Məhkəmə qərarları › İş №2-2(103)-794/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-794/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-794/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli e-2-2(113)-298/2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin adından verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC cavabdeh “xxxx” ASC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 22.08.2018ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat əsas, 35812.71 manat hesablanmış faiz, 3348.04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941.54 manat və 21.10.2008ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703.91 manat əsas, 62136.68 manat faiz, 4178.61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019.20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli e-2-2(113)-298/2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 22.08.2018-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780,79 manat əsas, 35812,71 manat hesablanmış faiz, 3348,04 hesablanmış dəbbə pulu olmaqla, cəmi 97941,54 manat və 21.10.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299703,91 manat əsas, 62136,68 manat faiz, 4178,61 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 366019,20 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmuş, tələb, ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə Cavabdeh açıq tipli səhmdar cəmiyyətinə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilmiş, qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilmiş və iddia qalan hissədə rədd edilmişdir. Qətnamə 25.01.2021-ci il tarixdə icraya yönəldilmiş və işdəki 03.03.2021-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunlarında dair yekun protokol”un surətindən görünür ki, tutma yönəldilmiş ipoteka predmeti olan qeyri-yaşayış sahəsi X6 464000 manata satılmışdır. Həmin qətnamədən cavabdehin adından 08.06.2021-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Elektron məhkəmə sistemindən görünür ki, cavabdehin adından verilmiş apelyasiya şikayəti X1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 3 nəfər səhmdarınn (qərarda qeyd edildiyinə görə səhmlərin 95,71 faizinin sahibi) iştirakı ilə keçirilmiş ümumi yığıncağında X1 ASC-nin müvəqqəti sədri seçilmişdir. İş materiallarından eyni zamanda görünür ki, Cavabdeh açıq tipli səhmdar cəmiyyətinin qanuni təmsilçisi Fərzəliyev İmamverdi Əli oğlu 16.02.2018-ci ildə vəfat etmişdir. İnternet vergi xidməti vasitəsi ilə kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlardan görünür ki, dövlət reyestrində Cavabdeh açıq tipli səhmdar cəmiyyətinin halhazıradək qanuni təmsilçisi Fərzəliyev İmamverdi Əli oğludur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi barədə məlumat dövlət reyestrində qeydə alınmaması əsası ilə qanuni qüvvəyə minmədiyindən məhkəmə hesab edir ki, Fərzəliyev İmamverdi Əli oğlu Cavabdeh açıq tipli səhmdar cəmiyyətinin qanuni təmsilçisi hesab oluna və onun tərəfindən imzalanmış apelyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmış apelyasıya şikayəti hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində deyilir ki, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli e-2-2(113)-298/2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin adından verilmiş apelyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 10.12.2020-ci il tarixli e-2-2(113)-298/2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin adından verilmiş şikayət mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən (o cümlədən elektron kabinetə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar