Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-757/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, ipoteka predmetinin qiyməti, faiz və cərimə borcunun düzgün hesablanmaması, müqavilə müddətinin bitmə tarixinə yaranan borc, cərimə borcunun azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçının və Cavabdeh1 MMC-nin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında 07 avqust 2019-cu il tarixdə OnGTC-00466LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X5 müqaviləsi”nin şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır.
2. Bankla borc alan arasında 23 sentyabr 2019-cu il tarixdə GL3523 saylı “Kredit limiti müqaviləsi” bağlanmış (Cild İ, səhifə 13), kredit limitinin məbləği 10 000 000 (on milyon) manat, illik faiz dərəcəsi 25%-dək, müqavilənin müddəti xx.xx.2029-cu il tarixinədək razılaşdırılmışdır.
3. Bankla borc alan arasında 08 dekabr 2020-ci il tarixində X5 və GL3523 saylı “Kredit limiti müqaviləsi” çərçivəsində K4326 saylı "xxxx" imzalanmış (Cild İ, səhifə 18), bank tərəfindən borcalana 08 dekabr 2022-ci il tarixinədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 100 000 (bir yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
4. 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx"yə (Cild İ, səhifə 16) əsasən, bank tərəfindən borcalana 20 sentyabr 2023-cü il tarixinədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 200 000 (iki yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
5. Bank ilə borcalan arasında bağlanılmış GL3523 saylı “Kredit limiti müqaviləsi” üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh3 arasında 23 sentyabr 2019-cu il tarixdə Z3607 saylı zaminlik müqaviləsi bağlanmışdır.
6. Bankla borcalan arasında bağlanmış 23 sentyabr 2019 tarixli GL3523 saylı “Kredit limiti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmeti 150 000 manat məbləğində qiymətləndirilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınaraq bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: 16 iyun 2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.
7. Cavabdeh3 məxsus 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.056 ha torpaq sahəsi dövlət mülkiyyətindədir (Cild İİİ, səhifə 58).
8. Bankla borcalan arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli GL3523 saylı “Kredit Limiti Müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə 11 dekabr 2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmeti 100 000 manat məbləğində qiymətləndirilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınaraq bu haqda (Reyestr nömrəsi: **********32- 05301-093004, qeydiyyat tarixi: 22 dekabr 2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.
9. 19 dekabr 2023-cü il tarixli PB/BPŞ-Out-01560-2023 saylı maliyyə arayışına əsasən borcalanın 12 dekabr 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: - 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69 025,03 manat əsas borc, 5610,21 manat faiz borcu, 23 648,27 manat cərimə borcu olmaqla, cəmi 98 283,51 manat təşkil edir, gecikmə günlərinin sayı 643; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200 000 manat əsas borc, 41 666,61 manat faiz borcu, 28 977,92 manat cərimə borcu olmaqla, cəmi 270 644,53 təşkil edir, gecikmə günlərinin sayı 624 (Cild İ, səhifə 36).
10. “X5”nun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və "xxxx" formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə "xxxx" forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
11. “Bank xidmətlərinin göstərilməsinə dair X5”nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və "xxxx" formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə "xxxx" forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı ASC (iddiaçı) Cavabdeh1 MMC-yə, Cavabdeh3 və Cavabdeh2 oğluna (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən birgə qaydada: - 08 avqust 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69 025,03 manat əsas borc, 5610,21 manat faiz borcu, 23 648,27 manat cərimə borcu olmaqla cəmi 98 283,51 manatın; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200 000 manat əsas borc, 41 666,61 manat faiz borcu, 28 977,92 manat cərimə borcu olmaqla cəmi 270 644,53 manat məbləğində borcun xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 hektar torpaq sahəsinə və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət mənzilə) yönəldilməsi, əmlakların açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin kredit borclarının ödənilməsinə yönəldilməsi və daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq ona ödənilməsi, mediasiya prosesi üzrə 400 manat mediasiya üçün xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 259 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun olaraq əsaslandırmış, cavabdehlərin öhdəliklərini icra etmədiklərini irəli sürmüşdür.
14. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1 MMC-dən və Cavabdeh3 birgə qaydada 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 69 025,03 manat əsas borc, 5610,21 manat faiz borcu, 23 648,27 manat cərimə borcu olmaqla cəmi 98 283,51 manat məbləğində borcun; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200 000 manat əsas borc, 41 666,61 manat faiz borcu, 28 977,92 manat cərimə borcu olmaqla cəmi 270 644,53 manat məbləğində borcun xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə, X2 mülkiyyətində olan ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət mənzilə) yönəldilməsi və əmlakların açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq onun hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat mediasiya üçün xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 259 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmənin 22 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Məhkəmə Ekspertizası Mərkəzi) həvalə olunmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli rəyinə görə, cavabdeh MMC-nin K4326 saylı kredit müqaviləsi üzrə 08 dekabr 2022-ci il tarixə əsas borcu 68 570,79 manat, faiz borcu 5546,61 manat, 12 dekabr 2023-cü il tarixə əsas borcu 68 570,79 manat, faiz borcu 15 253,19 manat; K4799 saylı kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixə əsas borcu 200 000 manat, faiz borcu 41 588,89 manat, 12 dekabr 2023-cü il tarixə əsas borcu 200 000 manat, faiz borcu 47 966,67 manat müəyyən edilmişdir (Cild İİ, səhifə 196-202).
17. "xxxx" MMC-nin 03 may 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 15 (yeni qaydalarla: AZ1032, ünvan 2 (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət) saylı mənzilin bazar qiyməti 153 000 manat, likvid qiyməti 138 000 manat; Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin bazar qiyməti 263 000 manat, likvid qiyməti 237 000 manat təşkil edir (Cild İ, səhifə 51-89).
18. Birinci instansiya məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli “rəyində” göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin texniki göstəriciləri ilə (təmiri, mərtəbəliliyi, otaq sayı və s) eynilik təşkil edən evlərin satışına və qiymətinə dair məlumat olmadığından, həmin evin orta bazar qiymətini və likvid dəyərini müəyyən etmək mümkün olmamışdır (Cild İİİ, səhifə 34-36)
19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, "xxxx" MMC-nin mütəxəssis rəyi ilə razı olmadığını bildirmişdir.
20. Cavabdeh MMC-nin və Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) iddia tələbini qəbul etmədiyini, borc məbləğləri, habelə ipoteka predmetlərinə mütəxəssis rəyi əsasında qoyulan qiymətlərlə razılaşmadıqlarını bildirmiş, sonradan məhkəməyə ünvanladığı yazılı etirazda (çıxışda) da aşağıdakıları göstərmişdir: “Təmsil etdiyim Cavabdeh3 səhhətindəki problemlərlə (ürəyində problemlər, infarkt keçirməsi) bağlı iclasda iştirak edə bilmir. İddia tələbinin həm borc qalığı ilə bağlı hissəsi, həm də ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləri ilə bağlı qiymətlərlə razı deyil. Belə ki, 28 aprel 2025-ci il tarixində keçirilən iclasda həm iddiaçının nümayəndəsi, həm də cavabdeh tərəf olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən əmlakın qiymətləndirilməsinin aparılmasının mümkün olmaması qeyd edilmiş ekspert rəyi ilə, habelə "xxxx" MMC-nin rəyi ilə razı olmadığımızı bildirdik. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin oxşar əmlakın olmadığına istinad etməsi və buna görə ekspertizanın aparılmasının mümkünsüzlüyü dəlili əsassızdır. Çünki sözügedən natamam təmirli yaşayış evinin “unikal” olması inandırıcı deyil. Eyni zamanda hər iki tərəf "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmədən narazı qaldığını bildirmişdir. Həqiqətən də, həmin mütəxəssis rəyində qiymətləndirilmə zamanı “anoloji təhlil metodu”ndan istifadə edildiyi bildirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun 10.2.5-ci maddəsinə əsasən, qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar, onlardan istifadənin əsaslandırılmalıdır ki, bu da müşahidə edilmir. Rəydə ərazidə olan eyni evlərin qiymətlərinə istinad edilir, lakin misal kimi qoyulan yaşayış evlərinin qiymətləri ilə, qiymətləndirilməsi aparılan evə qoyulmuş qiymət arasında kəskin fərq vardır və bu fərqə mütəxəssis rəyində izah gətirilmir. Bundan başqa misal kimi qoyulan yaşayış evlərinin ünvanları da ya bilinmir, ya da qiymətləndirilməsi tapşırılmış yaşayış evinin ünvanı ilə nə üst-üstə düşür, nə də yaxındır. Qiymətlərin analogiyası üçün ərazi eyniliyi yaşayış məntəqəsi eyniliyi (yəni eyni şəhər) kimi qəbul edilməməlidir. Belə şərtlərlə qoyulan qiymət obyektiv, əsaslandırılmış hesab edilə bilməz. Eyni vəziyyət Bakı şəhərində yerləşən ipoteka predmeti ilə bağlıdır. Belə ki, sözügedən mənzil yeni inşa edilmiş 16 mərtəbəli binada, fasadı daha yüksək estetik görünüşlü, daha əlverişli ünvanda yerləşdiyi halda, misal kimi götürülmüş mənzillər daha az əlverişli, əsasən beş mərtəbəli binada yerləşirlər. Əslində sözügedən mənzilin dəyəri 200-220 min manatdan aşağı ola bilməz. Bu halda da qiymətlərin obyektivliyi şübhə altında qalır. Cavabdeh tərəf "xxxx" MMC-nin rəyini tərtib etmiş mütəxəssisin lisenziyaya malik olmadığını da qeyd etmişdir. Hər iki tərəf təkrar ekspertizanın keçirilməsini, bu zaman əvvəlki rəylərdə olan qüsurların qiymətləndirilcilərin və ya ekspertin nəzərinə çatdırılmasını xahiş etsək də, məhkəmə bu vəsatətləri nəzərə almadı. Xahiş edirəm ki, yuxarıda qeyd edilən halları nəzərə alaraq, iddianın əsaslandırılmadığını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul olunsun” (Cild İİİ, səhifə 71).
21. Məhkəmənin 29 aprel 2025-ci il tarixli qərardadı ilə “Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 (yeni qaydalarla: AZ 1032, ünvan 2 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət mənzilə) saylı mənzilin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbləri üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə görə 68 570,79 manat əsas borcun, 5546,61 manat faiz borcunun, 3429 manat dəbbə pulunun; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200 000 manat əsas borcun, 41 588,89 manat faiz borcunun, 10 000 manat dəbbə pulunun və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 620 manatın, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş rüsumun və xidmət haqqının əvəzi olaraq 102 manatın tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 237 000 manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 2 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 138 000 manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müvafiq olaraq cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 tutulması, qalan hissədə iddia tələbinin rədd olunması, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi.qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
22.1. Cavabdeh1 MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. 22.2. Məhkəmə iddia tələbini təşkil edən əsas, faiz və cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin 24 may 2024-cü il tarixli rəyində cavabdeh MMC-nin K4326 saylı kredit müqaviləsi üzrə 08 dekabr 2022-ci il tarixə əsas borcu 68 570,79 manat, faiz borcu 5546,61 manat, 12 dekabr 2023-cü il tarixə əsas borcu 68 570.79 manat, faiz borcu 15 253,19 manat, K4799 saylı kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixə əsas borcu 200 000 manat və faiz borcu 41 588,89 manat, 12 dekabr 2023-cü il tarixə əsas borcu 200 000 manat və faiz borcu 47 966,67 manat müəyyən edilmişdir. 22.3. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 22.4. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində K4326 saylı müqavilə üzrə göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə, K4799 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği ekspert rəyi ilə eyni olsa da, ekspert tərəfindən faiz borcu məbləği iddiada tələb olunan məbləğdən daha aşağı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə hər iki kredit razılaşmaları üzrə əsas və faiz borcu məbləğini tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla, ekspert rəyində müəyyən edilən məbləğdə götürülməsini əsaslı hesab edir. 22.5. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 22.6. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu K4326 saylı razılaşma üzrə 3429 manat və K4799 saylı razılaşma üzrə 10 000 manat məbləğində müəyyən edilməlidir. 22.7. Məhkəmə onu da qeyd edir ki, iddiaçı əsas, faiz və dəbbə pulu borcunun Cavabdeh2 da tutulmasını tələb etsə də, müəyyən edildi ki, M.Səbinə ilə zaminlik müqaviləsi bağlanmamışdır, ona görə də borc məbləğinin ondan da tutulması hissəsində iddia təmin edilə bilməz. 22.8. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış GL3523 saylı “Kredit Limiti Müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 sentyabr 2019-cu il tarixli İ3119 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********87-10301, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir və Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli İ3625 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********32- 05301-093004, qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. 22.9. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. 22.10. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə (iddiaçı tələb üzrə tutmanı həmin fərdi yaşayış evinin yerləşdiyi 0.573 ha torpaq sahəsinə də yönəldilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, həmin torpaq dövlət mülkiyyətində olduğu üçün və ipoteka müqaviləsində ipoteka predmeti kimi fərdi yaşayış evi göstərildiyi üçün torpaq sahəsinə yönəldilməsi hissəsində tələb təmin edilə bilməz) və Cavabdeh2 məxsus ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 ünvanda yerləşən mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 və Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər “Agro Area" MMC-dən və Cavabdeh3 tutulmalıdır. 22.11. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 1, mənzil 15, yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət) mənzilin likvid qiyməti 138 000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin likvid qiyməti 237 000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 269-cı, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 470-ci, 472-ci, 739-cu, 741-ci, 743-cü, “İpoteka haqqında Qanunun” 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 41.1ci, 47.5-ci maddələrinə istinad etmişdir.
24. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun əsas və faiz borcunun tutulması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsini, həmçinin kreditin təminatı olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün likvid dəyərinin 237 000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək əmlakın likvid dəyərinin 92 400 manat müəyyənləşdirilməsini xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, əsas və faiz borcu ilə bağlı ekspertiza rəyinə istinad etməklə düzgün nəticəyə gəlmədiyi, ipoteka predmeti olan əmlakların dəyəri ilə bağlı əsassız qiymətləndirici rəyinə istinadla qərar çıxardığı, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğunu və evin qiyməti müəyyənləşdirilərkən torpağın nəzərə alınmamalı olduğuna əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.
25. Qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin faktiki hallarınını aydınlaşdırmadığını, əsas, faiz və cərimə borcunun məbləğini düzgün müəyyən etmədiyini, ipoteka predmetinin qiyməti ilə bağlı əsassız qiymətləndirici rəyinə istinad etdiyini, qiymətləndiricinin müvafiq lisenziyaya malik olmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə gəldiyi nəticə üçün vacib olan halları müəyyən etməyib, sübutlarda olan qüsurları nəzərdən qaçırmışdır. İlk növbədə qeyd edilməlidir ki, məhkəmənin əsas götürdüyü, iddianın həm borc qalığı məbləği, həm də ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən əmlakın qiymətləndirilməsini aparılmasının mümkün olmaması qeyd edilmiş ekspert rəyi ilə xx.xx.2025-ci il tarixində keçirilən iclasda həm iddiaçının, həm də cavabdehin nümayəndəsi razı olmadığını bildirdi. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin oxşar əmlakın olmadığına istinad etməsi və buna görə ekspertizanın aparılmasının mümkünsüzlüyü dəlili əsassızdır. Çünki sözügedən natamam təmirli yaşayış evinin “unikal” olması inandırıcı deyil. Eyni zamanda hər iki tərəf "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmədən narazı qaldığını bildirmişdir. Həqiqətən də, həmin mütəxəssis rəyində qiymətləndirilmə zamanı “analoji təhlil metodu”ndan istifadə edildiyi bildirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun 10.2.5-ci maddəsinə əsasən, qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar, onlardan istifadə əsaslandırılmalıdır ki, bu da müşahidə edilmir. Rəydə, ərazidə olan eyni evlərin qiymətlərinə istinad edilir, lakin misal kimi qoyulan yaşayış evlərinin qiymətləri ilə, qiymətləndirilməsi aparılan evə qoyulmuş qiymət arasında kəskin fərq vardır və bu fərqə mütəxəssis rəyində izah gətirilmir. Bundan başqa, misal kimi qoyulan yaşayış evlərinin ünvanları da ya bilinmir, ya da qiymətləndirilməsi tapşırılmış yaşayış evinin ünvanı ilə nə üst-üstə düşür, nə də yaxındır. Qiymətlərin analogiyası üçün ərazi eyniliyi yaşayış məntəqəsi eyniliyi (yəni eyni şəhər) kimi qəbul edilməməlidir. Belə şərtlərlə qoyulan qiymət obyektiv, əsaslandırılmış hesab edilə bilməz. Eyni vəziyyət Bakı şəhərində yerləşən ipoteka predmeti ilə bağlıdır. Belə ki, sözügedən mənzil yeni inşa edilmiş 16 mərtəbəli binada, fasadı daha yüksək estetik görünüşlü, daha əlverişli ünvanda yerləşdiyi halda, misal kimi götürülmüş mənzillər daha az əlverişli, əsasən beş mərtəbəli binada yerləşirlər. Əslində sözügedən mənzilin dəyəri 200- 220 min manatdan aşağı ola bilməz. Bu halda da qiymətlərin obyektivliyi şübhə altında qalır. Cavabdeh tərəf "xxxx" MMC-nin rəyini tərtib etmiş mütəxəssisin lisenziyaya malik olmadığını da qeyd etmişdir. Biz, hər iki tərəf təkrar ekspertizanın keçirilməsini, bu zaman əvvəlki rəylərdə olan qüsurların qiymətləndirilcilərin və ya ekspertin nəzərinə çatdırılmasını xahiş etsək də, məhkəmə bu vəsatətləri nəzərə almadı. Belə olduqda, məhkəmənin gəldiyi nəticə əsaslı olmadığı aydın olur. Borc qalığı ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticələı haqqında xx.xx.2024-cü il tarixli 9/1905 №-li ekspert rəyində qeyd edilir ki, Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatları üzrə) görə kredit alana illik faiz dərəcəsi 14 % olmaqla 24 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 100.000,00 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatları üzrə) üzrə banka ümumilikdə 10.05 2022-ci il tarixədək 50 094,69 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 18 665,46 manatı faiz borcuna, 31.429,21 manatı isə əsas borcdan silinir. Buradan görünür ki, bu məlumatların əsas mənbəyi kimi iddiaçı Bankın sonradan təqdim etdiyi və iş materiallarına əlavə edilməmiş bank hesabından çıxarışdır. Həmin çıxarış ekspertin xx.xx.2024-cü il tarixli vəsatətinə əsasən iddiaçı tərəfindən təqdim edilmişdir. Vəsatətdə ekspert tərəfindən xahiş edilir ki, əlavə tədqiqat obyektlərinin və iş üzrə materialları olaraq, İddiaçı ASC ilə “Agro Area" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, K4326 saylı və xx.xx.2021-ci tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizələrin (müqavilələr) kassa mədaxil orderləri (ödəniş qəbzləri), pul vəsaitinin verilməsini təsdiq edən sənəd və ya kassa məxaric orderi, hesabdan çıxarışı (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə pul vəsaiti verilən tarixdən xx.xx.2024-cü il tarixədək olan) təqdim edilsin. Həmin vəsatətə cavab olaraq iddiaçının xx.xx.2024-cü il tarixli məktubu ilə “K4326 saylı və K4799 saylı maliyyələşdirmə üçün ərizələr üzrə hesabdan çıxarış” adlı hansısa sənədin ekspertə verilməsi üçün məhkəməyə təqdim edildiyi qeyd edilmişdir. Lakin müşayiət məktubu yerləşdirilsə də, qoşmadakı həmin sənəd elektron kabinetə yerləşdirilmədiyindən, cavabdehlər üçün, bəlkə də həmçinin məhkəmə üçün naməlum qalmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, prosessual qanunun bu tələbi pozulmuşdur. Eyni zamanda, bu halda konstitusion təminatlardan biri olan çəkişmə prinsipi də pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip eləcə də Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin konkret normalarında da (maddə 9.1, 9.2, 9.3, 99.1-ci maddələr) əksini tapmışdır. Bundan başqa, AR MPM-in 99.1-ci maddəsində birbaşa olaraq, ekspertizanın çəkişmə prinsipi əsasında həyata keçirilməli olduğunu, eləcə də işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququnu nəzərdə tutmuşdur, Bu halda bu prosessual norma da pozulmuşdur. Nəzərə alsaq ki, çəkişmə prinsipi işdə iştirak edən şəxslərin sübutların tədqiqatında iştirak hüququnu, tədqiq edilən hallara dair tərəfin öz dəlillərini, sübutlarını və halları təqdim etmək hüququnu, qarşı tərəfin dəlil, sübutlarını, halları bilmək və onlara dair fikir bildirmək hüququnu da ehtiva edir, bütün bu təminatlar pozulmuşdur. Nəzərə alsaq ki, çəkişmə prinsipi məhkəmə müdafiəsi hüququnun vacib şərtidir, bununla da məhkəmə müdafiəsi hüququ, konkret olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ da pozulmuş olur. Qeyd edilən halların vacibliyi eləcə də onunla bağlıdır ki, Məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli məhkəmə qərardadında müqavilələr (maliyyələşdirmə üzrə ərizələr) üzrə əsas, faiz və cərimə borcunun məbləği müddətlərin bitdiyi tarixlərə münasibətdə soruşulmuşdur. xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə ərizəsi üzrə bu müddət 24 ay olmaqla, xx.xx.2022-ci il tarixində qurtarırdı, xx.xx.2021-ci il tarixli K4799 sayl maliyyələşdirmə ərizəsi üzrə isə xx.xx.2023-cü il tarixində bitirdi. Lakin ekspert rəyində təhlil müddəti müvafiq olaraq K4326 saylı maliyyələşdirmə ərizəsi üzrə xx.xx.2022-ci il, K4799 saylı maliyyələşdirmə ərizəsi üzrə isə xx.xx.2022-ci il göstərilmişdir və bunun niyə edildiyi qeyd edilməmişdir. Bu fərqli tarixlərin mənbəyi görünmədiyindən, onların mötəbərliyi şübhəlidir. Bununla yanaşı nə ekspert sorğusundan, nə də iddiaçının müşayiət məktubundan hansı hesaba dair çıxarışdan – ssuda, yoxsa hesablaşma hesabından söhbət getdiyi də bilinmir. Bu hesablarda əks edilən məlumatlar fərqlidir. Daha sonra, ekspert rəyində hesablamalar yalnız əsas borc və faizlər üzrə aparılmışdır. Halbuki, Məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli məhkəmə qərardadında həmçinin cərimə məbləğləri də soruşulmuşdur. Bundan daha sonra, ekspert rəyində mədaxil olunan vəsaitlərin yalnız əsas borca və faizlərə silindiyi qeyd edilmişdir. Halbuki, bildiyimiz kimi bank kreditləri üzrə məaxil vəsaitləri fərqli ardıcıllıqla təyinatı üzrə silinir. Bu həmçinin, OnGTC-00466LE/2019 №-li “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlə toplusu”nda 3.8-ci bənddə xüsusi qeyd edilmişdir: Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. Göründüyü kimi, cərimə (peniya) silinmənin ilk bəndini təşkil edir. Bu da ekspert rəyində olan daha bir qüsurdur. Nəzərə alsaq ki, AR MPM-in 88-ci maddəsində məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxması tələbi qoyulur, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığı yazılır, belə qüsurlu sübut əsasında iş üzrə obyektiv nəticəyə gəlmək qeyri-mümkündür”.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
26. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
27. Məhkəmə iclaslarında iştirak edən iddiaçı bankın və Cavabdeh1 MMC-nin nümayəndələri hər biri özlərinin apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.
28. Apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin dəlillərinin araşdırılması məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası, habelə qiymətləndirmə təyin olunmuş, ekspert və qiymətləndirici qarşısında aşağıdakı suallar qoyulmuşdur:
Mühasibatlıq ekspertizası üzrə:
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 07 avqust 2019-cu il tarixdə imzalanmış OnGTC-00466LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X5 müqaviləsi”nin, 23 sentyabr 2019-cu il tarixli GL3523 saylı “Kredit limiti müqaviləsi”nin və 08 dekabr 2020-ci il tarixli K4326 saylı "xxxx"nin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 08 dekabr 2022-ci il tarixinə əsas və faiz borcu nə qədər olmuşdur?.
2. 08 dekabr 2022-ci il tarixindən sonra 08 dekabr 2020-ci il tarixli K4326 saylı "xxxx" üzrə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcuna çıxılmışdır?.
3. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 07 avqust 2019-cu il tarixdə imzalanmış OnGTC-00466LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X5 müqaviləsi”nin, 23 sentyabr 2019-cu il tarixli GL3523 saylı “Kredit limiti müqaviləsi”nin və 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx"nin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 20 sentyabr 2023-cü il tarixinə əsas və faiz borcu nə qədər olmuşdur?.
4. 20 sentyabr 2023-cü il tarixindən sonra 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx" üzrə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcuna çıxılmışdır?.
5. 08 dekabr 2020-ci il tarixli K4326 saylı və 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx"lər üzrə Cavabdeh1 MMC-nin 12 dekabr 2023-cü il tarixinə əsas və faiz borcu nə qədər olmuşdur?.
Qiymətləndirici mütəxəssisin tədqiqatı üzrə:
1. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin torpaq sahəsinin dəyəri ilə birlikdə hesablanmaqla bazar qiyməti və likvid dəyəri nə qədər təşkil edir?
2. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması nəzərə alınmaqla, həmin sahədə yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin bazar qiyməti və likvid dəyəri nə qədər təşkil edir?.
3. ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət) mənzilin bazar qiyməti və likvid dəyəri nə qədər təşkil edir?
29. Həmin təyinat əsasında Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir:
1-ci sual üzrə:
- İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 07 avqust 2019-cu il tarixdə imzalanmış OnGTC-00466LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X5 müqaviləsi”nin, 23 sentyabr 2019-cu il tarixli GL3523 saylı “Kredit limiti müqaviləsi”nin və 08 dekabr 2020- ci il tarixli K4326 saylı "xxxx"nin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 08 dekabr 2022-ci il tarixinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur:
əsas borc üzrə - 68 570,79 manat faiz borcu üzrə - 5546,61 manat
2-ci sual üzrə: Təqdim edilmiş hesadan çıxarış məlumatlarından da göründüyü kimi, 08 dekabr 2022-ci il tarixindən sonra 08 dekabr 2020-ci il tarixli K4326 saylı "xxxx" üzrə hər hansı ödəniş həyata keçirilməmişdir.
3-cü sual üzrə:
İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 07 avqust 2019-cu il tarixdə imzalanmış OnGTC-00466LE/2019 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X5 müqaviləsi”nin, 23 sentyabr 2019-cu il tarixli GL3523 saylı “Kredit limiti müqaviləsi”nin və 20 sentyabr 2020-ci il tarixli K4799 saylı "xxxx"nin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 20 sentyabr 2023-cü il tarixinə əsas və faiz borcu əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur:
əsas borc üzrə------------------------------- 200.000,00 manat, faiz borcu üzrə------------------------------- 41.588,80 manat.
4-cü sual üzrə: Təqdim edilmiş hesadan çıxarış məlumatlarından da göründüyü kimi, 20 sentyabr 2023-cü il tarixindən sonra 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx" üzrə hər hansı ödəniş həyata keçirilməmişdir.
5-ci sual üzrə: 08 dekabr 2020-ci il tarixli K4326 saylı və 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx"lər üzrə Cavabdeh1 MMC-nin 12 dekabr 2023-cü il tarixinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur:
xx.xx.2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üçün ərizə üzrə: əsas borc üzrə------------------------------- 68.570,79 manat, faiz borcu üzrə------------------------------- 15.253,19 manat.
xx.xx.2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üçün ərizə üzrə:
əsas borc üzrə------------------------------200.000,00 manat, faiz borcu üzrə------------------------------- 47.966,58 manat.
30. "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli qiymətləndirici rəyində göstərilmişdir ki;
1. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin torpaq sahəsinin dəyəri ilə birlikdə bazar qiyməti 209 000 manat, likvid dəyəri 188 000 manat;
2. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması nəzərə alınmaqla, həmin sahədə yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin tikilisinin (torpaq sahəsi nəzərə alınmadan) bazar qiyməti 179 000 manat, likvid dəyəri 161 000 manat;
3. ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət) mənzilin bazar qiyməti 163 000 manat, likvid dəyəri 147 000 manat təşkil edir.
31. Qeyd olunan rəylər məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi rəyləri məqbul hesab etdiklərini, Cavabdeh1 MMC-nin nümayəndəsi də rəyləri mübahisələndirmədiklərini bildirmiş, aralarında razılaşma əldə olunması üçün şərait yaradılmasını xahiş etdiklərindən məhkəmə iclası təxirə salınmış, lakin növbəti iclasda barışıq sazişi bağlamadıqları müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
44. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
45. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
53. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
55. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
56. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
59. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
60. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
62. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçı bankın şikayəti üzrə Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə görə 68 570,79 manat əsas borcun, 5546,61 manat faiz borcunun; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 41 588,89 manat faiz borcunun tutulması, Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 237 000 manat məbləğində müəyyən edilməsi”, Cavabdeh1 MMC-nin şikayəti üzrə Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə görə 68 570,79 manat əsas borcun, 5546,61 manat faiz borcunun, 3429 manat dəbbə pulunun; 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 200 000 manat əsas borcun, 41 588,89 manat faiz borcunun, 10 000 manat dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 237 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 138 000 manat məbləğində müəyyən edilməsi” hissələrində yoxlanılması təşkil edir.
Məhkəmə kollegiyasının mövqeyi
64. Yuxarıda qeyd olunduğu kimi, 08 dekabr 2020-ci il tarixli K4326 saylı "xxxx"yə əsasən MMC-nə kredit 08 dekabr 2022-ci il tarixinədək, 20 sentyabr 2021-ci il tarixli K4799 saylı "xxxx"yə əsasən 20 sentyabr 2023-cü il tarixinədək verilmiş, iddiaçı bank isə həmin ərizələr (müqavilələr) üzrə borc məbləğlərini 12 dekabr 2023-cü il tarixinə qədər hesablayıb tələb etmişdir.
65. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçı bankın nümayəndəsinin “əsas və faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, Cavabdeh1 MMC-nə müqavilələr əsasında xx.xx.2023-cü il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir.
66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
67. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilələrin müddətlərinin başa çatdığı tarixlərə hesablanmış faiz borcları cavabdehlərdən tutulmalıdır.
68. Apellyasiya baxışı zamanı alınmış təkrar ekspertiza rəyini də nəzərə alan kollegiya hesab edir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borclarının məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
69. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.
70. Kollegiya, banka qalan borcun məbləğinin düzgün hesablanmadığı barədə Cavabdeh1 MMC-nin nümayəndəsinin apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir; belə ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əldə olunmuş ekspert rəyləri ilə onun bu mülahizəsi təkzib edilmişdir.
71. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borclarının məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
72. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
73. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi 08 dekabr 2020-ci il tarixli K4326 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən tələb olunan 23 648,27 manat cərimə borcunu 3429 manat, 20 sentyabr 2021-ci il tarixli K4799 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən tələb olunan 28 977,92 manat cərimə borcunu 10 000 manat məbləğində müəyyənləşdirmişdir.
74. Kollegiyanın qənaətinə görə, müəyyənləşdirdiyi həmin məbləğlərin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
75. Bununla belə kollegiya, həm iddiaçı bankın, həm də Cavabdeh1 MMC-nin nümayəndələrinin ipoteka predmetlərinin qiyməti ilə bağlı dəlillərini qismən əsaslı hesab edir; belə ki, tərəflərin 2019-cu ilin sentyabr ayında 150 000 manat məbləğində qiymətləndirdikləri Cavabdeh3 məxsus 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə və eyni tarixdə 100 000 manat məbləğində qiymətləndirdikləri Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 15ə (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 106, M4, m3 (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət mənzil) məhkəmənin təyin etdiyi qiymətləndirici müvafiq olaraq 237 000 manat və 138 000 manat likvid dəyər müəyyənləşdirmiş, məhkəmə də özünün əldə etdiyi rəyi əsas götürmüşdür.
76. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə əsasında tədqiqat aparan və əmlaklara baxış keçirən qiymətləndirici Cavabdeh3 məxsus 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin likvid dəyərini yerləşdiyi torpaq sahəsi ilə birlikdə 188 000 manat, yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan 161 000 manat, Cavabdeh2 mülkiyyətində olan mənzilin likvid dəyərini isə 147 000 manat məbləğində qiymətləndirmişdir.
77. Kollegiyanın qənaətinə görə, Cavabdeh3 məxsus 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinə münasibətdə məhkəmənin istinad etdiyi rəydə göstərilən qiymətlə tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymət arasındakı kəskin fərq, 2019-cu ildən sonrakı dövrdə ölkənin regionlarındakı daşınmaz əmlak bazarında bu qədər kəskin qiymət dəyişikliyinin baş vermədiyinin bilinən hal olması, eləcə də həmin evin dövlət mülkiyyətindəki torpaq sahəsində yerləşməsi, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 161 000 manat qiyməti daha ağlabatan hesab etməyə imkan verir.
78. Kollegiya eyni yanaşmanı Cavabdeh2 məxsus mənzilin qiymətinin müəyyənləşdirilməsi baxımından da sərgiləyir və hesab edir ki, həmin əmlakın likvid qiyməti 147 000 manat məbləğində müəyyənləşdirilməlidir.
79. Nəzərə alınmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında, xüsusilə tərəflərin özlərinin 2019cu ildə müəyyənləşdirdikləri qiymətlərə mütənasibliyini nəzərə almaqla həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir.
80. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza (qiymətləndirmə) tədqiqatlarının xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-92/2025 saylı iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi “Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 237 000 manat; Cavabdeh2 məxsus ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 138 000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 2 m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 161 000 (yüz altmış bir min) manat; Cavabdeh2 məxsus ünvan 1, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 2 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 147 000 (yüz qırx yeddi min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı ASC-dən, 50 (əlli) manatı Cavabdeh1 MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qiymətləndirmə tədqiqatının dəyəri olan 700 (yeddi yüz) manatın 350 (üç yüz əlli) manatı İddiaçı ASC-dən, 350 (üç yüz əlli) manatı Cavabdeh1 MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbirhesab:AZ25NABZ********** 00000479,KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov