Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-750/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-101/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinin müqavilənin predmeti ilə bağlı şərtlərindən görünür ki, Kreditor Azərbaycan Respublikası X2 05 avqust 2021-ci il tarixli ZM-1510/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla) şərtilə Borcluya 200 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir.
2. 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, son ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla ümumilikdə 200000 manat əsas borc, 32735,89 manat faiz borcu ödənilməsi nəzərdə tutulmuş, faiz borcundan 16367,99 manat məbləğində hissəsinin subsidiya ödənişini təşkil edəcəyi razılaşdırılmışdır.
3. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 37606,79 manat, faiz borcu 7499,14 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 37 606,79 manat əsas bоrc, 7499,14 manat faiz borcu оlmaqla ümumilikdə 45 105,93 manat borcun və 210 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-101/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsi üzrə 37606,79 manat əsas borc, 1765,45 manat faiz borcu olmaqla ümumilikdə 39372,24 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi,mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 184 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi,ekspertiza xərci olaraq 26 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 174 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qərar alınmışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 06 avqust 2021-ci il tarixli 106901- 243443/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 200 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətə illik 15 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Qanuni nümayəndə1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır. xx.xx.2021-ci il tarixli ZM-1510/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASCarasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 200 000; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 0; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 2000. 37. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02 nömrəli X6nin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 06 avqust 2021-ci il tarixli 106901- 243443/1 nömrəli və 06 avqust 2021-ci il tarixli 106901- 243443/1/2 nömrəli zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 37606,79 manat, faiz məbləğinin 940,72 manat, dəbbə pulunun 3969,84 manat, cəmi məbləğin 42517,35 manat təşkil etdiyini qəbul edirlər. Qanunvericiliyin tələbinə əsasən, iddiaçı və üçüncü şəxs arasında imzalanmış tələbin güzəştinə dair müqaviləyə, iddiaçının iddia tələbinə dair subyektiv hüququ olmamasına məhkəmə tərəfindən qiymət verilməmişdir. Qaydaya əsasən zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Qeyd edilən tələb icra edildikdən sonra sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqları tam həcmdə Fonda güzəşt edilir. Daha sonra zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir, eyni zamanda zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X7 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə də Qaydaların tələblərinə uyğun tənzimləmələr razılaşdırılmış, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir
2. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-101/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC iddianın rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
3. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi 31 oktyabr 2023-cü il tarixli 02 saylı“X6”nə əsasən, mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə bütünlükdə tələb etmə hüququ İddiaçı ASC-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna ötürülmüşdür. İddiaçı ASC isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Yəni iddiaçı məhkəməyə artıq müraciət edərkən, onun bizdən mübahisəli kredit və zaminlik müqavilələri üzrə borcun tələb edilməsinə dair subyektiv hüququ olmamışdır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ya iddia indiki məqamda rədd edilməlidir. "xxxx" MMC-nin 14 oktyabr 2024-cü il tarixli çıxarışına və "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna sübut olaraq qiymət verilməmişdir. Məhkəmə prosesində iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin təqdim "xxxx" ASC-nin nümayəndəsinin təqdim etdiyi 31 oktyabr 2023-cü il tarixli 02 saylı“X6”nə əsasən, mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə bütünlükdə tələb etmə hüququ İddiaçı ASC-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna güzəşt edilib, bu səbəbdən də iddiaçının subyektiv hüququ olmadığından hazırkı iddia rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Cavabdeh1 elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, iştirakı olmadan baxılmasını, müstəqil tələb irəli sürməyən 3-cü şəs AR X5 məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
7. Həmin məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
8. Həmin məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
9. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Həmin məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
14. Həmin məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Həmin məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
17. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) və Qanuni nümayəndə1 (Zamin qismində) arasında bağlanmış 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli və Cavabdeh3 (Zamin qismində) arasında 06 avqust 2021-ci il tarixli 106901- 243443/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı (müvəkkil kredit təşkilatı qismində) ilə üçüncü şəxs (Fond) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir. 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2021-ci il, son ödəniş tarixi xx.xx.2023-cü il tarixi olmaqla ümumilikdə 200000 manat əsas borc, 32735,89 manat faiz borcu ödənilməsi nəzərdə tutulmuş, faiz borcundan 16367,99 manat məbləğində hissəsinin subsidiya ödənişini təşkil edəcəyi razılaşdırılmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 8.1-ci bəndinə əsasən, zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir .
27. Həmin Qaydanın 8.4-cü bəndinə əsasən, Fond bu Qaydanın 8.1-ci, 8.2-ci, 8.3- cü və 10.3cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdə etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə X6 və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.
28. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.
29. Həmin Qaydanın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X7 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.
30. İddiaçı (müvəkkil kredit təşkilatı qismində) ilə üçüncü şəxs (Fond) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasına dair” Əməkdaşlıq müqaviləsindən görünür ki, adıçəkilən Qaydaların tələblərinə uyğun razılaşdırılmış müqavilə bağlanmış, 2.2.5-ci bəndinə əsasən, tələb hüquqlarını Fondun adından həyata keçirilmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək üçüncü şəxsin vəzifəsi, 3.1.3-cü bəndinə əsasən, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir.
31. İş materillarına əsasən, xx.xx.2021-ci il tarixli ZM-1510/2021 nömrəli zəmanət məktubundan görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na, habelə Fondun daxili qaydalarına və Fondla İddiaçı ASCarasında bağlanılmış 17 iyul 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Müvəkkil kredit təşkilatına aşağıdakı şərtlərlə zəmanətin verilməsini öhdəsinə götürür: sahibkarlıq subyekti – Cavabdeh1 MMC; kreditin məbləği, manatla – 200 000; kreditin müddəti (aylarla) – 24; güzəşt müddəti (aylarla) – 0; kreditin illik faiz dərəcəsi, %-lə – 15; kreditin təyinatı – dövriyyə vəsaitlərinin artırılması; təminatın növü – zaminlik; zəmanətin kreditə nisbəti – 60%; birdəfəlik zəmanət haqqının məbləği, manatla – 2000.
32. İddiaçı ilə üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02 nömrəli X6nin 1-ci hissəsindən görünür ki, müvəkkil kredit təşkilatı 06 avqust 2021-ci il tarixli 106901-243443/1 nömrəli kredit müqaviləsinə əsasən Borclu olan Cavabdeh1 MMC-yə verilmiş kredit üzrə və 06 avqust 2021-ci il tarixli 106901- 243443/1 nömrəli və 06 avqust 2021-ci il tarixli 106901-243443/1/2 nömrəli zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir. Tərəflər kredit müqaviləsi üzrə kreditin əsas məbləğinin 37606,79 manat, faiz məbləğinin 940,72 manat, dəbbə pulunun 3969,84 manat, cəmi məbləğin 42517,35 manat təşkil etdiyini qəbul edirlər.
33. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən iddiaçıya ünvanlanan 3- 21- 8/2-3322/2023 nömrəli 07 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi İddiaçı ASC-yə həvalə edilir.
34. Kollegiya qeyd edir ki, işin faktiki hallarına əsasən, zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Qeyd edilən tələb icra edildikdən sonra sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqları tam həcmdə Fonda güzəşt edilir. Daha sonra zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir, eyni zamanda zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya X7 müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə də Qaydaların tələblərinə uyğun tənzimləmələr razılaşdırılmış, Fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüquqlarını həyata keçirmək müvəkkil kredit təşkilatı qismində iddiaçının hüququ kimi təsbit edilmişdir.
35. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair 23 may 2025-ci il tarixli qərarına əsasən, hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq.
38. Kollegiya qeyd etmək istəyir ki, kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.
39. Apellyator şikayətin dəlillərində "xxxx" MMC-nin 14 oktyabr 2024-cü il tarixli çıxarışına və "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna sübut olaraq qiymət verilmədiyini bildirsədə, çıxarış və pretenziya məktubunda hansı hissləri mübahisləndirdiyini qeyd etməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, "xxxx" MMC-nin 14 oktyabr 2024-cü il tarixli çıxarışına əsasən, 15042,72 manat əsas, 10294,59 manat faiz borcu müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikası X2 xx.xx.2023-cü il tarixdə ödədiyi 22564,07 manat məbləğində pul kredit müqaviləsi üzrə silinmişdir. Həmçinin "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda qeyd olunan məbləğ Fond tərərfindən ödənilən pul vəsaiti çıxıldıqdan sonra qalan məbləğdir. Hazırda isə Fond öz tələb hüququnu banka güzəşt etdiyindən iddiaçı Fondun adından və hesabına həmin zəmanət üzrə edilmiş ödənişi də tələb edir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-101/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavadehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.