Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-785/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1265/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 08 feval 2022 tarixli 08/22 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən məhsulların razılaşdırlmış miqdarda, müddətdə və qiymətdə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin məhsulların çatdırıldıqdan sonra alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35989,84 (otuz beş min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat, 200 (iki yüz) manat mediasiya haqqı olmaqla, cəmi 36189,84 (otuz altı min yüz səksən doqquz manat səksən dörd qəpik) manatın cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, onunla cavabdeh arasında 08 fevral 2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı məhsulları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda cavabdehə satmağı, cavabdeh isə malların qəbul edilməsini və onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə sifariş olunan malların ümumi dəyəri 278675,81 manat təşkil edir. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş, malların təhvil verilməsi aktla rəsmiləşdirilmişdir. Tərəflər arasında imzalanmış 25 yanvar 2022-ci il tarixli 3/22 saylı, 09 fevral 2022-ci il tarixli 2/22 saylı, 03 mart 2022-ci il tarixli 3/22 saylı, 15 mart 2022-ci il tarixli 4/22 saylı və 25 mart 2022-ci il tarixli 5/22 saylı təhviltəslim aktları malların tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edir. Cavabdehlə mübahisələr yarandığından onun tərəfindən qəbul edilmiş malların çox hissəsi (205024,98 manatlıq mal) geri qaytarılmışdır. Malların bir hissəsinin isə pulu ödənilmişdir (37660,99 manat). Lakin cavabdeh hal-hazıradək 35989,84 manat dəyərində olan malları geri qaytarmamış və dəyərini ödəməmişdir.
4. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edir və bildirir ki, sahibkar olaraq fəaliyyət göstərməmişdir. İlk dəfə qarşı tərəfin iş elanını görmüş, bununla bağlı müraciət edən zaman ona 1.500 manat menecer maaşı yox, daha çox gəlir əldə etmək təklif edilmişdir. Bildirilmişdir ki, adından şirkət açılsın və şirkət adından satılacaq məhsullardan 10%-lik qazanc əldə olunacaqdır. Daha sonra bu təkliflə razılaşmış və fəaliyyət başlamışdır. Bununla belə qarşı tərəfin anbarından və gələngedən mallardan tam xəbərsiz olmuşdur. Yalnız adında müəssisə olmuşdur. "xxxx" imza onun özündə olmuşdur. Şirkətin dövriyyəsində göstərilmişdir ki, 300.000 manatlıq mallar qəbul edilmiş və 51.000 manatlıq satış olmuşdur. Vergi orqanı tərəfindən 300.000 manatlıq mallara vergi hesablanmaması üçün malların bir qismi geri qaytarılmışdır. Bununla belə vergi 300.000 manata uyğun hesablama aparmış və 18.000 manat vergi tutulmuşdur. Hazırda isə həmin vəsaiti qaytarmaq imkanında deyildir. Qarşı tərəf özü də 20.000 manat borcludur. İşə başlayan zaman özünə mühasib götürməyi təklif etsə də bununla razılaşmayıblar. Müqavilədəki imzalar özünə məxsusdur. Lakin onu aldadaraq həmin sənədlər imzalanmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1265/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin tərəflər arasında alğısatqı müqaviləsinin imzalanmаsı və həmin müqavilə üzrə malların cavabdehə təhvil verilməsinə dаir müəyyən еtdiyi hallar işin hаllаrınа uyğun dеyil. Cavabdeh MMC-nin аnbаrı və yа аnbаrdаrı, еləcə də hüquqi və yа fiziki şəхslərdən dахil оlаn və yа sоnunculаrа vеrilməli оlаn əmlаklаrın qəbulu və yа təhvil-təslimini həyаtа kеçirən digər işçisi yохdur. Alğı-satqı müqaviləsi fоrmаl оlаrаq bаğlаnmış, еyni zаmаndа həmin müqаvilə üzrə təhvil vеrilməsi nəzərdə tutulаn əşyаlаr iddiаçının özünün аnbаrındа sахlаnılmış və cаvаbdеhin аdındаn üçüncü şəхslərə sаtışı iddiаçının аnbаrındаn həyаtа kеçirilmiş, sоnrаdаn malların bir qismi geri qaytarılmış hеsаb еdilmişdir. Mаllаrın аpаrılmаsı, geri qaytarılmаsının hаnsı qаydаdа həyаtа kеçirilməsi bаrədə sübut təqdim еdilməmişdir. Bunun üçün ən аzındаn mаllаrın həm təhvili, həm də gеri qəbulu zаmаnı iddiаçının hаnsı nəqliyyаt vаsitəsindən istifаdə еdildiyi bаrədə sübut (yоl vərəqi) təqdim еdilməmişdir. Həmçinin, İddiaçı MMC-nin ona satdığı qeyd edilən malların içində vaxtı keçmiş mallar da olmuşdur. Sаtıldığı iddiа еdilən əşyalаr təhvil vеrilmədiyindən Cavabdeh MMC-yə həmin əşyаlаr üzərində mülkiyyətçi hüquqlаrını həyаtа kеçirmək imkаnı vеrilməmişdir. Sаtıldığı iddiа еdilən əşyalаrlа yаnаşı, оnlаrа aid olan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) təhvil vеrilməmiş və müvаfiq sənədləşmə аpаrılmаmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
11. Həmin Məcəllənin 339.3-cü madəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 15.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
16. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması yazılı qaydada tərtib olunaraq imzalanmış 08 fevral 2022-ci il tarixli 08/22 saylı alqı-satqı müqaviləsi ilə təsdiq olunur.
20. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, 25 yanvar 2022-ci il tarixli 3/22 nömrəli malların təhvil-qəbul aktı ilə cəmi 4.150,93 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
21. 09 fevral 2022-ci il tarixli 2/22 nömrəli malların təhvil-qəbul aktına əsasən 158.089 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
22. 03 mart 2022-ci il tarixli 3/22 nömrəli malların təhvil-qəbul aktına əsasən 106.433,58 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
23. 15 mart 2022-ci il tarixli 4/22 nömrəli malların təhvil-qəbul aktına görə 2.557,80 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
24. 25 mart 2022-ci il tarixli 5/22 nömrəli malların təhvil qəbul aktında 7.443,88 manat dəyərində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
25. Həmin aktlar üzrə təhvil verilmiş malların cəmi dəyəri 278675,19 manat təşkil edir.
26. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan məlum olur ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 1.342,37 manat və xx.xx.2022-ci il tarixində 2013,55 manat hesaba mədaxil olmuşdur.
27. Bank hesabından çıxarış məlumatından aydın olur ki, xx.xx.2022-ci il tarixində 7.457,63 manat, xx.xx.2022-ci il tarixində 11.186,44 manat və 19 aprel 2022-ci il tarixində 15.661 manat hesaba mədaxil olmuşdur.
28. Cəmi ödənişlərin məbləği ƏDV daxil 37660,99 manat təşkil edir.
29. EBCL seriyalı 683387 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1.132,53 manat, EBCL seriyalı 466958 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3.187,23 manat, EBCL seriyalı 688077 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 113.633,09 manat, EBCL seriyalı 782933 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 87.072,13 manat məbləğində mallar "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə qaytarılması üçün təqdim edilmişdir (cəmi 205024,98 manat dəyərində).
30. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə üzrə cəmi dəyəri 278675,19 manat təşkil edən malların cavabdehə verilməsi yuxarıda qeyd edilən təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Eyni zamanda iş materiallarında olan bank hesabında və ƏDV sub-uçot hesabından çıxarışlardan müəyyən olunur ki, təhvil verilmiş mallar üzrə cavabdeh tərəfindən ümumilikdə 37.660,99 manat məbləğində ödəniş olmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş elektron qaimələrdən məlum olur ki, ümumilikdə 205.024,98 manat məbləğində mallar cavabdeh tərəfindən geri qaytarılmışdır.
31. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
32. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 35989,84 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (278675,19-37660,99-205024,98=35989,84).
33. Cavabdeh MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin etirazının qanuni əsasını Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri təşkil edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında isə göstərilmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
35. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur.
36. Çünki cavabdeh istinad etdiyi halların, yəni mübahisələndirilən müqavilənin aldadılma nəticəsində bağlanıldığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
37. Bundan əlavə, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində əvvəlcə iddia tələbinə etirazı olmadığını bildirmiş, lakin sonrakı məhkəmə iclasında borc məbləğini mübahisələndirmişdir.
38. Hazırki apellyasiya şikayətində də alqı-satqı müqaviləsinin formal olduğuna istinad etmiş, digər tərəfdən isə məhkəmə iclasında borcun bir qismini ödəməyə razı olduğunu bildirmişdir. Göründüyü kimi cavabdehin mövqeyi özü-özlüyündə ziddiyyətlidir.
39. Həmçinin cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi üçün də zərurət mövcud deyil. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona məxsus olduğunu bildirmişdir. Hazırki apellyasiya baxışı zamanı isə həmin imzaları mübahisələndirir. Kollegiya qeyd edir ki, apellyasiya icraatında cavabdehin yeni faktlara istinad etməsi Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin tələblərinə ziddir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1265/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn