Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-763/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə2, X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 171/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3390892,57 manat və 2486 manat ödənilmiş dövlət rüsumu, cəmi 3393378,57 manat məbləğində pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Səngəçal, Dübəndi, Ələt və Bakı-Yük stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsi”, “dalan yolundan istifadə”, “ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə Cavabdeh MMC-yə 3 390 892,57 manat yığım hesablanmışdır. Bununla bağlı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, göstərmişdir ki, sonradan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2020-ci ilin yanvar və noyabr ayları üzrə Biləcəri stansiyasında hesablanmış 793668 manat, 2019-cu ilin fevral, aprel, may, avqust ayları və 2020-ci ilin noyabr ayı üzrə Dübəndi stansiyasında hesablanmış cəmi 2364533,87 manat borc cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli hüq.498 nömrəli xidmət müqaviləsinə uyğun olaraq icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, təmir və cari təmirini həyata keçiməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonları təmirə açmış və bunun əsasında VU-23 nömrəli bildiriş tərtib etmişdir. Qeyd edilən bildirişlər cavabdehə göndərilsə də, onlar tərəfindən hər hansı sifariş verilməmiş, nəticədə təmir üçün açılmış vaqonlar iddiaçının ümumi istifadəli yolunda dayanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 3.4-cü bəndinə əsasən yığımlar hesablanmışdır.
4. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin əksəriyyətində (yığım vərəqələri) cavabdeh deyil, qeyri-rezident olan “X10 FZE” qeyd olunmuşdur. Bu daha onu göstərir ki, iddia tələbləri üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Bundan əlavə təqdim edilmiş sənədlərin əksər hissəsi mübahisələndirilən dövrdən əvvələ aid olmaqla hazırkı işə aidiyyatı olmamaqla sübut kimi dəyərləndirilə bilməz. Bundan əlavə, elektron qaimələr hazırkı iş üzrə borcun olmasını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Belə ki, elekton qaimələrdən altısı boşdayanmaya görə cavabdehə təqdim edilmiş, lakin həmin qaimələr cavabdeh tərəfindən qəbul edilməmiş, həmin qaimələr üzrə vəsait ödənilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən boş dayanmasına görə yığım hesablanmış vaqonlar cavabdehin deyil, qeyri-rezident olan FZE Şirkətinin (X3 rezidenti olan) mülkiyyətində olmuşdur. Yəni, iddiaçı cavabdehin mülkiyyətində, habelə qanuni sahibliyində olmayan vaqonların boş dayanmasına görə ona 3158202,67 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı da məhkəməyə yalnız elektron qaimələr təqdim edilmişdir. Bundan əlavə, stansiya xidmətləri göstərilmiş vaqonların mülkiyyətçisinin cavabdeh olması sübut olunmur. Təmirə açılma ilə bağlı tərtib edilmiş VU-23 bildirişləri qeyd olunduğu kimi 2019-cu ilin fevral, aprel, may, avqust və 2020-ci ilin yanvar və noyabr ayları üçün yox, 2016, 2017 və 2018-ci illəri əhatə edir. Bu da onu göstərir ki, 2019 və 2020-ci illər ərzində boşdayanma halı olmamışdır. Vaqonların təmir üçün açılması, sifarişin verilməli olması, ümumi istifadəli yollarda boşdayanma nəticəsində yığım hesablanacağı barədə cavabdehin xəbərdar olunduğu sübut olunmur. Cavabdeh FZE-nin Azərbaycan Respublikasındakı ticarət agentidir. Cavabdehin icra etdiyi əməliyyatlar həmin Şirkətin adından və onun hesabına icra edilmiş, buna görə də iş üzrə əsl Cavabdeh FZE-dir. Həmin Şirkətin qanuni sahiblik və istifadəsində olan vaqonların Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı xx.xx.2020-ci il tarixinə qədər yaranmış öhdəliklərə görə cavabdeh maddi məsuliyyət daşımır.
5. İddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən onun xeyrinə 2911207,50 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" QSC-nin müraciəti əsasında tərəflər arasında baş tutan razılaşmaya əsasən iddiaçı tərəfindən onun qanuni istifadəsində olan 215 ədəd vaqon 19 mart 2021-ci il tarixindən etibarən cavabdehin müvəqqəti olaraq əvəzli istifadəsinə verilmişdir. Vaqonların bəziləri onlara geri qaytarılsa da, bir qismi bu günə qədər hələ də cavabdehin istifadəsindədir. Tərəflər arasındakı razılaşmaya əsasən bir vaqon üçün gündəlik istifadə haqqı 15 ABŞ dolları, yəni 25.50 manat olaraq müəyyənləşdirilsə də, cavabdeh təşkilat tərəfindən 2911207,50 manat məbləğində pul vəsaiti istifadə haqqı bu günə qədər ödənilməmiş olaraq qalır. İddiaçı tərəfindən cavabdehin istifadəsinə verilən vaqonların seriya nömrələri, təhvil-təslim tarixi, istifadə müddəti, istifadə haqqı və ümumi borcu müəyyənləşdirən maliyyə arayışı iddia ərizəsinə əlavə olunmuşdur.
7. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinə yalnız iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışı əlavə edilmiş, qeyd edilən vaqonların onlara hansı hüquqi sənədlər əsasında təhvil verildiyini təsdiq edə bilməmişdir. Bundan əlavə, tərəflər arasında vaqonların istifadəsinə dair hər hansı müqavilə mövcud olmamış, iddiaçı tərəfindən qeyd edilən vaqonlar ADY-yə təhvil verilmişdirsə, bunu təsdiq edən təhvil-təslim aktları iddia ərizəsinə əlavə olunmamışdır. Qarşılıqlı iddiaçı vaqonların istifadəyə verilməsinə dair müqavilə, təhvil-təslim aktları, ümumiyyətlə bu halın mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-171/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmiş və ödənilmiş dövlət rüsumları özlərinə aid edilmişdir.
9. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-171/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qarşılıqlı iddia üzrə tələblərin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi “X10 FZE” Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən icraçı (Cavabdeh MMC) sifarişçinin (“X10 FZE” Şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yüklərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini, digər əlaqəli xidmətləri Sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırki müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin edir və göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərini icraçıya ödənilməsini öhdəsinə götürür. Müqavilənin 4.1.1 və 4.1.2-ci bəndlərinə əsasən sifarişçi (“X10 FZE” Şirkəti) icraçını Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin edir. Azərbaycan Respublikasında ona məxsus vaqonlardan hazırki müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyata keçirilməsinə razılıq verir. Qeyd edilən müqavilə şərtlərində də göründüyü kimi Cavabdeh MMC “X10 FZE” Şirkətinin Azərbaycandakı ticarət nümayəndəsi kimi fəaliyyət göstərmiş və bütün əməliyyatlarda onun adından çıxış etmişdir. Mübahisə edilən stansiya xidmətlərinə dair Cavabdeh MMC tərəfindən ADY-yə dəfələrlə ödəniş edilmiş və bu hal sübut qismində məhkəməyə təqdim edilmişdir. Cavabdeh MMC-nin sözügedən stansiya xidmətlərinə görə etdiyi bu ödənişlər mübahisəli münasibətlərdə Cavabdeh MMC-nin birbaşa tərəf olduğunu sübut edir və cavabdehin ticarət agenti olaraq heç bir məsuliyyət daşımadığı iddiasını təkzib edir. Əks halda, mövcud münasibətlərdə cavabdeh sadəcə vasitəçi rolunu oynayıb ödəniş prosesində iştirak etməməli idi. Bu hissədə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X10 FZE” Şirkəti göstərilmişdir. Bununla bağlı bildiririk ki, yuxarıda da qeyd edildiyi kimi “X10 FZE” Şirkətinin adı qeyd olunmuş yığım vərəqələri əsasında verilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən ödəniş həyata keçirilmişdir. Lakin işə baxan məhkəmə “X10 FZE” Şirkətinə xidmət göstərildiyi halda hansı səbəbdən ödənişlərin Cavabdeh MMC tərəfindən aparıldığını aydınlaşdırmamış və buna qətnamədə hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında həyata keçirilmişdir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmalıdır. Cavabdeh MMC ilə “X10 FZE” Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X10 FZE” Şirkəti Azərbaycan Respublikasında ona məxsus vaqonlardan Cavabdeh MMC tərəfindən müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin sifarişçinin adından həyata keçirilməsinə razılıq vermişdir. Göründüyü kimi vaqonlar “X10 FZE” Şirkətinin mülkiyyətində olsa da, həmin vaqonlar Cavabdeh MMCnin istifadəsinə verilmişdir. Sözügedən müqavilə Cavabdeh MMC tərəfindən ADY-yə təqdim edildiyindən ADY-nin məlumat bazasında həmin vaqonların Cavabdeh MMC-nin istifadəsində olduğu kimi qeyd olunmuş və stansiya xidmətləri də Cavabdeh MMC-yə hesablanmışdır. Yəni vaqonların “X10 FZE” Şirkətinin mülkiyyətində olması, həmin vaqonlardan istifadə edən Cavabdeh MMC-nin cavabdeh olmasını istisna etmir. ADY-nin subyektiv hüququnun olmaması barədə məhkəmə qeyd etsə də, hansı əsasa görə ADY-nin iddianı qaldırmağa subyektiv hüququnun olmamasını əsaslandırmamışdır. Yalnız bir cümlə ilə ADY-nin subyektiv hüququ olmadığını qeyd etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 397.3-cü maddəsini iş üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, həmin maddəyə görə tərəflər arasında bağlanmış şifahi müqavilənin də məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Lakin birinci intansiya məhkəməsi qeyd olunan maddəni iş üzrə tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 675-ci maddəsini iş üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən ona məxsus olan qatarları cavabdehin müvəqqəti istifadəsinə verməsi və bunun qarşılığında cavabdehin iddiaçıya kirayə haqqı ödəməsi faktı əmlak kirayə münasibətləri hesab edilir. Mülki qanunvericiliyə görə tərəflər arasında əmlak kirayə müqaviləsi şifahi olaraq da bağlana bilər. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 675-ci maddəsini iş üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən ona məxsus olan qatarları cavabdehin müvəqqəti istifadəsinə verməsi və bunun qarşılığında cavabdehin iddiaçıya kirayə haqqı ödəməsi faktı əmlak kirayə münasibətləri hesab edilir. Mülki qanunvericiliyə görə tərəflər arasında əmlak kirayə müqaviləsi şifahi olaraq da bağlana bilər. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 398.3-cü maddəsini iş üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Belə ki, həmin maddəyə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Birinci instansiya məhkəməsi qiyməti müəyyənləşdirmək üçün oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiyməti müəyyənləşdirmək əvəzinə qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini iş üzrə doğru tətbiq etməmiş, AR Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsini isə iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, mülki prosessual məcəllədə ümumi norma mahiyyətində olan 77.1- ci maddə hər kəsin öz tələblərini sübut etmək öhdəliyini müəyyən edir. Sübuetmənin xüsusi norması hesab olunan AR MPM-nin 78.2-ci maddəsi isə iş üzrə sübutların onu təqdim etmək istəyən şəxsdə olmadığı – iş üzrə digər tərəfdə olduğu hallarda məhkəmə sorğusu vasitəsilə həmin sübutların qarşı tərəfdən tələb olunması hüququnu şəxsə tanıyır. Məhz buna görə də qarşılıqlı iddianı sübut edəcək sənədlər iş üzrə cavabdehdə olduğu üçün iddiaçı müvafiq vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi vəsatəti hər hansı əsaslı səbəb olmadan rədd etmiş, qətnamədə isə bu barədə hər hansı əsaslandırma qeyd etməmişdir. Tərəflər arasında mövcud olan işgüzar etimada əsaslanaraq iddiaçı X10 MMC qanuni sahiblik və istifadəsində olan 215 ədəd vaqonu yazılı yox, şifahi müqavilə əsasında cavabdeh təşkilatın müvəqqəti istifadəsinə vermişdir, məhz buna görə də hazırki vəziyyətdə qarşılıqlı iddia ərizəsi üzrə tələblərin sübutunu təşkil edən məlumat və təsdiqedici yazılı sənədlərin (xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasında 215 ədəd vaqonun kimin sifarişi ilə hansı yük daşımalarında istifadə olunduğu və bu yük daşımalarına görə naryad sifarişlərini hansı şirkətin verdiyi, vaqonların əsaslı, depo və cari təmirinin hansı şirkətin sifarişi ilə həyata keçirildiyi və təmir bildirişlərinin hansı şirkətə verildiyi, bu cür təmir xidmətlərinə görə xidmət haqqı ödənişlərini hansı şirkətin ödədiyi və s. barədə məlumat və yazılı sənədlər) cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində mövcuddur. Bu sənəd və məlumatlar məhkəmə sorğusu nəticəsindən cavabdeh tərəfindən məhkəməyə təqdim olunacağı təqdirdə iddia tələbləri tam olaraq sübut olunacaq idi. Lakin birinci instansiya məhkəməsi vəsatətimizi təmin etməməklə AR MPM-nin 78.2-ci maddəsində müəyyənləşdirilmiş prosessual hüququmuzu pozmuş və iddia tələblərimizi sübut olunmayan iddia statusuna çevirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim etdiyimiz vəsatətimizdə qeyd etdiyimiz faktiki hallar (sənəd və məlumatlar) araşdırılmamış və aydınlaşdırılmamış, qeyd olunan sənəd və məlumatlar cavabdehdən tələb edilməmiş, nəticə etibarilə əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, "xxxx" QSC stansiya xidmətlərinin göstərilməsi sahəsində təbii inhisarçıdır. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfə stansiya xidmətləri göstərilmiş həmin xidmətlərə görə yığımlar və əlavə olaraq, cavabdehin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinə uyğun olaraq icraçı sifarişçinin sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, təmir və cari təmirini həyata keçiməyi, sifarişçi isə göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Həmçinin, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən Cavabdeh MMC ilə “X10 FZE” Şirkəti arasında ticarət nümayəndəsi müqaviləsi bağlanmışdır. Lakin müqavilədə “X10 FZE” Şirkətinin ticarət agenti qismində çıxış edən Cavabdeh MMC bu halda heç bir öhdəlik daşımır. Bu mövqe ilə razı deyilik belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi “X10 FZE ”Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən icraçı ("xxxx" MMC) sifarişçinin (“X10 FZE” Şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yüklərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini, digər əlaqəli xidmətləri sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırkı müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin edir və göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərini icraçıya ödənilməsini öhdəsinə götürür. Müqavilənin 4.1.1 və 4.1.2-ci bəndlərinə əsasən sifarişçi (“X10 FZE” Şirkəti) icraçını Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin edir. X10” MMC “X10 FZE” Şirkətinin Azərbaycandakı ticarət nümayəndəsi kimi fəaliyyət göstərmiş və bütün əməliyyatlarda onun adından çıxış etmişdir. Mübahisə edilən stansiya xidmətlərinə dair Cavabdeh MMC tərəfindən ADY-yə dəfələrlə ödəniş edilmiş və bu hal sübut qismində məhkəməyə təqdim edilmişdir. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi “X10 FZE” şirkətinin adı qeyd olunmuş yığım vərəqələri əsasında verilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən ödəniş həyata keçirilmişdir. Bundan başqa, Cavabdeh MMC-nin istifadəsində olan təmir üçün açılmış vaqonların ümumi istifadəli yolda boşdayanmasına görə borcun hesablanmasına əsas olan VU-26 bildirişlərinin 2015-2018-ci illərə aid olduğunu bildirərək həmin sənədlərin iş üzrə sübut qismində qəbul etməmişdir. İlk növbədə qeyd edək ki, bildirişlərdə qeyd olunan tarixlər vaqonların açıldığını göstərən tarixlərdir. Yəni həmin tarixdə vaqonlar açılıb ümumi istifadəli yolda saxlansalar da, boşdayanmaya görə yığımlar 2019 və 2020-ci illər üzrə hesablanmışdır. Bundan başqa VU-26 bildirişlərinin bir çoxunda 2019-cu il qeyd olunmuşdur. Onlar, hazırki cavabdeh tərəfi kontraagent kimi görmüşlər və törəmə müəssisəyə də eyni maliyyə kodu verilib. Sifariş sənədlərində qarşı tərəfin imzası, möhürü, vaqonların nömrələri var. Onlar vaqonların Cavabdeh MMC-yə məxsus olmasını qəbul edirlər. Cavabdeh tərəf müvafiq ödənişlər etmişdir.
15. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iş materiallarına əlavə edilməsi üçün təqdim etdiyim yazılı izahatında işin hallarını ətraflı qeyd etmişdir. Cavabdeh MMC ilə “X10 FZE” Şirkətinin arasında bağlanılmış xx.xx.2008-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin 4-cü maddəsi ilə razılaşdırılmış qaydada biz “X10 FZE”-nin agenti kimi və onun tapşırığı ilə onun adından, onun hesabına icra olunması üçün imzalanmışdır. Onlar vaqonlara sahiblik etməmişlər, çünki vaqonlar “X10 FZE”-nin sahibliyində idi, onlar sadəcə rəsmiləşdirmə işləri görmüşlər. Sifarişçi yazışmalar aparır, müqavilə bağlayır. Bəzi ödənişlər bizim tərəfimizdən o halda edilir ki, həqiqiliyi “X10 FZE” tərəfindən mübahisələndirilməsin. Bundan əlavə, elektron qaimələr hazırkı iş üzrə borcun olmasını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Belə ki, elekton qaimələrdən altısı boşdayanmaya görə cavabdehə təqdim edilmiş, lakin həmin qaimələr cavabdeh tərəfindən qəbul edilməmiş, həmin qaimələr üzrə vəsait ödənilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən boş dayanmasına görə yığım hesablanmış vaqonlar cavabdehin deyil, qeyrirezident olan FZE Şirkətinin (X3 rezidenti olan) mülkiyyətində olmuşdur. Yəni, iddiaçı cavabdehin mülkiyyətində, habelə qanuni sahibliyində olmayan vaqonların boş dayanmasına görə ona 3158202,67 manat məbləğində borc hesablamışdır. Bununla bağlı da məhkəməyə yalnız elektron qaimələr təqdim edilmişdir. Bundan əlavə, stansiya xidmətləri göstərilmiş vaqonların mülkiyyətçisinin cavabdeh olması sübut olunmur. Bundan əlavə qeyd edir ki, tərəflər arasında mövcud olan işgüzar etimada əsaslanaraq iddiaçı X10 MMC qanuni sahiblik və istifadəsində olan 215 ədəd vaqonu yazılı yox, şifahi müqavilə əsasında cavabdeh təşkilatın müvəqqəti istifadəsinə vermişdir, məhz buna görə də hazırki vəziyyətdə qarşılıqlı iddia ərizəsi üzrə tələblərin sübutunu təşkil edən məlumat və təsdiqedici yazılı sənədlərin cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində mövcuddur.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
21. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
22. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
23. Həmin Məcəllənin 432.3-cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
26. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır.
32. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, hüq.498 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən sifarişçinin mülkiyyətində və ya icarəsində olan çən vaqonlarının əsaslı, depo və cari təmirini həyata keçirməyi, sifarişçi isə götürülən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.
33. Müqavilənin 3.1-ci bəndinə əsasən görülən xidmətin dəyəri icraçı tərəfindən təsdiq edilmiş kalkulyasiyada göstərilən qiymətlər əsasında hesablanır. Görülmüş xidmətin dəyəri ƏDV daxil olmaqla sifarişçi tərəfindən ödənilməlidir.
34. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı tərəfindən təsdiq edilmiş kalkulyasiyaya əsasən əsaslı təmir haqqı 1 vaqona görə ƏDV daxil 3422 manat, depo təmirinin haqqı isə 1 vaqona görə ƏDV daxil 2115,15 manat təşkil edir.
35. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı xidmətləri yalnız sifarişçinin müvafiq formada etdiyi sifarişlər əsasında təqdim edir.
36. İddiaçı (dəmir yolu) ilə cavabdeh (dalan yolu sahibi) arasında bağlanmış xx.xx.2014-ci il tarixli hüq.1129 nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə əsasən dalan yolu sahibinə məxsus dalan yolu dəmir yolunun Dübəndi stansiyasının 14-cü yoluna 33 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir.
37. Müqavilənin 1.2-ci bəndinə əsasən dalan yolunun sərhəddi yolun texniki pasportunda və vaqonların verilib götürülməsinə dair təlimatda müəyyən edilir. Dalan yolunun ümumi uzunluğu 730 p.m təşkil edir.
38. Müqavilənin 2.1-ci bəndinə əsasən dalan yolunda manevr heyyətlərinin hərəkəti və manevr işləri dəmir yollarının texniki istismar qaydalarına, qatarların hərəkətinə və manevr işlərinə dair təlimata, işarətvermə təlimatına, vaqonların verilib-götürülməsinə dair təlimaya və digər yerli təlimatlara uyğun olaraq aparılır.
39. Müqavilənin 4.1-ci bəndinə əsasən dalan dəmir yoluna vaqonların verilibgötürülmə yığımı faktiki verilib – götürülən vaqonların sayı əsasında hesablanır və bu ödənc dəmir yoluna məxsus lokomativ ilə vaqonların yükləmə və boşaltma sahələrinə paylaşdırıldığı üçün yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımlara əsasən müəyyən edilmiş qaydada tutulur, ödəniləcək yığım məbləği istifadəçi tərəfindən stansiyaya ödənilir.
40. Müqavilənin 4.2-ci bəndinə əsasən istifadəçi bu müqavilə üzrə vaqonların verilibgötürülməsinə və dalan yolunda dəmir yolunun lokomativi ilə xidmət edildikdə hər verilib-götürülmədə aparılan manevr işlərinə, digər xidmətlərə görə 25 manat vahid yığım məbləğini stansiyanın xəzinəsinə ödəyir.
41. İddiaçı (dəmir yolu) ilə cavabdeh (dalan yolu sahibi) arasında bağlanmış xx.xx.2014-ci il tarixli hüq.1131 nömrəli dalan dəmir yolunun istismar edilməsi barədə (dəmir yoluna məxsus lokomativ ilə xidmət edildiyi halda) müqaviləyə əsasən istifadəçinin istifadə etdiyi dalan yolu dəmir yolunun Dübəndi stansiyasına 17 saylı yoldəyişdirici ilə birləşir. Dalan yoluna dəmir yoluna məxsus lokomativlə xidmət edilir və dəmir yolları nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir.
42. Müqavilənin 1.2-ci bəndinə əsasən dalan yolunun sərhəddi yolun texniki pasportunda və vaqonların verilib götürülməsinə dair təlimatda müəyyən edilir. Dalan yolunun ümumi uzunluğu 462,6 p.m təşkil edir.
43. Müqavilənin 2.1-ci bəndinə əsasən dalan yolunda manevr heyyətlərinin hərəkəti və manevr işləri dəmir yollarının texniki istismar qaydalarına, qatarların hərəkətinə və manevr işlərinə dair təlimata, işarətvermə təlimatına, vaqonların verilib-götürülməsinə dair təlimaya və digər yerli təlimatlara uyğun olaraq aparılır.
44. Müqavilənin 4.1-ci bəndinə əsasən dalan dəmir yoluna vaqonların verilib götürülmə yığımı faktiki verilib – götürülən vaqonların sayı əsasında hesablanır və bu ödənc dəmir yoluna məxsus lokomativ ilə vaqonların yükləmə və boşaltma sahələrinə paylaşdırıldığı üçün yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımlara əsasən müəyyən edilmiş qaydada tutulur, ödəniləcək yığım məbləği istifadəçi tərəfindən stansiyaya ödənilir.
45. Müqavilənin 4.2-ci bəndinə əsasən istifadəçi bu müqavilə üzrə vaqonların verilibgötürülməsinə və dalan yolunda dəmir yolunun lokomativi ilə xidmət edildikdə hər verilibgötürülmədə aparılan manevr işlərinə, digər xidmətlərə görə 25 manat vahid yığım məbləğini stansiyanın xəzinəsinə ödəyir.
46. “X10 FZE” Şirkəti (icarəçi) ilə “X8 CİS PTE LTD” (icarəyə verən) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, RLR01 saylı icarə müqaviləsinə əsasən icarəyə verən özünə məxsus dəmir yol vaqonlarını müvəqqəti əvəzli icarəyə verməyi, icarəçi isə onları icarəyə götürməyi öhdəsinə götürür.
47. Müqavilənin 1.2-ci bəndinə əsasən vaqonların model, say və qeydiyyat nömrələri müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktlarında göstərilmişdir.
48. Müqavilənin əlavəsində icarəyə verilmiş 450 adda vaqonun nömrəsi, modeli və sayı göstərilmişdir.
49. 113İPEX190320665 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 47,20 manat, 113İPEX190461454 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 789,30 manat, 113İPEX********** nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX190940684 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 77,99 manat, 113İPEX190940686 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 117,60 manat, 113İPEX190940685 nömrəli ödəniş tapşırığı ilə 2744 manat, 113İPEX190950889 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 40 manat, 113İPEX191231592 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192180279 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC192410972 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192460876 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192460877 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 90,40 manat, 113İPEX192691436 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC192761331 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX192761168 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 135,60 manat, 113İPEX193092086 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX193372055 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC193372053 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 45,20 manat, 113İPEX193381662 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX193632359 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 1629,50 manat, 113İCT********** nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 13824,71 manat, 113İPEX200620838 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX200700319 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 1032 manat, 113İPEX200911116 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX201251451 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX201891507 nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İCT********** nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığ ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 88833,5 manat, xx.xx.2020-ci il tarixli 20 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 408300,8 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEC211051168 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 1700 manat, 113İPEX211191964 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 329,40 manat, 113İPEX211530352 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220060762 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220631757 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220631757 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220910916 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX220911647 nömrəli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX221541689 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX221871747 nömrəli ödəniş tapşırığı ilə 40 manat, 113İPEX222130832 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222380428 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2669,92 manat, 113İPEX222451801 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222500875 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 22170,83 manat, 113İPEX222780921 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, 113İPEX222832246 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 240 manat, 113İPEX223081327 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 20 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 21084,01 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 26990,26 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 4858,25 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 4851,63 manat, xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 22170,83 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.
50. İddiaçı tərəfindən “X10 FZE”-yə verilmiş 06 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2918,14 manat, 08 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin mart ayı üçün vaqonların dalan yoluna verilib götürülməsi üçün 1359,95 manat, “X10 FZE”-yə verilmiş 06 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2918,14 manat, Cavabdeh MMC-yə verilmiş 04 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 164,61 manat, “X10 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4774,28 manat, “X10 FZE”-yə verilmiş 02 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2598,95 manat, “X10 FZE”-yə verilmiş 47 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yük daşımalarına görə yazılı teleqramların verilməsinə görə QU-1 hesabat kartların yazılmasına görə yığım vərəqinə görə 841,34 manat, “X10 FZE”-yə verilmiş 46 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək MDB vaqonlarından istifadəyə görə yığım vərəqəsinə görə 16313,16 manat, “X10 FZE”-yə verilmiş 45 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin dekabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2892,18 manat, Cavabdeh MMC-yə verilmiş 44 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin dekabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 6368,46 manat, Cavabdeh MMC-yə verilmiş 40 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 5975,52 manat, Cavabdeh MMC-yə verilmiş 39 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2408,97 manat, “X10 FZE”-yə verilmiş 38 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2683,91 manat, “X10 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X10 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X10 FZE”-yə verilmiş 37 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin oktyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7087,08 manat, “X10 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4506,42 manat, “X10 FZE”-yə verilmiş 33 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7258,06 manat, “X10 FZE”-yə verilmiş 32 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 5599,10 manat, “X10 FZE”-yə verilmiş 29 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 6399,73 manat, “X10 FZE”-yə verilmiş 29 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 7428,69 manat, “X10 FZE”-yə verilmiş 27 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2033,02 manat, “X10 FZE”-yə verilmiş 23 a nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyul dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1965,88 manat, “X10 FZE”-yə verilmiş 23 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 354 manat, “X10 FZE”-yə verilmiş 21 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1346,97 manat, “X10 FZE”-yə verilmiş 20 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin iyun dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3469,20 manat, “X10 FZE”-yə verilmiş 18 nömrəli xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 267765,60 manat, “X10 FZE”-yə verilmiş 16 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin may dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3088,65 manat, “X10 FZE”-yə verilmiş 15 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin may dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 3524,66 manat, “X10 FZE”-yə verilmiş 13 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin aprel dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1686,81 manat, “X10 FZE”-yə verilmiş 12 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 267765,60 manat, “X10 FZE”-yə verilmiş 11 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 241852,80 manat, “X10 FZE”-yə verilmiş 10 nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 340925,60 manat, “X10 FZE”-yə verilmiş 08 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin mart dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 875,56 manat, Cavabdeh-yə verilmiş 02 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 108.56 manat, Cavabdeh-yə verilmiş --- nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019- cu ilin yanvar (İ/Xİİ) dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2492,75 manat, Cavabdeh MMC-yə verilmiş 10a nömrəli xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixdən stansiyada ümumi istifadə yolunda boşdayanmasına görə yığım vərəqi üçün 520380 manat, “X10 FZE”-yə verilmiş 77 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin sentyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1370,33 manat, Cavabdeh MMC-yə verilmiş 68 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin avqust dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 4614,19 manat, Cavabdeh MMC-yə verilmiş 95 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2019-cu ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1885,65 manat, Cavabdeh MMC-yə verilmiş xx.xx.2020 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 2984,52 manat, Cavabdeh MMC-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin yanvar dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 38434,62 manat, “X10 FZE”-yə verilmiş 12/02-20 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 59 manat, “X10 FZE”-yə verilmiş 09 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1246,08 manat, “X10 FZE”-yə verilmiş 11 nömrəli xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdən yük daşımalarına görə yazılı teleqramların verilməsinə görə QU-1 hesabat kartların yazılmasına görə yığım vərəqi üçün 146,32 manat, “X10 FZE”-yə verilmiş 09 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 1246,08 manat, Cavabdeh MMC-yə verilmiş 14 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin fevral dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 19300,08 manat, Cavabdeh MMC-yə verilmiş 02nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin noyabr dövründə vaqonların dalan yoluna verilib götürülməsi üçün 273288 manat, “X10 FZE”-yə verilmiş 18 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 1231,92 manat, Cavabdeh MMC-yə verilmiş 35 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2020-ci ilin avqust dövründə MDB vaqonlarından istifadə üçün 1141,30 manat, “X10 FZE”-yə verilmiş 02 nömrəli vaqonların ötürülməsi və yığılması cədvəlinə görə 4729,44 manat, “X10 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin fevral dövründə MDB vaqonlarından istifadə üçün 2151,14 manat, “X10 FZE”-yə verilmiş 03 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin yanvar dövründə MDB vaqonlarından istifadə üçün 2151,14 manat, “X10 FZE”-yə verilmiş 19 nömrəli vaqonların ötürülməsi və yığılması cədvəlinə əsasən vaqonların dalan yoluna verilib götürülməsi üçün 4989.63 manat, “X10 FZE”-yə verilmiş 22 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin may dövründə MDB vaqonlarından istifadə üçün 20740,80 manat, “X10 FZE”-yə verilmiş 26a nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin iyun dövründə MDB vaqonlarından istifadə üçün 3288,16 manat, “X10 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin iyun dövründə MDB vaqonlarından istifadə üçün 3288,16 manat, “X10 FZE”-yə verilmiş 34 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin sentyabr dövründə MDB vaqonlarından istifadə üçün 43,35 manat, “X10 FZE”-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2021-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X10 FZE”- yə verilmiş 12 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin aprel dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X10 FZE”-yə verilmiş 05 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin mart dövründə MDB vaqonlarından istifadə üçün 2914,62 manat, “X10 FZE”-yə verilmiş 12 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin aprel dövründə MDB vaqonlarından istifadə üçün 6062,08 manat, “X10 FZE”-yə verilmiş 18 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsi ilə 2022-ci ilin may dövründə MDB vaqonlarından istifadə üçün 1419,84 manat hesablanmışdır.
51. İddiaçı tərəfindən cavabdehə HX 012008 nömrəli xx.xx.2019-cu il tarixli, EAAQ 527252 nömrəli xx.xx.2019-cu il tarixli, EAAR 675629 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 161271 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 256382 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 749974 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli, EAAY 507563 nömrəlli xx.xx.2019-cu il tarixli, EBAA 069600 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 177722 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 525143 nömrəli xx.xx.2019-cu il tarixli, EBAD 830945 nömrəli xx.xx.2019-cu il tarixli, EBAF 183204 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 379794 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 667125 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 904659 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 134724 nömrəli xx.xx.2020-ci il tarixli, EAAR 675629 nömrəli xx.xx.2019-cu il tarixli, EAAT 161271 nömrəli xx.xx.2019-cu il tarixli, EAAU 256382 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 749974 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX 073276 nömrəli xx.xx.2019- cu il tarixli, EAAY 507563 nömrəli xx.xx.2019-cu il tarixli, EBAA 069600 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 177722 nömrəli xx.xx.2019-cu il tarixli, EBAC 525143 nömrəli xx.xx.2019-cu il tarixli, EBAD 830945 nömrəli xx.xx.2019cu il tarixli, EBAF 183204 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 379794 nömrəli xx.xx.2020ci il tarixli, EBAH 667125 nömrəli 1.03.2020-ci il tarixli, EBAİ 904659 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 413740 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 003455 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 652935 nömrəli xx.xx.2020-ci il tarixli, EBAX 548757 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 799803 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 205186 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 711263 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 368685 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 982401 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 900864 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 707963 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 515075 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 482713 nömrəli xx.xx.2022-ci il tarixli, EBBY 071024 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 854826 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
52. İddiaçı iddia ərizəsində 2019 və 2020-ci illər üzrə vaqonların ümumi istifadəli yollarda boşdayanmasına görə cavabdehə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 2007-ci il 19 dekabr tarixində təsdiq edilmiş 46/S vaqon müayinəçisinin təlimatına əsasən vaqon müayinəçisi cavabdehin istifadəsində olan vaqonlarda nasazlıq aşkar etdiyindən vaqonların təmirə açılmasına dair VU-23 nömrəli bildirişlər tərtib edildiyini, həmin bildirişlərin cavabdehə göndərildiyini qeyd etsə də, göründüyü kimi iddiaçının təqdim etdiyi bildirişlər iddia ərizəsində göstərilən dövrə aid olmamaqla 2015- 2018-ci illəri əhatə edir. İddiaçı qeyd etdiyi həmin dövrə dair bildirişləri məhkəməyə təqdim edə bilməmişdir.
53. İddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi yığım vərəqələrinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş yığım vərəqələrinin əksəriyyətində ödəyici kimi cavabdeh deyil, “X10 FZE” Şirkəti göstərilmiş, yığım vərəqələrində adları qeyd olunmuş vaqonların məhz cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır.
54. 03.02.2023-cü il tarixli 13-1/2-1443/2023 saylı məktubda vaqonların xx.xx.2022ci il tarixinə qədər X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) Cavabdeh MMC-nin adına qeydiyyatda olduğu və sözügedən şirkətin müraciəti əsasında həmin tarixdən də qeydiyyatdan çıxarıldığı qeyd olunsa da, həmin vaqonların məhz hansı tarixdən etibarən cavabdehin adına qeydiyyatda olması barədə məlumat qeyd edilməmişdir.
55. Bundan başqa, iddiaçı tərəfindən “X10 FZE” Şirkətinə ünvanlanmış xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli “Nissa Petroleum LTD” və xx.xx.2021-ci il tarixli “Protecta Solutions İNC” ilə bağlanmış müqavilələr əsasında bu şirkətlərdən aldıqları 430 ədəd çən vaqonları X1 yük vaqonları parkının avtomatlaşdırılmış məlumat bankında (Moskva ş.) xx.xx.2022-ci il tarixli sərəncamlar əsasında Dübəndi stansiyasına təhkim olunaraq “X10 FZE” Şirkətinin adına qeydiyyata alınmış və Dövlətlərarası dəmir yollarında işləməsinə icazə verilmişdir.
56. “X10 FZE” Şirkəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli Nəqliyyat xidmətlərinin təşkili ilə bağlı müqavilədən görünür ki, cavabdeh “X10 FZE” Şirkətinin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində neft aşırma terminallarından, limanlardan və dəmir yol stansiyalarından neft və neft məhsullarının, həmçinin digər yüklərin nəqli ilə bağlı xidmətlərin sifarişçiyə göstərilməsini təşkil edir, sifarişçi isə göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə icraçıya ödənilməsi öhdəsinə götürmüşdür.
57. “X10 FZE” Şirkəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqavilədən isə görünür ki, icraçı (cavabdeh) sifarişçinin (“X10 FZE” Şirkəti) təqdim etdiyi daşıma sifarişlərinə uyğun olaraq yüklərin Azərbaycan Respublikası ərazisində dəmir yolu, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə daşınması xidmətlərini digər əlaqəli xidmətləri Sifarişçinin adından həyata keçirməyi, sifarişçi isə hazırkı müqavilə ilə icraçını Azərbaycan Respublikası ərazisində ticarət nümayəndəsi olaraq təyin edir və göstərilmiş xidmətləri bu müqavilə ilə müəyyən edilən qaydada və müddətlərdə qəbul edilməsini və razılaşdırılmış dəyərini icraçıya ödənilməsini öhdəsinə götürmüşdür.
58. Həmin müqavilənin 4.1.1 və 4.1.2-ci bəndlərindən görünür ki, “X10 FZE” Şirkəti Cavabdeh MMC-ni Azərbaycan Respublikası ərazisində özünün səlahiyyətli ticarət nümayəndəsi olaraq təyin etmiş və Azərbaycan Respublikasında ona məxsus vaqonlardan hazırkı müqavilənin məqsədləri üçün sahiblik və istifadə edilməsinə, həmçinin buna görə müvafiq hüquqverici səlahiyyətlərin öz adından həyata keçirilməsinə razılıq vermişdir.
59. Müqavilənin 6.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, hazırkı müqavilənin imzalandığı tarixə qədər sifarişçinin özünün və ya digər onun sifarişi əsasında digər daşıyıcı təşkilatların həyata keçirdiyi daşımalar və sifarişçiyə məxsus vaqonlarla bağlı müştərilər və Azərbaycan Respublikasınnın dəmir yolu şirkəti tərəfindən qaldırılan iddialara (daşıma haqqı, dalan yoluna verilib-götürülmə, icarə haqqı, vaqonun boş dayanmasına görə cərimə və sairə) görə icraçı hər hansı maddi məsuliyyət daşımır.
60. Görünüdüyü kimi, “X10 FZE” Şirkəti tərəfindən ona məxsus olan vaqonlardan cavabdehin istifadəsinə yalnız xx.xx.2020-ci il tarixli Daşıma və digər xidmətlərin təşkili ilə bağlı müqaviləyə əsasən səlahiyyət verilmişdir.
61. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur.
62. İddiaçının təqdim etdiyi əlavə yığımlar üçün yığım vəqələrində (həmçinin boşdayanmaya görə tərtib edilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə) ödənişçi kimi “X10 FZE” Şirkəti qeyd edilmiş, birinci instansiya məhkəməsində icraat zamanı bununla bağlı cavabdehin əsl cavabdeh “X10 FZE” Şirkəti ilə əvəz edilməsini iddiaçıya təklif edilsə də, iddiaçı buna etiraz edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
63. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi yazılı sənədlər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sənədlər iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
64. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
65. Odur ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələri də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.
66. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən elektron qaimələrin boşdayanmaya görə yaranmış borclar çıxılmaqla qalan hissəsinin (vaqonlardan istifadə və digər yığımlar) iddiaçıya ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, idiaçı həmin ödənişlərin cavabdehin iddia ərizəsində göstərilən dövrdən daha əvvəlki dövrlər üzrə olan borclarına silindiyini göstərsə də, cavabdehin iddiaçı qarşısında 2019-cu ildən əvvəl icra edilməli olan, lakin icra edilməmiş öhdəliyinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
67. Cavabdehin nümayəndəsi öz izahatında həmin ödənişlərin “X10 FZE” Şirkətinin agenti olaraq edildiyini bildirmişdir.
68. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin təbiq edilməli olması barədə ərizəyə də münasibət bildirilməsinə zərurət mövcud deyildir.
69. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
70. Qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
71. Qarşılıqlı iddia ərizəsində qarşılıqlı cavabdehin müraciəti əsasında qarşılıqlı iddiaçıya məxsus 215 ədəd vaqonun xx.xx.2021-ci il tarixdən etibarən cavabdehin əvəzli istifadəsinə verildiyi, gündəlik istifadə haqqının 15 ABŞ dolları / 25.50 manat olmasının razılaşdırıldığı, nəticədə cavabdehin iddiaçıya ümnumilikdə 2911207,50 manat borcunun olduğu göstərilmişdir.
72. Qarşılıqlı iddiaçı tərəflər arasında müqavilənin şifahi bağlandığını, həmin müqavilə əsasında cavabdehə hər hansı hesab faktura, elektron qaimə təqdim edilmədiyini, cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsaitin ödənilmədiyini, vaqonların cavabdehin sahiblik və istifadəsinə keçməsinin rəsmiləşdirilmədiyini bildirir.
73. Qarşılıqlı iddia üzrə cavabdeh isə tərəflər arasında hər hansı razılaşmanın olmadığını, onların əvəzli istifadəsinə qarşılıqlı iddiaçı tərəfindən hər hansı vaqon verilmədiyini bildirir.
74. Hazırkı halda qarşılıqlı iddiaçı tərəfindən cavabdehə ona məxsus vaqonların əvəzli istifadəyə verilməsini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşsə də, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız tərəflərindən tərtib edilmiş arayış təqdim edilmişdir.
75. Odur ki, kollegiya qeyd edir ki, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 2911207,50 manat məbləğində borcun tutulması hissəsində qarşılıqlı iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, vaqonların əvəzli istifadəyə verilməsini, ümumiyyətlə mülkiyyətində və qanuni sahibliyində 215 ədəd vaqonun olmasını təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
76. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
77. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
78. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" QSC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-171/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova