Məhkəmə qərarları › İş №2-2(103)-757/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-757/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-757/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı kredit borcunun tutulmasına dair iddia tələbi üzrə Açar söz: kredit müqaviləsi üzrə pul tələbi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair ilk, iddiaçılar Cavabdeh MMC və "xxxx" Şirkətinin cavabdeh LPO İddiaçı ASC-yə qarşı “tutmanın girova yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-190/2022 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104.LN.2005.170320.00001 nömrəli kredit müqaviləsinə əsasən kreditor ("xxxx" ASC) borcalana (Cavabdeh MMC) 3.000.000 ABŞ dolları məbləğində kredit ayırır. 2.17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı zaminlik müqaviləsinə əsasən zamin (“Star Gulf FZCO Şirkəti”) bu müqaviləyə əsasən bank (AGBank) qarşısında 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borclananın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zamin bu müqaviləyə əsasən bank qarşısında 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 3.000.000 ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

3. 17 mart 2020-ci il tarixli 104.CL.170320.00001/b saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə 3.000.000 ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 3.400.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur. 4.02 mart 2020-ci il tarixli 104.CL.020320.00001/a nömrəli saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğdə 6 ay müddətə verilmiş kredit kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də **********228900001 nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus ******* ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur.

5. 03 aprel 2020-ci il tarixli 104.CL.030420.00001/a saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC arasında 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsiylə 6.000.000 ABŞ Dolları məbləğdə 6 ay müddətə verilmiş kredit Kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nörməli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 6.800.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur.

6. LPO İddiaçı ASC tərəfindən təqdim olunmuş 22 aprel 2021-ci il tarixli **********039 nömrəli arayışa əsasən LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 17 mart 2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranan tələb: əsas borc üzrə - 3.000.000 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə - 13917 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 33417 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz - 87085 ABŞ dolları, ümumilikdə ******* ABŞ dolları təşkil edir. 7.“X2 Şirkəti”nin 06 iyul 2020-ci il tarixli tələblərin qeydə alınmasına dair Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna göndərilən ərizəyə əsasən X1 "xxxx" Şirkəinin Azərbaycan Respublikasındakı Filialının lisenziyası ləğv edilmiş və müflis elan olunmuş İddiaçı ASC-də olan AZ42AZEG******************** saylı cari hesabındakı 16.203.007,74 ABŞ dolları və AZ57AZEG******************** saylı cari hesabındakı 1.928.952,15 manat məbləğində pul vəsaitləri təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alındığına dair filiala qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri Təminat Müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabından tutulmaqla həmin əməliyyatdan sonra Bankda qalan filiala məxsus 2.537.827,78 ABŞ dolları məbləğində pul vəsaitinin filialın özünə qaytarılmasını xahiş etmişdir. 8.LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0350 nömrəli kreditor təlbələrinin qeydiyyatı barədə qəbzdən görünür ki, LPO İddiaçı ASC qarşısında 1.928.952,15 manat və 16.203.007,74 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. 9.Cavabdeh MMC tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş tələblərin qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən Cavabdeh MMC-nin lisenziyası ləğv edilmiş və müflis elan edilmiş İddiaçı ASC-də olan AZ12AZEG******************** sayli cari hesabındakı 115.129,98 manat, AZ79AZEG******************** saylı cari hesabındakı 0,24 Britaniya funt sterlinqi, AZ94AZEG******************** saylı cari hesabındakı 119.480,75 ABŞ dolları, AZ34AZEG******************** saylı cari hesabındakı 804.22 Avro məbləğində pul vəsaitlərinin təminatsız kreditor tələbi kimi qeydə alınmasını və həmin tələbin qeydə alınmasına dair MMC-yə qəbz verilməsini, kredit müqavilələri üzrə MMC-yə ayrılmış kredit vəsaitləri Təminat Müqavilələrinə əsasən təminat hesabında girov qoyulmuş pul vəsaitləri ilə tam şəkildə təmin olunduğundan MMC tərəfindən kredit müqavilələri üzrə banka ödənilməli olan təminatlı əsas və faiz borc məbləğləri tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə müvafiq qaydada təminat hesabından tutulması və bu barədə MMC-yə məlumat verilməsini xahiş etmişdir.

10. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 0349 nömrəli kreditor təlbələrinin qeydiyyatı barədə qəbzdən görünür ki, LPO İddiaçı ASC qarşısında 115.129,98 manat, 119480,75 ABŞ dolları, 804.22 avro, 0,24 britaniya funtu məbləğində kreditor tələbi qeydə alınmışdır. 11.İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 6.000.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə borcalanın əsas məbləğ və faizlər daxil edilməklə ödəmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən borclanan əsas məbləğ üzrə 6.000.000 ABŞ dolları, 30333,33 ABŞ dolları isə faiz məbləği ödəməlidir.

12. LPO İddiaçı ASC tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli **********003 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixinə yaranan tələb: əsas borc üzrə - 6.000.000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 28001 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 60834 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - 159167 ABŞ dolları, müqavilənin tələbləri üçün yaranmış ******* ABŞ dolları təşkil edir.

13. LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 8.600.000 ABŞ dolları məbləğində kredit ayırır. Müqaviləyə 1 saylı Əlavədə borcalanın əsas məbləğ və faizlər daxil edilməklə ödəmə qrafiki əks olunmuşdur. Həmin qrafikə əsasən borclanan əsas məbləğ üzrə 8.600.000 ABŞ dolları, 43000 ABŞ dolları isə faiz məbləği ödəməlidir.

14. LPO İddiaçı ASC tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli **********040 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixinə yaranan tələb: əsas borc üzrə - 8.600000 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 32251 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 102962 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - 267555 ABŞ dolları, müqavilənin tələbləri üçün yaranmış ******* ABŞ dolları təşkil edir.

15. 02 mart 2020-ci il tarixli 104.CL.020320.00001/b nömrəli zaminlik müqaviləsinə əsasən zamin (Star Gulf FZCO Şirkəti) bu müqaviləyə əsasən bank qarşısında 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın ******* ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi ödhəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 9/8142 nömrəli ekspert rəyindən görünür ki, 17 mart 2020-ci il tarxli 104.LN.2005.170320.00001 saylı müqavilə üzrə Cavabdeh MMCnin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 3099583,33 ABŞ dolları müəyyən edilir. xx.xx.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu 3.000.000 ABŞ dolları, faiz borcu 99583,33 ABŞ dolları təşkil edir. 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 3099583,33 ABŞ dolları müəyyən edilir. xx.xx.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 6.000.000 ABŞ dolları, faiz borcu 184333,33 ABŞ dolları müəyyən edilir. 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı müqavilə üzrə Cavabdeh MMC-nin 16 aprel 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu, ümumilikdə, 8.895.744,44 ABŞ dolları müəyyən edilir. xx.xx.2021-ci il tarixə (maliyyə arayışı tarixinə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla) əsas kredit borcu üzrə 8.600.000 ABŞ dolları, faiz borcu 295744,44 ABŞ dolları müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3.000.000 ABŞ dolları əsas, 13917 ABŞ dolları faiz, 33417 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 87085 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə ******* ABŞ dolları məbləğində pulun cavabdehlərdən mütərək qaydada tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddiaçı LPO İddiaçı ASC cavabdehlər Bos Şelf” MMC və "xxxx" Şirkətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8.600.000 ABŞ dolları əsas, 32251 ABŞ dolları faiz, 102962 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 267555 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 9.002.768 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3483/2021 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3483/2021 saylı iş, iddiaçı LPO İddiaçı ASC-nin “borcun tutulması” tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. 20.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2-(113)-3479/2021 saylı qərardadı ilə cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilərək, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2-2-(113)-3479/2021 saylı iş məhkəmənin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3514/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

21. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC və "xxxx" Şirkəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-dən MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2-2(113)-225/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(113)-190/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada xx.xx.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı Krеdit müqaviləsi üzrə ******* (üç milyon) ABŞ dolları əsas, 99583,33 (doxsan doqquz min beş yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları faiz, 33417 (otuz üç min dörd yüz on yeddi) ABŞ dolları cərimənin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı Krеdit müqaviləsi üzrə 6.000.000 (altı milyon) ABŞ dolları əsas, 184333,33 (bir yüz səksən dörd min üç yüz otuz üç dollar otuz üç sent) ABŞ dolları faiz borcun, 60834 (altmış min səkkiz yüz otuz dörd) ABŞ dolları cərimənin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh MMC və "xxxx" Şirkətindən müştərək qaydada 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı krеdit müqaviləsi üzrə 8.600.000 ABŞ dolları əsas, 295744,44 ABŞ dolları faiz borcun, 50000 ABŞ dolları cərimənin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

24. Məhkəmə işn hallarını sübutlar əsasında araşdıraraq müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulacaq faiz borcu 24 fevral 2022-ci il tarixli 9/8142 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin sübut kimi nəzərə alınmaması üçün hər hansı bir əsas müəyyən edilməmişdir.

26. İddiaçı xx.xx.2020-ci il tarixli 104.LN.2005.170320.00001 saylı kredit müqaviləsi üzrə iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 33417 ABŞ dolları, 03 aprel 2020-ci il tarixli 104.LN.2005.030420.00001 saylı kredit müqaviləsi üzrə 60834 ABŞ dolları, 02 mart 2020- ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102962 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüş, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək cavabdehdən 02 mart 2020-ci il tarixli 104.LN.2005.020320.00001 saylı kredit müqaviləsi üzrə 102962 ABŞ dolları tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldaraq cavabdehdən tutulacaq cəriməni həmin müqavilə üzrə 50.000 ABŞ dolları məbləğində müəyyən etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti, dəlilləri

27. İş üzrə qəbul edilmiş qətnamədən ilk iddia üzrə Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022, 2-2(113)-190/2022 saylı qətnaməsinin ləğv edilməsini və MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, eləcə də Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərin girova yönəldilməsi və girov vasitəsilə ödənilməsi barədə, məhz 6.245.167,33 ABŞ dollar məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dollar məbləğində pul vəsaitinin hesabına, 3.133.000,33 ABŞ dollar məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dollar məbləğində pul vəsaitinin hesabına və 8.945.744,44 ABŞ dollar məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 9.650.000 ABŞ dollar məbləğində pul vəsaitinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apelyasiya şikayətində irəli sürülən pozuntular: -Mülki Məcəllənin 285.4-cü maddəsi- bu maddədə qeyd olunur ki, girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bunu nəzərə alaraq, hesab edirik ki, girov şəklində Bankda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində Filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən MMC-nin girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edilə bilər. -Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 78.1-ci maddəsi- bu maddəyə əsasən, “Banklar haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinin aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. -Həm Mülki Məcəllənin 540.1-ci maddəsi, həm “Banklar haqqında” Qanunun 78.1-ci maddəsi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinin aparılmasının mümkünlüyünü təsbit etmişdir. Qeyd olunmalıdır ki, “Banklar haqqında” Qanunun 78.1-ci maddəsində istinad edilən Qanunun 82.1-ci maddəsi kreditorlar arasında növbəlilik qaydasını müəyyən edən xüsusi normadır. Mülki Məcəllənin 540-cı və 545-ci maddələri isə ümumi normalardır və Mülki Məcəllənin 545-ci maddəsində təsbit edilən öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən halların arasında hazırki iş üzrə tələb olunan əvəzləşmə, yəni müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi qeyd olunmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.” Əlavə olaraq qeyd etmək vacibdir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (“Qanun”) iflas prosesində olan bankın aktivlərinin (verilmiş kreditlərinin) təminatı olan girov qoyulmuş əmlakın (pul vəsaiti daxil olmaqla) hüquqi statusu, onlara ləğvedici tərəfindən tələblərin yönəldilməsi və bunun nəticəsində artıq qalmış vəsaitin girov qoyana qaytarılması proseduru mövcud deyil. Buna görə, hesab edirik ki, Qanunun 78.1-ci maddəsində əks olunan əvəzləşdirmə qaydası girov əmlakına (o cümlədən, girov qoyulmuş pul vəsaitinə) tələblərin yönəldilməsini tənzimləmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, Bankın MMC-yə və Filiala qarşı olan kredit müqavilələri üzrə tələbinin girov şəklində Bankda saxlanılan pul vəsaiti hesabına ödənilməsi Mülki Məcəllənin müddəalarına əsasən həyata keçirilməlidir və MMC, Filial və Bank arasında imzalanmış saxlanc Müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatlar həyata keçirilə bilər və Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbləri girova yönəldilib, girov qoyulmuş vəsaitlər hesabına ödənilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

30. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddə-müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 460.1-ci maddə- Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə-borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 32.Qətnamənin tam ləğv edilərək iş üzrə apellyasiya şikayətində qeyd edilmiş formada yeni qətnamə qəbul edilməsi xahiş olunur.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-190/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, Mülki Məcəllənin 285.4-cü maddəsinə əsasən girov şəklində Bankda saxlanılan pul vəsaitinin itirilməsi nəticəsində Filiala dəyən zərərin əvəzinin ödənilməsi Filial tərəfindən MMC-nin girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edilə bilər.Məhkəmə tərəfindən bu norma nəzərə alınmamışdır.

35. Məhkəmə hesab edir ki, MM-nin 285.4-cü maddəsi girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsi halları ilə bağlı münasibətləri tənzimlədiyindən həmin norma hazırkı mübahisə üzrə tətbiq edilə bilməz. İddiaçı ASC-nin müflis olması isə banka saxlanc müqaviləsi əsasında girov qoyulmuş pul vəsaitinin itirilməsi kimi qiymətləndirilə bilməz.

36. Apelyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, hazırkı halda Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən cavabdehlərin banka olan kredit borcları ilə saxlanc müqavilələri əsasında öhdəliyin təminatı olaraq pul vəsaitləri əvəzləşdirilməli idi. Qeyd olunan dəlillə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin LPO "xxxx" ASC-dən MMC, Filial və Bank arasında imzalanmış saxlanc müqavilələrinin 3.1-ci maddələrinə uyğun olaraq, təminatların həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələblərinin girova yönəldilməsi və 6.248.002 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 6.800.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına, həmçinin 3.134.419 ABŞ dolları məbləğində kredit borcunun saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 3.400.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsi barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-190/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə xitam verilmiş və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardadda cavabdehlərə izah edilmişdir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülmüş tələb ləğv prosesində olan bankın bank fəaliyyətindən irəli gələn tələb olduğundan cavabdehlər tələblərin əvəzləşdirilməsi barədə ərizə ilə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidirlər. 37.Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 460.1ci maddəsində öhdəliklərin icrasının təmini üsulları kimi nəzərdə tutulmuş girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullardan hansısa birini seçmək hüququ kreditora aiddir. Hazırkı halda kreditorun tələbi girov qoyulmuş əmlaka yönəltmək hüququndan istifadə etməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz.

38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 39.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)- 190/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40..Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-190/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar