Məhkəmə qərarları › İş №2-2(103)-757/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-757/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-757/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Simirna" MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2-2(113)-1792/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Simirna" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ƏDV daxil 14622,86 manat icarə haqqı borcunun, ƏDV daxil 48 manat yanacaq xərci, 105 manat cərimə, vurulmuş zərərə görə ƏDV daxil 10620 manat, dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 43199,80 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat, toplam 78211,89 manat və 400 manat mediasiya xərcinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış AV-135/2022 №li, xx.xx.2022-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1660 manat olmaqla İddiaçı mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1230 manat olmaqla 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək cavabdehə icarəyə verilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobillərin icarəsinə görə icarə haqqı borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdeh İddiaçın 78211,89 manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50000 km müəyyən edilmişdir. İcarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən icarəçi hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür. Müqavilənin 5-ci bəndinin 2-ci abzasına əsasən əgər icarəçi razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobilləri müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa icarəçi icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçi avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. İcarə müddətində icarəçi tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edilmiş, lakin həmin cərimə icarəçinin əvəzinə icarəyə verən tərəfindən ödənilmişdir. Müqavilənin 8-ci bəndinin 4-cü abzasına əsasən icarəçi yol hərəkəti qaydalarını pozulmasına görə cərimələri ödəməlidir. Həmin cərimələr icarəyə verən tərəfindən ödənildikdə icarəçi ödənilmiş cərimə məbləğini icarəyə verənə ödəməlidir. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilin dövlət qeydiyyat nişanı itirilmiş və icarəyə verənin vəsaiti hesabına yeni nömrə alınmışdır. Müqavilənin 8-ci bəndinin 2-ci abzasına əsasən icarəçi avtomobilin dövlət qeydiyyat nişanını itirərsə icarəyə verənə 600 manat ödəməyi qəbul etmişdir

3. Bakı Kommersiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2-2(113)-1792/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı “Otokoç Azərbaycan" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il il tarixli, e-2-2(113)-1792/2023 nömrəli qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış AV-135/2022 №li, xx.xx.2022-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1660 (min altı yüz altmış) manat olmaqla İddiaçı MMC-nin mülkiyyətində olan 5 (beş) ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50.000(əlli min) kilometr, aylıq icarə haqqı 1230 (min iki yüz otuz) manat olmaqla 1 (bir) ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək cavabdehə icarəyə verilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobillərin icarəsinə görə icarə haqqı borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdeh İddiaçınə 78211,89 (yetmiş səkiz min iki yüz on bir manat, səksən doqquz qəpik) manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50.000 km müəyyən edilmişdir. İcarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən “İcarəçi” hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür. Müqavilənin 5-ci bəndinin 2-ci abzasına əsasən əgər “İcarəçi” razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobilləri müqavilə müddətinin bitməsindən əvvəl “İcarəyə verən”ə qaytararsa “İcarəçi” “İcarəyə verən”ə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən “İcarəçi” avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. İcarə müddətində “İcarəçi” tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edilmiş, lakin həmin cərimə “İcarəçi”nin əvəzinə “İcarəyə verən” tərəfindən ödənilmişdir. Müqavilənin 8-ci bəndinin 4-cü abzasına əsasən “İcarəçi” yol hərəkəti qaydalarını pozulmasına görə cərimələri ödəməlidir. Həmin cərimələr “İcarəyə verən” tərəfindən ödənildikdə “İcarəçi” ödənilmiş cərimə məbləğini “İcarəyə verən”ə ödəməlidir. İcarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobilin dövlət qeydiyyat nişanı itirilmiş və “İcarəyə verən”in vəsaiti hesabına yeni nömrə alınmışdır. Müqavilənin 8-ci bəndinin 2-ci abzasına əsasən “İcarəçi” avtomobilin dövlət qeydiyyat nişanını itirərsə “İcarəyə verən”ə 600 (altı yüz) manat ödəməyi qəbul etmişdir. Lakin, bütün sadalananlara baxmayaraq barəsində şikayət etdikləri qətnamədə göstərilir ki, “iddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülməsinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin Cavabdeh MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər Cavabdeh MMC-yə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə Cavabdeh MMC-də icarədə olmasını, bununla yanaşı məhz Cavabdeh MMC tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil.” Halbuki, cavabdeh mübahisə predmeti olan avtomobil icarə müqaviləsi üzrə icarə haqqı borcunun, icarə müqaviləsinin vaxtından əvvəl xitamına görə cərimənin, icarə predmeti olmuş avtomobillərin icarə müqaviləsində müəyyən edilmiş limitdən artıq sürülməsinə görə borcun, inzibati xətaya görə ödənilmiş cərimə məbləğinin ödənilməsi ilə əlaqədar ona göndərilmiş elektron qaimələrə, hesab fakturalara, mediasiya təklifinə heç bir etirazını bildirməmişdir. Buna görə də məhkəmənin gəlmiş olduğu nəticəni qəbul etmək mümkün deyildir. İşə baxmış olan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanılmış avtomobili crarə müqaviləsinə əsasən cavabdehin öhdəlik daşımalı olduğuna hüquqi qiymət verməmişdir. Barəsində şikayət edilən qətnamədə cavabdehlə avtomobili carə müqaviləsi bağlanılması, cavabdehin avtomobil icarə müqaviləsi üzrə avtomobildən istifadə edilməsi göstərilsə də həmin müqavilə üzrə icarəçi olan cavabdehin icarə müqaviləsi üzrə istifadə etdiyi avtomobillərə görə icarə haqqı ödəməyə borclu olduğuna hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. İşə baxmış olan birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların cavabdeh tərəfindən qaytarılmadığına hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin mübahisə predmeti olan avtomobil icarə müqaviləsi üzrə icarə haqqı borcunun, icarə müqaviləsinin vaxtından əvvəl xitamına görə cərimənin, icarə predmeti olmuş avtomobillərin icarə müqaviləsində müəyyən edilmiş limitdən artıq sürülməsinə görə borcun, inzibati xətaya görə ödənilmiş cərimə məbləğinin ödənilməsi ilə əlaqədar ona göndərilmiş elektron qaimələrə, hesab fakturalara, mediasiya təklifinə heç bir etiraz bildirməməsini aydınlaşdırmamışdır. Bu faktiki hal, yəni elektron qaimələrə cavabdeh tərəfindən etiraz etməməsi cavabdehin həmin tələblər üzrə iddiaçıya borclu olduğunu bir başa sübut edir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2022-ci il tarixli 545153 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 12963,53 manat, 12 avqust 2022-ci il tarixli 365985 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 5000 manat, 01 noyabr 2022-ci il tarixli 545126 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 10000 manat məbləğində, 23 avqust 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 15000 manat məbləğində, 22 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 2700 manat məbləğində pul ödəmişdir. Bu faktiki hallar Cavabdeh MMC-nin icarə predmeti olmuş avtomobillərdən istifadə etdiyini sübut edir. Lakin, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə sanki Cavabdeh MMC icarə predmeti olmuş avtomobilləri icarəyə götürməmişdir. O zaman sual yaranır ki, Cavabdeh MMC yuxarıda qeyd edilən ödənişləri niyə və nə üçün həyata keçirmişdir? Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, 3 dənə elektron qaimə üzrə 14622.86 manat hesablanmışdır. Ümumilikdə, 12963,53 manat, 5000 manat, 10000 manat və 2700 manat ödənişlər edilmişdir. 2700 manat hesabdan ödənilmişdir, digərləri isə onların sistemində problem olduğuna görə kassa mədaxil orderləri vasitəsilə ödənilmişdir. Qeyd olunan nəqliyyat vasitələri Qarabağda fəaliyyətə cəlb olunduğuna görə onlar geri çəkmədilər, təhvil-təslim bu səbəbdən olmadı, onlar "xxxx" MMC-yə vermişlər, daha sonra "xxxx" MMC Cavabdeh MMC-yə vermişdir.

8. Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

15. xx.xx.2022-ci il tarixli AV-135/2022 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli avtomobil icarə müqaviləsindən görünür ki, illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1660 manat olmaqla İddiaçı mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1230 manat olmaqla 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək cavabdehə icarəyə verilməsi qeyd olunmuşdur.

16. 25.12.2021-ci il tarixli 8794 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.

17. 25.12.2021-ci il tarixli 8795 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.

18. 05.03.2022-ci il tarixli 9231 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir.

19. 22.04.2022-ci il tarixli 9478 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir.

20. 12.01.2022-ci il tarixli 8739 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PS *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.

21. 15.04.2022-ci il tarixli 9185 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı Renault Duster 1.5 M/T markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.

22. 05 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 633904 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin noyabr ayı üçün ƏDV daxil 7327,80 manat, 12 noyabr 2022-ci il tarixli EBCG seriyalı 980438 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayı üçün ƏDV daxil 7075,04 manat məbləğində icarə haqqı borcu hesablanmışdır.

23. 16 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 261657 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat məbləğində cərimə yazılmışdır.

24. 24 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 548526 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə 90PR274 dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq sərfiyyatına görə 48 manat məbləğində borc yazılmışdır.

25. 11 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 905124 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PX *** dövlət qeydiyyat nişanlı və ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ƏDV daxil 10620 manat məbləğində borc yazılmışdır.

26. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148941 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ *** və ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixə kimi istifadəsinə görə 220,02 manat məbləğində icarə haqqı borcu yazılmışdır.

27. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148591 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ ***, ** PR ***, ** PX *** və ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillərin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat məbləğində borc yazılmışdır.

28. 19 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 501712 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PR *** və ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillərdən istifadə zamanı 105 manat məbləğində inzibati cərimə yazılmışdır.

29. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148134 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə ** PJ *** və ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitməsindən əvvəl qaytarılmasına görə 19938,46 manat, 28 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 906612 nömrəli elektron qaiməyə əsasən, Cavabdeh MMCyə ** AG *** və ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitməsindən əvvəl qaytarılmasına görə 23261,34 manat məbləğində borc yazılmışdır.

30. 09 dekabr 2022-ci il tarixli 545153 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 12963,53 manat məbləğində pul ödəmişdir.

31. 12 avqust 2022-ci il tarixli 365985 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 5000 manat məbləğində pul ödəmişdir.

32. 01 noyabr 2022-ci il tarixli 545126 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 10000 manat məbləğində pul ödəmişdir.

33. 22 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 2700 manat məbləğində pul ödəmişdir.

34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əvvəlki icarəçi olan "xxxx" MMC-yə avtomobilləri təhvil verərkən maşınların yürüşünü, mövcud olan aksessuarları, əlavə avadanlıqları, nasazlıqların olmamasını və təhvil tarixini müvafiq təhvil-təslim aktlarında qeyd etsələr də, 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillərin hansı tarixlərdə Cavabdeh MMC-yə təhvil verilməsi, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə sübut (təhvil-təslim aktları) təqdim etməmişlər. İddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülməsinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin Cavabdeh MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər Cavabdeh MMC-yə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə Cavabdeh MMC-də icarədə olmasını, bununla yanaşı məhz Cavabdeh MMC tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil. Həmçinin, avtomobillərin zədələnməsi, artıq sürülməsi, dövlət qeydiyyat nişanının itməsi və sair avtomobillərin "xxxx" MMC-nin istifadəsində olduğu dövrdə də baş verə bilərdi.

35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilə bağlandıqdan sonra xx.xx.2022-ci il tarixdə avtomobillərin cavabdehə icarəyə verildiyini bildirsə də, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, avtomobillər "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2022-ci ilin sentyabr, dekabr aylarında geri təhvil verilmişdir. Belə olan halda müqavilə üzrə avtomobillərin cavabdehə xx.xx.2022-ci ildə necə verildiyi anlaşılan deyil.

36. İddiaçı daha əvvəl avtomobilləri "xxxx" MMC-yə verdiklərini, sonradan isə "xxxx" MMC Cavabdeh MMC-yə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.

37. Bundan başqa, iddiaçı icarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulduğunu, icarə müddətində “İcarəçi” tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edildiyini, lakin həmin cərimənin “İcarəçi”nin əvəzinə “İcarəyə verən” tərəfindən ödənildiyini bildirsə də qeyd olunan halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

38. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında da əks olunmuş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

39. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfin istinad etdiyi ödənişlər digər möhtəbər sübütlarla təsdiq olunmur.

40. Kollegiya hesab edir ki, nə qədər ki, avtomobillərin cavabdehə icarəyə verilməsi (cavabdeh tərəfindən avtomobillərdən istifadə edilməsi) iş materiallarında mövcud olan hər hansı bir sənədlə sübut olunmadığından, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

41. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “Otokoç Azərbaycan" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2-2(113)-1792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar