Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-777/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilkin Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-648/2024 saylı qətnaməsindən ilkin cavabdeh, qarşılıqlı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. Cavabdeh (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında imzalanmış 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv/m, yaşayış sahəsi 23.3 kv/m, yardımçı sahəsi 10,5 kv.m olan 1 otaqlı, 20 nömrəli mənzil icarəyə verilmişdir.
2. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 5 il, xx.xx.2026-cı il tarixədək müəyyən edilir.
3. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 400 manat icarə haqqı ödəyir.
4. Həmin müqavilənin 7-ci bəndinə əsasən icarəyə verən bu müqaviləyə xitam vermək niyyətində olarsa bu barədə bir il əvvəlcədən, icarəçini rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır. İcarəyə verən icarə müqaviləsinə icarəçini bir il əvvəlcədən xəbərdar etmədən, onun razılığını almadan xitam vermək istəyərsə, qeyd-şərtsiz icarəçiyə 42000 manat pul ödəməyi öhdəsinə götürür. İcarəçi bu müqaviləyə xitam vermək niyyətində olarsa, bu barədə bir ay əvvəlcədən icarəyə verəni rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır.
5. Həmin müqavilənin 8-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü sahədə cari təmir-tikinti işləri apara bilər.
6. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli EH- 01/1 383 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Nəsimi Rayon Prokurorluğuna müraciət edərək onun mənzil toxunulmazlığı hüququnun pozulduğunu bildirmiş və cinayət işinin açılmasını xahiş etmişdir. Faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır. Nəsimi Rayon Prokurorluğu yaşayış binasında yaşayan sakinlərin həyat və sağlamlığına yaranacaq təhlükənin qarşısının alınmasını, eləcə də vətəndaşların mənzil hüquqlarının pozulmasını nəzərə alaraq aidiyyəti xidmət sahələrinin fəaliyyətinin dayandırılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhz bu səbəbdən həmin ünvanın su təchizatı dayandırılmışdır.
7. X4 (icarəyə verən) və İddiaçı (icarəçi) aarasında bağlanmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsi əsasən müəyyən edilir ki, X4 tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixinədək olan müddətə İddiaçı icarəyə verilmişdir.
8. Nəsimi RPİ-nin X3 Şahin Tarıyel oğlu barəsində CM-nin 322.2-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 39.1.2 ci maddəsinə əsasən xitam verilmiş, cinayət işi üzrə X2 və Cavabdeh zərərçəkmiş şəxs qismində statuslarına xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 31 may 2022-ci il tarixli 10/2687 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı mənzillərdə baxış zamanı faktiki olaraq hamam-sauna kompleksi söküldüyündən, qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. ünvan 4 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı mənzilləri arasında olan divarlar sökülmüş və hər üç mənzil biri-birinə birləşdirilmişdir. Otaqlarda müxtəlif arakəsmələr quraşdırılmışdır. Aparılmış bu işlərin binanın dayanıqlığına hər hansı təsir göstərməsi məsələsinin və buna cavabdeh şəxsin kimliyinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyil. ünvan 4 ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən “5”, “19”, “20” saylı yaşayış təyinatlı mənzillərin təyinatının pozularaq başqa təyinat üçün istifadə olunması zamanı Mənzil Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Belə ki, mənzillərin təyinatı dəyişdirilərkən hər hansı müvafiq icra hakimiyyəti orqanından rəsmi icazə alınmamışdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh təqdim etdiyi İddiaçı ilə aralarındakı whatsapp yazışmalarına baxışda aralarında sadəcə olaraq icarə haqqı ilə bağlı narazılığın olması müəyyən edilmiş, başqa hər hansı iş üçün əhəmiyyət kəsb edə biləcək xüsusat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən 42000 manat məbləğində pulun, əldən çıxmış fayda kimi 3000 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, ona məxsus olan və cavabdehə məxsus ünvan 5 ünvanındakı obyektdə olan- 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizorun, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəstinin, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sının (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd “tumbuçka”nın, qiyməti 850 manat olan resepşın stolunun, bir ədədi 150 manat olan iki ədəd kreslolarının, bir ədədi 80 manat olan 8 ədəd jurnal masasının və bir ədədi 40 manat olan jurnal masası kreslosunun cavabdehdən alınıb ona verilməsi, mediasiya təşkilatına və məhkəməyə ödənilmiş cəmi 257 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 630 manat haqqın cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən Vergilər İdarəsində qeydiyyatdan keçməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahibi Cavabdeh xx.xx.2021 ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürərək, “Pak Hamam” adında sakinlərə hamam xidməti göstərir. Özündən başqa 4 nəfər işçisi vardır və onlarla rəsmi əmək müqaviləsi bağlayaraq, hər ay əmək haqqı ödəyir. Azərbaycan Respubikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri və işçilərin sosial sığorta haqqlarını vaxtlı vaxtında ödəyir. “Pak Hamam” sakinlərə yüksək keyfiyyətli xidmət göstərir. İcarəyə götürdüyü obyekt sənəd üzrə 33,8 kv.m metr olsa da, oranın faktiki sahəsi 200 kv metrə yaxındır. Qeyri-yaşayış obyektini sahibi Cavabdeh icarəyə götürdükdən sonra oranı tam təmir elətdirmiş və təmirə 30000 manat xərc çəkmişdir. Obyektin içərisində 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizor, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəsti, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sı (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd tumbuçka, qiyməti 850 manat olan “resepşın” stolu, bir ədədi 150 manat olan iki ədəd “resepşın” kresloları, bir ədədi 80 manat olan 8 ədəd jurnal masası və bir ədədi 40 manat olan jurnal masası kreslosu alıb yerləşdirmişdir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən mənzili icarəyə götürərək, “Pak Hamam” adında sakinlərə hamam xidməti göstərmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı aylıq 400 manat müəyyən olunsa da, cavabdehlə şifahi razılaşmaya əsasən, hər ay ona 2500 manat icarə haqqı ödəyirdi. 2500 manat icarə haqqını cavabdehə onun kart hesabına ödəməklə və əlbəəl ödəyirdi. İcarə müqaviləsinin şərtlərinə əsasən icarə haqqını, Azərbaycan Respubikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri və işçilərin sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəmişdir. İcarə müqaviləsinin 7-ci bəndinə əsasən, icarəyə verən bu müqaviləyə xitam vermək niyyətində olarsa 1 il əvvəlcədən icarəçini rəsmi şəkildə xəbərdar etməli və onun rəsmi şəkildə razılığını almalıdır. İcarəyə verən icarə müqaviləsinə icarəçini 1 il əvvəlcədən xəbərdar etmədən, onun razılığını almadan xitam vermək istəyərsə qeyd şərtsiz icarəçiyə 42000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Cavabdeh 2022-ci ilin mart ayında rəsmi və ya qeyri-rəsmi şəkildə xəbərdar etmədən, icarəyə götürdüyü obyektin suyunu, elektrik enerjisini kəsmiş və onu obyektə buraxmamışdır. Daha sonra ondan Nəsimi Rayon Prokurorluğuna şikayət edərək, onun zorla ona məxsus obytektə girməsi və onun mənzil toxunulmazlığını pozması barədə yalan məlumat vermişdir. Həmçinin ona məxsus olan yuxarıda adlarını, sayını və qiymətlərini yazdığı əşyalar- 3 ədəd hər birinin qiyməti 1200 manat olan “Samsung” markalı 120 sm ölçüdə plazma televizor, hər biri 3500 manat dəyərində olan iki dəst divan kreslo dəsti, bir ədədi 160 manat olan 6 ədəd masaj “kuşetka”sı (çarpayı), bir ədədinin qiyməti 80 manat olan 6 ədəd tumbuçka, qiyməti 850 manat olan “resepşın” stolu, bir ədədi 150 manat olan iki ədəd “resepşın” kresloları, bir ədədi 80 manat olan 8 ədəd jurnal masası və bir ədədi 40 manat olan jurnal masası obyektin içərisində qalmışdır və cavabdeh həmin əşyaları verməkdən imtina etmişdir. Beləliklə cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehdən icarəyə götürdüyü obyektdə hər ay 1000 manatdan çox pul qazanmışdır. Cavabdeh icarəyə götürdüyü obyekti qanunsuz olaraq qıfılını sındırıb bağlamış, obyektin elektrikini, suyunu və qazını bağlatdırmış və obyektin fəaliyyəti dayanmışdır. Cavabdeh onu aylıq gəlirdən məhrum etmişdir. Belə ki, 4 ay işsiz qalmış və heç bir fəaliyət göstərə bilməmişdir. xx.xx.2022-ci il tarixdə X4 ilə icarə müqaviləsi bağlayaraq, ona məxsus olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş, 2 aya obyekti təmir etdirmiş və xx.xx.2022-ci il tarixdən işlətməyə başlamışdır. Beləliklə cavabdeh ona 3000 manat əldən çıxmış fayda kimi maddi zərər ödəməlidir. Bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən 42.000 manat məbləğində pulun, maddi və mənəvi zərərin, məhkəmə xərclərinin cavabdehdən alınıb ödənilməsi, həmçinin ona məxsus əşyaların cavabdehdən alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir.
11. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı əvvəllər tanımamışdır. Təxminən 2021-ci ilin mart ayında İddiaçı Cavabdeh özünə məxsus evi iddiaçıya kirayəyə verməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri 13 saylı notariusda onu aldadaraq mənzil kirayə müqaviləsi əvəzinə icarə müqaviləsi tərtib etdirərək imzalatmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Vidadi küçəsi 189 ünvanında yerləşən mənzili hər ay 400 manat icarə haqqı ödənilmək şərti ilə cavabdeh Şahin Mehrəliyevə icarəyə verir. Cavabdeh iddiaçının qadın olmasından və bu kimi məsələlərdə savadlılığının olmamasından istifadə etməklə onu aldadaraq, bu dəfə müqavilənin 7-ci bəndinə icarə müqaviləsinə icarəçini 1 il əvvəlcədən rəsmi şəkildə xəbərdar etməklə və özü də onun rəsmi razılığını aldıqdan sonra xitam verilə biləcəyini, əgər icarəçinin razılığı olmasa, icarəyə verən icarəçiyə qeyd-şərtsiz 42.000 manat pul ödədikdən sonra müqaviləyə xitam verəcəyi ilə bağlı anlaşılmaz və qeyrimütənasib şərt əlavə etdirmişdir. Məlum deyildir ki, müqaviləni təsdiq edən notarius da hansı səbəbdən Cavabdeh belə bir absurd və şübhəli müqavilə şərtləri barədə xəbərdar etməmiş, mülki qanunvericiliyin prinsiplərinə zidd olan, tərəfin iradəsini əks etdirməyən şərtlərlə bağlanmış müqaviləni təsdiq etmişdir. Cavabdeh mənzili təyinatına uyğun istifadə etməmiş, özbaşına və qanunsuz olaraq yüksək gərginlikli elektrik xətləri çəkərək mənzildə hamam-sauna quraşdırmış, mənzili hamam-sauna kimi istifadə etmişdir. İddiaçı saunanın sökülməsini tələb etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamış, ona “get nə bacarırsan et” sözləri ilə cavab vermişdir. Cavabdeh bu barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciət edərək, məruz qaldığı dələduzluq barədə şikayət etmiş, mənzil hüquqlarının pozulduğunu bildirmişdir. Nəsimi rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılmış, fakt öz təsdiqini tapmışdır. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı ünvan 4 saylı evdə özünə və anası X1 məxsus mənzilləri müvafiq icra hakimiyyəti orqanının rəyi və icazəsi olmadan mənzillərin təyinatını dəyişdirərək, qeyr yaşayış obyekti olan hamam-sauna kimi istifadə etmişdir. Prokurorluq tərəfindən ünvan 4 saylı evin 5, 19 və 20 saylı mənzillərinin hamam-sauna kimi istifadə olunmasının həmin yaşayış binasında yaşayan digər sakinlərin həyat və sağlamlıqlarına real təhlükə yaratdığını, eləcə də vətəndaşların mənzil hüquqlarının pozulmasını nəzərə alaraq digər aidiyyəti xidmət sahələri (kommunal xidmətlər) ilə birgə sözügedən obyektin fəaliyyətinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti orqanlara müraciət edilmişdir. Görülmüş tədbirlər nəticəsində İddiaçı tərəfindən aparılmış özbaşına və qanunsuz fəaliyyətə son qoyulmuşdur. Hazırkı müqavilədə cavabdehin aylıq 400 manat kirayə haqqı ödəmək şərti ilə bağladığı müqavilənin pozulmasına görə birdəfəlik 42000 manat məbləğində pulun ona ödənilməsi barədə şərtin əks olunması, aydın məsələdir ki, qeyrimütənasib olmaqla, vicdanlılığın tələbinə də tamamilə ziddir. Cavabdehin sonrakı hərəkətlərindən də aşkardır ki, onun həqiqi niyyəti kirayə adı altında öz qanunsuz məqsədlərinə, yəni iddiaçının əmlakından sui-istifadə etməklə onun evini qeyri-yaşayış məqsədləri üçün istifadə edib gəlir əldə etmək, eləcə də müqaviləyə xitam verilməsi üçün kirayəyə verən üçün icrası son dərəcə ağır olan 42000 manat pul ödənilməsi şərtini qoyaraq evi öz daimi sahibliyi və istifadəsində saxlamaq, mənzildən çıxmalı olacağı təqdirdə isə həmin məbləği ondan alıb qanunsuz olaraq varlanmaq olduğunu göstərir. Cavabdeh İddiaçı nə müqavilə bağlanan zaman, nə də müqavilənin növü, eləcə də məzmununa münasibətdə vicdanlı davranmamış, iddiaçını bağlanan müqavilənin növündə və şərtlərində aldatmış, müqavilənin icrası zamanı kirayə məqsədilə verilmiş yaşayış evinin təyinatını dəyişdirərək, onu hamam-sauna kimi istifadə etmiş, bu məqsədlə də mənzilin içərisində qanunsuz tikili inşa etmişdir. Beləliklə, müqavilənin şərtləri İddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-648/2024 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 42.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, Cavabdeh ilkin iddia üzrə ödənilmiş 200 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun 20 manatının əvəzinin alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməsi, İddiaçı qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarəyə verən hərhansısa xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə faktiki olaraq xitam vermişdir. Cavabdeh tərəf iddiaçının özbaşına olaraq tikinti işlərini apardığını, cavabdehin anasına məxsus mənzili də zəbt etdiyini və buna görə cavabdehin iddiaçını obyektdən çıxardığını bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Çünki cavabdehin yalnız 37 m2 sahəsi olan 1 otaqlı mənzili hostel kimi icarəyə verməsi, iddiaçının mülkiyyətçinin razılığı olmadan mənzillərin arasını açaraq tikinti işləri aparması və 10 ay ərzində cavabdehin bundan xəbəri olmaması inandırıcı deyildir. Cavabdeh müqavilədə razılaşdırılmış qaydada bir illik xəbərdarlıq müddətini gözləməmiş, rəsmi şəkildə icarəçinin razılığını almamış, bununla yanaşı hüquq mühafizə orqanına şikayət etmiş, icarə obyektinin suyunu, elektrik enerjisini kəsmiş, eyni zamanda icarəçinin icarə obyektindən istifadə etməsinə digər maneələr törətmişdir. Qeyd edilən halları məhkəmə icarəçinin icarə müqaviləsini davam etdirmə niyyətinin olmaması, bir tərəfli qaydada imtina etməsi kimi qiymətləndirərək bu qənaətə gəlir ki, cavabdehdən icarə müqaviləsinin tələblərinə uyğun olaraq 1 illik xəbərdarlıq müddətini gözləmədiyi üçün 42000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən 3000 manat pulun əldən çıxmış fayda kimi cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərindən və eləcə də iş materiallarından göründüyü kimi, 2022-ci ilin aprel ayının 5-dən etibarən tərəflər arasında icarə müqavilə münasibətləri faktiki pozulmuş, bundan sonra isə xx.xx.2022-ci il tarixində ilkin iddia üzrə iddiaçı yeni icarə müqaviləsi imzalamışdır. İddiaçı dörd ay işsiz qalıb, iki ay obyekti təmir etdikdən sonra xx.xx.2022-ci il tarixindən başlayaraq, işə başlamasını qeyd etsə belə məhkəmə qeyd edir ki, təqdim edilən xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən həmin hal öz təsdiqini tapmır, eyni zamanda həmin halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Mənəvi zərərlə bağlı 10000 manat pulun cavabdehdən tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini həmin hissədə də, sübuta yetirə bilməmişdir.
15. Həmin qətnamədən ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh 42000 manat məbləğində pul alınaraq İddiaçıTariyel oğluna ödəniməsi hissəsində ləğv edilməsini, iddialarının təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mülqavilədə cavabdehin aylıq 400 manat kirayə haqqı ödəmək şərti ilə bağladığı müqavilənin pozulmasına görə birdəfəlik 42000 manat məbləğində pulun ona ödənilmasi barada şərtin əks olunması, qeyri-mütənasib olmaqla, vicdanlığın tələbinə da tamamilə ziddir. Cavabdehin sonrakı hərəkətlərindən də aşkardır ki, onun həqiqi niyyəti kirayə adı altında öz qanunsuz məqsədlərinə, yəni iddiaçının əmlakından sui-istifadə etməklə onun evini qeyri-yaşayış məqsədləri üçün istifadə edib gəlir əldə etmək, eləcə də müqaviləyə xitam verilmasi üçün kirayə verən üçün icrası son dərəcə ağır olan 42000 manat pul ödənilməsi şərtinin qoyaraq evi öz daimi sahibliyi va istifadəsində saxlamaq, mənzildən çıxmalı olacağı təqdirdə isə həmin məbləği ondan alıb qanunsuz olaraq varlanmaq olduğunu göstərir. Məhkəmə bu halı umumiyyətlə qiymət verməmişdir. Şikayətdə eyni zamanda göstərilmişdir ki, icarə obyekti olmuş mənzil hostel kimi fəaliyyət göstərməsi üçün iddiaçıya icarəyə verilmişdir. İddiaçı bir müddət hostel kimi fəaliyyət göstərsə də, sonradan icazəsiz tikinti işləri aparaq hamam kimi fəaliyyət göstərmiş, cavabdehi obyektə buraxmamış, cavabdeh jurnalist vasitəsi ilə zorla obyektə daxil olduqda, içəridə ondan xəbərsiz tikinti işləri aparıldığını görmüşdür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
18. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tələb etdiyi məbləğin cərimə olmasını bildirmişdir.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. -685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: -685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; -685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin: -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
20. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddiası isə tam təmin edilmiş, qətnamədən yalnız ilkin cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayətini vermişdir. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, qətnamə ilkin cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən yalnız ilkin iddianın təmin edilmiş hissəsində, yəni ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə 42.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı yalnız ilkin iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.
23. Belə ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı (icarəçi) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh (icarəyə verən) arasında 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən ilkin cavabdeh icarə sahəsini ilkin iddiaçının istifadəsinə və sahibliyinə vermiş, ilkin iddiaçı isə icarə haqqını ödəmişdir. 2024-cü ilin aprel ayının əvvəlində mübahisəli hüquq münasibətlərində ilkin Cavabdeh ilkin İddiaçı icarə obyektinə buraxmayaraq icarə münasibətlərə faktiki olaraq xitam vermişdir.
24. Hazırda ilkin İddiaçı icarə müqaviləsinin 7-ci bəndinə əsasən icarəyə verənin bir illik xəbərdarlıq müddətini gözləmədən müqaviləni vaxtından əvvəl ləğv etdiyi halda icarəçiyə ödənilməsi nəzərdə tutulan 42.000 manat pul vəsaitinin ilkin Cavabdeh tutulmasını tələb edir.
25. Məhkəmə kollegiyası ilk növbədə müqavilənin 7-ci bəndində müqaviləyə icarəyə verən tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən xitam verilərkən ödənilməsi nəzərdə tutulmuş 42.000 manat məbləğində pulun hüquqi təbiəti ilə bağlı qeyd edir ki, həmin ödəniş müqavilənin əsaslandırılmamış ləğvinə görə ödənişdir(haqqdır).
26. Bununla bağlı qeyd edilməlidir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsinin ümumi əsasları Mülki Məcəllənin 421.2-ci maddəsində əks edilmişdir. Həmin maddənin tələblərinə əsasən tərəflərdən biri digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Mülki Məcəllənin 700.3-cü maddəsinin tələblərinə əsasən icarə münasibətlərinə də tətbiq edilən Mülki Məcəllənin 685-ci maddəsində isə müqavilənin kirayəyə verən (icarəyə verən) tərəfindən xəbərdarlıq müddətini gözləmədən ləğv edilməsinin yol verdiyi hallar müəyyən edilmişdir: kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxsin kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirməsi; kirayəçinin iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirməsi və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirməsi.
27. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən normalarda nəzərdə tutulan hallarda kirayə (icarə) müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv etmək kirayəyə verənin(icarəyə verənin) qanunda nəzərdə tutulmuş şərtsiz hüququ olduğundan həmin hüquqa münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiq edilməsi (məsələn, müqaviləni ləğv etməyə görə ödənişin tutulması və s.) qanunauyğun hesab edilə bilməz.
28. Hər hansı əsaslandırma olmadan müqavilənin ləğv edilməsinə gəldikdə isə qanunverici icarə müqaviləsi tərəflərinin belə bir hüququnu (bəzi kateqoriya əmlakların kirayəsi (icarəsi) müqavilələri (maddə 691, 704.1) və müddəti müəyyənləşdirilməyən (maddə 690) kirayə (icarə) müqavilələri üzrə xəbərdarlıq müddətləri gözlənilməklə müqavilənin ləğv edilməsi halları istisna olmaqla) nəzərdə tutmamış, lakin tərəflərə müqavilə ilə belə bir hüququn verilməsi imkanını da məhdudlaşdırmamışdır. Odur ki, tərəflər icarəyəverənin icarə müqaviləsini xəbərdarlıq müddəti gözləmədən və əsaslandırmadan ləğv etmək hüququnu müqavilədə nəzərdə tuta və belə olan halda bu cür ləğvetmənin şərtlərini(məsələn, ləğvə görə ödənişin tutulmasını) müəyyənləşdirə bilərlər.
29. Digər tərəfdən icarə müqaviləsinin 7-ci bəndinin ikinci cümləsinin məzmunundan da aydın olur ki, həmin şərtdə müqavilə məhz hər hansı əsas göstərilmədən və xəbərdarlıq müddəti gözlənilmədən ləğv edildiyi təqdirdə icarəyə verəndən ödənişin tutulması nəzərdə tutulmuşdur.
30. Odur ki, Mülki Məcəllənin yuxarıda göstərilən normalarının və mübahisəli müqavilənin şərtlərinin müqayisəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsinə görə ödəniş yalnız müqavilənin icarə verən tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar olmadığı halda, yəni icarəyə verən tərəfindən müqavilə “əsaslandırılmamış” şəkildə ləğv edildiyi halda icarə verəndən tutula bilər.
31. Beləliklə, həmin hissədə ilkin iddianın əsaslı olub-olmasını qiymətləndirmək üçün məhkəmə tərəfindən ilk növbədə icarə müqaviləsinin icarəyə verən Cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olub-olmaması araşdırılmalıdır.
32. Bununla bağlı kollegiya qeyd edir ki, ilkin cavabdeh müqaviləni ləğv etməsinə əsas qismində müqaviləni bağlayarkən niyyətinin kirayə müqaviləsi bağlamaq olmasına, ilkin cavabdeh tərəfindən aldadılmasına, ilkin cavabdehin onun xəbəri və razılığı olmadan digər mənzilləri icarəyə verilmiş mənzilə birləşdirərək hamam kimi istifadə etməsinə, yəni qarşı tərəfin icarə obyektindən müqaviləyə uyğun olmayan şəkildə istifadə etməsinə istinad edir.
33. Niyyətinin icarə müqaviləsi deyil, mənzil kirayə müqaviləsini bağlamaq olması barədə ilkin cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİnin İŞ-in xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan da göründüyü kimi Cavabdeh istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadədə bildirmişdir ki, icarə obyekti olan mənzildən əvvəllər hostel kimi istifadə edilmiş və mənzil ilkin cavabdehə də hostel kimi işlətmək üçün icarəyə verilmişdir. Odur ki, ilkin cavabdehin mübahisəli müqavilə bağlayarkən iradəsinin mənzilə dair kirayə müqaviləsinin bağlanmasına yönəlməsi barədə dəlillərinin əsassızlığı açıq-aşkardır.
34. İkincisi, ilkin iddiaçının onun xəbəri və razılığı olmadan digər mənzilləri icarəyə verilmiş mənzilə birləşdirərək hamam kimi istifadə etməsi barədə ilkin cavabdehin dəlillərinə gəldikdə icarə obyektinin bir hissəsinin hamam kimi istifadə edilməsi işin mübahisəsiz halı olsa da, mənzildə konstruktiv dəyişikliklərin (aranın açılması, sauna tikilməsi və s.) məhz ilkin iddiaçı tərəfindən icarə sahəsi onun istifadəsində olduğu müddətdə aparılması iş materiallarına əsasən müəyyən edilmir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdehin yalnız 37 m2 sahəsi olan mənzili hostel kimi icarəyə verməsi, iddiaçının mülkiyyətçinin razılığı olmadan mənzillərin arasını açaraq tikinti işləri aparması və ilkin cavabdehin 10 ay ərzində bundan xəbərinin olmaması inandırıcı görünmür.
36. Bundan əlavə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-in yuxarıda göstərilən qərarından da göründüyü cinayət işinin istintaqı zamanı da ilkin iddiaçının özbaşınalıq edərək mənzillərin arasını açıb tikinti işləri aparması sübut olunmamış, tərəflər arasında yazışmalarda isə yalnız icarə haqqı ilə bağlı mübahisə olması qeyd edilmişdir.
37. İşin yuxarıda göstərilən halları ona dəlalət edir ki, icarə müqaviləsində icarə obyekti mənzil kimi göstərilsə də, tərəflər müqavilə bağlayarkən icarə obyektinin hamam kimi istifadə ediləcəyi barədə razılaşmışlar.
38. Bundan əlavə o da qeyd edilməlidir ki, icarəçininicarə obyektindən müqaviləyə uyğun olmayan şəkildə istifadə etməsi fərz edilsə belə, bu zaman Mülki Məcəllənin 685-ci maddəsinin tələblərinə uyğun olaraq icarəyə verənin müqaviləni xəbərdarlıq müddətini gözləmədən ləğv etmək hüququ yalnız icarəçiyə icarə sahəsindən müqaviləyə uyğun istifadə etməməsi barədə xəbərdarlıq etdiyi və icarəçinin xəbərdarlığa baxmayaraq müqaviləyə uyğun olmayan istifadəni davam etdirdiyi halda yaranır. Hazırkı halda isə ilkin cavabdehin icarə sahəsindən müqaviləyə uyğun istifadə etməməsi barədə ilkin iddiaçıya xəbərdarlıq etməsi öz təsdiqini tapmır. Əksinə işin yuxarıda göstərilən hallarından da göründüyü kimi ilkin cavabdeh hər hansı xəbərdarlıq etmədən icarə obyektinin elektrik, qaz və su təchizatını dayandırmaqla (müvafiq orqanlara müraciət etmək yolu ilə) icarəçinin həmin obyektdən çıxmasına nail olmuşdur.
39. Beləliklə, hazırkı icarə müqaviləsinin xəbərdarlıq müddəti gözlənilmədən icarəyə verən tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır.
40. Odur ki, ilkin iddiaçı icarə müqaviləsinin ilkin cavabdeh tərəfindən “əsaslandırılmamış” birtərəfli ləğvinə görə müqavilədə nəzərdə tutulmuş ödənişi tələb etmək hüququna malikdir.
41. Ödənişin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş (haqq) mahiyyət etibarilə dəbbə puluya yaxın məfhumdur. Belə ki, həm dəbbə pulu, həm də müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş müqavilə tərəfinin qarşı tərəfin əməlləri nəticəsində məruz qala biləcəyi mümkün itkilərini kompensasiya etmək məqsədilə müqavilədə nəzərdə tutulur və həm dəbbə pulunun, həm də ləğvə görə ödənişin tutulması üçün tələb edən şəxsin ona mükəlləfiyyətli şəxsin əməlləri nəticəsində ona zərər vurulması faktını və vurulmuş zərərin məbləğini sübuta yetirməsi tələb edilmir.
42. Lakin ikili xarakter daşıyan (həm öhdəliyin təminatı üsulu, həm məsuliyyət tədbiri) dəbbə pulundan fərqli olaraq müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş müqavilə öhdəliklərinin pozulmasına görə deyil, tərəfin müqavilədə nəzərdə tutulmuş ləğv hüququnu həyata keçirməsinə görə tətbiq edildiyindən öhdəliyin pozulmasına görə tətbiq edilən məsuliyyət tədbiri deyildir və tərəfi öhdəliklərin pozulmasına görə cəzalandırmaq (cərimələmək) məqsədi daşımır. Odur ki, müqavilənin ləğvinə görə ödəniş (haqq) yalnız qarşı tərəfin mümkün itkiləri (yəni ehtimal olunan əldən çıxmış faydanı, yeni müqavilə bağlanması üçün xərcləri və s.) kompensasiya etmək məqsədilə tətbiq edilir.
43. Bu baxımından həmin ödəniş müqavilənin ləğvi nəticəsində itkilərin ehtimal olunan məbləğinə mütənasib olmalı, tərəfin əsassız olaraq varlanmasına səbəb olmamalıdır.
44. Hazırkı işin faktiki hallarından isə görünür ki, birincisi, icarə müqaviləsində aylıq icarə haqqı 400 manat məbləğində, icarə müddəti isə 5 il (müqavilənin ləğv edildiyi vaxt 4 il qalmışdır) müəyyən edilmişdir. Odur ki, icarə müqaviləsi qüvvədə qalmış olsaydı, icarəyə verən 4 il ərzində həmin müqavilədən cəmi 19.200 (400 manatx12ayx4il)manat icarə haqqı əldə edəcəydi.
45. İkincisi, iş materiallarından görünür ki, 2022-cü ilin aprel ayının əvvəllərində tərəflər arasında icarə münasibətlərinə faktiki xitam verildikdən bir neçə gün sonra xx.xx.2022-ci ildə tarixdə ilkin İddiaçı başqa şəxslə icarə müqaviləsi bağlayaraq, qonşuluqda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və fəaliyyətini həmin ünvanda davam etdirmişdir.
46. Üçüncüsü, ilkin İddiaçı özü ilkin iddia ərizəsində (həmin halları sübuta yetirə bilməsə də) icarə sahəsindən aylıq gəlirinin 1000 manatdan artıq olduğunu və ilkin cavabdehin müqavilədən imtinası nəticəsində 3 ay ərzində gəlirdən məhrum olduğunu, beləliklə, müqavilədən imtinası nəticəsində ona cəmi 3000 manat məbləğində əldən çıxmış fayda formasında zərər vurulduğunu iddia etmişdir.
47. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda müqavilənin icrasından imtinaya görə müqavilədə nəzərdə tutulmuş ödənişin müqavilənin icrasından imtinanın nəticələrinə, yəni ilkin iddiaçının ehtimal olunan itkilərinə qeyri-mütənasib olması açıq-aşkardır.
48. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə əsasən öhdəlik hüquq münasibətlərinin subyektlərinin vicdanlılığı prinsipini təsbit edir. Həmin prinsipə əsasən tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
49. Hazırkı halda ilkin iddiaçının müqavilədən imtinaya görə ehtimal olunan itkilərindən dəfələrlə artıq məbləğdə ödəniş tələb etməsi vicdanlı və ağlabatan davranış hesab edilə bilməz.
50. Odur ki, müqavilədən imtinaya görə ödəniş qismində ilkin iddiaçı tərəfindən tələb edilən məbləğin müqavilədən imtinanın mümkün neqativ nəticələrinə nəzərən tənasübsüz surətdə yüksək olmasını, eləcə də vicdanlılıq prinsipinin tələblərini nəzərə alaraq kollegiya həmin ödənişin azaldılaraq 10000 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir.
51. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilədən imtinaya görə ödənişin tutulması hissəsində dəyişdirilməli, ilkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulacaq məbləğ 10.000 manat məbləğində müəyyən edilməlidir.
52. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya dair hissədə dəyişdirildiyindən ilkin iddianın verilərkən çəkilmiş məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamə dəyişdirilməli, mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq ilkin cavabdehdən ilkin iddiaçıya ödənilməlidir.
53. Eyni zamanda apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilərkən ödənilmiş dövlət rüsumunun 105 manat hissəsi ilkin iddiaçıdan tutularaq ilkin cavabdehə ödənilməlidir, dövlət rüsumunun qalan hissəsi ilkin cavabdehə aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-648/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin cavabdehdən 42.000 manat məbləğində pulun tutulması və ilkin iddiaya dair məhkəmə xərclərinin bölüşdürülməsi hissəsindədəyişdirilsin. İlkin cavabdehdən ilkin iddiaçının xeyrinə tutulacaq məbləğ 10.000 manat məbləğində müəyyən edilsin. Mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq ilkin cavabdehdən ilkin iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 105 manat hissəsi ilkin iddiaçıdan tutularaq ilkin cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi ilkin cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov