Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-794/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli e-2-2(113)-238/2023 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ? İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 009L**********80 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən 120 ay müddətinə 250000 manat məbləğində krеdit хətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur.
2. Həmin kredit müqaviləsi üzrə eyni tərəflər arasında xx.xx.2019-cu il tarixli, 009R********** nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcalana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 20000 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə zamin X5 arasında xx.xx.2019cu il tarixli, 009L**********80 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
4. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 009R**********S saylı, xx.xx.2020-ci il tarixli 009R**********SA saylı, xx.xx.2020-ci il tarixli 009R**********SB saylı, xx.xx.2021-ci il tarixli 009R**********SB saylı, xx.xx.2021-ci il tarixli 009R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
5. Həmin dəyişikliklər barədə zamin X2 razılığı alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı QSC iddia ərizəsi və iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 13503,45 manat məbləğində krеdit bоrcu, 2281,23 manat məbləğində faiz bоrcu və 3408,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19193 manat 44 qəpik məbləğində bоrcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 13503,45 manat, faiz borcu 2281,23 manat, cərimə borcu 3408,76 manat, cəmi borcu isə 19193,44 manat təşkil edir.
8. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-238/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 13106,96 manat əsas, 1930,14 manat faiz və 462,90 manat cərimə, cəmi 15500 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manatın alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və məhkəməmühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 80,75 manatının cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada, 19,25 manatının isə İddiaçı QSC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
10. Cavabdeh X5 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə uzun müddət ödənişlər edib. Bu səbəbdən borcun məbləği inandırıcı deyil və ehtimal ki, iddiaçı rəqəmlərin hesablanmasında şişirdilməyə yol verib. Çıxarışdan da görünür ki, cavabdeh tərəfindən banka ödənilən pul məbləği bankın məhkəmədə göstərdiyi məbləğdən çoxdur, yəni cavabdeh banka daha çox pul ödəyib. Ümumiyyətlə, verilən iddia ərizəsi çox ziddiyətlidir, ilkin olaraq bir maliyyə arayışı verilib, sonradan verilən maliyyə arayışında daha az məbləğ göstərilib, halbuki həmin dövrdə hər hansı bir ödəniş olmamışdır. Mübahisəli hal ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən iddia ərizəsində göstərilən məbləğdən artıq məbləğdə banka ödəniş olunmuş, lakin bank müəyyən olunmayan səbəbdən ödənilmiş məbləği az göstərmişdir. Məhkəmədə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin vəsatət təmin olunmamışdır. Həmçinin məhkəmə iddia tələbini qismən təmin etsə də, mediasiya xərci kimi çəkilmiş 200 manat məbləğində pulu mütənasib şəkildə azaltmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh X5 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və kredit borcunun məbləğinə aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
24. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1-ci maddələri təşkil edir.
25. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
26. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 fevral 2023-cü il tarixli, 9/9352 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 13106,96 manat, faiz borcu 2801,06 manat təşkil edir.
27. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz borcuna aid hissədə də müqavilə müddətinə uyğun olaraq iddianı qismən təmin etmiş, həmçinin cərimə borcunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
28. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462.1, 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Eyni zamanda Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdeh X5 borclu olan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır.
30. Bu baxımdan kollegiya hesab edir ki, həmin borcun cavabdeh X1 tutulması barədə nəticə də düzgündür.
31. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əlavə olaraq kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə sonuncu razılaşma (restrukturizasiya) xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və həmin razılaşmaya əsasən kredit məbləği 13641,58 manat, ödənilməli olan faiz məbləği 2707,16 manat, hesablanmış faiz borcu 219,2 manat, hesablanmış cərimə borcu 413,72 manat, cəmi ödənilməli olan məbləğ 16981,66 manat məbləğində müəyyən edilmişdir. Həmin razılaşmadan sonra isə cəmi 1517,11 manat ödəniş edilmiş və ekspert tərəfindən də həmin ödənişlər nəzərə alınaraq hesablama aparılmışdır. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun bölüşdürülmüşdür.
32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-238/2023 saylı qətnaməsi cavabdeh X3 və kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn