Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-770/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2415/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1140 m3 olmaqla 228 manat müəyyən edilmişdir.
2. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2018-ci ilin noyabr ayında tərtib olunmuş 001624 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2435 m3 olmaqla 487 manat müəyyən edilmişdir.
3. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2018-ci il tarixli D002838 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 3241 m3 olmaqla 648,20 manat müəyyən edilmişdir.
4. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 6889 m3 olmaqla 1377,80 manat müəyyən edilmişdir.
5. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2019-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 2353 m3 olmaqla 470,60 manat müəyyən edilmişdir.
6. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1337 m3 olmaqla 267,40 manat müəyyən edilmişdir.
7. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 149 m3 olmaqla 29,80 manat müəyyən edilmişdir.
8. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 110 m3 olmaqla 22 manat müəyyən edilmişdir.
9. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 20 m3 olmaqla 4 manat müəyyən edilmişdir.
10. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 680 m3 olmaqla 136 manat müəyyən edilmişdir.
11. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 539 m3 olmaqla 107,80 manat müəyyən edilmişdir.
12. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 666 m3 olmaqla 133,20 manat müəyyən edilmişdir.
13. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1295 m3 olmaqla 259 manat müəyyən edilmişdir.
14. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 1107 m3 olmaqla 221,40 manat müəyyən edilmişdir.
15. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-cİ il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı hesabatlara əsasən 14206 m3 olmaqla 2841,20 manat müəyyən edilmişdir.
16. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli SS 29/1640-00161-2 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, iddiaçıya məxsus obyekdə quraşdırılmış G65 markalı 75071513 nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış və sayğaca baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya və təzyiq borusu tələb olunur. Sayğacın daxili çirklidir, korrektor sönüb. Təzyiq borusu yoxlanıldı, sızma var, nasazdır.
17. İddiaçıya məxsus abonent saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayı üçün akt üzrə iddiaçıya 228 manat, 2018-ci ilin noyabr ayı üçün akt üzrə 487 manat, 2018- ci ilin dekabr ayı üçün akt üzrə 648,20 manat, 2019-cu ilin yanvar ayı üçün akt üzrə 766,20 manat, 2019-cu ilin fevral ayı üçün akt üzrə 1377,80 manat, 2019-cu ilin mart ayı üçün akt üzrə 470,60 manar, 2019-cu ilin aprel ayı üçün akt üzrə 267,40 manat, 2019-cu ilin may ayı üçün akt üzrə 29,80 manat, 2019-cu ilin iyun ayı üçün akt üzrə 22 manat, 2019-cu ilin iyul ayı üçün akt üzrə 4 manat, 2019-cu ilin avqust ayı üçün akt üzrə 136 manat, 2019-cu ilin sentyabr ayı üçün akt üzrə 107,80 manat, 2019-cu ilin oktyabr ayı üçün akt üzrə 133,20 manat, 2019-cu ilin noyabr ayı üçün akt üzrə 259 manat, 2019-cu ilin dekabr ayı üçün akt üzrə 221,40 manat, 2020-ci ilin mart ayı üçün 2841,20 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı MMC Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 34.947 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 2870-09-17 saylı qazın alqı-satqısı barədə Müqavilə bağlanmışdır. Abonent kodu: **********00000. İddiaçı otel və restoran fəaliyyəti göstərməkdədir. Koronavirus pandemiyasi dövründə epidemoloji vəziyətlə əlaqəli Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən otel, mehmanxana və restoranların bir müddət fəaliyət göstərməsi qadağan edilmişdir. Bu səbəbdən də iddiaçı 2018-ci ilin oktyabr ayından 2019cu ilin dekabr ayına kimi fəaliyyət göstərmədiyi halda qeyd olunan tarixlərdə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 34.947 manat borc hesablanmışdır. Həmin məbləğlər cavabdeh tərəfindən tamamilə əsassız olaraq hesablanmış bir məbləğdir və ona görə də silinməlidir. Əsassız hesablanmış həmin məbləğin silinməsi barədə cavabdehə ünvanladıqları xx.xx.2024-cü il tarixli pretenziya məktubuna cavab verilməmişdir. Tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə iddia ərizəsinin surəti göndərilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2415/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 7999,60 manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilməsi qət edilmişdir.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin oktyabrdekabr, 2019-cu ilin yanvar-dekabr və 2020-ci ilin mart ayında cavabdehin əməkdaşları tərəfindən ünvan 1i ünvanında iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya əlavə borclar hesablanmışdır.
22. Məhkəmə qeyd etmişdir ki, iş materiallardan görünür ki, cavabdeh həmin aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.
23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında və qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktları ilə müəyyən edilir ki, qaz sayğacında mövcud qüsur (elektrik göstəricinin mexaniki göstəricidən az olması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.
24. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
26. Məhkəmə iddia ərizəsində əsassız olaraq hesablanmış 34947 manat borcun silinməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının abonent haqqında məlumatından, eləcə də cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya 31 oktyabr 2018-ci il tarixli ******* nömrəli, 2018-ci ilin noyabr ayında tərtib olunmuş 001624 nömrəli akt, 30 dekabr 2018-ci il tarixli D002838 nömrəli, 28 fevral 2018- ci il tarixli ******* nömrəli, 29 mart 2019-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-cİ il tarixli ******* nömrəli aktlar əsasında iddiaçıya ümumilikdə 7999,60 manat məbləğində borc hesablanmışdır.
27. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus abonent haqqında məlumata əsasən iddiaçı tərəfindən 2021-ci ildə təbii qazdan istifadə ilə bağlı yaranmış ümumilikdə 25257,70 manat məbləğində borca görə 19165,01 manat, 2022-ci ildə təbii qazdan istifadə ilə bağlı yaranmış ümumilikdə 22399,50 manat məbləğində borca görə 15862,30 manat, 2023-cü ildə təbii qazdan istifadə ilə bağlı yaranmış ümumilikdə 24134,75 manat məbləğində borca görə 13504,52 manat, 2024-cü ilin aprel ayına qədər təbii qazdan istifadə ilə bağlı yaranmış ümumilikdə 13125,25 manat məbləğində borca görə 8070 manat məbləğində vəsait ödənilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
28. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2415/2024 nömrəli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini, İddiaçı MMC-nin iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayınadək iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Qeyd edilənlərlə bağlı bildirmək istəyirik ki, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarıilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar nə sayğaca müdaxilə nədə ki qanunsuz istifadə halı ilə bağlı deyildir. Belə olan halda hər-hansı yoxlamanın reyestrdə qeydə alınmasına zərurət yoxdur. Bundan başqa, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarıilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8,4.9-cu bəndlərinintələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar məhkəməyə təqdim edilmiş və qaz sayğacının sərf edilən qaz həcmini tam qeydə almaması işin mübahisəsiz halıdır. İddiaçının istifadəsində olan qaz sayğacının elektron korrektoru işləmədiyinə görə sərf edilən qazın həcmi sayğacın mexaniki göstəricilərinə əsasən müəyyən olunaraq iddiaçının qaz hesabına işlənmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
31. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 443.7-ci maddə-əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
“Qazdan istifadə qaydaları”: 5.2-ci maddə- qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 2.10-cu maddə- sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddə- Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4-cü bənd- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bənd- reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
32. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2415/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 31 oktyabr 2018-ci il tarixli ******* nömrəli, 2018-ci ilin noyabr ayında tərtib olunmuş 001624 nömrəli akt, 30 dekabr 2018-ci il tarixli D002838 nömrəli, 28 fevral 2018- ci il tarixli ******* nömrəli, 29 mart 2019-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-cİ il tarixli ******* nömrəli aktlar əsasında iddiaçıya ümumilikdə 7999,60 manat məbləğində borc hesablanmışdır.
35. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, bu aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeyd alınmamış yoxlamalar əsasında tərtib edilmişdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını düzgün tətbiq edərək hesab etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından qeyd edilən əktlar əsasında hesablanmış 7999,60 manat məbləğində borcun silinməsi barədə iddia əsaslıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2415/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2415/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.