəsi,ev 64A ünvanında yerləşən qeyri-yaşayış binası 0,5454 ha torpaq sahəsilə birlikdə İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6 məxsus Goranboy rayonu,Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evi 0,05 ha topraq sahəsilə birlikdə İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi,ev 12, m.59 ünvanında yerləşən ümumi sahəsi 248 kvadrat metr olan mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/350, xx.xx.2024-cü il tarixli rəyinə əsasən SKS-0033 saylı kredit müqaviləsi üzrə Cavabdeh6 xx.xx.2023-cü il tarixə əsas borcu – 972101,09 manat, faiz borcu – 11379,05 manat müəyyən edilmişdir.

18. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin bazar qiyməti – 744000 manat, likvid qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə bazar qiyməti – 110000 manat, likvid qiyməti – 70000 manat, Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinin bazar qiyməti – 165000 manat, likvid qiyməti – 150000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin bazar qiyməti – 122000 manat, likvid qiyməti – 110000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə bazar qiyməti – 360000 manat, likvid qiyməti – 300000 manat, tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilin bazar qiyməti – 163000 manat, likvid qiyməti – 146000 manat təşkil edir.

19. 22.04.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 3000 manat vəsait ödənilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli, 9/10473 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, 103 nömrəli binada yerləşən, ümumi sahəsi 79,18 m2 olan orta təmirli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri dəyəri təxminən 171.000,00 manat (79,18 m2 x 2160), likvid dəyəri təxminən 153.900 manat (171000-10%) məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2025-ci il tarixli, 9/10423 saylı ekspert rəyinə əsasən Cavabdeh6 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh6 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu 972.101,09 manat, faiz borcu 9.045,94 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa rəydə göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) sonra ümumilikdə 15.218,72 manat məbləğində kredit ödənişi olmuşdur. xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən sonra ödənilmiş 15.218,72 manat məbləğində kredit ödənişinin tarixlərinə Borcalanın faiz borcu olduğu halda ödənişlər bank tərəfindən əsas borcdan silinmişdir.

22. "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, ƏEM/İ 57- 319/25 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin real bazar dəyəri 745.000 manat, likvid qiyməti 650.000 manat təşkil edir. Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi fərdi yaşayış evinin real bazar dəyəri 135.000 manat və likvid qiyməti 115.000 manat təşkil edir.Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi, 0,5454 ha torpaq sahəsinin real bazar dəyəri 400.000 manat və likvid qiyməti 320.000 manat təşkil edir. ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzil real bazar dəyəri 170.000 manat və likvid qiyməti 158.000 manat təşkil edir Naftalan şəhəri, Ş.Qurbanov küçəsindəki 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin real bazar dəyəri 205.000 manat likvid qiyməti 180.000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

23. İddiaçı QSC cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, X12 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdehlər Cavabdeh6bdan, Cavabdeh4, X5 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə kreditə görə 956946,42 AZN, faiz borcuna görə 26442,52 AZN, cərimə borcuna görə 13517,72 AZN, cəmi 996906,66 AZN, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 360 manat, mediasiya xərci kimi ödənilmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 486,91 manat pulun, İddiaçı ASCnin xeyrinə tutulması; bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumisahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh6 xx.xx.2019-cu il tarixli, SKS- 0033 saylı kredit müqaviləsi üzrə cəmi 996906,66 manat borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1646,91 manat məbləğində pulun ödənilməsi; İpoteka predmetləri olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəlimənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyriyaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 10 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə tutma yönəldikdən və əmlaklar açıq hərracdam satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaqdıqda əmlakların boşaldılması, İpoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh6 Cavabdeh4, X5 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh6arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SKS0033saylı kredit müqaviləsinə əsasən, əsas vəsaitin tikintisi məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 84 ay müddətinə ******* manat məbləğində AR SİF-nun vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 1.1., 1.2. və 2.2., 2.3. maddələri). Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4, X12və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, SKS-0033 saylızaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ iləCavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMCnin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36nömrəlimənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil, İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixdə İpoteka ilə yüklü edilmiş, İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, ipoteka qoyanların ailə üzvləri razılıqlarını vermiş və ipotekalar dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli, SKS-0033saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar.

25. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X12 hüquqi varisi olan Cavabdeh5 ilə əvəz edilmişdir.

26. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdehlər Cavabdeh6bdan, Cavabdeh4, X5 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə kreditə görə 956.946,42 manat, faiz borcuna görə 60332,02 manat, cərimə borcuna görə 75186,62 manat, cəmi 1092465,06 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 360 manat, mediasiya xərci kimi ödənilmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 537 manat pulun, İddiaçı ASC-nin xeyrinə tutulması; Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumisahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına QocayevHatəm Əli oğlunun xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə cəmi 1092465,06 AZN borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1697 manat məbləğində pulun ödənilməsi; 3. ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh6 Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə 956946,42 manat əsas borc, 11379,05 manat faiz borcu, 45000 manat cərimə borcu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 360 manat, dövlət rüsumu kimi ödənilmiş 486,91 manat, "xxxx" MMC-yə ödənilmiş 3000 manat, ümumilikdə 1.017.172,38 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə - ilkin satış qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4, kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə – ilkin satış qiyməti 150000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə - ilkin satış qiyməti 110.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 300.000 manat və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə - ilkin satış qiyməti 146000 manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 1.017.172,38 manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.

28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh6 arasında xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə əsas vəsaitin tikintisi məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 84 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh4, X12və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, SKS0033 saylı zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMCnin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəlimənzil, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzil iddiaçı qarşısında xx.xx.2019-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməli, ekspert rəyində cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcu iddia tələbindən artıq məbləğdə müəyyən edildiyi, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi əsas borc hissədə iddia ərizəsində göstərilən məbləğdə müəyyən edilməlidir. Belə ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən xx.xx.2024-cü il tarixə olan 60332,02 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Materiallardan müəyyən edilmişdir ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsi xx.xx.2023- cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada göndərilmişdir. İddia ərizəsində isə kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür. Göründüyü kimi iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış SKS-0033 saylı kredit müqaviləsinin müddəti 84 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cəmi əsas borcun ödənilməsini tələbi irəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Qeyd olunan halları, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış SKS0033 saylı kredit müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı SKS-0033 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddia ərizəsində görünür ki, göstərilən müqavilə üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə borcu 45000 manat müəyyən edilməlidir. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 956946,42 manat əsas, 11379,05 manat faiz borcu, 45000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəylərində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə 956946,42 manat əsas borc, faiz borcuna görə 11379,05 manat, 45000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə - ilkin satış qiyməti – 610000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzi – ilkin satış qiyməti 150000 manat, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə - ilkin satış qiyməti 110.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 300.000 manat və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə - ilkin satış qiyməti 146000 manat olmaqla yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 360 manat, dövlət rüsumu kimi ödənilmiş 486,91 manat, "xxxx" MMC-yə ödənilmiş 3000 manat cavabdehlərə, 800 manat mediasiyaya dair xərc iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 489.1, 470.1, 472.1, 472.2, 317.1, 319.1, 319.5-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 421.2, 421.3-cü maddələri düzgün tətbiq edilməmişdir. Cavabdeh6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli SKS-0033 saylı kredit müqaviləsi 2.2-ci bəndinə əsasən müqavilə 84 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti bitməmişdir. İddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı formada cavabdehə müraciət etməmiş, müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı öz iradəsini ifadə etməmişdir. İddia ərizəsində də belə bir tələb qoyulmamışdır. Ona görə də “pulun tutulması” barədə iddia ərizəsinin məhkəməyə təqdim edilməsi tarixindən kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi mövcud qanunvericiliyə ziddir. İş materialında olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyi həqiqəti əks etdirmir. 2020-2023-cü illərdə edilmiş ödənişlərin bir qismi nəzərə alınmamışdır. Cavabdehlər isə bu ekspertizanın keçirilməsindən məlumatsız olublar. Ödənişlərin hamısı iddiaçıda var. Lazım gələrsə məhkəməyə cavabdehlər də təqdim edə bilərlər. ”Legal Prime” MMC tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyləri reallığı əks etdirmir və qiymətləndirmə səthi, cavabdehlərin iştirakı olmadan aparılmışdır. Əmlakların bazar qiymətləri düzgün qiymətləndirilməmiş, mövcud bazar qiymətindən çox aşağı qiymətləndirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

33. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, qətnamənin ləğv edilməsini xahiş etdi. İzahatında bildirdi ki, ekspert rəyi il razı deyil, yenidən ekspertiza təyin edilməsini xahiş edir, belə ki, verilən rəydə əmlakların dəyəri olduğundan aşağı göstərilib.

34. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə3 ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

35. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri (X4, Nümayəndə3) apellyasiya şikayətinə etiraz etmiş, təmin edilməməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq:

36. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun: -1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

37. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində cavabdehlər qətnamənin əsaslılığını əsas, faiz və cərimə məbləğləri hissəsində və ipoteka predmetləri olan əmlakların ilkin satış dəyərləri hissəsində mübahisələndirilmişlər. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə- xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada tutulacaq faiz və cərimə borcu hissələrində, eyni zamanda ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində- dəyişdirilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh6 arasında 20 dekabr 2019-cu il tarixli SKS-0033 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən kredit alana əsas vəsaitin tikintisi məqsədilə 84 ay müddətinə 1.010.000 manat məbləğində kredit ayrılmışdır. Müqaviləyə əsasən kredit alan həmin krediti müqavilənin 1 saylı Əlavəsinə uyğun olaraq qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq digər cavabdehlər Cavabdeh6, Cavabdeh4, X12 və Cavabdeh3 Yusif qızı ilə ipoteka müqavilələri, cavabdehlər Cavabdeh4, X12 (vəfat etdiyindən Cavabdeh5 hüquq varisi qismində işə cəlb edilib) və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borclarının əsas borclu və zaminlər olan cavabdehlərdən müştərək qaydada tutulmasını və tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb edir.

43. Hazırda işin mübahisəli halı kredit müqavilələri üzrə borcun (əsas, faiz və dəbbə pulunun) məbləği ilə bağlıdır. Belə ki, apellyasiya şikayətində cavabdehlər birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş borc məbləğləri ilə razılaşmadığını bildirir.

44. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə cavabdehlərə ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Kredit müqaviləsi üzrə kreditin verilmə müddəti başa çatmadan bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanılması ona dəlalət edir ki, iddiaçının iradəsi məhz kredit müqaviləsinin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsinə yönəldilmişdir. Göründüyü kimi iddiaçı ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildiriş göndərməklə müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini qarşı tərəfə çatdırmış, bununla da müqaviləni vaxtından əvvəl ləğv etmişdir. Odur ki, iddiaçı tərəfindən müqavilə üzrə kreditin istifadəyə görə faizlər həmin tarixədək, yəni xx.xx.2023-cü ilədək olan müddət üçün tələb edilə bilər.

45. Göstərilən hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və kredit müqaviləsi üzrə faizlər xx.xx.2023-cü il tarixə (iddianın qaldırıldığı tarixə) hesablanmışdır.

46. Odur ki, kreditdən istifadəyə görə faizlər xx.xx.2023-cü il tarixədək hesablandığı təqdirdə kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə (ipotekaya tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixə) banka olan əsas borcun 972.101,09 manat, faiz borcunun 9.045,94 manat məbləğində olması, eləcə də xx.xx.2023-cü il tarixdən sonra ümumilikdə 15.218,72 manat məbləğində kredit ödənişi edilməsi müəyyən edilmişdir.

47. Kollegiya hesab edir ki, məhkəmənin həmin rəy ilə razılaşmaması üçün əsaslar mövcud deyildir. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğləri məhz həmin rəy əsasında müəyyən edilməlidir.

48. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası mübahisəli müqavilə üzrə kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə tutulması qət edilmiş 45.000 manat dəbbə pulunun işin halları, kreditorun əmlak və digər əsaslı mənafeləri, əsas borcun məbləği nəzərə alınmaqla tənasübsüz surətdə yüksək olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, həmçinin qeyd edir ki, kredit müqaviləsinin 2.11-ci bəndinə uyğun olaraq (həmin bəndə ödənişin ilk növbədə dəbbə puılundan çıxılması olması nəzərdə tutulub) xx.xx.2023-cü il tarixdən birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək olan müddət ərzində edilmiş 15.218,72 manat məbləğində ödəniş kredit müqaviləsi üzrə hesablanmalı olan 45.000 manat məbləğində dəbbə pulundan çıxılmalı və cavabdehdən tutulacaq dəbbə pulu məbləği 29.781,28 (45.000 -15.218,72) manat məbləğində müəyyən edilməlidir, müvafiq olaraq həmin hissədə qətnamə dəyişdirilməlidir.

49. Kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilmiş əsas borc məbləği və iddia tələbinin hədlərini nəzərə almaqla həmin hissədə iddia tam təmin edərək 956946,42 məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Odur ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Faiz borcuna münasibətdə isə kollegiya hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi kreditdən istifadəyə görə faizlər kredit müqaviləsinə xitam verilənədək, yəni xx.xx.2023-cü ilədək olan müddət üçün hesablanmalı olduğundan həmin hissədə də qətnamə dəyişdirilməli və cavabdehlərdən müştərək qaydada tutulacaq faiz borcu ekspert rəyinə əsasən 9045,94 manat məbləğində müəyyən edilməlidir.

51. Apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin həmin əmlakların real likvid qiymətləri əks etdirməməsi, aşağı məbləğlərdə müəyyənləşdirilməsi olmuşdur.

52. Göstərilən dəlilin araşdırılması məqsədilə iş üzrə təkrar məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi və qiymətləndirici şirkətin rəyi ilə ipoteka predmetləri olan daşınmaz əmlaklarından əksəriyyətinin likvid qiymətlərinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiymətlərindən əhəmiyyətli dərəcədə yüksək olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli, 9/10473 saylı ekspert rəyində X9 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, 103 nömrəli binada yerləşən, ümumi sahəsi 79,18 m2 olan orta təmirli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid qiyməti -153.900 manat məbləğində, qiymətləndirici şirkətin rəyində isə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin likvid qiyməti – 650.000 manat; Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4, kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid qiyməti -115.000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinin, 0,5454 ha torpaq sahəsi ilə birlikdə ikvid qiyməti --320.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin likvid qiyməti 158.000 manat məbləğində müəyyən edilmişdir. Halbuki birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin ilkin satış qiymətini – 610.000 manat; Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4, kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə - ilkin satış qiymətini 70.000 manat, Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinin, 0,5454 ha torpaq sahəsi ilə birlikdə – ilkin satış qiymətini 150.000 manat, ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin ilkin satış qiymətini 110.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilin ilkin satış qiymətini 146.000 manat müəyyənləşdirmişdir.

53. Bununla bağlı kollegiya ipoteka predmetlərinin "xxxx" MMC-nin qiymətləndirici rəyinin əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətlərinin işə apellyasiya instansiya məhkəməsində baxılarkən alınmış rəylərdəki likvid qiymətlərdən əhəmiyyətli dərəcədə aşağı olduğunu(ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi istisna olmaqla), son dövrdə daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi tendensiyasının müşahidə olunduğunu nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin (ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi istisna olmaqla) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin rəylərindəki likvid qiymətlərə əsasən müəyyən edilməsi ağlabatan və ədalətlidir. Odur ki, həmin hissədə qətnamə dəyişdirilməli, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin ilkin satış qiyməti – 650.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4, kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 115.000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinin, 0,5454 ha torpaq sahəsi ilə birlikdə – ilkin satış qiyməti 320.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin - ilkin satış qiyməti 158.000 manat, X9 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilin ilkin satış qiyməti 153.900 manat məbləğində müəyyən edilməlidir.

54. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə (iddia qiymətinin təxminən 2% və qiymətləndirilməyən iddia hissəsində qismən) mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi iddiaçıdan tutularaq apellyatorlara ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə apellyatorların özünə aid edilməlidir.

55. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 250 manat pul vəsaitinin 125 manat hissəsi cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək), 125 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin 1750 manat hissəsi cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) tutularaq iddiaçıya ödənilməlidir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1549/2024 saylı qətnaməsi qismən - cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə tutulacaq faiz, cərimə (dəbbə pulu) və ümumilikdə tutulacaq borc hissələrində, eyni zamanda ipoteka predmetlərinin (ünvan 3 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi istisna olmaqla) ilkin satış qiymətləri hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə tutulacaq faiz borcu 9045,94 manat, cərimə borcu 29.781,28 manat məbləğində, ümumilikdə tutulacaq və əmlakların açıq hərracda satışından əldə olunan vəsait hesabına tutulacaq məbləğ 999.620,55 manat məbləğində müəyyən edilsin. Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 12 ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilin ilkin satış qiyməti – 650.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4, kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə - ilkin satış qiyməti 115.000 manat, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumi sahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinin, 0,5454 ha torpaq sahəsi ilə birlikdə – ilkin satış qiyməti 320.000 manat, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilin - ilkin satış qiyməti 158.000 manat, X9 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilin ilkin satış qiyməti 153.900 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 250 manat pul vəsaitinin 125 manat hissəsi cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək), 125 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 3500 manat məbləğində pul vəsaitinin 1750 manat hissəsi cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 birgə (müştərək) tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi iddiaçıdan tutularaq cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar