Məhkəmə qərarları › İş №2-2(103)-771/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-771/2024

10.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-771/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Gəncə şəhəri üzrə İcra idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair və iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1479/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Gəncə İnzibali-İqtisadi Məhkəməsinin 2-2(83)29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn 995.217,41 manat əsas borc, 328.791 manat faiz borcu, 11.383 manat dəbbə pulu, iddia qaldırıİması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1.335.451,41 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın xx.xx.2012-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara və xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş ünvan 3ndə 5.0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir.

2. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

3. Girov və ipoteka predmetlərinin satılması üçün xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlıqın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu verilmişdir.

4. Hərrac təşkilatçısı tərəfindən əmlakların satışı üzrə açıq hərrac xx.xx.2017-ci il tarixə təyin edilmiş və həmin tarixdə ilkin hərrac keçirilmiş, alıcı olmadığından təkrar hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş, əmlakların qiyməti 15% azaldaraq, əmlak kompleksinin 1.530.000 manata, avadanlıqın isə 556.512 manata satılması ilə bağlı təkrar hərrac keçirilmiş, hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə xx.xx.2017-ci il tarixdə “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir.

5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə borclu "xxxx" MMC-nin ərizəsi təmin edilmiş və MMC-nin Gəncə şəhəri üzrə icra idarəsinin əmlakının yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMC-nin əmlakına dair qiymətləndirmə aparılması barədə iddia ərizəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb, qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-29/2015 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakın Hərrac Mərkəzinə qadağan edilməsi qərara alınmışdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(83)-1586/2017 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(114)-1586/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmış və məhkəmənin Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Gəncə İnzbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldığı qeyd olunmuşdur.

7. Cavabdeh2 ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı 30 yanvar 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 3ndə 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin harracda satılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nə 13048/16 saylı xx.xx.2016-cı il tarixli, sifariş məktubu verildiyi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 24 may 2017-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Gəncə şəhəri, Kəpəz Kimyaçılar küçəsində 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin satılması və hərracın keçirilməsinin Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nə qadağan edildiyi, bu səbəbdən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC hərracla bağı sonrakı hərəkətləri yerinə yetirə bilmədiyini, hal-hazırda Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü qərardadı ləğv edilərək, "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar keçirilməsi ilə bağlı Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin üzərinə qoyulmuş qadağanın götürüldüyünü, və qeyd edilənləri nəzərə alaraq Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra borclu "xxxx" MMC-yə məxsus olan ünvan 3ndə, 5 ha torpaq sahəsində yerləşən ü/s 6315.45 kv.m olan əmlak kompleksinə dair təklifi “İpoteka Haqqında” Azərbaycan Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən razılıqlarını bildirdiklərini və əmlak komleksinin Bankın balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişlər.

8. Gəncə Şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə və surətləri "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələb yerinə yetirilməsi üçün xx.xx.2016-cı il tarixində icra sənədi icra olunması üçün hərrac mərkəzinə göndərildiyi və hal-hazırda zərurət aradan qalxdığı üçün icra işinin yenidən davam etdirilməsi xahiş edilmişdir.

9. xx.xx.2023-cü il tarixli hərrac təşkilatının hərracın yekunlarına barədə 70/01 saylı protokoluna əsasən "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi 1.530.000 manat Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

10. ünvan 3 ünvanında yerləşən 6315,45 kv.m. əmlak kompleksi üzərindəCavabdeh2 ASC-nın mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

Birinci iş

11. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC, "xxxx" MMC ilə Gəncə şəhəri üzrə İcra idarəsi arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli hərracın yekunları barədə 70/01 nömrəli Protokolun ləğv edilməsi; iddiaçı "xxxx" MMC-nin mülkiyyəti olan ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh2 ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair bağlanmış xx.xx.2012ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı ipoteka müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 ASC-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı bildirir ki, cavabdeh əmlak kompleksini təkrar hərracin baş tutmamasinin elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etmişdir.

13. Cavabdeh2 ASC iddiaya etiraz edir və bildirir ki, xx.xx.2017-ci tarixindən sonra 30 gün müddətində əmlakın bank tərəfindən əldə edilməsinə dair müqavilənin-protokolun imzalanmasının mümkün olmamasının səbəbi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının həmin tarixdən qadağan götürülməsi barədə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadın qanuni qüvvəsini alana qədər qüvvədə olmasıdır. Həmçinin ipotekaya xitam verilməsi tələbi də əsassızdır. Çünki iddiaçının istinad etdiyi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi vəziyyəti mövcud deyildir. İkinci iş

14. İddiaçı Cavabdeh2 ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçsində 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı bildirir ki, ünvan 3ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə dair Cavabdeh2 ASC-nin mülkiyyət hüquqları 12 dekabr 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Belə olan halda bankın mülkiyyətində olan həmin əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsi zərurəti yaranmışdır.

16. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-576/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilmiş və Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2- 2(115)-576/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1479/2024 saylı işə birləşdirilərək bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1479/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “11 dekabr 2023-cü il tarixli 70/01 nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, birləşdirilmiş (qarşılıqlı) iddia üzrə iddiaçı Cavabdeh2 ASCnin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsinin təmin edilməsi, ünvan 3ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi "xxxx" MMC tərəfindən boşaldılaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.

18. Birinci iş üzrə iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin təmin edilməsi və ikinci iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlak kompleksinə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilmiş, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək cavabdehə təklif edilmişdir. Cavabdeh isə əmlak kompleksini qanunvericilik ilə tələb edilən müddət ərzində əldə etməmişdir. Belə ki, 11 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ASC və "xxxx" MMC və icra şöbəsi təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsindən 6 il yarım keçdikdən sonra Hərracın yekunları barədə 70/01 nömrəli Protokolu imzalamışdır. Məhkəmə ilk iddianın rədd edilməsi əsası kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinin qadağan edilməsini göstərsə də, həmin qərardaddan müəyyən olunur ki, qərardada əsasən əmlakın satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir, başqa hərrac təşkilatı vasitəsilə əmlakın satılması və hərracın keçirilməsinə heç bir maneə olmamışdır. Qeyd edilən hal Cavabdeh2 ASC-nin qəsdən ipoteka predmetini əldə etmədiyini və yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini pozduğunu deməyə əsas verir. Bununla da cavabdeh Bank öz hüquqlarından sui-istifadə edərək, qətnamənin uzun müddət icra edilməməsi nəticəsində ilkin satış qiyməti ilə müqayisədə dəyəri əhəmiyyətli dərəcədə artmış əmlak kompleksinin dəyərindən aşağı qiymətə əldə edilməsinə nail olmuşdur. Belə ki, əmlak kompleksinin ilkin satış qiyməti 1.800.000 manat müəyyən edilsə də, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PVB-58 nömrəli qiymətləndirmə rəyinə əsasən təkcə əmlakların yerləşdiyi torpaq sahəsinin hazırkı bazar dəyəri 2.500.000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsinə dair sənədlərə baxış keçirərkən, hərracın yekunları barədə yekun protokolunun yalnız ipoteka saxlayan Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən imzalandığı, sifariş verən təşkilat – cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinin səlahiyyətli şəxsi tərəfindən protokolun imzalanmadığı müəyyən edilmişdir. Qeyd edilən hallar cavabdehlər tərəfindən təkrar hərracın baş tutmamasından 6 il yarım keçdikdən sonra süni qaydada yekun protokolun tərtib edildiyini və 1 gün ərzində əmlak kompleksi üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarının qeydə alındığını sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi.

22. Digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23.Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə (43.1.1); hərracın iştirakçısı olmadıqda (43.1.2); hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə (43.1.3); hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın (43.1.4). 26.Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 27.Həmin Qanunu 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 28.Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 29.Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

31. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

32. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5).

33. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Belə ki, iddiaçı "xxxx" MMC-nin iddia tələblərinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi təşkil edir.

37. Həmin maddənin tələblərinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

38. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtlərinin mövcüd olması müəyyən edilmir.

39. Belə ki, iş materiallarında olan sənədlərdən və Gəncə şəhəri üzrə İcra İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 36/24 saylı məktubundan müəyyən edilir ki, Gəncə İnzibali-İqtisadi Məhkəməsinin 2-2(83)29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 23 noyabr 2012-ci il tarixli kredil müqaviləsindən irəli gələn 995.217,41 manat əsas borc, 328.791 manat faiz borcu, 11.383 manat dəbbə pulu, iddia qaldırıİması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1.335.451,41 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" İKB ASC-yə ödənilməli, tutmanın xx.xx.2012-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara və xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş ünvan 3ndə 5.0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Girov və ipoteka predmetlərinin satılması üçün xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlıqın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu verilmişdir. Hərrac təşkilatçısı tərəfindən əmlakların satışı üzrə açıq hərrac xx.xx.2017-ci il tarixə təyin edilmiş və həmin tarixdə ilkin hərrac keçirilmiş, alıcı olmadığından təkrar hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq əmlakların qiyməti 15% azadaraq, əmlak kompleksinin 1.530.000 manata, avadanlıqın isə 556.512 manata satılması ilə bağlı təkrar hərrac keçirilmiş, hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə xx.xx.2017-ci il tarixdə “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir. Təkrar hərracın keçirilməsi baş tutmadığından ipoteka saxlayan tərəfindən sonrakı addımın atılması üçün nəzərdə tutulmuş 30 gün müddətində, yəni xx.xx.2017-ci il tarixində "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi iddiası ilə, həmçinin əmlakların satılması və hərracın keçirilməsinin "xxxx" MMC-yə qadağan edilməsi ilə bağlı iddianın təmin tədbiri barədə ərizə ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və ərizə məhkəmə tərəfindən təmin edilərək, xx.xx.2017-ci il tarixli qərardadla əmlakların satılması və hərracın keçirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə Gəncə səhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətləri qeyri-qanuni hesab etmiş və borclu "xxxx" MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasını qərara almışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək qiymətləndirici "xxxx" MMC təyin edilmişdir. Həmin qiymətləndiricinin xx.xx.2018-ci il tarixli hesabatında əmlakın qiyməti 5.700.000 manat müəyyən edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən əmlak kompleksinin 5.700.000 manata, avadanlıqın isə 654.720 manata satılması ilə bağlı hərracın keçirilməsi üçün xx.xx.2018-ci il tarixində "xxxx" MMC-və sifariş verilmiş və hərrac təşkilatçısı tərəfindən əmlakların hərracda satılması ilə bağlı ilkin hərrac xx.xx.2019-cıı il tarixə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli məktub ilə tələbkar tərəfindən hərracın keçirilməsinin və icra işinin icraatının dayandırılması ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət olunmuşdur. Daha sonra tələbkar icra idarəsinə müraciət edərək icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli qərar əsasında icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə icra vərəqəsinin davam etdirilməsi üçün məhkəmə tərəfindən icra vərəqəsi icra idarəsinə göndərilmişdir. Tələbkar xx.xx.2019cu il tarixdə ərizə ilə icra idarəsinə müraciət edərək, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində qoyulmuş qiymət, o cümlədən ekspertizanın təqdim etdiyi rəylər arasında kəskin fərq olduğundan iş üzrə yenidən qiyməlləndirici dəvət olunması barədə qərar qəbul edilməsi və icra olunması üçün səlahiyyətli qiymətləndirmə şirkətinə göndərilməsinin təmin olunmasını xahiş etmiş, icra idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktub ilə tələbkara cavab verilmiş və əmlak kompleksinin yenidən qiymətləndirilməsindən imtina edilmişdir. xx.xx.2020-ci ıl tarixində icra idarəsi tərəfindən əmlak kompleksinin 5.700.000 manata, avadanlıqın isə 654.720 manata satılması ilə "xxxx" MMC-yə sifariş verilmiş, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli məktub ilə tələbkar tərəfindən məhkəmə mübahisəsi olduğu üçün hərracın keçirilməsinin və icra işinin icraatının dayandırılması ilə bağlı icra idarəsinə müraciət olunmuş və həmin tarixdə icra idarəsi tərəfindən hərracın dayandırılması üçün hərrac təşkilatçısına məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ASC Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan və "xxxx" İKB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinn 07 aprel 2023-cü il tarixli imtina məktubu ilə tələbkar Cavabdeh2 ASC-yə "xxxx" MMC-nin 24 aprel 2018-ci il tarixli rəyi qüvvədə olduğundan sözü gedən əmlakın yenidən qiymətləndirilməsinin mümkün olmadığı və həmin "xxxx" MMC-nin 24 aprel 2018-ci il tarixli rəyin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh2 ASC-nin ərizəsi əsasında Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8-2(115)-08/2023 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı icra sənədində göstərilən əmlakların yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmışdır. Qərardaddan "xxxx" MMC tərəfindən şikayət verilmiş, yekunda Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8- 2(115)-08/2023 saylı qərardadı və həmin qərardadla bağlı 07 avqust 2023-cü il tarixli, 8-2(115)-08/2023 saylı qərardadı ləğv edilmiş, tələbkar Cavabdeh2 ASC-nin icra məmurunun ipoteka predmetinin yenidən qiymətləndirilməsindən imtina barədə qərarından, verdiyi şikayət təmin edilməmiş, ipoteka predmetinin Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli (yenidən icraya yönəldilmə ilə əlaqədar 21 oktyabr 2016-cı il tarixli) icra sənədində göstərilən qiymətlə icra hərəkətlərini davam etdirməsi vəzifəsi icra məmuruna izah edilmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələb yönəlmiş əmlak kompleksinin 1.800.000 manata, avadanlığın isə 654.720 manata satılması hərracdan satılması barədə Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" MMC-yə sifariş verilmiş, hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsi əsasında “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildikdən sonra Cavabdeh2 tərəfindən Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmuş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-nin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Sözügedən xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin Cavabdeh2 ASC-nin balansına 1.147.500 manata götürülməsi barədə protokol imzalanmışdır.

40. Göründüyü kimi hərracın keçirilməsi və yekunlarına dair protokolun imzalanması məhz "xxxx" MMC-nin iddia və müvəqqəti təminat tədbiri barədə ərizələr əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qadağa aradan qaldırılmış, Cavabdeh2 ASC də qadağa aradan qalxan kimi xx.xx.2023-cü il tarixində əmlak komleksinin Bankın balansına götürülməsi barədə razılığını Hərrac Mərkəzinə yazılı qaydada bildirilmiş və xx.xx.2023-cü il tarixli qərardad qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdə əmlak kompleksinin Cavabdeh2 ASC-nin balansına götürülməsi barədə protokol imzalanmışdır. Beləliklə, mübahisəli ipoteka əmlakının ipoteka saxlayan tərəfindən əldə olunması üçün qanunvericiliklə müyyən edilmiş 30 günlük müddət ötürülməmişdir. Çünki təkrar hərracın keçirildiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər altı ildən artıq vaxt keçsə də, məhkəmə qərarı əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmişdir. Ona görə də, təkrar hərracın keçirildiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətdə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinə imkan verən müddət 30 gündən artıq olmamışdır.

41. Bundan əlavə, kollegiya qeyd edir ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)- 1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair iddiasının təmin edilməsi və Gəncə səhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasının qərara alınması mübahisənin həllinə təsir etmir.

42. Çünki həmin qərar qəbul edilsə də, xx.xx.2017-ci il tarixdə keçirilmiş birinci hərrac və xx.xx.2017-ci il tarixdə keçirilmiş təkrar hərracın nəticələri ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.

43. Bundan başqa, həmin hərraclar keçirilərkən ipoteka predmetinin ilkin satış qiyməti icra sənədində qeyd edildiyi kimi 1.800.000 manat məbləğində müəyyən edilmişdir.

44. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında isə ipoteka predmetinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli (yenidən icraya yönəldilmə ilə əlaqədar 21 oktyabr 2016-cı il tarixli) icra sənədində göstərilən qiymətlə icra hərəkətlərini davam etdirməsi vəzifəsi icra məmuruna izah edilmişdir.

45. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş hərracın yekunları barədə protokolun ləğv edilməsi, ipoteka müqaviləsinə və Cavabdeh2 ASC-nin ipoteka hüququna xitam verilməsi barədə tələblər, həmçinin iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş digər tələblər yuxarıda qeyd edilən tələblərdən irəli gəldiyi üçün əsassızdır və rədd edilməlidir.

46. İkinci iş üzrə iddiaçı Cavabdeh2 ASC-nin iddiası isə əsaslıdır.

47. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız həminüç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

49. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.

50. Belə ki, mübahisəli daşınmaz əmlakın Cavabdeh2 ASC-nin mülkiyyətində olması ƏMDX DƏDKR X8 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur.

51. Eyni zamanda, həmin daşınmaz əmlakın cavabdeh "xxxx" MMC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Cavabdehin sahibliyi isə qanunsuzdur.

52. Çünki onun həmin daşınmaz əmlaka dair hər hansı sahiblik və istifadə hüquqları mövcud deyil.

53. Göründüyü kimi həmin iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı Cavabdeh2 ASC-nin mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılmasını tələb etməkdə tam haqlıdır.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1479/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Ziya Şirinov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar