Məhkəmə qərarları › İş №2-2(103)-79/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-79/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-79/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçı “X1” (AzİnTelecom) MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli, e-2-2(113)- 407/2021 saylı qətnaməsindən (hakim Emin Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1” (AzİnTelecom) MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı müqavilə üzrə "xxxx" MMC-yə 6446,40 manat əsas, 1869,11 dəbbə və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 8345,51 manatın tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Həmçinin tərəflər arasında 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə 05 noyabr 2018-ci il tarixdə 1 saylı əlavə imzalanmışdır. 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən "xxxx" MMC müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində Cavabdeh MMC-yə virtual server xidmətlərini göstərmək razılığını bildirmiş və virtual server xidmətlərinin göstərilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC bu müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində "xxxx" MMC tərəfindən göstərilən Virtual Server Xidmətlərindən istifadə edilməsinə razılığını bildirir və Virtual Server Xidmətləri üzrə ödənişlərin edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinin tələblərinə əsasən "xxxx" MMC tərəfindən “BOA Startup” MMC-yə göstərilən virtual server xidmətlərinin təsviri və şərtləri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavələri ilə müəyyən olunur. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-2(113)-407/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 05.11.2018-ci il tarixli, 148HD2018 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 6446,40 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə görə 253,60 manat cərimə borcu olmaqla cəmi 6700 manat və dövlət rüsumu kimi ödənilmiş 24,17 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1” (AzİnTelecom) MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-407/2021 saylı, 06.08.2021-ci il tarixli qətnaməsinin ləğv olunması və nəticə etibarı ilə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05.11.2018-ci il tarixli, 148HD2018 saylı “Xidmətin göstərilməsi haqqında” müqavilənin 3.2-ci bəndlərinin tələblərinə görə müqavilə üzrə virtual server xidmətlərinin başlanılma tarixi təqvim ayının 15-i tarixinədək baş tutduqda virtual server xidmətlərinin gostərilməsinə dair nəzərdə tutulan müddətə əsasən hesablanan ilk təqvim ayı üzrə xidmət haqqini ödənilməsi uçün icraçı tərəfindən sifarişçiyə virtual server xidmətlərinin başİanma tarixindən hesab-faktura təqdim edilməli idi və xidmət haqqı sifarişçi tərəfindən həmin təqvim ayinin sonunadək icraçıya odənilməli idi. Həmçinin, qeyd olunan həmin bəndə əsasən ilk xidmət haqqından sonra və müqavilənin muddətinin yerdə qalan hissəsi uzrə xidmət haqqının odənilməsi üçün icraçı tərəfindən sifarişçiyə cari ayin 15-i tarixində hesab-faktura təqdim edildiyi təqdirdə sifarişçi tərəfindən cari ayin qalan 15 ( on beş) təqvim günü ərzində novbəti təqvim ayı üzrə göstəriləcək virtual server xidmətlərinə dair xidmət haqqı icraçıya ödənilməldir. Eyni zamanda muqavilə üzrə Virtual Server Xidmətlərinin başİanma tarixi təqvim ayının 15-i tarixində və ya həmin tarixdən sonra baş tutduqda Virtual Server Xidmətlərinin gostərilməsinə dair nəzərdə tutulan müddətə hesablanan ilk təqvim ayı üzrə Xidmət haqqının və növbəti təqvim ayı üzrə Xidmət haqqının ödənilməsi üçün icraçı tərəfindən sifarişçiyə Virtual Server Xidmətlərinin başlanma tarixindən hesab-faktura teqdim edilməli və xidmət haqqı sifarişçi tərəfindən növbəti təqvim ayının 15-i tarixinədək icraçıya ödənilməlidir. Müqavilənin müddətinin yerdə qalan hissəsi üzrə xidmət haqqının ödənilməsi üçün icraçı tərəfinden sifarişçiyə cari ayın 15-i tarixində hesab-faktura təqdim edilməli və sifarişçi tərəfindən cari ayin qalan 15 (on beş) təqvim günü ərzində növbəti təqvim ayı uzrə gostəriləcək “Virtual Server Xidmətləri”nə dair xidmət haqqı icraçıya ödənilməlidir. Bununla yanaşı aylıq “Virtual Server Xidmətləri”nin gostərilməsi tamamlandıqdan sonra icraçı 2 (iki) nüsxədə tərtib edilmiş təhvil-təslim aktını sifarişçiyə göndərməli idi və sifarişçi təhvil-təslim aktını imzalamalı, tarixi qeyd etməli və icraçıya 5 (bes) iş günü ərzində geri gondərməli idi. Sifarişçi imzalanmış təhvil-təslim aktını 5 (bes) iş günü ərzində icraçıya geri gondərmədiyi təqdirdə, təhvil-təslim akı əsasında görülmüş virtual server xidmətləri sifarişçi tərəfindən qəbul edilmis hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən virtual server xidmətlərinin göstərilməsini və həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hesab faktura və aylıq təhvil-təslim aktı məhkəməyə təqdim edilməmiş, habelə həmin sübutlar tərəfimizdən iddiaçı tərəfdən tələb edilsə də, bizə məlum olmayan səbəbdən həmin sübutlar təqdim edilməmişdir. İddiaçı tərəf müqavilənin 1.1-ci və 2.1.1-ci maddəsində göstərilən öhdəliyini icra etməmiş, habelə həmin müqavilənin şərtlərini kobud şəkildə pozulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli e-2-2(113)-407/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 05.11.2018-ci il tarixli, 148HD2018 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən icraçı - “X1” (AzİnTelecom) MMC bu müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində sifarişçiyə - Cavabdeh MMC-yə Virtual Server Xidmətlərini göstərməyi razılığını bildirmiş və virtual server xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Sifarişçi mövcud müqavilə ilə müəyyən edilən şərtlər çərçivəsində icraçı tərəfindən göstərilən virtual server xidmətlərindən istifadə edilməsinə razılığını bildirmiş və virtual server xidmətləri üzrə ödənişlərin edilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 372,46 manat ödəniş edilmişdir. İddiaçı həmin müqavilə üzrə dekabr 2018-fevral 2020-ci il üçün hesablanmış ƏDV daxil 6446,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Müqavilənin 3.2.1-ci bəndinin tələblərinə görə müqavilə üzrə virtual server xidmətlərinin başlanılma tarixi təqvim ayının 15-i tarixinədək baş tutduqda virtual server xidmətlərinin gostərilməsinə dair nəzərdə tutulan müddətə əsasən hesablanan ilk təqvim ayı üzrə xidmət haqqının ödənilməsi üçün icraçı tərəfindən sifarişçiyə virtual server xidmətlərinin başİanma tarixindən hesab-faktura təqdim edilir və xidmət haqqı sifarişçi tərəfindən həmin təqvim ayinin sonunadək icraçıya odənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən aylıq virtual server xidmətlərinin göstərilməsi tamamlandıqdan sonra icraçı 2 nüsxədə tərtib edilmiş təhvil-təslim aktını sifarişçiyə göndərir. Sifarişçi təhvil-təslim aktını imzalamalı, tarixi qeyd etməli və icraçıya 5 iş günü ərzində geri göndərməlidir. Sifarişçi imzalanmış təhvil-təslim aktını 5 iş günü ərzində gei göndərmədiyi təqdirdə təhvil-təslim aktı əsasında görülmüş virtual server xidmətləri sifarişçi tərəfindən qəbul edilmiş hesab edilir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı cəmi bir ay xidmət göstərmiş, ondan sonra xidmət göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirazı aşağıdakılara əsasən əsaslı hesab edilə bilməz. Hər şeydə əvvəl qeyd edilməlidir ki, xidmət göstərilmədiyi və ya fəaliyyətini dayandırdığı üçün cavabdehin iddiaçının göstərdiyi xidmətə ehtiyacı olmadığı halda cavabdeh tərəflər arasında bağlanmış müqavləni ləğv etmək hüququna malik olduğu halda bu barədə qarşı tərəfə hər hansı müraciəti olmamışdır. “X1” (AzİnTelecom) MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən elektron qaimələrdən görünür ki, ”BOA Startup”MMC və "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 148HD2018 saylı müqavilə əsasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 6818,86 manat məbləğində təşkil edir. Cavabdeh həmin elektron qaimələrə hər hansı etiraz etməmiş, bununla bağlı qarşı tərəfə müraciəti olmamışdır. Qeyd edilən elektron qaimələrin cavabdehin elektron poçtuna daxil olmadığını bildirsə də, cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu barədə sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, iddiaçı müqavilənin 3.3-cü bəndinə əsasən aylıq virtual server xidmətlərinin göstərilməsi tamamlandıqdan sonra tərtib edilmiş təhvil-təslim aktını sifarişçiyə göndərmişdir. Aktların göndərişi ilə bağlı sürətli poçt qaimələri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, “Sifarişçi” müqavilə şərtləri əsasında xidmət haqqını icraçının bank hesabına köçürmədikdə, natamam köçürdükdə hər gecikdirilən gün üçün 0,01 faiz dəyərində dəbbə pulunu ödəmək məsuliyyətini daşıyır. Tətbiq olunan dəbbə pulunun faizi icraçı tərəfindən təqdim edilən hesab-faktura əsasında əhatə olunan məbləğin 10%-dən artıq olmamalıdır. İcraçı dəbbə pulunun ödənilməsi barədə tələbi sifarişçiyə təqdim etdiyi gündən etibarən sifarişçi dəbbə pulunu 5 iş günü ərzində ödəmək məsuliyyətini daşıyır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində tam, cərimə borcu hissəsində qismən təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli e-2-2(113)-407/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli e-2-2(113)-407/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar