Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-778/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1883/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı təsviri, istifadə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikalarını (bundan sonra texnika) bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə Sifarişçinin istifadəsinə verməyi, sifarişçi isə texnikanı istifadəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icraçıya ödəməyi öz öhdəsinə götürür.
3. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı texnikanı bu Müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə Sifarişçinin istifadəsinə verməyi öhdəsinə götürür.
4. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi Texnikanı təhvil aldığı tarixdə yoxlayıb, Təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini İcraçıya verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etməyi və bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını vaxtında ödəməyi, Sifarişçinin təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir və bərpası xərclərini (sığorta şərtləri nəzərə alınmaqla) tam olaraq ödəməyi, Özünün təqsiri nəticəsində texnikada yaranan (yol nəqliyyat hadisələri də daxil olmaqla) nazaslıqla (qüsurlarla) bağlı texnikaların təmir olunması və sairə səbəblərlə bağlı İcraçı həmin texnikalardan istifadə etmək imkanından məhrum olarsa boşdayanma halına görə xərci tam şəkildə ödəməyi, Özünün təqsiri nəticəsinə texnikada yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq, bununla bağlı İcraçıya dəymiş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür.
5. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqaviləyə əsasən boşdayanma halına görə birgünlük xərc hər bir texnikanın aylıq istifadə haqqına mütənasib hesablanmaqla bu 1 nömrəli Əlavədə qeyd ediləcəkdir.
6. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən texnika üçün aylıq xidmət haqqının məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavə ilə müəyyən edilir. Xidmət haqqına ƏDV daxil deyildir.
7. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən texnikaların istifadəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 3 (üç) iş günü ərzində ödəniləcəkdir. Bu Müqavilənin qüvvədə olduğu hər təqvim ayı bitdikdən sonra, İcraçı 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və Sifarişçiyə təqdim edir. Sifarişçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. Sifarişçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi Sifarişçini xidmət haqqını ödəməkdən azad etmir.
8. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu Müqavilə hər iki Tərəf onu imzaladığı andan qüvvəyə minir. Müqavilə 4 ay müddətinə bağlanılır. İstifadəyə verilən hər bir texnikanın istifadə müddəti Əlavə 1-də qeyd edilir.
9. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 01 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180), Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) və Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4200 manat olmaqla 3 ay üçün cəmi 12600 manat (boşdayanma məbləği (bir gün üçün) 160) olması barədə razılaşmışlar.
10. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 02 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 7200 manat olmaqla ən azı 2 ay üçün cəmi 14400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olması barədə razılaşmışlar.
11. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 03 saylı Əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın aylıq xidmət haqqı 4000 manat olmaqla 3 ay üçün cəmi 12000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olması barədə razılaşmışlar.
12. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə 04 saylı xx.xx.2023-cü il tarixli əlavəsinə (razılaşma protokoluna) əsasən tərəflər sözügedən müqavilə üzrə Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat, Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 210 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 26 manat, Hyundai markalı, CAT 428 E 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 215 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 27 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 295 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 37 manat olması barədə razılaşmışlar.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 53.440 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 250,32 manat, bütövlükdə 53.691,15 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına əsasən (cəmi 3 akt) ümumilikdə ƏDV daxil olmaqla 19.931,48 manat, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən ümumilikdə ƏDV daxil olmaqla 15.557,41 manat, cəmi 35.488,89 manat, dəbbə pulu məbləği ümumilikdə 18.099,33 manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 250,32 manat, bütövlükdə 53.838,54 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı bildirir ki, təqdim edilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına (cəmi 3 akt) əsasən ümumilikdə ƏDV daxil olmaqla 20.749,42 manat, xx.xx.2023-cü ildə tərtib edilmiş təhvil-təslim aktlarına əsasən ümumilikdə ƏDV daxil olmaqla 14.739,47 manat xidmət haqqı ödənilməlidir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq, sifarişçi xidmət haqqını ödəməmişdir. Müqavilənin 4.4-cü bəndinə görə, Sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçü aylıq xidmət haqqının bir faizi həcmində İcraçıya dəbbə pulu ödəyir. Beləliklə, müqavilənin 3.2-ci bəndi nəzərə alınmaqla 16 fevral 2024-cü il tarixinə qədər 22 dekabr 2023-cü il tarixli aktlara əsasən edilməli ödəniş üzrə gecikmə 51 gün, 25 dekabr 2023-cü il tarixli aktlara əsasən edilməli ödənişlər üzrə gecikmə isə 50 gün təşkil edir. Müqavilənin 4.4-cü bəndini nəzərə almaqla 14 fevral 2024-cü il tarixinə qədər Sifarişçinin İcraçıya ödəməli olduğu dəbbə pulu məbləği ümumilikdə 17.951,94 manat təşkil edir.
16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sübut kimi təhvil-təslin aktlarına istinad etmişdir. Lakin, Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru xx.xx.2023-cü il tarixdən Qanuni nümayəndə təyin edilmiş və vergi orqanından qeydiyyatdan keçmişdir. Yəni sözügedən təhvil-təslim aktları cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmamışdır. Ona görə də, qeyd olunan təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa tərəflər arasında göstərilmiş xidmətin məbləğində də uyğunsuzluqlar vardır. Belə ki, xidmət göstərən texnikalarda xidmət göstərdiyi dövr ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilmiş, həmin texnikalardan şirkət yararlana bilməmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1883/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2023cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsi üzrə 35.488,89 manat məbləğində əsas borc, 1750 manat dəbbə pulu olmaqla cəmi 37.238,89 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
18. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi.
22. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir
25. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, iddiaçı onunla GTG” MMC (sifarişçi) arasında bağlandığı qeyd olunan xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
30. Həmin müqaviləyə görə icraçı təsviri, istifadə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikalarını bu Müqavilə ilə razılaşdırılmış şərtlərlə Sifarişçinin istifadəsinə verməyi, sifarişçi isə texnikanı istifadəyə götürüb qarşılığında bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icraçıya ödəməyi öz öhdəsinə götürür.
31. Göründüyü kimi həmin müqavilə xidmət müqaviləsi adlandırılsa da, mahiyyət etibarı ilə icarə müqaviləsidir.
32. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
34. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
35. İdiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika və aylıq xidmət haqqı 4800 manat olmaqla 4 ay üçün cəmi 19200 manat (boşdayanma məbləği (bir gün üçün) 180) olan Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
36. 03.10.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqı 7200 manat olmaqla əz azı 2 ay üçün cəmi 14400 manat (boşdayanma məbləği (bir gün üçün) 270) olan Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. 04.10.2023-cü il tarixli 03 saylı təhvil-təslim aktına əsasən 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli müqaviləyə əsasən aylıq xidmət haqqısı 4000 manat olmaqla 3 ay üçün cəmi 12000 manat (boşdayanma məbləği (bir gün üçün) 190) olan CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 01 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 18 gün üçün (günlük xidmət haqqısı 177,78 manat olmaqla) 3.200,04 manat, Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 5 saat üçün (saatlıq xidmət haqqısı 22,22 manat olmaqla) 111,10 manat və Howo yük markalı, özüboşaldan tipli **-JQ-*** dövlət qeydiyyat nişanlı texnikanın 17 gün üçün (günlük xidmət haqqısı 177,78 manat olmaqla) 3.022,26 manat olmaqla, cəmi 7.473,41 manatlıq (6.333,40 manat+1.140,01 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
39. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 02 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 26 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 6.933,42 manat, Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 533,28 manat olmaqla, cəmi 8.810,71 manatlıq (7.466,70 manat+1.344,01 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 03 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı təhvil-təslim aktına əsasən CAT 428 E markalı 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 15 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 2727,3 manat, CAT 428 E 1**-FY- *** dövlət qeydiyyat nişanlı texnikanın 16 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 363,68 manat olmaqla, cəmi 3.647,36 manatlıq (3.090,98 manat+556,38 manat ƏDV) göstərdiyi xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
41. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 01 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 14 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 2.488,92 manat və Howo yük markalı, özüboşaldan tipli **-JG-*** dövlət qeydiyyat nişanlı texnikanın 18,25 gün üçün (günlük xidmət haqqı 177,78 manat olmaqla) 3.244,49 manat olmaqla, cəmi 6.765,42 manatlıq (5.733,41 manat+1.032,01 manat ƏDV) göstərdiyi Dübəndi ərazisində torpağın daşınması xidməti (xidmət dövrü: xx.xx.2023-xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
42. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 02 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 13 gün üçün (günlük xidmət haqqı 266,67 manat olmaqla) 3.466,71 manat və Hyundai HL 760-9 S markalı front yükləyici AZ 110 FY-100 dövlət qeydiyyat nişanlı texnikanın 6 saat üçün (saatlıq xidmət haqqı 33,33 manat olmaqla) 199,98 manat olmaqla, cəmi 4.326,69 manatlıq (3.666,69 manat+660 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: xx.xx.2023- xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası (Cavabdeh MMC-nin adından Cavid Cəfərov tərəfindən imzalanmış) və möhürü ilə təsdiq edilmişdir.
43. 25 sentyabr 2023-cü il tarixli AİS-GTG-250923 saylı nömrəli xidmət müqaviləsinin 03 saylı əlavəsi üzrə xx.xx.2023-cü il tarixli 02 saylı təhvil-təslim aktına əsasən CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 20 gün üçün (günlük xidmət haqqı 181,82 manat olmaqla) 3.636,40 manat və CAT 428 E markalı yükləyici - bekoloader 1**-FY-*** dövlət qeydiyyat nişanlı texnikanın 6,5 saat üçün (saatlıq xidmət haqqı 22,73 manat olmaqla) 147,75 manat olmaqla, cəmi 4.465,30 manatlıq (3.784,15 manat+681,15 manat ƏDV) göstərdiyi xidmət (xidmət dövrü: xx.xx.2023-xx.xx.2023) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
44. Beləliklə, iddiaçı tərəfindən icarə obyekti olan texnikaların cavabdehə təhvil verilməsi qeyd edilən təhvil-təslim aktları ilə təsdiq edilir.
45. Cavabdeh MMC-nin qanuni təmsilçilik hüququ ilə direktoru vəzifəsinə xx.xx.2023cü il tarixdən Qanuni nümayəndə təyin edildiyi və vergi orqanından qeydiyyatdan keçdiyi halda, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində təsdiq edilmiş xidmətlərin göstərilməsi barədə aktların əvvəlki qanuni təmsilçi Cavid Cəfərov tərəfindən, yəni səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehin etirazının dəlilləri isə əsassızdır.
46. Belə ki, həmin aktlar xx.xx.2023-cü il tarixədək MMC-nin direktoru olmuş və tərəflər arasında bağlanmış müqaviləni cavabdehin adından imzalamış Cavid Cəfərov tərəfindən imzalanmaqla yanaşı Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
47. Həmçinin, bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisinin dəyişməsi barədə ona məlumat veriləcəyini gözləməyə, belə bir məlumat verilmədiyi sürəcdə isə kontragentin qanuni təmsilçisi olmuş və tərəflər arasında müqaviləni, həmin müqaviləyə əlavələri, eləcə də texnikaların təhvil-təslim aktlarını kontragentin adından bağlamış şəxs tərəfindən imzalanmaqla üzərinə möhür vurulmuş aktların mötəbərliyini güman etməyə, yəni qarşı tərəfin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlı olmuşdur. Ona görə də, qarşı tərəfin hüquqi şəxsin qanuni təmsilçisi kimi tanıdığı şəxs tərəfindən imzalanmış və üzərinə möhür vurulmuş aktların mötəbərliyinin həmin aktların imzalanmasına 5 gün qalmış qanuni təmsilçinin dəyişdirilməsi əsası ilə mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.
48. Cavabdehin xidmət göstərən texnikalarda xidmətin göstərildiyi dövr ərzində nasazlıqlar aşkar edildiyinə görə tərəflərindən xeyli miqdarda xərclər çəkilməsi, həmin texnikalardan şirkətin yararlana bilməməsi və bununla da iddiaçı tərəfindən şişirdilmiş qiymətlərlə tələb irəli sürməsi barədə etirazının dəlilləri də əsassızdır.
49. Belə ki, cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə yuxarıda da qeyd edildiyi kimi cavabdeh xidmətlərin göstərilməsi barədə yuxarıda göstərilən aktları təsdiq etməklə iddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərin həmin aktlarda göstərilmiş dəyərdə olması ilə də razılaşmışdır. Bundan əlavə müqavilə şərtlərinə əsasən cavabdeh texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar etdiyi halda təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina edə bilərdi, (xx.xx.2023-cü il tarixli AİS-GTG-250923 saylı xidmət müqaviləsinin 2.2.1ci bəndi), lakin cavabdeh təhvil-təslim aktlarını imzalamaqla texnikaların nasaz olmadığını qəbul etmişdir.
50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən 35.488,89 manat məbləğində icarə haqqının mövcüd olması faktı təqdim edilmiş texnikaların göstərəcəyi xidmətlərin dəyəri barədə razılaşmalar (əlavələr) və həmin texnikalarla xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktları ilə təsdiq edilir.
51. Cavabdeh isə həmin məbləğdə icarə haqqının ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
52. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 35.488,89 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə tam haqlıdır.
53. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
54. Tərəflər arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli müqavilənin 4.4-cü bəndində müəyyən edilmişdir ki, Sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçü aylıq xidmət haqqının bir faizi həcmində İcraçıya dəbbə pulu ödəyir.
55. İşin hallarını, yəni icarə haqqının ödənilməsi ilə bağlı gecikdirilmiş günlərin sayını və ödənilməli olan icarə haqqının məbləğini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 1750 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
56. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi həm borcun məbləğinə və dəbbə pulunun əsaslığına, həm də təqdim edilmiş sübutlara düzgün qiymət vermişdir.
57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1883/2024 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov