Məhkəmə qərarları › İş №2-2(103)-76/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-76/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-76/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3, iş üzrə tərəf olmayan X1 nümayəndəsi Nümayəndə2 və vəkili Nümayəndə1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(81)-100/2017 saylı qətnaməsindən iş üzrə tərəf olmayan X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC BOKT-un Cavabdeh MTK-ya qarşı kredit üzrə borcun tutulması, tutmanın əmlaka yönəldilməsi və s. tələbinə dair iddia təmin edilərək, Cavabdeh MTK-dən 31.892.827.51 (əsas borc 25.988.533,32 manat; faiz borcu 5.904.294,19 manat) manat və 6.510.672,99 manat (əsas borc 6.010.782 ABŞ dolları, faiz borcu 499.890,99 ABŞ dolları) ABŞ dolları kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC BOKT-un xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6943 kv.m olan mənzillər, ümumi sahəsi 2780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh MTK-nin yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində hüquqların tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın İddiaçı QSC BOKTun mülkiyyətinə təhvil verilməsi öhdəliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə İddiaçı QSC BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxıldıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində qalan hissəsinin Cavabdeh MTK-nin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmişdir. İş üzrə tərəf olmayan X3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, X3 tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində isə göstərilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin apellyasiya şikayəti vermiş X3 hazırkı iş üzrə tərəf deyildir. Çünki iddia tələbləri Cavabdehnə qarşı irəli sürülmüş və iddia ərizəsində cavabdeh kimi də məhz həmin MTK göstərilmişdir. Eyni zamanda X3 Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində göstərilən şəxslərə də aid edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi X3 Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(004)-345/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində (ümumi sxem üzrə - 2 mərtəbəsində) yerləşən 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinə X1 istifadə və sahiblik hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin iddiaçı X2 naturada təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dən tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3409/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-345/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Maraqlı şəxs Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən binaya dair hüquqların qabaqcadan qeydiyyatı dövlət reyestrində xx.xx.2018-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmış, İddiaçı QSC BOKT, "xxxx" ASC və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina "xxxx" ASCnin balansına verilmişdir. Göründüyü kimi, bina hal-hazırda "xxxx" ASC-nin balansındadır və Cavabdeh MTK-nın həmin bina üzərində hər hansı hüquqları mövcud deyil. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, yuxarıda qeyd edilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 saylı qətnaməsi iddiaçı tərəfindən ona aid olan qeyri-yaşayış sahəsinə aid hissədə mübahisələndirilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh MTK-nın sözügedən əmlaklar üzərində hüquqlarına xitam verildiyindən hazırki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyil. Birinci instansiya məhkəməsi də qeyd olunan halları nəzərə alaraq hesab etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi həmin işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs hüquq və vəzifələrinə toxunur. Qeyd olunan qərardad nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-2(103)-993/2023 saylı qərardadı ilə X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Lakin işə mahiyyəti üzrə baxılan zaman müəyyən olundu ki, X1 istinad etdiyi onunla Cavabdeh MTK arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində, hündürlüyü 3 metr olan 32 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəqiq harada yerləşməsi ilə bağlı qeyri-müəyyənlik mövcüddur. Bu baxımdan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)- 993/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 iyul 2024-cü il tarixli 3-16-16/2-10/9958 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən X3 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində yerləşən 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinin yerləşməsinə dair sxem olmadığından, eləcə də, təqdim edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsinə əsasən tutmanın yönəldilməli olduğu Cavabdeh MTK-nın istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binanın – ümumi sahəsi 2780 kv.m olan qeyri-yaşayış sahəsi və 120 ədəd yeraltı dayanacağa aid olub-olmamasını, eyni zamanda həmin 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinin əlavə yeraltı dayanacaq (qaraj) sahələrinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi X1 istinad etdiyi onunla Cavabdeh MTK arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqavilədə onun predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən hündürlüyü 3 metr olan 32 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin konkret olaraq harada yerləşməsi dəqiq müəyyən edilməmişdir. Cavabdeh MTK-nın nümayəndəsi də həmin müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin mövcüd olduğunu təsdiq etməmişdir. Mülki Məcəllənin 405.1-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu baxımdan kollegiya hesab edir ki, X3 ilə Cavabdeh MTK arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış sayıla bilməz. Çünki, tərəflər müqavilənin mühüm şərti sayılan onun predmetinə dair razılığa gəlməmişlər. Belə olan halda isə X3 Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində göstərilən şəxslərə aid edilə bilməz. Ona görə də, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur və onun apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunub. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0 və 384.0.6-cı maddələrində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2 və 384.0.6ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-993/2023 saylı qərardadı ləğv edilməli, iş üzrə tərəf olmayan X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 384.0.6 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-993/2023 saylı qərardadı ləğv edilsin. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2-2(81)-100/2017 saylı qətnaməsindən iş üzrə tərəf olmayan X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar