Məhkəmə qərarları › İş №2-2(103)-774/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-774/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-774/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər "xxxx" QTSC və Cavabdeh2nə qarşı boruların qaytarılması və satılmış boruların dəyərinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MTK-nın vəkili və nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər "xxxx" QTSC və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh QTSC-nin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-509/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QTSC-nin (bundan sonra - QTSC) cavabdeh 16 nömrəli X3 (bundan sonra - Trest) qarşı iddiası qismən təmin edilmiş, Trestdən QTSC-nin xeyrinə 6.160.936 manat əsas borc, 308.000 manat cərimə borcu, cəmi 6.468.936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmiş, qətnamə üzrə icra vərəqəsi verilmişdir.

2. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2015-ci il tarixli 4975 nömrəli İcraata başlamaq haqqında qərarı ilə 2(81)-509/2015 nömrəli icra vərəqəsi üzrə icraata başlanmışdır.

3. İddiaçı MTK (bundan sonra - MTK) ilə Trest arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli Borcun əvəzləşdirilməsinə dair müqaviləyə görə, tərəflər xx.xx.2014cü il tarixdə borc verilmiş 2.099.200 manat pul ödənilə bilmədiyi üçün borcun borc alan Trestə məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boru ilə əvəzləşdirilməsi, Trestin aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə ona məxsus 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boruları bu müqaviləyə əsasən borc verən MTK-ya təhvil verməyi, borc verən MTK isə borc alan Trestə verdiyi 2.099.200 manatın əvəzinə 2.200 ədəd, ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boruları müqaviləyə əsasən qəbul etməyi razılaşdırmışlar.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-2(81)-291/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərardadı ilə QTSC-nin Trestə qarşı pul tələbinə dair iş üzrə 2(81)- 509/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulmuş, borc tələbinin həmin borulara yönəldilməsi və boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən QTSC-yə ünvanlanan xx.xx.2016-cı il tarixli xx/xx-7564-9 nömrəli məktubla görülmüş icra tədbirləri nəticəsində 09.09. 2016-cı il tarixli akta əsasən üzərinə həbs qoyulmuş 2.041 ədəd borunun qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərildiyi, "xxxx" MMC tərəfindən 2.041 ədəd borunun 2.081.820 manata qiymətləndirildiyi bildirilmiş, 2.041 ədəd borunun ilkin satış qiyməti olan 2.081.820 manatın borc əvəzinə qəbul edilməsi təklif olunmuşdur.

6. "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2016-cı il tarixli hesabatına görə, Trestə məxsus üzərinə həbs qoyulmuş 2.041 ədəd boru istifadəyə yararlıdır və 1 ton - 850 manat olmaqla, qiyməti 2.081.820 manat təşkil edir.

7. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(81)-560/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı QTSC-nin cavabdehlər Trestə və MTK-ya qarşı xx.xx.2016-cı il tarixli Borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələblərinə dair iddiası rədd edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2(102)- 252/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə QTSC-nin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 8-2(103)- 15/17 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın realizə işlərinin həyata keçirilməsi hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin təqdimatın geri götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MTK xx.xx.2018-ci il tarixdə cavabdehlər QTSC və Trestə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs Binəqədi rayonu icra və probasiya şöbəsi) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması və QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddianın əsaslarına görə, xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 54 saylı Notariat Kontorunda MTK ilə Trest arasında xx.xx.2014-cu il tarixdə alınmış 2.099.200 manat borcun müqabilində borc alana məxsus 2.200 ədəd ümumi çəkisi 2.624 ton (1 ton - 800 manat) dəmir boru ilə əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Trest aldığı borcun, yəni 2.099.200 manatın əvəzinə sonuncuya məxsus 2.200 ədəd dəmir boruları borc verən MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Boruları müqavilə əsasında qəbul etdikdən sonra Binəqədi rayon icra şöbəsinin icra məmuru boruların onlara məxsus olmasını, habelə MTK-nın mülkiyyətində olduğunu araşdırmadan 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə təqdimat verərək QTSC-nin iddiası əsasında həmin məhkəmənin QTSC-nin xeyrinə Trestdən 6.468.936 manat pulun tutulması ilə bağlı xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə tutmanın sözügedən borulara yönəldilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə MTK-ya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulmuş, borc tələbinin həmin borulara yönəldilməsi və boruların xüsusi mühafizə zonasında yerləşdirilməsi tələbi təmin edilmişdir. MTK adıçəkilən məhkəmə qərardadından marağına toxunan şəxs kimi şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə şikayət təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilmiş, təqdimat rədd edilmişdir. Həmin qərardaddan tələbkar QTSC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş, Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, MTK-ya məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulmaqla borc tələbinin həmin borulara yönəldilməsi, boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda Binəqədi rayon icra və probasiya şöbəsinin əməkdaşları MTK-nın ərazisinə gələrək sözügedən dəmir boruların üzərində həbsin olduğunu və onları aparacaqlarını bildirmişlər. Boruların MTK-ya məxsus olması barədə sənədlərin təqdim edilməsinə baxmayaraq icra məmurları bir gün (qeyri-iş günü) ərzində 2.141 ədəd borunu daşımışlar. Qeyri-iş günü olduğu üçün MTK heç bir tədbir görə bilməmişdir. Sonradan MTK-ya məlum olmuşdur ki, boruların həbsinə və daşınmasına əsas Binəqədi rayon icra və probasiya şöbəsinin təqdimatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı olmuşdur. Qərardad 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası çərçivəsində qəbul edilmişdir. Qətnamə ilə Trestdən QTSC-nin xeyrinə 6.468.936 manat məbləğinin tutulması qət edilmişdir. Qərardadla Trestə məxsus 2.100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Halbuki, həmin anda artıq 13 gün idi ki, Borcun əvəzləşməsinə dair müqaviləyə əsasən həmin borular MTK-nın mülkiyyətində idi. QTSC tərəfindən boruların Trestə məxsus olduğuna dair təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməmişdir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarının əsaslandırıcı hissəsində vurğulanır ki, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən, sözügedən borular artıq cavabdehə təklif olunmuş və 2.081.820 manat dəyəri ilə (QTSC-nin Trestə qarşı 6.468.936 manat məbləğindəki pul tələbindən çıxılmaq şərti ilə) xx.xx.2016-cı il tarixli akt üzrə sonuncunun mülkiyyətinə keçmişdir. Göründüyü kimi, sözügedən borulara dair həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, həm də Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli nömrəli qərarı qəbul edilərkən onlar artıq MTK-nın mülkiyyətində idi. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli Qərarı qəbul edilən anda borcun əvəzləşməsinə dair müqavilənin etibarlığını təsdiq edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Buna görə də Ali Məhkəmə öz qərarında QTSC-nin borulara münasibətdə mülkiyyət hüququnu vurğulayarkən sırf xx.xx.2016-cı il tarixli aktı rəhbər tutmuş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini nəzərə almamışdır. Qərarda o cümlədən deyilir ki, xx.xx.2014-cü il tarixli Borc müqaviləsi və xx.xx.2016-cı il tarixli Borcun əvəzləşdirilməsinə dair müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bəhs edilən qərarından sonra QTSC Binəqədi rayon icra şöbəsinin iştirakı olmadan MTK-ya məxsus realizəsinə qadağa qoyulmuş boruları xüsusi mühafizə zonasından özünə məxsus sahəyə daşımış və hissəhissə boruların realizasiyasını həyata keçirmişdir. Dəfələrlə aidiyyəti üzrə Binəqədi rayon icra şöbəsinə, eləcə də QTSC-yə xəbərdarlıq edilsə də, heç bir nəticə verməmiş, bu səbəbdən onların qanunsuz əməlləri nəticəsində MTK-ya külli miqdarda ziyan vurulmuşdur. Qeyd edildiyi kimi, QTSC-nin Trestə qarşı pul tələbinə dair iddiası əsasında tutma borulara yönəlsə də, həmin boruların məhz Trestin balansında və mülkiyyətində olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Faktiki olaraq Binəqədi rayon icra şöbəsi bəhs olunan qətnamənin icrası ilə əlaqədar Trestin əmlakına deyil, özgə əmlakına, yəni MTK-nın qanuni əsaslarla əldə etdiyi əmlakına yönəltmiş və əmlakın üzərinə həbs qoyulmasına nail olmuşdur. Bundan sonra, QTSC Binəqədi rayon icra şöbəsinin razılığı olmadan boruları istədiyi kimi istifadə və realizə edir va icra qurumu QTSC-nin qanunsuz hərəkətlərinə heç bir reaksiya vermir. QTSC-nin hərəkəti qanunsuz və əsassızdır. Belə ki, borular qanuni əsaslarla əldə edilmiş, bununla yanaşı boruların MTK-ya məxus olması 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə iddiaçı QTSC-nin iddiası əsasında Trest ilə MTK arasında boruların alqı-satqısına dair müqavilələrin etibarsızlığı tələb edilsə də, iddia tələbi rədd edilmiş, məhkəmə öz qətnaməsində hesab etmişdir ki, QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından o, tələblə çıxış etmək hüququna malik deyildir. Məhkəmə boruların MTK-nın mülkiyyətində olması faktını təsdiq etmişdir. Nəzərə alaraq ki, bu qərardan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qüvvəyə minərək sözügedən müqavilələrin etibarlılığını təsdiq etmişdir, həmin xüsusatların artıq əhəmiyyəti yoxdur. Qeyd edildiyi kimi, Ali Məhkəmə həmin müqavilələrin etibarlılığına qiymət verməmiş, MTK-nın borulara münasibətdə mülkiyyət hüququnun olub-olmamasına münasibət bildirməmiş, MTK ilə QTSC-nin mübahisəsinə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Ali Məhkəmə bu məsələni açıq saxlayaraq borc müqaviləsinin və borcun əvəzləşməsinə dair müqaviləsinin etibarlı olub-olmamasından asılı etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi isə qüvvəyə mindiyi andan bu məsələdə nöqtəni qoymuşdur. Həmin qətnamədə həmçinin borulara QTSC-nin deyil, məhz MTK-nın mülkiyyət hüququ təsdiq edilmişdir. Belə ki, Borcun əvəzləşməsinə dair müqavilə etibarlıdırsa, deməli, MTK-nın borulara münasibətdə mülkiyyət hüququ QTSC-dən əvvəl yaranmış və deməli, daha mötəbərdir. Bu nəticəni şübhə altına ala biləcək yalnız bir məqam ola bilər: MTK ilə QTSC eyni, yoxsa fərqli borulara iddialıdırmı? Yəni nəzərə alaraq ki, qərarda da vurğulandığı kimi, söhbət əvəzedilən əşyalardan gedir, MTK yalnız o halda boruları QTSCdən tələb edə bilər ki, Borcun əvəzləşməsinə dair müqavilə üzrə onun mülkiyyətinə məhz QTSC-də olan boruların keçməsini sübut etmiş olsun. Söhbətin məhz eyni borulardan getməsi üç halla sübut olunur. Əvvəla, Trestin digər borulara malik olması haqda heç bir məlumat yoxdur. Daha sonra, borular məhz MTK-nın ərazisində yerləşirdi və QTSC-nin sahibliyinə verilmək üçün məhz həmin ərazidən daşınıb. Bu kontekstdə qərarda da xatırlanan MTK-nın Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia QTSC-nin deyil, MTKnın xeyrinə olan sübutdur. Belə ki, həmin iddia ilə də təsdiq olunur ki, borular məhz onun sahibliyindən qanunsuz alınaraq Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən başqa yerə daşınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borulara QTSC-nin deyil, məhz MTK-nın mülkiyyət hüququna malik olması artıq təsdiq edilmiş faktdır. Bu faktın bir daha təsdiq olunmasına ehtiyac yoxdur. Sözügedən borular hazırda QTSC-nin qanunsuz sahibliyindədir və üçüncü şəxslərə özgəninkiləşdirilir. Məhkəmə tərəfindən boruların saxlanıldığı əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən boruların 527 ədədi satılmış və hazırda yalnız 1.614 ədəd boru QTSC-nin qanunsuz sahibliyindədir. İddianın təmin edilməməsi nəinki MTK-nın konstitusion hüququnun pozulması, həmçinin ölkənin hüquq sistemində çox təhlükəli presedentin yaranması demək olacaq. Belə çıxacaq ki, vicdanlı əldə edənin hüquq və maraqları qorunmur və müvafiq əldə etmədən sonra da hər hansı məhkəmə aktı əsasında əşyanın əvvəlki mülkiyyətçisinin borcları üzrə əşya vicdanlı əldə edəndən alına bilər.

11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilmiş, iddia cavabdeh Trestə münasibətdə rədd edilmişdir.

12. Qətnamənin əsaslarına görə, hazırkı iddia tələbi üzrə MTK ilkin olaraq əmlakın, yəni boruların QTSC-nin qanunsuz sahibliyindən tələb olunmasını xahiş edir (vindikasiya iddiası). Vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir: 1) Vindikasiyanın subyekti – tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdi-müəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. Başqa sözlə, əgər mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) və əşyanın faktiki sahibi mübahisəli əşya ilə əlaqədar birbiri ilə müqavilə və yə digər öhdəlik hüquq münasibəti ilə bağlıdırlarsa, onda bu növ iddianın irəli sürülməsi istisna edilir. Göründüyü kimi, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı öz sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsilə qorunur. Hazırkı iş üzrə MTK mübahisəli boruların onun mülkiyyətində olmasını və QTSC-nin həmin əmlakları götürməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış və məhkəmə araşdırması zamanı bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmışdır. Belə ki, MTK QTSC-nin qeyri-qanuni sahibliyindən tələb edilən 1.614 ədəd borunun naturada saxlanması və QTSC-nin faktiki sahibliyində olmasını sübut edə bilmişdir. Bundan əlavə, MTK mübahisəli 2.200 ədəd borunun ona mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi borcun əvəzləşdirilməsi müqaviləsinin bağlanmasını sübut edə bilmişdir. QTSC-nin Trestə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı yekun olaraq Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarına əsasən Trestə məxsus aşkar olunmuş 2.100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi hissəsində təmin edilmişdir. QTSC-nin nümayəndəsi də məhz Ali Məhkəmənin qeyd olunan qərarına əsasən boruların onların mülkiyyətinə verildiyinə istinad etmişdir. Qeyd olunan qərarda kollegiya qeyd etmişdir ki, hazırda xx.xx.2014-cü il tarixli borc müqaviləsi və xx.xx.2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etmişdir. Yəni Ali Məhkəmə müqavilələrin etibarlılığı məsələsinə qiymət verməməklə yanaşı, həmin müqavilələrin etibarlı olub-olmaması məsələsinin məhz həmin iddia tələbinə baxan məhkəmənin yekun qərarından asılı olduğunu işarə etmişdir. QTSC-nin MTK-ya qarşı xx.xx.2014-cü il tarixli borc müqaviləsinin və xx.xx.2016-cı il tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və MTK tərəfindən aparılmış boruların MTK-dan alınaraq QTSC-yə təhvil verilməsi barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il 2 iyun tarixli qətnaməsinə əsasən rədd edilmişdir. Yəni qeyd olunan müqavilələrin etibarlı olması məhkəmə qaydasında öz təsdiqini tapmaqla yanaşı, qətnamədə həmçinin qeyd olunmuşdur ki, QTSC-nin dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından, 157.2-ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik deyildir. Çünki 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən pozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlir. Bu mənada, mülkiyyət hüququ mövcud deyilsə, onun pozulması və pozulmuş hüququn bərpasından söhbət gedə bilməz. MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə boruların əvvəl saxlanıldığı ərazinin dövlət reyestrindən çıxarışının surəti və plan sxem təqdim edilmişdir ki, həmin çıxarışdan da görünür ki, torpaq sahəsi X1 ki, həmin şəxs MTK-nın təsisçilərindən biridir. Həmçinin “Borcun əvəzləşdirilməsinə dair” xx.xx.2016-cı il tarixli müqavilədə 2.200 ədəd borunun borcun əvəzində MTK-ya təhvil verildiyi qeyd olunmuşdur. Qanuna görə, əşyanı qanunsuz əldə edən şəxs əldə etdiyi gəlirləri mülkiyyətçiyə qaytarmağa borcludur. MTK ilə Trest arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilədə borcun 2.200 ədəd boru ilə əvəzləşdirilməsi qeyd olunsa da, hazırda QTSC-nin nümayəndəsi 1.614 ədəd borunun mövcud olduğunu bildirmişdir. MTK onların mülkiyyətində olan borular satıldığından həmin boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.5-ci, 157.8-ci, 166.1-ci, 398.1-ci, 399.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

14. Qətnamə ilə razılaşmayan cavabdeh QTSC ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-548/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiya məhkəməsində birinci icraat

16. Qətnamə ilə razılaşmayan cavabdeh QTSC ondan kassasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-57/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-548/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində birinci icraat

18. QTSC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

20. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, “... Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı ilə borclu Trestə məхsus aşkar olunmuş mübahisəli boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış və işə baxan məhkəmələr tərəfindən maraqlarına toxunan şəхsin şikayəti əsasında təqdimatın rədd edilməsinə dair qərar qəbul edilməklə "xxxx" QSC-nin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və mülki qanunvericiliyin tələblərinə görə, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən və üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil verildiyindən, həmin əmlak üzərində tələbkar "xxxx" QSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən İddiaçı MTK-nın məhkəmə baxışında iştirakı ilə və çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və bu qərarla hüquqi fakt – boruların "xxxx" QSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir. Mübahisəli boruların "xxxx" QSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi arasında yaranmış kolliziya İddiaçı MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd edilməlidir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. ... Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi isə daha gec tarixdən qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı preyudisial əhəmiyyətə malik olur.”

Ali Məhkəmə Plenumunda birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-57/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-70/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Qətnamənin əsaslarına görə, “İşdə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 01 fevral 2018-ci il və 03 mart 2017-ci il tarixli qərardadlarına, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin "xxxx" QTSC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli qərarına və xx.xx.2017-ci il tarixli məktubuna əsasən və s. müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların - aparılan icra hərəkətləri nəticəsində tələbkar QTSC-yə verilməsi faktiki olaraq xx.xx.2017-ci il tarixindən sonra baş tutmuşdur. Halbuki, həmin tarixə artıq İddiaçı MTK ilə 16 saylı Trest arasında bağlanmış xx.xx.2014-cü il tarixli “borc” və xx.xx.2016-cı il tarixli “borcun əvəzləşdirilməsi” barədə müqavilələrin etibarlılığını və MTK-nı həmin boruların mülkiyyətçisi kimi müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 02 iyun 2017-ci il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. Belə olan halda, 30 iyun 2014-cü il tarixində İddiaçı MTK-nın hüquq sələfi “MKM- Mənzil Tikinti Kooperativi” ilə 16 saylı Trest arasında 16 №-li Trestə 2.099.200 manat məbləğində borcun verilməsi və həmin müqavilənin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən ümumi çəkisi 2620 ton olan, 2200 ədəd dəmir boruların 1 tonu 800 manatdan iddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılması, eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə “boruların üzərinə həbs qoyulmamışdan 13 gün əvvəl, yəni, 13 iyul 2016-cı il tarixində İddiaçı MTK ilə 16 №-li Trest arasında notariat qaydasında “borcun əvəzləşməsinə dair” ikinci bir müqavilənin bağlanması, bütün bunlar - iddiaçının həmin boruların qanuni mülkiyyətçisi olduğunu sübuta yetirir.”

Kassasiya instansiya məhkəməsində ikinci icraat

24. Qətnamə ilə razılaşmayan cavabdeh QTSC ondan kassasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 302/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Qərarın əsaslarına görə, “98. ... məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli boruların qanuni mülkiyyətçisinin MTK olması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanuni əsaslarla bağlanmış müqaviləyə əsasən, 2016cı il 13 iyul tarixindən etibarən MTK-nın borular üzərində mülkiyyət hüququ yaranmışdı. Habelə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borular QTSC-dən əvvəl MTK-nın faktiki sahibliyində olmuşdur.

99. QTSC-nin boruların heç vaxt MTK-nin sahibliyində olmamasına dair istinad etdiyi hallardan biri ondan ibarətdir ki, işin məhkəmədə baxılması zamanı MTK-nın Bakı şəhəri Nəsimi rayon Məhkəməsində dəmir boruların onların sahibliyinə verilməsi ilə bağlı qaldırdığı iddia tələbi ilə əlaqədar həmin məhkəmənin və apellyasiya instansiyası məhkəməsinin qərardadlarına əsasən dəmir borular heç vaxt MTK-nın sahibliyində olmamışdır.

100. Əvvəla, QTSC-nin istinad etdiyi Nəsimi rayon məhkəməsinin boruların üzərinə həbs qoyulmasına dair 2016-cı il 10 noyabr tarixli qərardadı (İ cild, i/v 182) QTSC-nin elə özünün şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 7 dekabr tarixli qərardadı ilə ləğv edilmişdir (İ cild, i/v 177). Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında isə boruların heç vaxt MTK-nın sahibliyində olmaması halı ümumiyyətlə müəyyən edilməmişdir.

101. İkincisi, qeyd edildiyi kimi, boruların əvvəlcə MTK-nın faktiki sahibliyində olduğu, sonradan isə icra məmuru tərəfindən 2016-cı il 21 sentyabr tarixində QTSC-yə akt əsasında təhvil verildiyi nəzərə alındıqda, MTK-nın Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə dəmir boruların üzərinə həbs qoyulması üçün müraciət etməsi əslində QTSC-nin deyil, MTK-nın mövqeyinin əsaslılığına dəlalət edir.

102. Kassatorun digər dəlili ondan ibarətdir ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2017-ci il 30 iyun tarixli qərarında göstərilmişdir ki, MTK tərəfindən Trestə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bu barədə MTK-ya sübutlar təqdim edilməsi təklif olunsa da, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir.

103. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmədiyindən əsassızdır.

104. Əvvəla, ona görə ki, MTK-nın hazırkı iddiasının predmetini boruların QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması təşkil edir.

105. Borcun verilməsi niyyəti olmadan bağlanan müqavilə MM-in 340.1-ci maddəsinə (bax yuxarıda § 52) görə, uydurma əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

106. Lakin qeyd olunduğu kimi, MTK ilə Trest arasında bağlanmış borc müqaviləsinin etibarsızlığına dair QTSC-nin iddiası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə rədd olunduğundan, eləcə də bu məsələ Ali Məhkəmənin 2017-ci il 30 iyun tarixli qərarı qəbul olunarkən kassasiya baxışının predmeti olmadığından, hazırkı işin həlli üçün ümumiyyətlə əhəmiyyət kəsb etmir.”

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ikinci icraat

27. QTSC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə yenidən şikayətlə müraciət edərək, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin İX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununun 63.4, 65-69-cu maddələrinə, MPM-in 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

29. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, “... hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hələ 30 iyun 2017-ci il tarixli qərarı ilə borclu Trestə məхsus aşkar olunmuş mübahisəli boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və onların хüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmış və işə baxan məhkəmələr tərəfindən maraqlarına toxunan şəхsin şikayəti əsasında təqdimatın rədd edilməsinə dair qərar qəbul edilməklə "xxxx" QSC-nin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və mülki qanunvericiliyin tələblərinə görə, tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə qərardadı icra edildiyindən və üzərinə həbs qoyulmuş borular tələbkarın birbaşa sahibliyinə təhvil verildiyindən, həmin əmlak üzərində tələbkar "xxxx" QSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində, tərəflərin, o cümlədən İddiaçı MTKnın məhkəmə baxışında iştirakı ilə, çəkişmə prinsipinə əməl edilməklə çıxarılmış və boruların "xxxx" QSC-yə verilməsi və mahiyyət etibarı ilə onun mülkiyyət hüququnun yaranması müəyyən edilmişdir. Burada nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi konstitusiya şərhini ehtiva etməklə, ümumi və məcburi xarakterli, maddi və prosessual istiqamətli olmaqla, qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir və məhkəmə qərarlarının əsasını təşkil edir. Həmin mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır. Lakin Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinin əksinə olaraq Ali Məhkəmənin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarı müstəqil məhkəmə icraatı çərçivəsində deyil, məhz məcburi icra tədbirləri ilə əlaqədar icra məmurunun təqdimatı üzrə qəbul edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilir ki, icra hərəkətləri ilə əlaqədar mübahisəli əmlak "xxxx" QSC-yə təhvil verildiyindən onun qanunla qorunan mülkiyyət hüququnun yaranmasının göstərilməsi məsələnin əsl mahiyyətini dəyişə bilməz. Eyni zamanda, kassasiya instansiyası məhkəməsi 30 iyun 2017-ci il tarixli qərarının preyudisiya əhəmiyyətinə malik olmaması ilə bağlı qənaətini həm də onunla əsaslandırmışdır ki, qeyd edilən qərarda 2014-cü il 20 iyun tarixli “borc müqaviləsi” və 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarlılığı məsələsinə toxunulmamış, yəni həmin qərar ilə 2016-cı il 13 iyul tarixli “borcun əvəzləşdirilməsinə dair” müqaviləyə hüquqi qiymət verilməmiş, eləcə də həmin borcla bağlı tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. "xxxx" QSC-nin Trestə və İddiaçı MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması” tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək mübahisələndirilən əqdlərin etibarlılığı müəyyən edilmiş və borular üzərində İddiaçı MTKnın mülkiyyət hüququnun olduğu göstərilmişdir. Kassasiya instansiyası məhkəməsinin bu qənaəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 14 fevral 2020-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyini bir daha xatırlatmağı zəruri hesab edir. Belə ki, mübahisəli boruların "xxxx" QSC-nin mülkiyyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi arasında yaranmış kolliziya İddiaçı MTK-nın boruların geri qaytarılması və s. tələbi üzrə işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd edilməlidir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. ... Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017ci il tarixli qətnaməsi isə daha gec tarixdə qüvvəyə minmişdir. Belə olan halda isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tariхli qərarı preyudisial əhəmiyyətə malik olur. Yuxarıda göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə qəbul etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı prosesi məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Hüquq və azadlıqlarının pozulduğu müəyyən edilmiş şəxslərin hüquqi vəziyyətini pisləşdirmək, onları süründürməçiliyə cəlb etmək üçün müvafiq məhkəmə instansiyalarında işə yenidən baxılmasını təşkil etmək yolverilməzdir. Belə halların baş verməsi konstitusiya prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair 2005-ci il 25 yanvar tarixli Qərarı). Bunun davamı olaraq, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işə məhkəmələrdə yeddi il ərzində dəfələrlə baxılaraq müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir daha diqqətə çatdırmağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli və “Seymur” X6 şikayəti üzrə 2021-ci il 5 aprel tarixli Qərarları).”

Ali Məhkəmə Plenumunda ikinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 302/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-70/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

31. Şikayətin dəlillərinə görə, məhkəmə ilk növbədə iddia tələbində göstərilən dəmir boruların cavabdehin sahibliyində olmasının qanuni və yaxud qanunsuz olmasına qiymət verməli idi. Dəmir boruların cavabdehin sahibliyində olmasının qanuni və yaxud qanunsuz olmasını isə ümumiyyətlə, məhkəmə araşdırmamışdır. Araşdırılacağı təqdirdə müəyyən olunardı ki, dəmir borular nəinki cavabdehin sahibliyinə qanuni şəkildə verilmişdir, ümumiyyətlə, cavabdehin mülkiyyəti hesab olunur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, pul borcu tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərlə, o cümlədən, Trestə satılmış 8.075.300 manat məbləğdə müxtəlif ölçülü dəmir boruların dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasındakı razılaşma ilə əlaqədar olmuşdur. Yəni, həmin qətnamə ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən lap əvvəldən QTSC-yə məxsus olmuş borular Trestə satılmış, pulu ödənilmədiyindən QTSC tərəfindən ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra, Binəqədi rayon icra şöbəsinin təqdimatı qismən təmin edilmiş, Trestə məxsus 2.100 ədəd borunun üzərinə həbs qoyulmuş, borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə olunan sahədə yerləşdirilməsi qərara alınmışdır. Qərardadın icrası qaydasında Binəqədi rayon icra şöbəsinin icra məmurları tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, 2.081.820 manat dəyərində qiymətləndirilmiş borular QTSC-yə təhvil verilmişdir. Həmin aktla icra vərəqi üzrə borcdan 6.468,936 manat borc məbləğindən 2.081.820 manat pul əvəzlənərək, tələbkara ödənilmiş hesab edilmiş, borclunun qalan borcu 4.387.116 manat kimi müəyyən edilmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən və Binəqədi rayon icra şöbəsində başlanmış icra tədbirlərinin yekunu olaraq adıçəkilən dəmir borular QTSCnin mülkiyyətinə verilmişdir. Lakin əksi barədə heç bir mötəbər sübut olmadığı halda, birinci instansiya məhkəməsi QTSC-nin mülkiyyətində olan dəmir boruların digər bir hüquqi şəxsə verilməli olması barədə qətnamə qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələbləri, Mülki Məcəllənin 152-ci maddəsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, MTK iddia tələbində Trestlə aralarında imzalanmış xx.xx.2016-cı il tarixli Borcun əvəzləşdirilməsinə dair müqaviləyə əsasən boruların MTK-nın mülkiyyətində olmasını, məhkəmənin qərardad qəbul edərkən və icra məmurları tərəfindən icra tədbirləri həyata keçirilərkən, həmin halların nəzərə alınmadığını əsas gətirməklə, boruların onlara verilməli olmasını iddia etmişdir. İddiaçının göstərdiyi həmin hal tamamilə əsassızdır. Mübahisəli boruların müqavilə əsasında QTSC tərəfindən Trestə verilməsi və həmin borulara görə sonuncunun QTSC qarşısında öhdəliyinin yaranması işin mübahisələndirilməyən halı olmaqla yanaşı, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tam sübut olunmuşdur. Bundan əlavə, iş materiallarında olan icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borular aşkar edilərkən borulara tutma yönədilməsi ilə bağlı aktların tərtibi zamanı Trestin direktoru Yusif Nəsirov sözügedən müqavilələrə əsasən boruların borc əvəzinə MTK-ya verildiyini bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı apelyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.

33. Etirazın dəlillərinə görə, sözügedən borulara dair həm 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, həm də Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli nömrəli qərarı qəbul edilərkən onlar artıq MTK-nın mülkiyyətində idi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. İddiaçının vəkili və nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, şikayətin təmin edilməməsini xahiş etmişlər.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlərin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir; Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur; Maddə 181. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

37. “İcra haqqında” AR Qanununun: Maddə 55. Əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir.

38. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.”

Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.

42. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Mülki Məcəllənin 157-ci maddəsində mülkiyyət hüququnun müdafiəsinin 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır.

43. Bu kontekstdə, hazırkı iddianın 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması tələbi vindikasiya iddiasıdır. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.

44. İşdən müəyyən edilir ki, MTK və QTSC-nin hər ikisi mübahisə predmeti borular üzərində mülkiyyət hüququnun ona aid olmasını irəli sürür. MTK öz mövqeyini MTK ilə Trest arasında borcun əvəzləşdirilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilə ilə, QTSC isə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarında bu hüququn QTSC-yə məxsusluğunun qeyd olunması ilə əsaslandırır.

45. Konstitusiya Məhkəməsinin Plenumu hazırkı mübahisə üzrə qəbul etdiyi iki qərarında birmənalı olaraq bildirmişdir ki, məhkəmə qərarları arasındakı kolliziyalar zaman prinsipi əsasında həll edilərək, daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktı tətbiq edilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tariхli qərarı qəbul edildiyi andan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi isə daha gec tarixdə qüvvəyə mindiyi üçün, Ali Məhkəmənin xx.xx.2017-ci il tariхli qərarı preyudisial əhəmiyyətə malik olur.

46. Konstitusiya Məhkəməsi xx.xx.2016-cı il tarixli Qərarında isə məhkəmə qərarının preyudisiallığını qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü kimi şərh etmişdir.

47. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.

48. Konstitusiya Məhkəməsinin qərarlarında verilən şərhlərdən belə bir nəticə hasil olur ki, cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamışdır. Bu da o deməkdir ki, iş üzrə vindikasiya iddiasının qaldırılması üçün yuxarıda sadalananlardan dördüncü şərtə əməl olunmur, başqa sözlə, iddiaçının cavabdeh QTSC-yə qarşı vindikasiya tələbi əsaslı deyil.

49. Eyni qaydada, iddianın cavabdeh QTSC-dən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi də əsassızdır. Belə ki, cavabdehin mübahisəli borulara sahibliyi qanunsuz olmamış, preyudisial qüvvəyə malik məhkəmə qərarından irəli gəlmişdir.

50. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdeh Trestə qarşı tələblərinin rədd edilməsi ilə razılaşdığı üçün, həmin nəticə mübahisəsiz qəbul edilir.

51. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır.

52. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MTK-nın iddiası təmin edilməsin. Cavabdeh "xxxx" QTSC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar