Məhkəmə qərarları › İş №2-2(103)-770/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-770/2023

21.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-770/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində həyata keçirilmiş ödənişlər üzrə Cavabdeh MMC tərəfindən elektron qaimələrin İddiaçı MMC-yə təqdim edilməməsi səbəbindən, ümumilikdə 7.909.026,86 manat ƏDV məbləği əvəzləşdirilməsi mümkün olmadığına görə, Cavabdeh MMC-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri təsdiq etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə elektron qaimələrin İddiaçı MMC-yə təqdim etmək vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və Nəsimi rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə 189204/2022-5-34-003 saylı bildirişi çərçivəsində edilmiş ödənişlər üzrə Cavabdeh MMC-nin təqdim edəcəyi elektron qaimələrin əsası kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarı və onun əsasında həyata keçirilən icra prosesinin qeyd edilməsi vəzifə kimi Cavabdeh MMC üzərinə qoyulması, İddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun və ilkinmediasiya sessiyasına görə ödənilmiş 20 manat haqqın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC ödənilməsinə dair qətnamə qəbul edilməsini xahilş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı, İddiaçı MMC üçüncü şəxs kimi cəlb edilməklə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarının ləğv edilməsi” ilə bağlı inzibati işi ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı Cavabdehnə qarşı “elektron qaimələrin verilməsi və təsdiq edilməsi vəzifəsinin qoyulması və s. tələbinə dair e-2-2(113)-420/2023 saylı kommersiya işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı İddiaçı tərəfindən məhkəmə iclasının şihafi məhkəmə iclasında keçirilməsi barədə ərizə ünvanlanmışdır. Kollegiya İddiaçı tərəfindən verilmiş ərizəni müzakirə edərək hesab etmişdir ki, şikayətin dəlillərinə yazılı icraat qaydasında hüquqi qiymət verilməsi mümkün olduğudan ərizənin təmin edilməsinə hər hansı lüzum yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. İş materialları ilə müəyyən edir ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10060/2022 saylı, 24 noyabr tarixli qərarından Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1363/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1363/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından kasassiya şikayəti vermişdir. Hal-hazırda Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1363/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilmiş kasassiya şikayəti icraata götürülmüş və 2-1(102)-1849/2023 nömrə ilə sədrlik edən hakim İlqar Hüseynovun icraatına verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda Cavabdeh MMC tərəfindən təsdiq etməsini və təqdim etməsini tələb etdiyi elektron qaimələr məhz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G-4/22 saylı Qərarının icrası ilə bağlıdır. Qeyd edilən qərar isə Cavabdeh MMC tərəfindən Məhkəmədə mübahisələndirildiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğundan, yəni qeyd edilmiş işlə bağlı yekun məhkəmə aktı olmadığından hazırkı iş üzrə doğru nəticəyə gəlinməsi mümkün deyildir. Belə ki, əgər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G4/22 saylı Qərarı ləğv edilmiş olsa, artıq hazırda Cavabdeh MMC tərəfindən təsdiq etməsini və təqdim etməsini tələb etdiyi elektron qaimələrdə göstərilmiş olan məbləğlər dəyişmiş olacaqdır. Ona görə də, məhkəmə haqlı olarq hesab etmişdir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı, İddiaçı MMC üçüncü şəxs kimi cəlb edilməklə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 24 may 2022-ci il tarixli G4/22 saylı Qərarının ləğv edilməsi” ilə bağlı inzibati işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək, hazırki iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-420/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar