Məhkəmə qərarları › İş №2-2(103)-764/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-764/2024

24.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-764/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2- 2(113)-294/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30250 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadından “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ikinci dəfə şikayət vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadı ilə (hakim Nərmin Əhmədova) buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-294/2024 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi, əks halda sənədlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin tələbləri və tərəfin apellyasiya məhkəməsinə müraciət etmək hüququ pozulmuşdur. Bununla da birinci instansiya məhkəməsinin qərardadının obyektivliyinin yoxlanılması hələlik mümkün olmamışdır. Məhkəmə tərəfindən prosesin əvvəlindən ancaq "xxxx" MMC-nin mənafeyi üstün tutulmuş və nəticədə düzgün olmayan qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X1 hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-294/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2- 2(113)- 294/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəlləni 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəyə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəyə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə birinci instansiya məhkəməsinin İddiaçı MMC-nin direktoru Anar Nəbiyevin iş qrafikinin çox sıx olması, vacib işgüzar görüşlərdə iştirak etməsi qanunla müəyyən edilmiş prosessual müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpası üçün üzürlü səbəb kimi elə hallar nəzərə alına bilər ki, işdə iştirak edən şəxs və ya nümayəndəsi həmin səbəblərə görə öz iradəsindən asılı olmayaraq prosessual hərəkətləri həyata keçirmək imkanından məhrum olsun. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, işdəki şikayətləri də hüquqi şəxsin direktoru deyil, nümayəndəsi/vəkili verdiyindən hüquqi şəxsin direktorunun iş qrafikinin çox sıx olması üzrlü səbəb kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2- 2(113)-294/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2- 2(113)-294/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar