Məhkəmə qərarları › İş №2-2(103)-774/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-774/2021

15.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-774/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı dəbbə pulu borcunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 05.05.2021- ci il tarixli e-2- 2(113)-1947/2021 nömrəli qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən gecikdirilən sığorta ödənişinə görə İddiaçı1 3900 manat və İddiaçı2 2600 manat dəbbə pulunu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların fəaliyyət göstərdiyi ünvan ünvanda yerləşən “Armado” və 28 A nömrəli Lider oboy mağazasında olan cəmin 50.000 manat məbləğində ticarət mallarına, daşınar əmlaka görə "xxxx" ASC ilə sığorta müqaviləsi bağlanmışdır. 10.12.2019-cu il tarixdə sığortaladıqları ticarət malları yanğın nəticəsində yanmış və bu barədə "xxxx" ASC yə məlumat verilmişdir. "xxxx" ASC-nin iştirakı ilə zəruri olan sənədlər ticarət mallarının siyahısı və sairə əldə olunub təqdim olunmuşdur. Lakin baş vermiş yanğından 3 aya yaxın müddət keçməsinə baxmayaraq sığorta hadisəsinə görə onlara ödənilməli olan 50000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən 01 may 2020-ci il tarixdə ödənilmişdir. Ödənilməli olan 50000 manat ticarət mallarına görə sığorta məbləği qəsdən gecikdirilmişdir. Sığorta hadisəsi baş verdiyi vaxtdan 7 iş günü nəzərə alınmaqla 130 gün gecikdirilərək ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.05.2021- ci il tarixli e-2-2(113)-1947/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 200 (iki yüz) manat, İddiaçı2 xeyrinə 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın tam təmin olunmasını xahiş etmişlər. İddiaçıların apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar C.G.Abdullayev və İddiaçı2 ticarət etməklə məşğul olurlar. İddiadan göründüyü kimi yanğın nəticəsində onların mağazalarında olan bütün malları yanaraq məhv olmaqla, onlar sığorta olunan məbləğdən də artıq miqdarda zərər dəymişdir. Cavabdehin iddiaçılara ödəməli olduğu sığorta məbləğinin qanunsuz və əsassız gecikdirməsi səbəbindən, ticarətlə məşğul olan, ailələrini ticarətlə dolandıran iddiaçılar, hansı vəsaitlə mağazalarını bərpa edib, mal alaraq ticarət etməli idi? Sığortaçının qanunsuz və əsassız olaraq, onlara 70000 manat ödənilməli olan sığorta məbləğinin gecikdirməsi səbəbindən, iddiaçılar aylarlarla qazancsız qalmaqla, əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri pozulması göz qabağındadır. Qanunun bu imperiativ normasını məhkəmə nəzərə almayaraq iddiaçılara ödənilməli olan 70000 manat sığorta məbləğinə görə 6700 manat dəbbə pulunu tənasübsüz hesab etmişdir. Cavabdeh sığorta məbləğini vaxtında ödəməli olsaydı, iddiaçılar 6700 manatdan ən azı 10 dəfə çox qazanc əldə edə bilmələrini məhkəmə nəzərə almamışdır. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.05.2021- ci il tarixli e-2-2(113)-1947/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən iddiaçılara məxsus qeyri-yaşayış sahələri cavabdeh tərəfindən sığorta edilmişdir. 10.12.2019-cu il tarixdə sığorta hadisəsi (yanğın) baş vermiş, iddiaçılar sığorta tələbi barədə ərizə ilə 12.12.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. İddiaçı2 məxsus obyektə dəymiş zərərin məbləği 19500 manat müəyyən edilmiş, zərər məbləğindən 400 manat azadolma məbləği çıxılaraq 01.05.2020-ci il tarixdə 19100 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı1 məxsus obyektə dəymiş zərərin məbləği 29500 manat müəyyən edilmiş, zərər məbləğindən 600 manat azadolma məbləği çıxılaraq 01.05.2020-ci il tarixdə 28900 manat sığorta ödənişi ödənilmişdir. İddiaçıların "xxxx" ASC-yə ünvanladığı 23.04.2020-ci il tarixli ərizədən məlum olur ki, 10.12.2019-cu il tarixdə “Evrohome” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində ona məxsus obyektdə olan mallara zərər dəymiş, "xxxx" ASC tərəfindən ona dəymiş ziyan tam qarşılanmışdır. Bununla bağlı indi və gələcəkdə heç bir iddia və şikayəti olmayacaqdır. - İddiaçı1 "xxxx" ASC-yə ünvanladığı 23.04.2020-ci il tarixli ərizədən məlum olur ki, 10.12.2019-cu il tarixdə “Evrohome” Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində ona məxsus obyektdə olan mallara zərər dəymiş, "xxxx" ASC tərəfindən ona dəymiş ziyan tam qarşılanmışdır. Bununla bağlı indi və gələcəkdə heç bir iddia və şikayəti olmayacaqdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 05.05.2021- ci il tarixli e-2-2(113)-1947/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05.05.2021- ci il tarixli e-2-2(113)-1947/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar