Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-750/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022-ci il tarixli, 0109/F-22 sayı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 404/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə 100.000 manat məbləğində kredit vermiş, borcalan isə krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
2. 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18% olmaqla cərimə faizi ödəyir.
3. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borcalan) və X4 oğlu (zamin) arasında 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilələrə görə zamin, borc alanın xx.xx.2022-ci il tarixli, MK 0109/F-22 nömrəli kredit müqaviləsinə əsasən Bankdan 36 ay müddətinə, illik 18% olmaqla aldığı 100.000 manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür.
4. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ödəniş qrafikinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 100.000 manat, faizin məbləği 30.148,62 manat, cəmi ödəniləcək məbləğ 130.148,62 manat məbləğində müəyyən edilmişdir. Ödəniş qrafiki bank və borc alan tərəfindən imzalanmışdır.
5. İddiaçı ASC (bank) ilə X4 oğlu və Cavabdeh1 arasında 05 noyabr 2022-ci il tarixli, MK 0109/F-22 saylı zaminlik müqaviləsinə 01 saylı əlavəyə əsasən 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək zamin Osmanov X1 Nazilə Ağamusa qızı ilə əvəz edilmişdir. Əlavə bankın, borcalanın və zamin Cavabdeh1 imzaları və bankın möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan-borcalan) arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müqavilənin 8. 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka qoyulur.
7. İpoteka müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulmuşdur ki, mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 140.000 manat müəyyən edilir və tutma yönəldilməsi zamanı bu qiymət əsasında hərraca çıxarılır.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
9. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh2 100.000 manat kredit verilmiş, borcalan tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixində olmaqla müxtəlif vaxtlarda və məbləğlərdə ödənişlər edilmişdir.
10. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi barədə bildiriş ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
11. "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli, LP-014/2024 saylı mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzil real bazar dəyərinin 171.000 manat, likvid qiymətinin isə 154.000 manat dəyərində müəyyən edilmişdir.
12. xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışında qeyd edilir ki, İddiaçı ASCnin 06.2022-ci il tarixli MK0109/F-22 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 68.037,68 manat, faiz borcu 12.705,51 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 66.037,68 manat əsas, 12.705,51 manat cərimə borcu olmaqla, cəmi 78.743,19 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəflərindən ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi; həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 112.9 kv.m ümumi sahədən ibarət mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi; xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh2, zamin - Cavabdeh1)tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109 /F-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində xx.xx.2022ci il taixli MK 0109/F-22 saylı zaminlik müqaviləsinə 01 saylı əlavə bağlanmışdır. Əlavənin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli MK 0109/F-22 saylı zaminlik müqaviləsində dəyişiklik edilmiş, X4 oğlunun zaminliyi fiziki şəxs Cavabdeh1 zaminliyi ilə əvəz edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli MK 0109/F-22 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 112.9 kv.m ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 140 000 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh2 Banka 77.487,88 manat əsas, 3.588,55 manat məbləğində faiz, 12.705,51 manat cərimə borcu olmaqla, cəmi borcu 93.781,94 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK № MK 0109/F-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18 % olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə banka dəyən bütün zərərin ( kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi, də daxil olmaqla zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə, məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-404/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə 66.037,68 manat məbləğində əsas krеdit bоrcu və 3000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 69.037,68 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 35 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 154.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 illik 18% dərəcəsi ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
17. İddianın kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixə (pretenziyanın göndərildiyi tarixə) əsas kredit borcunun 78.529,81 manat, faiz borcunun 2497 manat təşkil etməsi müəyyən edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, hesabdan çıxarışa əsasən müəyyən edilmişdir ki, ekspert rəyində borcun hesablandığı tarixdən sonra Cavabdeh2 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə cəmi 11.000 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixindən sonra mübahisəli kredit müqaviləsi üzrə edilmiş cəmi 11.000 manat məbləğində ödənişlərin 2497 manat hissəsini faiz borcundan, qalan 8503 manat hissəsini isə əsas borcdan çıxdıqda mübahisəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 70.026,81 manat (78.529,81 manat-8503) olması, faiz borcunun isə olmaması 2497-2497=0) müəyyən edilmişdir.
19. Bundan əlavə məhkəmə hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
20. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MK-0109/F- 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borcalan) və X4 oğlu (zamin) arasında 22 iyun 2022-ci il tarixli, 0109/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin X4 oğlu kredit alan Cavabdeh2 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Zaminlik müqaviləsinə 01 saylı əlavəyə əsasən həmin müqaviləyə dəyişiklik edilərək zamin Osmanov X1 Nazilə Ağamusa qızı ilə əvəz edilmişdir. Odur ki, məhkəmə zamin Cavabdeh1 22 iyun 2022-ci il tarixli, MK- 0109/F-22 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (əsas borc və dəbbə pulu olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
22. Məhkəmə iddianın borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipotekaqoyan-borcalan) arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Belə ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112,9 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qaydada tutulmalıdır.
23. Məhkəmə ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış və həmin rəyə əsasən ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzilin real bazar dəyərinin 171.000 manat, likvid qiymətinin isə 154.000 manat dəyərində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
24. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-404/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
25. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialları, protokollar, audio və video yazı ilə qətnamənin məzmununda ziddiyyətlər mövcuddur. Cavabdeh2 bildirir ki, məhkəmə iclasında iştirak edib şifahi olaraq iddia ərizəsinə etirazını bildirmiş, banka olan borcunu ödəməyə davam etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə iddiaçı ilə cavabdehin razılığa gələrək barış sazişi bağlamağı üçün bir ay müddət vermişdir. Lakin qətnamədə cavabdehin məhkəmədə iştirak etmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 22 iyun 2022-ci il tarixdə 36 ay müddətinə yəni 22 iyun 2025-ci il tarixədək bağlanmışdır. 36 aya görə 30.000 manat məbləğində faiz borcu hesablamış, cavabdeh ödənişi 2 ay gecikdirdiyi üçün xx.xx.2023-cü il tarixdə pretenziyanın göndərildiyi tarixə əsas kredit borcunun 78.529,81 manat, faiz borcunun 2497 manat olaraq müəyyən edərək məhkəməyə müraciət edərək pulun tutulmasını xahiş etmişdir. Bu necə ola bilər ki, cavabdeh tərəfindən 1 il 2 ay müddətində 60.000 manata yaxın iddiaçıya kredit borcu ödənsin. İddiaçı bank isə 36 ay ərzində hissə-hissə tutmalı olduğu pulu, yəni 30.000 manat faiz borcunu 14 ay ərzində çıxaraq əsas məbləği azaltmadan saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qanunsuz xx.xx.2023-cü il tarixli ekspert rəyini isə məhkəmə sübut kimi götürmüşdür. Belə sadə riyazi hesablamanı bilmək üçün xüsusi biliyə ehtiyac yox idi. Ona görə də, ekspert rəyi həmən sübutlar sırasından çıxarılıb iddia ərizəsi rədd edilməli idi. İddiaçı hüququndan istifadə edərək əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, məhkəmə niyə buna göz yumaraq cavabdehin vəziyyətini ağırlaşdıraraq acınacaqlı vəziyyətə salır? Məhkəmə xx.xx.2025-ci il tarixə qədər kredit müqaviləsinin müddəti olduğu üçün iddianı rədd etməli idi. Bundan başqa, "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli, LP-014/2024 saylı mütəxəssis rəyində ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzil real bazar dəyəri düzgün qiymətləndirilməmişdir. Belə ki, mənzilin real bazar qiyməti qiymətləndirilərkən azı 220.000-250.000 manat aralığında dəyişdiyi halda 171.000 manat, likvid qiymətinin isə 154.000 manat dəyərində müəyyən edilməsi heç bir məntiqə sığmır. Məhkəmə "xxxx" MMC-nin rəyini sübut kimi qiymətləndirərkən "xxxx" MMC-nin reytinq cədvəlinə baxmalı idi. Qətnamədə banka nə qədər ödəniş edilməsi barədə heç nə göstərilməmiş, yalnız Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci iltarixli rəyinə əsalanaraq borcu göstərilmişdir. Halbuki kredit xətti üzrə hər ay mütəmadi olaraq nə qədər ödənişlər edilməsi göstərilməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
27. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
28. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739-cu maddə- (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.5-ci maddə- borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. 447.1-ci maddə- əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 445.7-ci maddə- (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Qətnamə Cavabdeh2 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-404/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin hallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında 22 iyun 2022-ci il tarixli, MK-0109/F-22 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh2 illik 18 faiz olmaqla 100.000 manat kredit verilmiş, öhdəliyin icrası üçün 36 ay müddət müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən borclu xx.xx.2023-cü il tarixədək 37350,4 manat ödəniş etmiş, bu məbləğin 21470,19 manatı əsas borc, 15880,2 manatı faiz borcu üzrə silinmişdir. Borclu tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixində 2000 manat olmuşdur. Eyni zamanda ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixə (pretenziyanın göndərildiyi tarixə) əsas kredit borcu 78.529,81 manat, faiz borcu 2497 manat təşkil edir. Məhkəmə araşdırması zamanı borcun hesablandığı tarixdən sonra Cavabdeh2 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə cəmi 11.000 manat məbləğində ödəniş edildiyi müəyyən edildiyindən 11.000 manat məbləğində ödənişin 2497 manat hissəsi faiz borcundan, qalan 8503 manat hissəsi isə əsas borcdan çıxıldıqda mübahisəli kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 70.026,81 manat (78.529,81 manat-8503) olması, faiz borcunun isə olmaması 2497-2497=0) müəyyən edilmişdir.
32. Cavabdeh apellyasiyya şikayətində ödənişlərin düzgün silinmədiyini və bircun düzgün hesablanmadığını göstərsə də, bu mövqeyini əsaslandıra bilməmişdir.
33. Cavabdehin digər mülahizəsi bundan ibarətdir ki, kredit öhdəliyi üzrə icra müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edildiyindən məhkəmə bankın iddiasını rədd etməli idi. Məhkəmə bu mülahizəni də əsassız hesab edərək qeyd edir ki, kredit alan tərəfindən ödənişlər ödəniş qrafikinə uyğujn həyata keçirilmədiyi və dayandırıldığı halda bankın müqavilədən imtina edərək kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ MM-nin 447.1-ci maddəsi və kredit müqaviləsinin 3.1.3-cü bəndində nəzərdə tutulmuşdur.
34. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2022-ci ildə bağlanmış ipoteka müqaviləsində ünvan 2 ünvanında yerləşən 112,9 kv.m ümumi sahədən mənzilin likvid dəyəri hər iki tərəfin razılığı ilə 140.000 manat müəyyən edilmiş, "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli mütəxəssis rəyində isə likvid dəyəri 154.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, iki il ərzində daşınmaz əmlakın dəyərinin artması "xxxx" MMC tərəfindən nəzərə alınaraq likvid dəyər 14.000 manat artıq göstərilmişdir. Cavabdeh əmlakın likvid dəyərinin daha artıq olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də mübahisələndirilən qətnamənin ilkin satış qiyməti ilə bağlı hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.
35. Cavabdeh2 sonuncu məhkəmə iclasında iştirak etdiyi halda qətnamədə (18-ci bənd) cavabdehlərin məhkəmə iclasına gəlmədiklərinə dair qeydin olmasını məhkəmə texniki səhv olaraq qəbul edir. Belə ki, qətnamənin giriş hissəsində işə Cavabdeh2 iştirakı ilə baxıldığı qeyd edilmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas olan kobud maddi və ya prosessual pozuntulara yol verilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-404/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-404/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.