Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-784/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə6, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə5 və üçüncü şəxs X11 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-21/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə (əvvəlki adı “X8”) qarşı (üçüncü şəxs X16) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması ilə bağlı 29.01.2018-ci il tarixli 14 saylı yekun protokolunun və Cavabdeh1 MMCnin 432 saylı 10.11.2017-ci il tarixli rəyinin etibarsız hesab edilməsi, X6 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobilin yenidən qiymətləndirərək real bazar qiymətinin müəyyən olunması və yenidən hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-2(113)-21/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə6 apellyasiya şikayətini müdafiə etdi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə5 və üçüncü şəxs X16 isə apellyasiya şikayətinə etiraz etdilər. Cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2017-cı il tarixli icra vərəqəsinə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9076,51 ABŞ dolları məbləğində əsas borc, 1124,39 ABŞ dolları məbləğində faiz borcu, 34 ABŞ dolları məbləğində cərimə, cəmi 10234,90 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində dövlət rüsumu X4 alınaraq İddiaçı-yə ödənilməli, tələb “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və avtomobil açıq hərracdan satılmalı, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 10234,90 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-yə ödənilməlidir. Həmin icra sənədinə əsasən Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlanılmış, icra və probasiya şöbəsinin 18.10.2017-ci il tarixli qərarı və müraciətinə əsasən, "xxxx" MMC tərəfindən 10.11.2017-ci il tarixli QR432 saylı qiymətləndirmə rəyi verilmiş və həmin rəyə əsasən X5 məxsus “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 6000 manat müəyyən edilmişdir. İcra və probasiya şöbəsinin 13 dekabr 2017-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən “Hyundai Accent” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil 29 yanvar 2018-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 29 dekabr 2017-ci il tarixli 01/147 nömrəli hərracın keçirilməsi ilə bağlı bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və 16 yanvar 2018-ci il tarixdə qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında dərc olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə keçirilən ilkin hərracda avtomobil ilkin satış qiyməti ilə 6000 manata təklif olunmuş və X10 tərəfindən 6060 manat dəyərində əldə olunmuşdur. Bununla bağlı sonuncu ilə həmin tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı bildirir ki, aparılmış qiymətləndirmə real qiyməti əks etdirmədiyindən, qiymətləndirmə aparılarkən mövcud qanunvericiliyin tələbləri pozulduğundan, həmin rəy etibarsız hesab edilməli, avtomobil həmin rəylə müəyyən edilmiş qiymətə satıldığından və bu alqı-satqı törəmə hüquq münasibəti olduğundan, hərracın nəticələrinə dair protokol da etibarsız hesab edilməlidir. Eyni zamanda hərracın təşkil edilməsi və keçirilməsi qaydaları Mülki Məcəllənin, X14 tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Bu da ipoteka saxlayanın qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, qeyd olunan hərracla bağlı bildiriş İddiaçı tərəfindən qəbul edilmiş və hərracın vaxtı və yeri barədə öncədən məlumatı olmuşdur. Cavabdeh2 hərrac təşkilatı olmaqla sadəcə hərrac proseslərinin təşkili ilə məşğuldur. Hər hansı qiymətləndirmə səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Lakin hazırkı işdə həmin maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin (hərracın keçirildiyi vaxtda olan redaksiyada) tələblərinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. İş materiallarından da müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli avtomobilə dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamış və keçirilən hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərilmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan da “Kaspi” qəzetində dərc olunmuşdur. Göründüyü kimi hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Avtomobilin düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə dair qeyd olunur ki, əmlakın bazar dəyəri dövlət tərəfindən tənzimlənən qiymət (tarif qiyməti) deyil, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir (Vergi Məcəlləsinin 14.1-ci maddəsi). Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı tərəfin mübahisələndirilən hərracdan məlumatı olmuş, lakin onun nümayəndəsi hərracda iştirak etməmiş, hərracda avtomobil 6000 manat dəyərində satışa çıxarılmış və 6060 manat dəyərində əldə olunmuşdur. Göründüyü kimi iddiaçı tərəf hərracda iştirak etməklə öz mənafeyi baxımından lazımi hərəkətlər etmək imkanına malik olsa da, bundan istifadə etməmişdir. Hazırda isə hərracın düzgün təşkil edilmədiyinə və avtomobilin ucuz qiymətləndirildiyinə istinad edərək, hərracı mübahisələndirir. Hərracda iştirak etmək istəyən iddiaçının nümayəndəsinə hərracın baş tutmaması ilə bağlı səhv məlumat verilməsi və avtomobilin hərracda olmaması ilə bağlı dəlillər isə hər hansı sübutla təsdiq olunmur. Həmin avtomobilin sonradan üçüncü şəxs X16 tərəfindən 14500 manat dəyərində əldə olunması da hərracda müəyyən edilən qiymətin səhv olması anlamına gəlmir. Çünki üçüncü şəxs həmin avtomobilin saz vəziyyətdə əldə etdiyini bildirir. Hərracla bağlı “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında dərc olunmuş elanda isə avtomobilin təmirə ehtiyacı olduğu qeyd olunmuşdur. Göründüyü kimi hərracdan sonra avtomobilin təmir edilərək daha baha qiymətə satılması ağlabatandır. Hərracda ödənilən məbləğin iddiaçının hesabına köçürülməməsi barədə dəlillərə dair qeyd olunur ki, həmin hal hazırki iddianı deyil, pulun ödənilməsi iddiasının əsası kimi çıxış edə bilər. Bundan başqa iş materiallarından müəyyən olunur ki, hərracı udmuş X10 05.02.2018-ci il tarixdə həmin avtomobili X1, sonuncu isə həmin avtomobili 14.05.2018-ci il tarixdə X2. Lakin iddia ərizəsində nə hərracı udmuş X10, nə də X12 hazırki iş üzrə cavabdeh kimi göstərilməmişdir. Halbuki iddianın təmin edilməsi birbaşa onların hüquq və mənafelərinə toxuna bilər. Avtomobilin hazırki mülkiyyətçisi X16 da hazırki iş üzrə cavabdeh deyil, üçüncü şəxsdir. Eyni zamanda Mülki Məcəllənin 182-ci maddəsi baxımından sonuncunun vicdanlı əldə edən hesab edilməsini istisna edən hallar da mövcud deyil. Göründüyü kimi prosessual baxımdan da iddianın təmin edilməsi qeyri-mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-21/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2-2(103)-784/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-784/2021
23.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver