Məhkəmə qərarları › İş №2-2(103)-790/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-790/2025

22.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-790/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh1 X2rşı “pulun tutulması” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" X4 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddialarına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından "xxxx" X6 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 X5 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə verib Cavabdeh1 İKF-dən 5.000.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilən zaman 800.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Cavabdeh1 İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən almış olduğu maye qazlara görə cəmi 239.861,444 manat pulun onun xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-nin 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun "xxxx" İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəət olaraq 50.000 manatın onun xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6055/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 İKF-nin cavabdehlər İddiaçı MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-6055/2024 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir.

5. İddiaçı Cavabdeh1 İKF iddia tələbinin həcminin artırılması barədə ərizə verib İddiaçı MMC-dən almış olduğu maye qazlara görə cəmi 294857,60 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada ******* manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X4 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının nəticə hissəsində “Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X4 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilsin.” sözlərinin “Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X4 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilsin.” kimi oxunması qərara alınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 X2rşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh1 X3 ******* manat məbləğində dəbbə pulu, 3290 manat dövlət rüsumu, ümumilikdə 5.003.290 (beş milyon üç min iki yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməməsi, İddiaçı MMC-dən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X4 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən 196082,30 manat məbləğində pul, 10826 manat məbləğində faiz borcu, 496,91 manat dövlət rüsumu, ümumilikdə 207405,21 (iki yüz yeddi min dörd yüz beş manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh1 X5 ödənilməsi, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, İddiaçı MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 5.003.290 manat məbləğində pul məbləğindən Cavabdeh1 X4 xeyrinə ödənilməli olan ümumilikdə 207405,21 manat məbləğində pul çıxıldıqdan sonra, yerdə qalan 4795884,79 (dörd milyon yeddi yüz doxsan beş min səkkiz yüz səksən dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul Cavabdeh1 X3 tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 53407 manat faiz borcu, 250,22 manat dövlət rüsumu, ümumilikdə 53657,22 (əlli üç min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh1 X5 ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X4 iddiası qalan hissədə təmin edilməməsi, çəkilmiş qalan məhkəmə xərcləri (2749,68 manat dövlət rüsumu və 5590 manat hüquqi yardımla bağlı xərc) Cavabdeh1 X4 özünə aid edilməsi qət edilmişdir.

9. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verərək, müddətin bərpa edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilərək İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 144/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Hazırda iddiaçı Cavabdeh1 X6 Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardadla iddiaçının istinad edilən təməl hüquqları məhdudlaşdırılmışdır. Belə ki, heç bir əsas olmadan 3 aydır ki, qüvvəyə minmiş məhkəmə qətnaməsindən şikayət verilməsi müddəti bərpa edilməklə məhkəmə tərəfindən qərəzli, qanunsuz, əsassız nəticəyə gəlinmişdir. Məhkəmə hüquqi qeyri-müəyyən nəticə yaratmaqla, ümumiyyətlə gəldiyi nəticəni əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən konstitusion maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz, əsassız və qərəzli qərardad qəbul etmişdir. Verilmiş ərizənin təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı, halda, məhkəmə müddətin bərpası barədə qərardad qəbul etmişdir. Belə ki, şikayətin 4.3-cü bəndində ərizəçi qətnaməni 02 fevral 2025-ci il tarixdə aldığını bildirmiş və həmin faktı mübahisələndirmir. Eyni zamanda müddətin buraxılması barədə ərizədə şikayət verilməsi zərurətinin “hal – hazırda”, yəni sonradan yaranması göstərilmişdir. Şikayət məhkəməyə 12 may 2025-ci il tarixdə, 3 ay 10 gün sonra təqdim edilmişdir. Ərizəçi müddətin bərpasına dair vəsatəti direktor Nizami Hacıyevin səhhətində yaranmış problemlərlə əsaslandırmağa çalışmışdır. Sübut qismində mənbəyi və tarixi bəlli olmayan “Oral Dent” diş klinikasının arayışının şəkli və fotoşəkillər əlavə edilmişdir. Həmin arayış müddətin bərpasının əsası kimi qəbul edilə bilməz. Əvvəla arayışdan şəxsin stasionar müalicədə olması və şikayət verilməsinə mane olan konkret olaraq hansı xəstəlik keçirməsi və müalicə olunması müəyyən edilmir. Əksinə, məhz qətnamənin alınmasından 1 gün əvvəl “müalicə başlamış”, şikayət verilməsindən 2 gün əvvəl “müalicə bitmişdir” ki, açıq-aşkar niyyət ortadadır və arayış qeyri-mötəbərdir. Bundan başqa, “3 ay davam etmiş diş müalicəsinin” apellyasiya şikayəti verilməsinə hansı formada maneə olması təəccüblüdür. Qeyd edilənlərdən savayı, tərəf qətnaməni 02 fevral tarixində elektron kabinet vasitəsilə aldığını göstərmişdir ki, bu da “müalicədən” 1 gün sonraya təsadüf edir. Demək, elektron kabinet vasitəsilə qətnaməni almaq mümkündürsə, şikayət verilməsi də mümkündür. Bütün sadalananlardan başqa, iddiaçı prosesdə vəkil və nümayəndə ilə təmsil olunmuş və qətnamə həm də sonuncu tərəfindən 02 fevral 2025-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya şikayəti verilməsi üçün əlavə müqavilə bağlanması isə həmin halda tələb olunmur. Məhkəmənin qərardadında ümumiyyətlə iddiaçının vəkilinümayəndəsinə vaxtında şikayət verilməsinə mane olan halın nədən ibarət olması şərh edilməmiş və münasibət bildirilməmişdir. Bütün qeyd edilənlərdən savayı, Hacıyev Nizami Babaşah oğlu tərəfindən verilən ərizə üzrə baxılan 8(001)-325/2025 saylı iş üzrə 23 aprel 2025-ci il tarixli və 02 may 2025-ci il tarixli məhkəmə iclaslarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində şəxsən iştirak etmişdir və səhhəti ilə bağlı hər hansı problem olmamışdır.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

20. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

21. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

23. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı nümayndəsi və vəkili Vəkil1 Elxan oğlu tərəfindən təmsil edilmş və iddiaçının nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur.

25. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi iddiaçının nümayndəsi və vəkili Vəkil1 Elxan oğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 20:00-da yerləşdirilmiş, bu barədə sistem vasitəsilə iddiaçının nümayəndəsi və vəkilinin “Elektron ünvan ” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir.

26. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən ilk iddia üzrə iddiaçı tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

27. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin ilk iddia üzrə iddiaçı sözügedən qətnamədən xx.xx.2025-ci il tarixdə şikayət vermişdir.

28. Beləliklə, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

29. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsi apellyasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur.

31. Həmin Məcəllənin 363.4-cü maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” apellyasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir.

32. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

33. Belə ki, İddiaçı MMC hüquqi şəxsdir və birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili tərəfindən təmsil edilmişdir.

34. İddiaçı MMC tərəfindən verilmiş ərizədə “Oral Dent” diş klinikasında aparılan müalicənin hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinin verilməsinə hansı formada maneə yaratdığını əsaslandırmamışdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməli və ərizə rədd edilməlidir.

36. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

37. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

"xxxx" X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar