Məhkəmə qərarları › İş №2-2(103)-76/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-76/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-76/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndələri və vəkilləri X3, X4, Cavabdeh3, Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMC-yə qarşı “kredit borcunun ödənilməsi və.s” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 50/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 MMCyə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Dadaş–N“ MMC-dən, Cavabdeh3 və “Emperor Horizon “ MMC-dən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2019-ci il 18 iyul tarixli kredit müqaviləsi üzrə 709.085,46 ABŞ dolları əsas, 392.766,23 ABŞ dolları faiz, 367.399,38 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.469.251,07 ABŞ dolları məbləğində borcun, 2.101,22 manat ödənilmiş dövlət rüsumunun, 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması və borcun ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına “Yelo Bank “ ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, "xxxx" MMC-dən, Cavabdeh3 İddiaçı ASC-in xeyrinə 2016-ci il 09 sentyabr tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 322.929.41 manat məbləğində əsas, 453.125,07 manat faiz borcu və 114.868,87 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 890.923,35 manat məbləğində borcun tutulması, “Dadaş –N “ MMC-dən İddiaçı ASC-in xeyrinə 2017-ci il 31 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 109.390,46 manat faiz, 78.249,79 manat cərimə borcu və 1.760,20 manat əldən çıxmış fayda olmaqla, ümumlikdə cəmi 189.400,45 manat məbləğində borcun tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasına tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsi və qeyriyaşayış binasının boşaldılması və Banka təhvil verilməsi, Dadaş-N MMCnin ("xxxx" İstehsalat Məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WİELE, ANMAK) və Yardımçı ləvazimatlarının İddiaçı ASC-yə qaytarılması, Dadaş-N MMC-yə ("xxxx"istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksinin boşaldılaraq İddiaçı ASC-yə qaytarılması, "xxxx" İKB ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 iyul 2019-ci il tarixli baş kredit müqaviləsinin, 09 sentyabr 2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinin və 31 mart 2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-50/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 iyul 2019-cu il tarixli baş kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsi və xx.xx.2017-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilmiş hesab edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 709.085 (yeddi yüz doqquz min səksən beş) ABŞ dolları, 46 (qırx altı) sent, faiz borcu üzrə 392.766 (üç yüz doxsan iki min yeddi yüz altmış altı) ABŞ dolları, 23 (iyirmi üç) sent, cərimə borcu üzrə 35.000 (otuz beş min) ABŞ dolları olmaqla, cəmi 1.136.851 (bir milyon bir yüz otuz altı min səkkiz yüz əlli bir) ABŞ dolları, 69 (altmış doqquz) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 567.0 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 3.300.000 (üç milyon üç yüz min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2016cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 322.929 (üç yüz iyirmi iki min doqquz yüz iyirmi doqquz) manat, 41 (qırx bir) qəpik, mükafat borcu üzrə 379,597 (üç yüz yetmiş doqquz min beş yüz doxsan yeddi) manat, 61 (altmış bir) qəpik, cərimə borcu üzrə 16.000 (on altı min) manat olmaqla, cəmi 718.527 (yeddi yüz on səkkiz min beş yüz iyirmi yeddi) manat, 02 (iki) qəpik məbləğində pulun tutulması, Cavabdeh1 MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən mükafat borcu üzrə 54.982 (əlli dörd min doqquz yüz səksən iki) manat, 86 (səksən altı) qəpik, cərimə borcu üzrə 2.700 (iki min yeddi yüz) manat olmaqla, cəmi 57.682 (əlli yeddi min altı yüz səksən iki) manat, 86 (səksən altı) qəpik məbləğində pulun tutulması, Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.101 (iki min bir yüz bir) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 (iki yüz) manat, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə cavabdeh tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar