Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-768/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X1, Nümayəndə1, Cavabdeh3 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2na, Cavabdeh3nə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-2(113)-204/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-yə, Cavabdeh2na, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 994882.57 (doqquz yüz doxsan dörd min səkkiz yüz səksən iki manat əlli yeddi qəpik) manat, bundan 489887.29 manat faiz, 504995.28 manat cərimə borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 884.88 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3ndən və Cavabdeh4 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh1 MMC arasında 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsi ilə 84 (səksən dörd) ay müddətinə 2.500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit verilmişdir. 03 aprel 2017-ci il tarixdə 022T04160012 saylı 29 aprel 2016-cı il tarixli, 157/0-AZN-SKMF saylı 03 noyabr 2015-ci il tarixli və KM-2449/15-2 saylı 30 oktyabr 2015-ci il tarixli Kredit müqavilələri üzrə razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən qeyd edilən müqavilələr üzrə əlavə təminat kimi Cavabdeh4 və Cavabdeh3 zaminliyi əlavə edilmişdir. Eyni tarixdə, yəni xx.xx.2017-ci ildə "xxxx" ASC ilə Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/5-01384 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********474 saylı 01 avqust 2022-ci il tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 994882.57 (doqquz yüz doxsan dörd min səkkiz yüz səksən iki manat 57 qəpik) manat təşkil edir. Bundan 489887.29 (dörd yüz səksən doqquz min səkkiz yüz səksən yeddi manat 29 qəpik) manat faiz, 504995.28 (beş yüz dörd min doqquz yüz doxsan beş manat 28 qəpik) manat cərimə borcu təşkil edir.
3. Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-2(113)-204/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3ndən 453.757,6 manat faiz borcu, 22.687 manat dəbbə pulu, 400 manat mediasiya xərci, 884,88 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3ndən müştərək qaydada 150 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-204/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin olunmuş ekpertiza nəticəsində Mərkəzi Ekspertiza tərəfindən verilmiş rəydə ziddiyyət mövcuddur. Belə ki, xx.xx.2021-ci il tarixdə ******* manatlıq kreditin əsas hissəsi tam bağlandığı halda, 453000 manat faizin hansı əsasla tələb olunması rəydə öz əksini tapmamışdır. Nəzərə alsaq ki, kreditin ödənişi zamanı tərəflərindən 376000 manat faiz ödənilməsinə baxmayaraq, əlavə 453000 manatın da tələb olunması əsassızdır. Çünki kreditin götürülmə faizi 6 faiz olduğu halda, iddiaçının tələb etdiyi faiz borcu ilə kreditin götürülmə faizi arasında kəskin ziddiyyət yaranır. Bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsi, 2021-ci ilin dekabr ayında Cavabdeh1 MMC-nin borcunun əsas və faiz hissələrinin nə qədər olmasının araşdırılması vacibdir. Bununla bağlı tərəflərindən təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmiş, işin obyektiv həllinə şərait yaratmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 tarixli Qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
18. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh3nə tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və təmin edilmiş borc məbləğinə (faiz, cərimə) aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
21. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741, 462, 467-ci maddələri təşkil edir.
22. Hazırki işin materialları ilə müəyyən edilir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin “Nərimanov” filialı və Cavabdeh1 MMC arasında imzalanmış 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə illik 6 (altı) faiz dərəcəsi ilə 84 (səksən dörd) ay müddətinə 2.500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit verilmişdir.
23. "xxxx" açıq səhmdar cəmiyyətinin “Nərimanov” filialı və Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş ödəniş qrafikindən məlum olur ki, xx.xx.2023 tarixi kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır.
24. "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 MMC, Cavabdeh4, Cavabdeh3 olmaqla imzalanmış 03 aprel 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC, Cavabdeh4 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi üzrə zamin olmuşlar.
25. 22222807302 nömrəli 21 iyul 2022 tarixli maliyyə arayışında 19 iyul 2022 tarixinə 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsi üzrə 489.887 manat faiz borcu, 504995 manat cərimə borcu hesablanmışdır.
26. Hazırki işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
27. 06.07.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2016 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 4.616 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 20.384 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 25.000 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 8.733,27 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 16.250,13 manat, xx.xx.2017 tarixli ödəniş qəbzinə əsasən 12.500 manat Cavabdeh1 MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir.
28. 30.09.2017 tarixli ödəniş tapşırığına əsasən 50.000 manat LPO "xxxx" ASCnin hesabına köçürülmüşdür.
29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018 tarixli 2(006)-2970/2018 tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı X2 1.212.167,07 manat tələbi cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda olan 2.500.0000 məbləğində kredit tələbi ilə əvəzləşdirilmişdir.
30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018 tarixli 2(006)-2987/2018 tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 2.539.393,08 manat kredit tələbi (əmanəti) cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 5.300.0000 məbləğində kredit tələbi ilə əvəzləşdirilmişdir.
31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(006)-3099/2019 tarixli qətnaməsinə əsasən iddiaçı X2 oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “depozit vəsaitində olan pul vəsaitinin sığortalanmış hesab edilməsi və ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
32. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(006)-3111/2019 tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh4 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2016 tarixli 70260319-24 nömrəli və xx.xx.2016-cı il tarixli 70260319-26 nömrəli müqavilə üzrə cəmi 2.539.393,08 manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı Cavabdeh4 ödənilməsi qət edilmişdir.
33. Göründüyü kimi İddiaçı ASC və Cavabdeh1 MMC arasında kredit müqaviləsi imalanmış, həmin müqavilə əsasında 2.500.000 manat vəsait borcalana ayrılmışdır. Daha sonra cavabdehin iddiaçıda olan depozit hesabında olan məbləğlər hesabına 2.500.000 manat məbləğində əsas borc silinmişdir.
34. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş 17 aprel 2023 tarixli 9/1253 nömrəli ekspert rəyində 29 aprel 2016-cı il tarixli 022T04160012 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2022 tarixə olan borcu 453.757,6 manat hesablanmışdır. xx.xx.2021-ci il tarixdə əsas borc üzrə borc məbləği ödənildiyindən qeyd olunan tarixdən sonrakı dövr üçün faiz borcu hesablanmamışdır.
35. Birinci instansiya məhkəməsi faiz və dəbbə pulunun tutulması hissəsində iddianı qismən təmin etmişdir.
36. Kredit müqaviləsindən irəli gələn münasibətlər zamanı bankın əsas məqsədi ayrılmış kredit məbləğindən faizlər şəklində gəlir əldə edilməkdir. Bu baxımdan, iddiaçı kredit müqaviləsi üzrə faiz borcunun qarşı tərəfdən tələb edilməsində haqlı olmuşdur.
37. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş 453.757,6 manat məbləğində faiz borcunun tutulmasını təmin etməkdə haqlıdır.
38. Bundan başqa, tərəflər arasında imzalanmış 29 aprel 2016-cı il tarixli 022T04160012 nömrəli kredit müaqviləsinin 4.8-ci bəndinə əsasən borcalan bu müqavilənin 4.2 bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı 2.5-ci bəndə uyğun olaraq cərimə faizlərini ödəyir. Cərimə gecikdirlən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. 2.5-ci bəndə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
39. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
40. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 504995.28 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 22.687 manat məbləğində müəyyənləşdirmişdir.
41. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını və qeyd olunan ekspert rəyini araşdıraraq Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh3nə və təmin edilmiş borc məbləğinə (faiz, cərimə) aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-2(113)-204/2023 saylı qətnaməsi Cavabdeh3nə və təmin edilmiş faiz və cərimə məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova