Məhkəmə qərarları › İş №2-2(103)-766/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-766/2025

18.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-766/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 və məruzəsi ilə, hakimlər Ziya Allahverdi oğlu Şirinov və X4 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadından Ərizəçi İldırım oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh2 ASC, "xxxx" MMC ilə Gəncə şəhəri üzrə İcra idarəsi arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli Hərracın yekunları barədə 70/01 nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan "xxxx" MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2515/2025 nömrəli qərardadın ləğv edilməsini, işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-cü il tarixli, e-2-2(113)- 2515/2025 nömrəli qərardadından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayətin baxılması üçün 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(103)-528/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 nömrəli qərardadı ləğv edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla qanunamüvafiq qərarın qəbul edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixində iddiaçı "xxxx" MMC Elektron Məhkəmə İnformasiya Sistemində özünə məxsus e-kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci madddəsinə əsasən iddia tələbindən imtina edir və məhkəmədən ərizəni qəbul edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İddiadan imtinanın hüquqi nəticələri aydındır. Ərizəçi İldırım oğlu məhkəməyə vəsatət ilə müraciət edərək üçüncü şəxs qismində məhkəməyə cəlb olunmağını və Nümayəndə1 barədə şikayətin AR Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidə araşdırılana qədər iş iizrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadları ilə Ərizəçi İldırım oğlu tərəfindən verilmiş “üçüncü şəxs qismində cəlb edilməsi” barədə ərizə/vəsatət rədd edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan Ərizəçi İldırım oğlunun nümayəndəsi Nümayəndə2 şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025,e-2-2(113)- 2515 saylı qərardadı ləğv edərək, Ərizəçi İldırım oğlu mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-3064/2025saylı işə mahiyyəti üzrə baxılana qədər iş üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2515/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2025-cü il tarixli, e-2-2(113)- 2515/2025 nömrəli qərardadından Ərizəçi İldırım oğlu tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayətin baxılması üçün 07 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində Ərizəçi İldırım oğlunun nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmişdir. Məhkəmə Ərizəçi İldırım oğlunun nümayəndəsi Nümayəndə2 ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. 398.0.4-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək apellyasiya instansiyası məhkəməsinin hüququdur. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Belə olan halda məhkəmə kollegiyası şikayətdən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, Ərizəçi İldırım oğlunun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi İldırım oğlunun nümayəndəsi Nümayəndə2 şikayətdən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar