Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-752/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-485/2023 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488.2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli anlaşma müstəqil tələb irəli sürən üçüncü şəxsin hüquqlarını pozduğuna görə etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi məhkəmənin dəftərxanasına yazılı şəkildə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)- 485/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müstəqil tələb irəli sürən üçüncü şəxs X3 geri qaytarılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət məhkəmənin dəftərxanasına kağız daşıyıcıda daxil olduğu üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 saylı qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs X2 verdiyi şikayət ona geri qaytarılmışdır. X4 xx.xx.2024-cü il tarixdə şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X4 tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qətnaməsindən üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verildiyi bildirilmiş və şikayətin mümkünlüyünə baxılması məqsədilə işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. İş № e-2-2(103)-752/2024 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 11 iyul 2024-cü il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X1 Şirinov sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-485/2023 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxır. Sədrlik edən hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli məktubu daxil olduğunu və Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2- 2(113)-485/2023 saylı qətnaməsindən üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verildiyini, bu səbəbdən işin həmin məhkəməyə göndərilməsinin xahiş edildiyini bildirir. Sədrlik edənin məruzəsindən sonra məhkəmə tərkibi müşavirə edərək işin apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edir. Protokol 11 iyul 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2-2(103)-752/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-752/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver