Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-769/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istifadə hüququnun bərpa edilməsi, pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Kobra” Kiçik Müəssisəsinin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi ilə bağlı qarşılıqlı iddialarına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-401/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m olan restorandan istifadə hüququnun bərpa edilməsi; 3000 manat icarə haqqı, 50000 manat əldən çıxmış fayda, 3670 manat işçilərə ödənilmiş əmək haqqı, 51 manat mediasiya haqqı və 214 manat dövlət rüsumu olmaqla, cəmi 56935 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m olan restorandan istifadə hüququnun bərpa edilməsi, 3000 manat icarə haqqı, 3670 manat işçilərə ödənilmiş əmək haqqı, 51 manat mediasiya haqqı və 214 manat dövlət rüsumu olmaqla, cəmi 6935 manatın və iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər aylıq 25000 manat olmaqla əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2026-cı ilədək (beş il müddətinə) razılaşdırılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvandakı ümumi sahəsi 330 kv.m olan qeyri-yaşayış sahəsini ona icarəyə verməli, əvəzində isə o müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməli idi. 3.1.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir. Müqavilənin 5.1.2-ci bəndinə əsasən, icarəçinin apardığı fəaliyyətə maneçilik törətməmək icarəyə verənin əsas vəzifələrindən biridir. Müqavilə bağlandıqdan sonra qeyri-yaşayış sahəsi ona təhvil verilmişdir. Bundan sonra qeyri-yaşayış sahəsindən müqavilədə göstərilən şərtlərə riayət edilməklə restoran kimi istifadə edilərək, vaxtlı-vaxtında müəyyən edilmiş icarə haqqı məbləği Cavabdeh Kiçik Müəsisəsinə ödənilmişdir. Lakin hər hansı bir hüquqi əsas olmadan Cavabdeh Kiçik Müəsisəsi tərəfindən ona bildiriş göndərilərək, guya tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğu, icarəyə götürdüyü sahədə özbaşınalığa yol verildiyi və bunun nəticəsi olaraq Kiçik Müəssisəyə külli miqdarda maddi zərər vurulduğu qeyd edilərək, aralarında bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinə 01 sentyabr 2022-ci il tarixdən xitam verilməklə ləğv edilməsi, eləcə də xx.xx.2022-ci il tarixədək vurulmuş maddi zərərin ödənilməsi tələb edilmişdir. Göndərilmiş bildiriş müvafiq cavab məktubu ilə cavablandırılaraq, bildirişdə qeyd edilən xüsusatların həqiqəti əks etdirməməklə, böhtan xarakterli olduğu, aralarında bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin hər hansı bir şərtinin tərəfindən pozulmadığı, eləcə də Cavabdeh Kiçik Müəsisəsinə hər hansı bir məbləğdə maddi ziyan vurulmadığı göstərilmiş, icarə haqqı məbləğinin artırılması ilə bağlı atdıqları addımların, eləcə də heç bir əsası olmayan bildirişin ona göndərilməsinin hüquqdan sui-istifadə olması və ona ziyan vurmağa yönəldiyi qeyd edilmişdir. Bundan sonra Cavabdeh Kiçik Müəsisəsi tərəfindən “Tələbnamə” göndərilərək, 2 gün müddətində icarə obyektinin boşaldılıb onlara təhvil verilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə, yəni bir gün sonra səhər tezdən heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq Cavabdeh Kiçik Müəsisəsi, Azərbaycan Respublikası DİN Mühafizə Baş İdarəsinin əməkdaşlarının zorakılığı və köməkliyi ilə icarə müqaviləsi ilə icarəyə verilmiş qeyri-yaşayış sahəsindən onu və bütün əməkdaşları zorakılıqla, məcburi şəkildə çıxarmışdır və qeyri-yaşayış sahəsində ona məxsus çoxsaylı əmlaklar qalmışdır. Polis əməkdaşlarının köməkliyi ilə 06 sentyabr 2022-ci il tarixdə müqavilə əsasında icarə obyektinə girişləri qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Həmin yerə daxil olma və oradan sərbəst şəkildə istifadə ilə bağlı yaradılan maneənin aradan qaldırılmasına dair cavabdehə 07 oktyabr 2022-ci il tarixdə pretenziya göndərilmişdir. Göstərilən qanunsuz hərəkətlər nəticəsində icarə obyektində 132.897 manat məbləğində əmlak qalmışdır ki, bu da Cavabdeh Kiçik Müəsisəsi tərəfindən vurulmuş maddi zərərin məbləğini müəyyən edir. Cavabdeh tərəfindən qanuni əsaslarla icarəsində olan qeyri-yaşayış sahəsindən lazımi qaydada istifadə etməyə maneçilik yaradılır. Bu isə vurulacaq maddi zərərin məbləğini günü-gündən daha da artırır. Belə ki, restorandan sahibkarlıq fəaliyyəti ilə bağlı ay ərzində əldə edilmiş xalis gəlir təqribən 25000 manat təşkil edir və çox uzun müddətdir ki, (06 sentyabrdan halhazıradək), həmin gəlirdən məhrum olmuşdur. Eyni zamanda restoranda işləyən işçilərin ortalama aylıq əmək haqqı 3670 manatdır və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyindən əmək haqlarının ödənilməsi mütləq xarakter daşıyır. Habelə, 2022-ci ilin sentyabr ayı üzrə 3000 manat aylıq icarə haqqı tam şəkildə əvvəlcədən cavabdehə ödənilsə də, qəflətən icarə sahəsindən çıxarıldıqlarına görə, ondan istifadə etmək imkanından məhrum olunmuşdur. Mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır. Tərəflərindən mediasiya haqqı kimi 51 manat ödənilmişdir. Habelə, 214 manat dövlət rüsumu ödənilmişdir.
4. İddiaçı Cavabdehlər İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 54272 manat pul vəsaitinin və ödənilmiş 133 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 yanvar 2022-ci il tarixdə İddiaçı ilə aralarında icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən olunmuş İcarə Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunur ki, bu müqavilə üzrə icərəyə verən Cavabdeh KM ona məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 330 kv metr olan sahəni İcarəçi İddiaçı icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Beləliklə, icarə sahəsi müqaviləyə görə hər hansı şəxsə deyil, İddiaçı verilir. Lakin icarəyə götürüldükdən sonra tərəflər arasında bağlanmış müqavilənin sözügedən şərtlərini pozaraq İddiaçı əvvəlcədən heç bir razılıq əldə etmədən (ümumiyyətlə xəbər vermədən) icarə sahəsini özbaşına olaraq üçüncü şəxs olan "xxxx" MMC-nin istifadəsinə (icarəsinə) vermişdir. Halbuki, Mülki Məcəllənin 683.1-ci maddəsinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyam ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Bu azmış kimi icarəyə verilmiş sahədə cavabdehlər tərəfindən özbaşına söküntü və sair qanunsuz işlər görülmüşdür ki, nəticədə onlara xeyli miqdarda zərər vurulmuşdur. Bununla bağlı tərəflərindən müqavilə tərəfdaşı olan cavabdeh İddiaçı əvvəlcə pretenziya, daha sonra isə tələbnamə göndərilmişdir. Pretenziya məktubunda bildirlmişdir ki, icarə götürdüyünüz sahədənin icarə müddəti 31 dekabr 2026-cı il tarixədək müəyyən olunsa da, tərəfinizdən müqavilə şərtləri kobud şəkildə pozulduğundan, habelə icarəyə götürdüyünüz sahədə özbaşınalığa yol verildiyindən və bunun nəticəsi olaraq bizə külli miqdarda (ilkin hesablamalarımıza görə təxmini 130.000 (bir yüz otuz min) manat) maddi zərər vurulduğundan 01 sentyabr 2022-ci il tarixdən aramızda bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin qüvvəsinə xitam verməklə ləğv edilməsi, nəticə etibarı ilə aramızdakı icarə münasibətlərini də kəsmək məcburiyyətindəyəm. Belə ki, icarə obyekti istifadənizə verildiyi müddətdən etibarən heç bir rəsmi razılıq alınmadan 5 ədəd yüngül konstuksiyalı kabinet və çayxana, habelə zalda 6 metr qalın şüşədən olan arakəsmə sökülmüşdür. Bundan başqa, bizim istifadəmizə verilsə də, qonşuluqda yerləşən Sirkin mülkiyyətinə aid edilən zirzəmi tərəfinizdə özbaşına tikilərək bağlanmışdır ki, nəticə etibarı ilə Sirkin rəhbərliyi tərəfindən bizə irad bildirilmişdir. Göstərilənlərdən savayı, rəsmi icazəmiz alınmadan icarə obyektində kameralar quraşdırılmış, aramızdakı Müqavilənin 3.1.1-ci maddəsinin şərtlərinə zidd olaraq Sahəyə nəzarət etmək hüququmuz kobudcasına məhdudlaşdırılmışdır. Dəfələrlə bununla bağlı nöqsanların aradan qaldırılması, sökülmüş inventarlarımızın qaytarılması, nəticə etibarı ilə dəymiş zərərin ödənilməsini tələb etsək də, tərəfinizdən müxtəlif bəhanələr gətirilərək bundan yayınılmışdır. Beləliklə, aramızda bağlanılmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin şərtləri tərəfinizdə kobud surətdə pozulduğundan, istifadəniz nəticəsində bizə külli miqdarda maddi zərər vurulduğundan sözügedən müqavilənin müddətinə 01 sentyabr 2022-ci il tarixdə xitam verilməklə ləğv edilməsini və həmin tarixədək (xx.xx.2022) 130.000 (bir yüz otuz min) manat məbləğində maddi zərərin ödənilməsini təmin edilməsini tələb edirik. Cavabdeh İddiaçı tərəfindən heç bir müsbət cavab alınmadığından, tərəfimizdən ona Tələbnamə göndərilərək, bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə tərəfimizdən sizə Pretenziya göndərilərək, aramızda bağlanılmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin müddətinə 01 sentyabr 2022-ci il tarixdən xitam verilməklə ləğv edilməsini və həmin tarixədək (xx.xx.2022) 130.000 (bir yüz otuz min) manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Pretenziyaya müsbət cavab verilməsi gözlənildiyi halda, adınızdan göndərilən cavab məktubunda heç bir tutarlı əsas gətirilmədən bundan imtina olunmuşdur.Əlavə olaraq bildiririk ki, icarə obyekti ilə bağlı sizinlə müqavilə bağlanılsa da, sözügedən obyekt bizdən icazə alınmadan başqa şəxslər tərəfindən istifadə olunur, heç bir gigiyenik, sanitar və təhlükəsizlik qaydalara riayət olunmur. Bu isə icarə münasibətlərinin davam edilməsini mümkünsüz edir. Tələb eidirik 2 (iki) gün müddətində (xx.xx.2022-ci il tarixədək) icarə obyektini boşaldıb, bizə (nümayəndəmizə) təhvil verəsiniz. Lakin cavabdeh bu tələbi də əsassız olaraq yerinə yetirməmişdir ki, müəssisəmizə və icarə sahəsinə zərərin vurulması davam edilirdi. Göründüyü kimi, cavabdeh İddiaçı tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin şərtlərini kobudcasına pozmuş və bizə zərər vurmuşdur. Pretenziya və tələbnamə göndərilən zaman tərəfimizdən bizə vurulmuş zərəri 130.000 (bir yüz otuz min) manat məbləğində qiymətləndirsək də, sonradan tərəfimizdən bununla bağlı mütəxəssis dəvət edilmiş və bizə vurulmuş zərər "xxxx" MMC (qiymətlədirici şirkət) tərəfindən icarə sahəsinə vurulmuş maddi zərər 54.272 (əlli dörd min iki yüz yetmiş iki) manat məbləğində müəyyən olunmuşdur. Bu haqda MB-15/1078 nömrəli xx.xx.2022-ci il tarixli Qiymətləndirmə hesabatı tərtib edilmişdir. Göründüyü kimi cavabdeh tərəfin sahədən qanunsuz çıxarılma epizodu öz təsdiqini tapmamışdır. Göstərilənlər qalsın bir tərəfə, İddiaçı çıxarılması haqda iddiaları da tamamilə qaununsuz və əsassızdır. Belə ki, Cavabdeh KM ona məxsus ünvan 2 ünvanda yerləşən sahəsi 330 kv mterdən ibarət deyil. Həmin ünvanda müəssisəmizə 700 kv metr sahəsi vardır, cavabdehlər sözügedən sahədən biz öz mülkiyyətimizə gələn gün qaçıb getmişlər. Zənn edirlər ki, cavabdehlər bizə vurulmuş zərəri ödəməmək üçün qaçıb getmişlər. Onlar dəfələrlə İddiaçı müvəqqəti təmin tədbiri vaxtı icra sənədinin icra olunması zamanı icarəyə götürdüyü 330 kv metr sahəyə icazə verdiklərini bildirsələr də, o, bundan imtina etmişdir və bu haqda icra məmuru tərəfindən aktlar da tərtib edilmişdir. Cavabdehdən zərərin ödənilməsini dəfələrlə tələb etmişlər, lakin vurulmuş zərər cavabdeh tərəfindən ödənilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-401/2023 saylı, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdehndən 900 (doqquz yüz) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia ərizəsi verilərkən ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumunun ilk İddiaçı özünə aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 253 (iki yüz əlli üç) manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
7. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 09 İyun 2023-cü il tarixli e-2-2(113)-401/2023 saylı qətnaməsinin ilk iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış icarə münasibətləri uzun müddət davam etmiş və bu müddət ərzində icarə müaviləsində 330 kv.m sahə yazılmasına baxmayaraq İddiaçı həmin ərazinin bütün sahəsindən (cavabdeh X1 deməsinə görə 1000 kv.m-ə yaxın) istifadə edib. Mülki Məcəllənin heç bir norması pozulmayıb, bütün şərtlərə riayət edilib. Əksini göstərəcək hər hansı sübut yoxdur. Məhkəmənin “icarə müqaviləsinin mühüm şərtlərindən biri (icarə obyekti) barəsində razılığa gəlmədiklərindən İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır” və eyni zamanda“ Başqa sözlə, İcarə Müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir” kimi əsaslandırması qəbul edilməzdir və heç bir məntiqə sığmır. Axı necə ola bilər ki, tərəflər icarə obyekti barədə razılığa gəlməsinlər lakin icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə icarə haqqı ödəmiş olsun və bu hal aylarla davam etsin. Yəni tərəflər müavilənin bütün mühüm şərtləri barədə razılığa gəlmişlər və bu halın sübuta ehtiyacı yoxdur. Eyni zamanda tərəflər arasında icarə obyektinə dair hər hansı mübahisənin olmaması da məhkəmənin nəzərindən qaçıb. Çünki icarə obyekti məhkəmənin mövqeyindən (icarə obyekti konkret olaraq müəyyənləşdirilməmişdir) fərqli olaraq müəyyəndir və işin hamıya bəlli olan halıdır, sübut edilməyə ehtiyacı yoxdur. Məhkəmə yekun məhkəmə aktı çıxarılana qədər əldən çıxmış faydanın hesablanaraq ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsini yalnız təqdim edilmiş sübutun mötəbər olmaması ilə əlaqələndirmişdir. Məhkəmə qətnamədə göstərməyib ki, nəyə görə təqdim edilmiş sübutlar mötəbər deyil. Bu hal özünü harada göstərir. Təqdim edilmiş sübutda hər ay üzrə ümumi satış məbləğinin cəmi göstərilib. Bununla da tərəfimizdən konkret olaraq sübut olunub ki, aylıq gəlir nə qədər olub. Lakin məhkəmə rəqəmi hesablamaq və gələcəkdə çıxaracağı qətnamənin bu əsasla ləğvindən çəkinərək bircə cümlə ilə təqdim etdikləri sübutu mötəbər hesab etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin əsaslandırması düzgün deyil. Çünki iddia tələbləri bir-biri ilə bağlıdır. Yəni, əqdi etibarsız hesab edən məhkəmə qətnamədə həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərərək iddiaçı tərəfdən tələb olunan aylıq 25000 manatın hesablanaraq ödənilməsi tələbini rədd etməli idi. Lakin məhkəmə göstərib ki, iddiaçı tərəfindən təqdim edilmiş dövri hesabatlar mötəbər sübut deyil. Bununla da, məhkəmə qətnamədə bir-biri ilə ziddiyət yaradan iki arqumenti göstərib. Yəni təqdim olunmuş dövri hesabatların mötəbərliyinə heç bir şübhə olmadığı halda etibarsız hesab edilmiş əqd üzrə iddiaçıya cavabdeh tərəfindən pul ödənilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh tərəf iş materiallarına əlavə etdiyi fotoşəkillərə əsasən mübahisəli obyektin “Qəbələ- Xanlar” restoranı olduğunu iddia edirlər. Müdafiə etdiyi tərəf qeyd edir ki, həmin restorandan çıxarılan zaman əmlakları orada qalmışdır, o əmlakları versinlər, onlar da öz növbələrində tələblərindən imtina etsinlər. Suallara cavab olaraq bildirmişdir ki, restoranın adında MMC qeyd olunmadığı müddətdə istənilən adı qoya bilərlər. Qarşı tərəf qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Qəbələ-Xanlar işə cəlb edilmişdir, lakin sonra məhkəmə ərizəni geri qaytarmış, daha sonra qərardad apellyasiya instansiyasında qüvvədə qalmışdır. İş materiallarına əlavə etdiyi videogörüntüdən də görünür ki, orada fəaliyyət göstərmişlər. Satış çeklərində filial yazılmağı ilə bağlı müqavilələri yoxdur, başqa sahədə filialları yoxdur. Çekləri olar tərtib etmirlər, sistemdən çıxır və nəhayətində hər birində vöen İddiaçı mənsubdur. İşçiləri ilə sonradan əmək müqaviləsi bağlanması ilə bağlı bildirir ki, işçilər tez-tez dəyişilmiş ola bilər, bundan əlavə həmin işçilər birinci instansiya məhkəməsində şahid qismində dəvət edilmiş və dindirilmişlər.
11. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, müdafiə etdiyi tərəf qəti şəkildə bildirir ki, iddiaçının mübahisəli obyektdə heç bir avadanlığı, əşyası qalmamışdır. Çünki, onlar hər bir əşyanı təhvil-təslim aktları əsasında verirlər, əgər aralarında belə təhvil-təslim olsa idi, məhkəməyə təqdim edərdilər. Tələblə bağlı bildirir ki, təqdim etdiyi fotoşəkillərdən də görünür ki, obyektin adı Qəbələ-Xanlar restoranı olmuşdur. Onların müqavilə bağladığı tərəf İddiaçı idi və onun müqaviləsində icarəyə götürdüyü obyekti üçüncü şəxsə icarəyə verməsi nəzərdə tutulmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinə nəzər yetirdikdə iddiaçının həmin müddət ərzində heç bir rəsmi işçisi olmadığı, işçilərin işə başladığı vaxt olaraq xx.xx.2022-ci il tarix qeyd olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
13. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
17. Həmin Məcəllənin 683.1-ci maddəsinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyam ikinci əldən kirayəyə vermək hüququ yoxdur.
18. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.
19. Həmin Məcəllənin 699.2-ci maddəsinə əsasən kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir.
20. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
23. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində ilkin iddia tələbi qismən əsaslıdır.
27. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən 330 kv.m sahəni icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
28. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 3000 manat təşkil edir. İcarə haqqının məbləği müqavilə qüvvəyə mindiyi gün ABŞ dolları kursuna əsasən götürülür.
29. İddiaçı tərəfindən tərtib olunmuş 06 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 15 yanvar 2022-ci il tarixdən 31 yanvar 2026-cı il tarixə qədər qüvvədə olan fiziki şəxs İddiaçı və hüquqi şəxs Cavabdeh direktoru Şıxaliyev Vaqif arasında bağlanmış icarə müqaviləsinin şərtləri kobudcasına pozulmuş, 06 sentyabr 2022-ci ildə saat 10 radələrində DİN-nin Baş mühafizə İdarəsinin şöbə müdiri Sahib adlı şəxsin nəzarəti altında mühafizə İdarəsinin əməkdaşları fəaliyyət göstərdikləri restoranın girişini bağlayaraq içəri girməklərinə imkan verməmiş, içəridə olan işçiləri zorla restorandan çıxarmışlar.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********64 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda torpaq sahəsi və torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
31. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 779284/01607 nömrəli ödəniş tapşırığı ilə EBCC 993656 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01517 nömrəli ödəniş tapşırığı ilə EBCB 059009 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01415 nömrəli ödəniş tapşırığı ilə EBBZ 276746 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01303 nömrəli ödəniş tapşırığına əsasən EBBX 465812 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01190 nömrəli ödəniş tapşırığı ilə EBBV 620282 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01122 nömrəli ödəniş tapşırığı ilə EBBT 727122 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 397296 nömrəli ödəniş tapşırığı ilə EBBS 202731 nömrəli elektron qaiməyə əsasən 6000 manat icarə haqqı ödənilmişdir.
32. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə icarə sahəsinin xx.xx.2022-ci ildən boşaldılaraq iddiaçıya təhvil verilməsi, əks təqdirdə qanuna müvafiq tədbilərin görüləcəyi bildirilmişdir.
33. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış tələbnamədə icarə sahəsinin xx.xx.2022-ci il tarixədək boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilmişdir.
34. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişə cavabda tərəflər arasında bağlanmış icarə müqaviləsinin xx.xx.2026-cı il tarixədək bağlandığını, bu səbəbdən sahənin boşaldılmayacağının nəzərə alınması bildirilmişdir.
35. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli MB-15/1078 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdehnə məxsus “Görüş” restoranın daxilində yerləşən qeyri-yaşayış sahəsinin tikinti xərcinin və avadanlıqların 21 sentyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 54272 manat təşkil edir.
36. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hazırda “Xankəndi” restoranında işləyir, daha əvvəl "xxxx" restoranında işləmişdir, Cavabdeh tanıyır. Onlara verilmiş obyekt Bakı Dövlət Sirkinin yaxınlğında yerləşir. İddiaçıı tanıyır, əvvəllər onun işçisi olmuşdur. xx.xx.2022xx.xx.2022-ci il tarixə kimi "xxxx" restoranında administator vəzifəsində çalışmış, sentyabr 2022-ci il tarixində işdən ayrılmışdır. Səhər polis əməkdaşları obyektə gəlib onları oradan çıxartmışlar. Sonuncu dəfə əmək haqqını sentyabr 2022-ci il tarixində almışdır.
37. Məhkəmə kollegiyası ilk növbədə “icarə müqaviləsi üzrə restorandan istifadə hüququnun bərpa edilməsi” tələbinə münasibətdə qeyd edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini rədd etsə də, rədd etmə əsası düzgün olmamışdır.
38. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər icarə müqaviləsinin mühüm şərtlərindən biri (icarə obyekti) barəsində razılığa gəlmədiklərindən, habelə daşınmaz əmlak ümumiyyətlə dövlət reyestrində qeydiyyata alınmadığından İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır. Bu səbəbdən iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hər hansı sahiblik və istifadə hüququ yaranmadığından onun həmin sahədən istifadə hüququnun bərpa edilməsi barədə tələbi də təmin edilməməlidir.
39. Müqavilənin bağlanmamış hesab olunması ilə bağlı qeyd edilməlidir ki, tərəflər icarə obyekti barədə razılığa gəlmişlər, icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə icarə haqqı ödəmişdir. Eyni zamanda tərəflər icarə obyektinə dair müqavilənin bağlanmasını mübahisələndirmir.
40. Odur ki, tərəflər arasında müqavilə bağlanmış hesab edilməlidir.
41. Hazırkı işin halları ilə müəyyən olunur ki, ilkin iddiaçı tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuşdur.
42. Belə ki, 15 yanvar 2022-ci il tarixdə tərəflər arasında icarə müddəti xx.xx.2026cı il tarixədək müəyyən olunmuş İcarə Müqaviləsi imzalanmışdır.
43. Müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunur ki, bu müqavilə üzrə icərəyə verən Cavabdeh KM ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 68 ünvanda yerləşən ümumi sahəsi 330 kv metr olan sahəni İcarəçi İddiaçı icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
44. Beləliklə, icarə sahəsi müqaviləyə görə hər hansı şəxsə deyil, İddiaçı verilir. Lakin ilkin iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı tərəfindən icarəyə götürüldükdən sonra tərəflər arasında bağlanmış müqavilənin sözügedən şərtlərini pozaraq əvvəlcədən heç bir razılıq əldə etmədən (ümumiyyətlə xəbər vermədən) icarə sahəsini özbaşına olaraq üçüncü şəxs olan "xxxx" MMC-nin istifadəsinə (icarəsinə) verdiyini bildirir.
45. İlkin iddia üzrə iddiaçı mübahisəli obyektin “Qəbələ-Xanlar” restoranı olmadığını bildirsə də, ilkin iddia üzrə cavabdeh tərəfindən elektron sistemə əlavə edilmiş "xxxx" Restoranı ilə bağlı reklam xarakterli fotodan görünür ki, həmin restoranın ünvanı mübahisəli obyektin yerləşdiyi ünvanla eyni ünvan-Bakı şəhəri, S.Vurğun küçəsi 68 qeyd olunmuşdur.
46. Bundan başqa, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, icarə obyekti iddiaçının istifadəsinə verildiyi müddətdən etibarən heç bir rəsmi razılıq almadan 5 ədəd yüngül konstruksiyalı kabinet və çayxana, habelə zalda 6 metr qalın şüşədən olan arakəsmə sökülmüşdür. Rəsmi icazə alınmadan icarə obyektində kameralar quraşdırılmış, aralarındakı müqavilənin 3.1.1-ci maddəsinin şərtlərinə zidd olaraq Sahəyə nəzarət etmək hüquqları kobud surətdə məhdudlaşdırılmışdır.
47. Cavabdeh tərəfindən Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli MB-15/1078 nömrəli Qiymətləndirmə hesabatı təqdim edilmişdir.
48. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə şərtlərinin tələbləri pozulmuşdur.
49. İddiaçı müqavilə şərtlərini pozduğuna görə onun həmin sahədən istifadə hüququnun bərpa edilməsi barədə tələbi təmin edilməməlidir.
50. Bundan başqa, birinci instansiya məhkəməsi ilk iddia tələbini 3670 manat işçilərə ödənilmiş əmək haqqının tutulması hissəsində rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
51. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əmək müqaviləsi əsasında çalışmış işçilərə iddiaçı tərəfindən 3670 manat əmək haqqının ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir.
55. Bundan başqa, iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərinə nəzər yetirdikdə görünür ki, əmək müqavilələri daha sonra bağlanmış, bildirişin imzalanma tarixləri olaraq xx.xx.2022-ci il tarix qeyd olunmuşdur.
56. Birinci instansiya məhkəməsi “3000 manat icarə haqqının qaytarılması” hissəsində iddia tələbini qismən təmin etməklə, düzgün nəticəyə gəlmişdir.
57. Göründüyü kimi icarə sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının sahiblik və istifadəsində olmuşdur. İddiaçı tərəfindən cavabdehə dövri olaraq aylıq 3000 manat olmaqla icarə haqları ödənilmiş, sonuncu ödəniş isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə olmuş, lakin xx.xx.2022-ci il tarixdə iddiaçı icarə sahəsindən çıxarılmışdır.
58. Odur ki, icarə sahəsindən həmin aylıq ödəniş müqabilində iddiaçının ümumilikdə 9 gün istifadə etmədiyi nəzərə alınmaqla həmin günlər üzrə qabaqcadan ödənilmiş vəsait (3000 manat / 30 gün * 9 gün) qismində 900 manat iddiaçıya geri qaytarılmalıdır.
59. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydanın əvəzi qismində yekun məhkəmə aktı qəbul edilən tarixə qədər aylıq 25000 manat hesablanmaqla əldən çıxmış faydanın ödənilməsi tələbininə dair hissədə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
60. İddiaçı iddia tələbini sübut edən sənəd qismində yalnız kassa aparatına dair dövri məlumatlar adlanan cədvəli təqdim etmişdir ki, həmin sənəd konkret olaraq iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi üçün kifayət deyildir. İddiaçı tərəfindən tələbini sübut edən başqa hər hansı sənəd təqdim edilməmişdir.
61. Kollegiya həmçinin qeyd edir ki, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-401/2023 saylı qətnaməsi qismən istifadə hüququnun bərpa edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-401/2023 saylı qətnaməsi qismən - istifadə hüququnun bərpa edilməsi tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov