Məhkəmə qərarları › İş №2-2(103)-774/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-774/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-774/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: faiz borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, iddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-2(113)-1/2022 nömrəli qətnaməsindən cavabdeh X3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdehə 48 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.

2. Kredit xətti müqaviləsi üzrə iddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

3. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

4. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 23 aprel tarixli, 3 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

5. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 3 iyun tarixli, 4 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə illik 14 faiz olmaqla 100000 USD məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixində həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

6. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişi bağlanmış və sazişə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci il 7 iyul tarixdə həmin kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır.

7. İddiaçı “X10 Azərbaycan” QSC ilə cavabdeh X5 arasında 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdehə 36 ay müddətinə, illik 14 faiz olmaqla 500000 manat məbləğində kredit ayrılmışdır. 2015-ci il 7 iyul tarixdə həmin kredit müqaviləsinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır.

8. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X5 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə X4 məxsus olan 0.0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257.8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1 B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsi iddiaçı “X10 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 250000 manat müəyyən olunmuşdur.

9. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X5 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ ilə X4 məxsus olan 0.05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 300000 manat müəyyən olunmuşdur.

10. Borcalanın 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2013-cü il 5 mart tarixində bank ilə ipoteka qoyan X5 arasında İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ ilə X4 məxsus olan 0.02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 170000 manat təşkil edir.

11. Borcalanın 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 2014-cü il 18 iyun tarixində bank ilə ipoteka qoyan X5 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüququ ilə X4 məxsus olan, 1\1 mərtəbəli, ümumi sahəsi 175,3 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, 1\1 mərtəbəli, ümumi sahəsi 174 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, və 1\1 mərtəbəli, ümumi sahəsi 414,4 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.19 nömrəli ünvanlarda yerləşən qeyriyaşayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinin dəyəri ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq, 420000, 170000 və 170000 manat müəyyən olunmuşdur.

12. İddiaçı “X10 Azərbaycan” QSC tərəfindən cavabdeh X4 ünvanlanmış 2016-cı il 8 avqust tarixli pretenziya məktublarından görünür ki, cavabdehdən kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı “X10 Azərbaycan” QSC cavabdeh X4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 206299,63 ABŞ dolları əsas kredit borcunun, 135913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 246018,60 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 588231,31 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə 500000 manat əsas kredit borcunun, 325423,98 manat əsas məbləğə hesablanmış faiz borcunun, 506336,39 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 1331760,37 manat məbləğində borcun və 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinə, 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinə, 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması və əldə olunan vəsaitin hesabına iddiaçının borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd olunan qeyriyaşayış sahələrindən istifadə hüququna xitam verilməklə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin qeyri-yaşayış sahələrini boşaltması, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələri, əlavə razılaşmalar və borcalanın kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqavilələri bağlanmış, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan qeyri-yaşayış sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar təqdim edilmişdir.

15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2-2(81)- 48/2018 nömrəli qərardadları ilə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi isə "xxxx" MMC-yə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 15 mart 2019-ci il tarixli, 28888 nömrəli rəyinin nəticə hissəsində 05 mart 2013-cü il tarixli, 33333 nömrəli kredit xətti müqaviləsinin tərkib hissəsi olan 1, 2, 3, 4 və 5 nömrəli kredit Sazişləri və 18 iyun 2013-cü il tarixli, 555 nömrəli kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 2013-cü il 5 mart tarixli, 33333 nömrəli kredit xətti üzrə - müqavilə müddətləri bitən tarixlərə, ümumilikdə: əsas borc üzrə 205555,48 ABŞ dolları, faiz borcu üzrə 9637,98 ABŞ dolları. Qərardadın tərtib olunması tarixinə, yəni 27 sentyabr 2018-ci il tarixinə, ümumilikdə: əsas borc üzrə 205555,48 ABŞ dolları, faiz borcu üzrə 79244,41 ABŞ dolları; 2013-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə - müqavilə müddəti bitən tarixə, yəni 30 iyun 2017-ci il tarixinə: əsas borc üzrə 499956,25 manat, faiz borcu üzrə 101016,10 manat. Qərardadın tərtib olunması tarixinə, yəni 27 sentyabr 2018-ci il tarixinə: əsas borc üzrə 499956,25 manat, faiz borcu üzrə 187925,17 manat. "xxxx" MMC-nin 16 avqust 2019-cu il tarixli ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi barədə hesabatından görünür ki, cavabdehə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən qeyriyaşayış sahələrinin 2019-cu il 16 avqust tarixinə bazar dəyəri aşağıdakı ünvanlar üzrə qeyd olunan məbləğlərdə müəyyən olunmuşdur: - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B – 232020,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2 – 147900,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2 – 157770,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.19 – 455840,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B – 274440,0 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B – 554280,0 manat.

16. Bakı Kommersiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-2(113)-8/2020 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması müstəqil ekspertə həvalə olunmuşdur.

17. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21- 463 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 305000 manat, likvid dəyəri 259000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

18. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21-466 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 262000 manat, likvid dəyəri 223000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir.

19. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21-465 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 261000 manat, likvid dəyəri 222000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

20. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21-467 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyriyaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 605000 manat, likvid dəyəri 514000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

21. "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21-462 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 384000 manat, likvid dəyəri 326500 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

22. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 24 sentyabr 2021-ci il tarixli, 01/21-464 nömrəli hesabatından görünür ki, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 684000 manat, likvid dəyəri 581000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin olunan xidmət haqqı cavabdeh tərəfindən ödənilmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-2(113)-1/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 aprel 2022-ci il tarixli, 9/149 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 mart tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 36197,16 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 44099,79 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41434,61 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 50215,51 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 23 aprel tarixli, 3 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 23 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41187,35 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 49749,43 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 6 iyun tarixli, 4 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 3 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46600,20 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55905,74 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 21 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46294,72 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55378,75 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 30 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 593594,70 manat məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 672414,14 manat məbləğində müəyyən edilir.

24. Bakı Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-2(113)-1/2022 nömrəli qərardadı ilə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 iyul 2022-ci il tarixli, 9/4600 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 5 mart tarixli, 1 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 mart tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 36197,16 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 44099,79 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 4 aprel tarixli, 2 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 4 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41434,61 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 50215,51 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 23 aprel tarixli, 3 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 23 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 41187,35 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 49749,43 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 6 iyun tarixli, 4 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 3 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46600,20 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55905,74 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2013-cü il 21 iyun tarixli, 5 nömrəli kredit sazişinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2016-cı il 21 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 46294,72 ABŞ dolları məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 55378,75 ABŞ dolları məbləğində müəyyən edilir. - Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsinin və 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 2017-ci il 30 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) banka olan əsas və faiz borcu 593594,70 manat məbləğində və 2020-ci il 25 avqust tarixinə banka olan əsas və faiz borcu 672414,14 manat məbləğində müəyyən edilir. - Tərəflər arasında bağlanmış 2015-ci il 7 iyul tarixli, 1 saylı əlavə razılaşmaya əsasən, borcalana 4 ay güzəşt müddəti verilmişdir. Həmin güzəşt müddətində ödənilən kredit vəsaitləri faiz borcundan silinməli və 4 ay güzəşt müddətindən sonra ödənilən kredit vəsaitləri faiz və əsas borcdan silinməlidir. Yəni ki, 4 ay güzəşt müddətində hesablanmış aylıq faiz borclarından artıq ödəniş olubsa həmin artıq ödəniş məbləğləri cəmlənərək 4 ay güzəşt müddətindən sonra faiz və əsas borcdan silinməlidir. Hazırki tədqiqatla borc qalığının hesablanmasını müəyyən edən cədvəllərdə güzəşt müddətindən sonra kredit üzrə ödənilən məbləğlərlə faiz və əsas borca silinən məbləğlərin fərqli olması yuxarıda göstərilən səbəbdəndir.

25. Bakı Kommersiya Məhkəməsinin 25 avqyst 2022-ci il tarixli, 2-2(113)-1/2022 nömrəli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehdən 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu və 43635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 280000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, illik 5 faizlə hesablanmış faiz borcu isə 78819,44 manat, cəmi 725000 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehə məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılaraq satışdan əldə olunan vəsaitin hesabına iddiaçının borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin qeyri-yaşayış sahələrini boşaltması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması qət edilmiş, iddia tələbinin 51,01 faizinin təmin olunduğunu nəzərə alınaraq məhkəməmühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatının cavabdehdən, 267 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1.300 manat məbləğində xərcin 663,10 manatının cavabdehdən, 636,90 manatının isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuş, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddia rədd olunmuşdur.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əvvəl kredit xəttinin açılması barədə razılaşma və həmin razılaşmada nəzərdə tutulmuş müddətlərdə və həcmdə sonradan kredit, ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh ilə ABŞ dolları ilə fərqli tarixlərdə beş, manatla isə bir kredit müqaviləsi bağlandığına görə hər kredit müqaviləsi üzrə faiz dərəcəsi müqavilənin qüvvədə olan müddət üçün həmin müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə, müqavilənin bitdiyi tarixdən isə MM-in 445.7-ci maddəsi ilə müəyyən olunmuş 5 faiz dərəcəsi hesablanacağını nəzərə alaraq məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 24650,78 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə isə 52585,86 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 259000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 223000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 222000 manat məbləğində müəyyən edilməlidir. İpoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin 420000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 514000 manat məbləğində, ipoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinin 250000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 326500 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən cavabdehə məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 300000 manat dəyərində qiymətləndirilsə də, məhkəmə hesab etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 581000 manat məbləğində müəyyən edilməlidir. Tutma qeyd olunan likvid qiymətlə ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli, sözügedən əmlaklar hərracda satılmalı və əldə olunan vəsaitin hesabına iddiaçının borcu ödənilməli, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində cavabdeh qeyri-yaşayış sahələrini boşaltmalıdır. İpoteka ilə yüklü edilmiş əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin ipoteka ilə yüklü edilmiş əmlaklar qeyriyaşayış sahələri olduğundan iddiaçının ipoteka ilə yüklü edilmiş qeyd olunan qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddia rədd edilməlidir. İddia tələbinin 51,01 faizinin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatı cavabdehdən, 267 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1.300 manat məbləğində xərcin 663,10 manatı cavabdehdən, 636,90 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın əsas borc, faiz borcu və cərimə borclarının təmin olunmayan hissələrində, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmuş hissələrində ləğv edilərək, əsas borc, faiz borcu və cərimə borcları hissəsində tam təmin olunması, ipoteka predmetlərinin ilkin satış qiymətinin tərəflərin iradə ifadəsi əsasında müqavilədə razılaşdırdıqları qiymətlərlə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni 2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 24650,78 ABŞ dolları cərimə və 43635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 68286,16 ABŞ dolları məbləğində pulun, 2014-cü il 18 iyun tarixli, 555 nömrəli Kredit müqaviləsi üzrə 52585,86 manat cərimə və 78819,44 manat illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 131405,3 manat məbləğində pulun tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın rədd olunmasını xahiş etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2-2(103)-98/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə puluna aid hissədə dəyişdirilmiş, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə cərimənin 10000 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə cərimənin 25000 manat məbləğində müəyyən olunması, qətnamənin digər mübahisələndirilən hissələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Tərəflər arasında bağlanmış kredit müqavilələrində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək kollegiya belə nəticəyə gəlmişdir ki, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə 246018,60 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 506336,39 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 24650,78 ABŞ dolları və 52585,86 manat deyil, əsas borcun 5 faiz həddində, yəni müvafiq olaraq 10000 ABŞ dolları və 25000 manat məbləğində müəyyənləşdirilməlidir. İpoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İpoteka müqavilələrinin bağlandığı tarixdən 10 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəylərini, eyni zamanda ““İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 nömrəli qərardadına əsasən, əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən müəyyən olunan qiymətləri deyil, məhz hazırki qiymətləndirmə rəylərini əsas götürərək, müəyyən etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. İddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləğinin MM-in 467-ci maddəsinə əsasən azaldılması isə həmin maddənin tələblərinə və bu növ iddialar üzrə məhkəmə təcrübəsinə uyğun olmuşdur. İpoteka predmetlərinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi ilə bağlı dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassız olmuşdur. Dəbbə puluna aid hissə istisna olmaqla cavabdeh apellyasiya şikayətinin digər dəlilləri də əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Eyni zamanda, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra olunmadığı və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqavilələri üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdeh öhdəliyi icra etmədiyi üçün həm dəbbə pulunu, həm də müqavilə müddətindən sonrakı tarixlər üçün illik 5 faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 445.7, 462.1, 467, 739.1, 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadına istinadla əsaslandırmışdır.

33. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun qismən, yəni cavabdehin apellyasiya şikayətinin təmin olunmadığı hissədə (2013-cü il 5 mart tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə 10000 ABŞ dolları cərimə və 43635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 53635,38 ABŞ dolları məbləğində pulun; 2014-cü il 18 iyun tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə 25000 manat cərimə və 78819,44 manat illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 103819,44 AZN məbləğində pulun tutulması hissəsində) ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-2(102)-309/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2-2(103)-98/2023 nömrəli qətnaməsi qismən-faizlərlə bağlı hissədə ləğv edilmiş, iş ləğv olunmuş hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır.

36. Qərarın əsaslarına görə, “ - 78. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə aşağı instansiya məhkəmələrinin qətnamələri qanuni və əsaslıdır. Belə ki, ipoteka müqavilələrinin bağlandığı tarixdən 10 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəylərini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı qərardadına əsasən, əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən müəyyən olunan qiymətləri deyil, məhz hazırki qiymətləndirmə rəylərini əsas götürərək müəyyən etmişdir. Digər tərəfdən iş materiallarından da görünür ki, iddiaçının özü tərəfindən də hazırki işə hələ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən vəsatət verilərək bu vəsatətdə göstərilən ipoteka predmetlərinin qiymətləndirilməsilə bağlı təkrar ekspertiza keçirilməsi xahiş olunmuşdur(bax iş materialları 2-ci cild, i.v. 235). İddiaçının şikayətindəki başqa dəlilləri apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Lakin bu dəlillər əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. - 79. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə aşağıda göstərilənlər istisna olmaqla qismən razılaşır. - 80. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının və həm də cavabdehin kassasiya şikayətlərinin bu qərarın müvafiq olaraq §§52-54 və §67–də göstərilən dəlilləri faktiki olaraq yuxarıda göstərilən kredit müqavilələrinin müddətlərindən sonrakı tarixlər üçün illik MM-in 445.7-ci maddəsində( bax §72) müəyyənləşdirilmiş 5 faizin (bundan sonra-“faizlər”) hazırkı iş üzrə tətbiqinin doğru olmamasına dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət məqbul sayıla bilməz. - 81. Belə ki, bu maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla belə apellyasiya instansiyası məhkəməsi özünün də hazırki iş üzrə qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarındakı hüquqi mövqeyi nəzərdən qaçırmışdır. Belə ki, həmin hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. - 82. Digər tərəfdən MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). - 83. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən nə iddia ərizəsində nə də iddia tələbinin həcminin artırılmasına dair 25 avqust 2020-ci il tarixli sonuncu ərizəsində faizlərin tətbiqinə dair hər hansı tələb irəli sürülməmişdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində §80–də göstərilən faizləri tələb etməməsinə baxmayaraq, onlar məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunmuş və qətnamə qəbul edilərkən faktiki olaraq iddia tələblərindən kənara çıxılmışdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından məqbul hesab edilə bilməz. - 84. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

37. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsi, iddianı 43635,38 ABŞ dolları və 78819,44 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcunun tutulması hissəsində haqlı hesab etməkdə düzgün hüquqi nəticəyə gəlməyib. Belə ki, bu hissədə tələbin əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, “ Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Göründüyü kimi, maddə, müqavilə ilə dəbbə pulu müəyyənləşdirilməmiş hallarda tətbiq edilə bilər. Bank, kredit müqaviləsindən çıxış edərək onsuz da yüksək məbləğdə dəbbə pulu tələb edir. Məhkəmə bu məbləği tənasübsüz surətdə yüksək hesab edib və Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək, azaldıb. Deməli, məhkəmə, ziddiyyətli davranıb. Çünki bir tərəfdən, müqavilədə göstərilən qaydada hesablanmış dəbbə pulunu, digər tərəfdən isə, illik 5 faiz məbləğini tutub. Məhkəmənin Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi maddi hüquq pozuntusudur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. İddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: “2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-2(102)-309/2023 nömrəli qərarı ilə iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - faizlərlə bağlı hissədə ləğv edildiyini, qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız faizlərlə bağlı hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – faizlərlə bağlı hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

47. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi cavabdeh X1 05 mart 2013-cü il tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 43635,38 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə hesablanmış 78819,44 manat faiz borcunun iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

48. İş üzrə qəbul edilmiş Ali Məhkəmənin qərarında bu hissə ilə bağlı göstərilmişdir ki, iddiaçı tərəfindən nə iddia ərizəsində nə də iddia tələbinin həcminin artırılmasına dair 25 avqust 2020-ci il tarixli sonuncu ərizəsində faizlərin tətbiqinə dair hər hansı tələb irəli sürülməmişdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində göstərilən faizləri tələb etməməsinə baxmayaraq, onlar məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunmuş və qətnamə qəbul edilərkən faktiki olaraq iddia tələblərindən kənara çıxılmışdır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

50. Göründüyü kimi, kreditorun öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitəndən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ mövcuddur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini nəzərdə tutur. Hazırkı iş üzrə isə iddiaçının həmin maddəyə istinadən faizlərin tutulması barədə tələbi mövcud deyil.

51. Belə olan halda birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsi ilə illik 5 faiz ilə hesablamaqla faiz borcunu tutmaqda haqlı olmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamə qismən ləğv edilməklə, bu hissədə iddianın rəddinə əsas verir.

52. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə 05 mart 2013-cü il tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 43635,38 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə illik 5%lə hesablanmış 78819,44 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissədə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti bu hissədə qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia müzakirə olunan hissədə rədd olunmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-2(113)-1/2022 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-2(113)-1/2022 nömrəli qətnaməsi qismən – cavabdeh X1 05 mart 2013-cü il tarixli, 3333 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 43635,38 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə hesablanmış 78819,44 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissədə ləğv edilsin, bu hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla, həmin hissədə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar