Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-795/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsinə üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-710/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 25 sentyabr 2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif növ xidmətlər (bundan sonra “Xidmət”) satır, “Alıcı” isə həmin xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini “Satıcı”ya ödəyir. - 1.2-ci bəndinə əsasən malın və ya xidmətin növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən malın və ya xidmətin qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 2.2-ci bəndinə əsasən malın və ya xidmətin “Alıcı”nın ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxil deyil. - 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “alıcı”dan tələb etmək satıcının hüququdur. - 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın və ya xidmətin dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. - 5.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. - 5.2-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. - 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. - 7.4-cü bəndinə əsasən müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə minir və 1 il müddətinədək qüvvədə qalır. Əgər tərəflərdən biri digərini müqaviləyə xitam verilməsi üçün bu müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış xəbərdar etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. - Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC (satıcı) ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 01 fevral 2023-cü il tarixli, SNMR010123 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişində (bundan sonra “Alış Sifarişi” adlandırılacaq) nəzərdə tutulan malları (bundan sonra “Mallar” adlandırılacaq) tədarük etməyi, alıcı isə bu malları və xidmətləri qəbul etməyi və onların razılaşdırılmış dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən satıcı tərəfindən təchiz olunan bütün malların və xidmətlərin siyahısı, vahid və qiyməti tərəflərin imzaladığı “Qiymətlərin razılaşdırılma protokolu”nda göstərilməklə bu müqaviləyə əlavə edilir (Əlavə №1) və onun ayrılmaz tərkib hissəsidir (tətbiq olunacağı hallarda). - 1.3-cü bəndinə əsasən malların və xidmətlərin alqı-satqısı alıcı tərəfindən verilən və tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış Sifarişi əsasında həyata keçirilir. Malların və xidmətlərin təsviri, miqdarı, keyfiyyətinə dair tələblər, qiyməti, çatdırılma şərtləri və müddəti və Alış Sifarişi üzrə tədarükünə dair digər təfsilatlar Alış Sifarişində öz əksini tapacaqdır. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların və xidmətlərin tədarükü alıcı tərəfindən yazılı şəkildə və ya elektron poçt vasitəsilə verilən ilkin sifariş üzrə həyata keçirilir. - 2.2-ci bəndinə əsasən satıcının tədarük etdiyi mallar və xidmətlər təhvil-təslim aktı imzalanmaqla alıcı tərəfindən təhvil alınır. - 3.3.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 3.4-cü bəndinə əsasən satıcının vəzifələri aşağıdakılardır: - 3.4.1.Malları və xidmətləri bu müqaviləyə və Alış Sifarişinə əsasən müəyyən edilmiş müddət ərzində alıcıya təhvil vermək; - 3.4.2.alıcıya üçüncü şəxslərin hüquqlarından və tələblərindən azad mallar vermək; - 3.4.3.malların və xidmətlərin bu Müqavilədə nəzərdə tutulan keyfiyyətdə və Alış Sifarişində göstərilən miqdarda və çeşiddə olmasını təmin etmək; - 3.4.4.alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq və reputasiyasına zərər vurmamaq; - 3.4.5.alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəflərə heç bir məlumat ötürməməli; - 3.4.6.Bu müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr; - 4.1-ci bəndinə əsasən malların dəyəri qiymətlərin razılaşma protokolunda göstərilir. - 4.2-ci bəndinə əsasən qiymətə malların alıcıya tədarükü üçün tələb olunan qablaşdırma, göndərilmə, daşıma sığorta və çatdırılma xərcləri və həmçinin, satıcının bu müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı bütün digər xərclər daxildir. - 4.3-cü bəndinə əsasən tərəflər arasında başqa cür razılaşdırılmamışdırsa, qiymət sabit və dəyişməz qalır və bu müqavilənin qüvvədə olduğu müddət ərzində artırılmayacaqdır. - 4.4-cü bəndinə əsasən Alış Sifarişində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, alıcı malların dəyərini bütün malların alıcı üçün qənaətbəxş şəkildə çatdırılmasından və bu müqavilə və müvafiq Alış Sifarişi əsasında tələb olunan bütün zəruri təhvil-təslim aktları və digər sənədlər ilə birlikdə düzgün hesabfakturanın təqdim edilməsindən sonra otuz (30) gün ərzində Satıcının bank hesabına ödəməlidir. - 4.5-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. - 5.1-ci bəndinə əsasən bu müqavilə 2 (iki) il müddətinə bağlanır və hər iki Tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. - 5.2-ci bəndinə əsasən müddətin başa çatmasına ən azı 10 (on) gün qalanadək Tərəflərdən hər hansı biri bu müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, bu müqavilə tərəflər arasında eyni müddətə avtomatik uzadılmış hesab edilir. - 6.1-ci bəndinə əsasən satıcı mallan üç (3) təqvim günü və ya Alış Sifarişində müəyyən olunmuş müddət ərzində alıcıya təhvil verməlidir. - 6.2-ci bəndinə əsasən satıcının Alış Sifarişində göstərilən və ya tərəflərin razılığı ilə müəyyənləşdirilən müddət ərzində malların çatdırılmasını həyata keçirə bilmədiyi məlum olduqda, satıcı Alış Sifarişinin yerinə yetirilməsini sürətləndirmək üçün bütün zəruri tədbirləri görməlidir. - 6.3-cü bəndinə əsasən satıcı hər hansı faktiki və ya gözlənilən gecikmələri aşkar etdikdən dərhal sonra alıcıya yazılı şəkildə bildirməlidir. Bu cür bildiriş gecikmənin təxmini müddətini, səbəbini və görüləcək tədbirləri ehtiva etməlidir. Yuxarıda göstərilənlərə baxmayaraq, satıcı özünün və tədarükçülərinin əməliyyatlarını əhatə edən sürətləndirmə fəaliyyəti ilə əlaqədar olaraq tam məsuliyyət daşıyır və bütün xərcləri öz hesabına ödəməlidir. - 6.4-cü bəndinə əsasən satıcı malların çatdırılmasını üç (3) təqvim günündən çox gecikdirərsə, alıcı satıcıya yazılı şəkildə bildiriş verdikdən sonra bu cür mallan üçüncü şəxslər tərəfindən təchiz edə bilər. Satıcı tərəfindən təchiz olunan malların qiymətindən artıq olan bütün xərclər satıcı tərəfindən ödəniləcəkdir. Alıcı satıcıya bu cür xərclər üçün hesab-faktura göndərəcək və ya həmin məbləği Satıcıya ödəməli olduğu vəsaitdən çıxacaqdır. - 6.5-ci bəndinə əsasən mallar satıcı tərəfindən alıcıya və ya onun səlahiyyətli nümayəndələrinə çatdırıldığı andan etibarən alıcının mülkiyyəti hesab olunur. Malların alıcıya təhvil verilməsinə qədər onların itirilməsi, oğurlanması, təsadüfən məhv olması və ya zədələnməsi riskini tam həcmdə satıcı daşıyır. - 11.1-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun şərh edilir. - 11.2-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll eləməyə səy göstərməlidirlər. - 11.3-cü bəndinə əsasən tərəflər otuz (30) gün ərzində qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə, tərəflərdən hər biri mübahisənin həlli üçün Azərbaycan Respublikasının aidiyyatı olan məhkəməsinə müraciət edə bilər. - Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasındakı Filialından 202.120,10 manat (171.281,20 manat əsas borc və 30.832,62 manat ƏDV) məbləğində əsas borc və dövlət rüsumu və mediasiya çəkilmiş xərclərinin əvəzi olaraq 522,72 manat pulun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, SNMR010123 nömrəli müqavilələrə əsasən Cavabdeh şirkəti İddiaçı MMC şirkətinin gəmiləri üçün servis xidmətləri göstərmişdir. Həmin servis xidmətlərinə həmçinin zəruri malların, yəni ehtiyyat hissələrinin alqı-satqısı da aid edilmişdir. Göstərilən xidmətlər əsasında yaranan borc məbləği 202.120,10 manat (171.281,20 əsas və 30.832,62 ƏDV) təşkil edir. Yaranan borc məbləği xx.xx.2022-ci il tarixindən cari dövrə kimi olan məbləğdir. Yuxarıda qeyd edilən müqavilələrin hər birində ödəmə şərtləri bəndində ödənişin təsdiqedici sənədlər təqdim ediləndən sonra 30 gün ərzində ödəniləcəyi qeyd edilsə də, heç bir ödəniş olunmamışdır. Bununla bağlı tərəflərindən cavabdeh şirkətə dəfələrlə pretenziyalar göndərilsə də, heç bir nəticə əldə olunmamışdır.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "X7 FZE" şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC qarşısında icra edilməmiş hər hansı öhdəliyi (borcu) yoxdur. İddiaçının təqdim etdiyi sənədlərin əksəriyyəti ümumiyyətlə birtərəfli tərtib edilmiş sənədlərdir və başqa tərəf üçün öhdəlik yarada, onu təsdiq edə bilməz. İddiaçının təqdim etdiyi elektron qaimələr filial tərəfindən təsdiq edilməmişdir. Elektron vergi kargüzarlığı elektron qaimələri bir neçə gün sonra avtomatik olaraq təsdiq edir. Bu filialın iradəsini ifadə etmir və edə bilməz. Sifariş sənədləri, eləcə də qiymət təklifi sənədləri isə təsdiq statusundan asılı olmayaraq, adından da göründüyü kimi, sifarişə və qiymətlərə dair sənədlərdir, işlərin görülməsini, malların verilməsini təsdiq edən sənədlər deyildir. Bəzi sənədlərdə filiala aid qrafada Orxan Babayevin imza etməsinə gəlincə, onun hər hansı işlərin görüldüyünü və ya malların təhvil verildiyini filialın adından təsdiq etmək üçün səlahiyyəti yoxdur.
8. Həmçinin, Cavabdeh Azərbaycan Respublikasındakı filialı ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən 241.000 manat və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, alıcı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı satıcı İddiaçındən xidmətlər və mallar almalı idi. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı özü də üçüncü şəxslərə xidmət və mal satmaq ilə məşğuldur. Tərəflərin arasında bağlanmış ikinci müqavilənin 3.4-cü bəndinə əsasən, İddiaçı alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumalı və reputasiyasına zərər vurmamalı, aralarındakı qarşılıqlı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəfə heç bir məlumat ötürməməli idi. İlkin iddiaçı bu vəzifələrini pozmuş və bununla da Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına zərər vurmuşdur. Belə ki, onlar filialın xidmət və mal satdığı üçüncü şirkətlə əlaqəyə girmiş, onlara cari müqavilə ilə ötürülməsi yol verilməyən məlumatları ötürmüş, habelə filialın mənafeyinə zidd olaraq, həmin üçüncü şəxsə filialın satdığı xidmət və malları təklif edərək, filialın müştərisini ələ keçirtmişdir. Məsələn, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi arasında xx.xx.2019-cu il tarixli, 02/0919 nömrəli müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı onlara mal və xidmətlər satırdı. Həmin vaxtdan 2023-cü ilin sonunadək həmin müqavilə üzrə onlara 801.994,32 manat vəsait ödənilmişdir. İddiaçı aralarındakı müqavilənin yuxarıda göstərilən şərtlərini pozan əməllərə yol verərək müştərilərini ələ keçirtmişdir (müştəriləri mal və xidmətləri daha onlardan deyil, İddiaçı MMC-dən alır). Bu fakt onunla təsdiq edilir ki, şirkətləri İddiaçı MMC-yə aşağıdakı problemin həlli ilə bağlı müraciət etmişdir: “Caspian Challenger - DEFECT REPORT - X8 SPOOLİNG HYD MOTOR / SR **********85”. Bu fakt İddiaçı MMC-nin işçisi Rəşad Məmmədovun onlara 2024-cü il sentyabrın 6-da yazdığı elektron məktubun 3-cü bəndində qeyd edilməklə öz təsdiqini tapmış və onlar tərəfindən qeyd edilmişdir ki, bu sifarişlə bağlı cavabları guya “Mail Server problem oldugu üçün mail Orxana çatmayıb”. Halbuki, İddiaçı MMC-nin işçisi Rəşad Məmmədov 2024-cü il sentyabrın 14-də onlara yazdığı elektron məktubun 3-cü bəndində qeyd edir ki, həmin iş “P&O Maritime Logistic” şirkətinin sifarişi əsasında yerinə yetirilib. “P&O Maritime Logistic” şirkəti isə həmin işin görülməsinə dair aktı 2023-cü il sentyabrın 13-də təkrarən məhz onlardan istəmişdir. Bununla da təsdiq edilmişdir ki, onlar müştərilərinin sifarişlərini onlardan kənar əlaqəyə girməklə qəbul etməyə başlamışlar. Həmçinin, onlar 2019-cu ildə müqavilə bağladıqları “Bue Caspian Limited” şirkətinin hüquq və vəzifələri “Topaz Marine” şirkətinə, onun hüquq və vəzifələri isə sonuncu “P&O Maritime Logistic” şirkətinə keçmişdir. Məhz bu səbəbdən, sonuncu müraciətlər “P&O Maritime Logistic” şirkəti tərəfindən olmuşdur. Bununla da, onların faydaları əldən çıxmışdır. Əldən çıxmış faydaları 241.000 manat təşkil edir. Belə ki, “Bue Caspian Limited” şirkətindən daxil olan sorğular tərəflərindən İddiaçı MMC şirkətinə yönləndirilir, ilkin yoxlama aparılaraq görüləcək iş qiymətləndirilir. İddiaçı MMC tərəfindən daxil olan qiymət təklifinin 30-35 % marja əlavə olunaraq müştərilə razılaşdırılır, nəticədə gördükləri işlər üzrə gəlirləri 30%-i təşkil edir. Yuxarıda qeyd edildiyi kimi son 3 (üç) il ərzində müştərinin onlara ödədiyi məbləğ 801.994,32 manat təşkil edir və bu məbləğə əsasən gəlirləri 240.598 manat təşkil edir. Nəticə etibarı ilə müqavilə üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına xidmət göstərən İddiaçı MMC şirkətləri öncədən gözlənilən biznes hesabatına əsasən böyük məbləğdə itkiyə məruz qoymuşdur. Yaranmış vəziyyətlə əlaqəli olaraq, qarşıdan gələn layihələri itirmiş və keçmiş illərdəki gəliri nəzərə alaraq gələcək 3 il ərzində olacaq proqnozlaşdırdıqları 241.000 manat gəlirdən məhrum olmuşlar.
10. İddiaçı qarşılıqlı iddiaya etiraz edir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-710/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ilk Cavabdeh Azərbaycan Respublikasındakı Filialından 197.201,46 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 385 manat və dövlət rüsumunun əvəzi olaraq 92 manat məbləğində pul vəsaitinin ilk İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialının cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual normaları pozaraq qətnamə çıxarmışdır. Belə ki, qarşılıqlı iddia demək olarki, araşdırılmamışdır. İş materiallarından görünür ki, iddiaçı qarşılıqlı iddiaya yazılı etiaz etməmiş, yalnız qısa şifahi etiraz etmişdir (bu zamanda iddiaçının müştəriləri ilə birbaşa işlədiklərini etiraf etmişlər) və prosesdə heç bir əlavə müzakirə olmamışdır. Bu da ona dəlalət edirki, hakim artıq qarşılıqlı iddia barədə sadəcə qısa müzakirə əsasında, ətraflı müzakirə olmadan mövqeyini formalaşdırmışdır. Sübutların təqdim edilməsi və öz mövqeyini sübut etmək tərəflərin öhdəliyi olsa da, hakim tərəf üçün əhəmiyyətli olan məsələləri müzakirəyə çıxarmasa, həmin tərəf hansı sübutun nə qədər kifayət edib-etmədiyini bilə bilməz. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiyanın 125-ci maddəsinin şərh edilməsi ilə bağlı Plenun Qərarında da öz əksini tapmışdır. Cavabdeh iddiaçı tərəfindən konkret pozuntuya dair sübut təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə zidd olaraq bu sübutlara hərtərəfli qiymət verməmişdir. Əlavə olaraq, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1, 77.3, 106.2-ci maddələrinin tələblərini pozmuşdur. Xüsusən, birinci instansiya məhkəməsi tərəflər arasında danışığa əsasən cavabdehin maraqlarının necə qorunmalı olması, bu qorunma öhdəliyinin praktiki olaraq nədən ibarət olması və hansı formada pozulması məsələlərini araşdırmamışdır. Mübahisənin mahiyyətinə görə ilk iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliklərinin pozulması və icra edilən işlərin cavabdeh tərəfindən müqaviləyə müvafiq olaraq qəbul edilməməsini nəzər almamışdır. Mülki Məcəllənin 447-ci maddəsinə əsasən iki tərəfli müqavilədə bir tərəf öhdəliyini icra etmədikdə digər tərəf müqavilənin icrasından imtina edə bilər. İddiaçı tərəfindən Müqavilənin xüsusən 3.4-cü maddəsinin pozuntusu cavabdehə məlum olmuş, bu səbəbdən Scavabdeh müqavilənin icrasından imtina etmişdir və iddiaçı tərəfindən icra edilməsi iddia edilən xidmətləri qəbul etməmişdir. Müqavilədə də iddiaçı tərəfindən icra edilən xidmətlərin qəbuluna dair konkret qayda nəzərdə tutulmuşdur. Xüsusən Müqavilənin 2.2-ci maddəsinə müvafiq olaraq mallar və xidmətlər təhvil-təslim aktına müvafiq olaraq təhvil alınır. Cavabdeh əksər xidmətlər barədə təhvi-təslim aktı adlanan sənəd imzalamamışdır. Bu səbəbdən cavabdehin iddiaçıya iddia edilən məbləği ödəmək öhdəliyi yaranmamışdır. Ödəniş öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi Müqavilə əsasında cavabdehin iddiaçı qarşısında hər hansı ödəniş öhdəliyi yaransa belə, Müqavilənin 8.5-ci maddəsinə müvafiq olaraq cavabdeh iddiaçıya ödənilməli olan məbləğdən tutmaq hüququna malikdir. İddiaçının pozuntuları nəticəsində cavabdehə dəyən zərərin məbləği iddiaçının tələb etdiyi məbləğdən çox yuxarıdır. Bu səbəbdən də, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi qalmır. Birinci instansiya məhkəməsi aşağıdakı maddi hüquq normalarını tətbiq etməmiş və ya düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilənin 3.4.4-cü maddəsi pozulmuşdur. Əsas məqamlardan biri müqavilənin 3.4.4-cü maddəsində nəzərdə tutulan “maraqları qorumaq” ifadəsi ilə bağlıdır. Müqavilənin 3.4.4-cü maddəsinə əsasən iddiaçı cavabdehin maraqlarını qorumalı və reputasiyasına zərər vurmamalı idi. Müqavilənin 3.4.4-cü maddəsində nəzərdə tutulan cavabdehin maraqlarının qorunması özündə cavabdehin maraqlarına zərər vurmamağı ehtiva edir. Əks halda - əgər bir tərəf digərinin maraqlarına zidd olaraq hərəkət edə bilərsə “maraqları qorumaq” öhdəliyin mənası olmaz və bu öhdəliyin mahiyyətinə zidd olar. Bir şəxsin üzərində digərinin “maraqlarını qorumaq” öhdəliyi daha genişdir və özündə digərinin müqavilənin icrası ilə bağlı maraqlarına zərər vuracaq əməllərdən çəkinməyi də nəzərdə tutur. Bu həmçinin Mülki Məcəllənin 425ci maddəsində də irəli gəlir. İddiaçı isə müqavilənin 3.4.4-cü maddəsinə zidd olaraq xidmətlərini cavabdehin əsas müştərilərindən olan Bue Caspian və onun hüquqi varisləri olan Topaz Marine və P&O Marine Logistics (eyni qurum, eyni şəxslərdir) şirkətinə təklif etmiş və xidmətləri icra etmişdir. Bunlar müqavilənin qüvvədə olduğu müddətdə baş vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və iddiaçı tərəfindən inkar edilməyən faktlardan da görünür ki, cavabdehə “Caspian Challanger – Defect Report – X8 Spooling HYD motor” adlı sifariş daxil olmuşdur. Sifarişin məğzi gəminin (“Caspian Challenger” adlı) bir avadanlığında su axıntısının olması və bunun təmir edilməsidir. Müqavilə və işgüzar əlaqələrə uyğun olaraq cavabdeh tapşırığın icrası üçün iddiaçıya sifariş vermiş, sonunci isə sifarişi cavabdehi yan keçməklə, birbaşa icra etmişdir və 14 sentyabr 2023-cü il tarixli email ilə bunu etiraf etmişdir. İddiaçı açıqca cavabdehin maraqlarına zidd hərəkət etmiş, müqavilənin icrasında vicdansız davranmış, cavabdehin maraqlarını qorumaq öhdəliyini pozmuş və zərər vurmuşdur. Göstərilən hallar Mülki Məcəllənin 442-ci maddəsinə əsasən iddiaçı tərəfindən öhdəliyin pozulmasına dəlalət edir. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə müvafiq olaraq iddiaçı bu pozuntu nəticəsində cavabdehə dəyən zərəri ödəməlidir. Həmçinin, müqavilənin digər müddəalarına olduğu kimi 3.4.4-cü maddəyə də vicdanlıq prinsipi şamil edilir və bu maddə hansı əməllərin şəxsin maraqlarını qorumaq öhdəliyinin pozulması hesab edilməsini izah etməkdə yardım edər. Xüsusən tərəf öhdəliyini “lazımi şəkildə, öhdəliyin şərtlərinə və... işgüzar adətlərə” zidd icra etdikdə, müqavilənin məqsədlərinə çatmağa maneəçilik yaradan hər hansı əməli yerinə yetirdikdə vicdansız davranmış olar. Mülki Məcəllənin 404-cü maddəsinə müvafiq olaraq müqavilə təfsir olunarkən məhkəmə bir sıra faktorlarla yanaşı həmçinin tərəflər arasında yaranan praktikanı nəzərə almalıdır. Bu işdə cavabdeh və iddiaçı arasında yaranan praktika mövcud olmuş və bu praktikanın davam etməsi üçün iddiaçı cavabdehin maraqlarına zidd olaraq cavabdehin ona yaratdığı imkandan sui-istifadə edərək xidmətlərini müştəriyə birbaşa təklif etməməli idi. İddiaçı tərəfindən hüquqdan sui-istifadə edilmişdir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən “digər tərəfin güvəndiyi və ya güvənmiş oluduğu rəftara zidd hüququn həyata keçirilməsi” hüquqdan istifadə hesab edilir. Həmçinin həmin Məcəllənin 560.3.1-ci maddəsinə əsasən qeyri-qanuni və ya müqaviləyə zidd olaraq hüquqların həyata keçirilməsi hüquqdan sui istifadə hesab edilir. Cavabdehi yan keçərək xidmətlərini təklif etməklə iddiaçı cavabdehin etibar etdiyi iddiaçı ilə aralarında bərqərar olan işgüzar davranışa zidd hərəkət etmiş. Əlavə olaraq bunu müqavilənin şərtini (3.4.4 və 3.4.5-ci maddələri) pozmaqla etmişdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui istifadəyə yol verilmir – yəni belə bir əməl qanunsuzdur. İddiaçının bu əməli müqavilə pozuntusundan əlavə və müstəqil olaraq delikt hesab edilir (Mülki Məcəllənin 1096.1-ci maddəsi). İddiaçının əməli hüquqa zidd olmuş, təqsirli olmuş və cavabdehə zərər vurmuşdur. Həmçinin, iddiçı müqavilənin 3.5.5-ci maddəsində göstərilən konfidensiallıq öhdəliyini pozmuşdur. Həmin maddəyə əsasən iddiça cavabdehlə aralarında olan əlaqəni gizli saxlamalı və üçüncü şəxslərə ötürməməlidir. Cavabdehin Bue Caspian (Topaz, sonra P&O Logistics) kimi müştəriləri onlara göstərilən xidmətlərin məhz cavabdeh tərəfindən icra olunduğunu bilirdilər. Bu müştərilərin xidmətlərin icrasında iddiaçının rolu barədə məlumatı onlara ancaq iddiaçı özü bu və ya digər formada ötürə bilər və belə nəticəyə gəlmək olar ki, bunu da etmişdir. Əks halda cavabdehin müştərilərinin iddiaçıdan xəbərləri olmazdı. Nəticədə, iddiaçı müqavilənin 3.4.5-ci maddəsində nəzərdə tutulan konfidensiallıq öhdəliyini pozmuş və bu pozuntu cavabdehə zərər vurmuşdur. Həmçinin, Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə müvafiq olaraq öhdəlik “lazımi şəkildə, öhdəliyin şərtlərinə və... işgüzar adətlərə” uyğun icra edilməli, tərəflər müvaqavilənin yerinə yetirilməsinə birgə zəmin yaratmalı, müqavilənin məqsədlərinə çatmağa maneəçilik törədəcək əməllərdən çəkinməlidirlər. Tərəflər arasında olan müqavilələr qarışıq əlamətli müqavilədir – bu müqavilələr özündə podrat və tapşırıq müqavilələrin əlamətlərini cəmləşdirir. Bir tərəfdən iddiaçı müəyyən işləri icra etməli (podrat), digər tərəfdən bunu cavabdehin tapşırığı əsasında digər şəxs üçün icra etməlidir (tapşırıq). Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırıqları vicdanla icra etməli və tapşıranın haqlımənafelərini qorumalıdır. İddiaçı bu qaydalara açıqca zidd hərəkət etmişdir. Xidmətləri cavabdehi yan keçməklə və birbaşa onun müştərilərinə təklif etməklə iddiaçı vicdanlıq prinsipinə və cavabdehin haqlı maraqlarına zidd hərəkət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 1.3-cü maddələrinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 17.Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
20. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 24.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 25.Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 26.Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 27.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
29. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
30. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
31. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
34. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda (443.0.1); iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə (443.0.7).
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmədiyni nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın qismən təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
38. İlk olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxsin filialı olduğundan) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
39. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
40. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda (443.0.1); iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə (443.0.7).
41. İşin halları ondan ibarətdir ki, xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxs olan cavabdehin Azərbaycan Respublikasında filialı var, həmçinin tərəflər arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsinin 5.2-ci bəndində müəyyən edilmişdir ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
42. Tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, SNMR010123 nömrəli alqısatqı müqaviləsinin 11.3-cü bəndində də müəyyən edilmişdir ki, tərəflər otuz (30) gün ərzində qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə, tərəflərdən hər biri mübahisənin həlli üçün Azərbaycan Respublikasının aidiyyatı olan məhkəməsinə müraciət edə bilər.
43. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.
44. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
45. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2 və 1.3-cü maddələrinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
46. Tərəflər arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, ********* saylı alqı-satqı müqaviləsinin 5.2-ci bəndində və 01 fevral 2023-cü il tarixli, SNMR010123 nömrəli alqı-satqı müqaviləsinin 11.1-ci bəndində də müəyyən edilmişdir ki, müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
47. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.
48. Mübahisənin mahiyyətinə dair isə kollegiya aşağıdakıları qeyd edir.
49. Tərəflər arasında xx.xx.2019-cu il tarixli, ********* nömrəli və xx.xx.2023-cü il tarixli, SNMR010123 nömrəli alqı-satqı müqavilələrinin bağlanması və həmin müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh Azərbaycan Respublikasındakı Filialının sifarişləri ilə xidmətlər göstərməsi və mallar təqdim edilməsi işin mübahisəsiz hallarını təşkil edir.
50. Kollegiya qeyd edir ki, həmin müqavilələr alqı-satqı müqaviləsi kimi adlandırılsa da, müqavilələrdə həm malların alqı-satqısı, həm də xidmətlərin yerinə yetirilməsi (gəmilərin təmir edilməsi) nəzərdə tutulmuşdur.
51. Qeyd olunanları nəzərə alaraq, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr Mülki Məcəllənin 390.4-cü maddəsində nəzərdə tutulmuş və özündə alqı satqı və podrat münasibətlərinin ünsürlərini əhatə edən qarışıq müqavilədir.
52. Bu baxımdan və tərəflər arasında bağlanmış müqavilələrdə müəyyən edilən ödəniş şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4 və 753.1-ci maddələri əşkil edir.
53. Hazırki işdə də, ilk iddia tələbləri üzrə həmin maddələrin dispozisiya şərtlərinin mövcüdluğu müəyyən edilir.
54. Belə ki, İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 186.257,60 manat olmaqla, o cümlədən: 4.705,84 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 884910 nömrəli, 3.613,16 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 040471 nömrəli, 17.664,25 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 475067 nömrəli, 15.531,03 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 198919 nömrəli, 7.037,52 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 988161 nömrəli, 900 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 013565 nömrəli, 10.376,39 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 414864 nömrəli, 2.350,01 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 397485 nömrəli, 18.221,80 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 458867 nömrəli, 1298 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 398834 nömrəli, 2.839,38 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 423847 nömrəli, 818,92 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 426034 nömrəli, 3.939,68 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 004435 nömrəli, 5.834,39 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 432653 nömrəli, 2301 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 611195 nömrəli, 2.062,05 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 628268 nömrəli, 7.885,37 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 017064 nömrəli, 3.681,60 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 030081 nömrəli, 5.854,12 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 027945 nömrəli, 18.186,16 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 009163 nömrəli, 1.187,38 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 640550 nömrəli, 380,43 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 625107 nömrəli, 1.197,23 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 131649 nömrəli, 5.668,72 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 149729 nömrəli, 1062 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 020188 nömrəli, 8.212,80 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 703474 nömrəli, 700 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 003250 nömrəli, 1.500,02 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 016204 nömrəli, 350,46 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 283415 nömrəli, 8.049,96 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 264611 nömrəli, 16.714,70 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 426095 nömrəli, 2.089,13 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 446249 nömrəli, 2.779,14 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 643851 nömrəli, 1.264,96 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 267016 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
55. İyul 2021-avqust 2023-cü illərdə İddiaçı MMC tərəfindən yuxarıda göstərilən elektron qaimələrdə (ümumilikdə ƏDV daxil 186.257,60 manat dəyərində) əks olunmuş xidmətlərin (Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı (sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.)) dəyəri barədə SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Aida Tahirzadəyə) qiymət təklifləri təqdim edilmiş və SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 186.257,60 manat dəyərində (hətta daha çox məbləğdə) xidmətlərin göstərilməsinə dair alış sifarişləri vermişlər).
56. 2021-2023-cü illəri əhatə edən dövrləri əks etdirən yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatlardan görünür ki, İddiaçı MMC tərəfindən SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra xidmətlər (Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı (sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.)) göstərilmişdir. Hesabatlar İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (SİEMNAR) möhürü vurulmaqla imzalarla təsdiq edilmişdir.
57. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat olmaqla, o cümlədən: 351,35 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 536534 nömrəli, 1.034,86 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 124428 nömrəli, 1.661,44 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 272891 nömrəli, 88,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 618755 nömrəli, 566,40 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 526028 nömrəli, 484,98 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 918421 nömrəli və 402,14 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 705121 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
58. İddiaçı MMC tərəfindən 2023-cü il fevral-avqust aylarında yuxarıda göstərilən elektron qaimələrdə (ƏDV daxil 4.589,67 manat dəyərində) əks olunmuş xidmətlərin (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) dəyəri barədə SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Orxan Babayevə) qiymət təkliflərini təqdim etmiş və SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat dəyərində mallara dair alış sifarişləri verilmişdir.
59. 2023-cü il fevral-sentyabr aylarını əhatə edən dövrləri əks etdirən təchizat sifarişlərindən görünür ki, 4.589,67 manat dəyərində elektron qaimələrdə əks olunmuş mallar (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) alıcıya təqdim edilmişdir. Təchizat sifarişləri İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (SİEMNAR) imzalar ilə, o cümlədən İddiaçı MMC-nin möhürü vurulmaqla təsdiq edilmişdir.
60. 27.09.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən FFE JN 12108 rev1 saylı sifariş üzrə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ( Qanuni nümayəndə) Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı aradan qaldırılması xidmətləri ilə bağlı ƏDV xaric 6140 manat məbləğində qiymət təklifi verilmişdir.
61. xx.xx.2023-cü il tarixli SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Orxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (Elektron ünvan 2; sales.baku@fluidforceengg. com və s.) arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi (Orxan Babayev) İddiaçı MMC-yə (Fəqana) müraciət edərək telefon söhbətinin əsasında yenilənmiş işlər (Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı – SR **********78 və akkumulyatorun quraşdırılması – 6140 manat və s.) üçün e-qaimənin göndərilməsi tələb etmişdir.
62. İddiaçı MMC tərəfindən (ƏDV daxil 6.354,19 manat (ƏDV xaric 5384,91 manat) dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 011330 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.
63. 03.01.2023-cü il tarixli yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatdan görünür ki, İddiaçı MMC tərəfindən SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra (FFE JN 12108) xidmətlər (ox köhnə motorun dişli valından çıxarılmış, ox təmizlənərək yeni motora quraşdırılmış və s.) göstərilmişdir. Hesabat İddiaçı MMC-nin möhürü vurulmaqla imza ilə təsdiq edilmişdir.
64. Qeyd olunan sübutları qiymətləndirərərk kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə cəmi ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi cavabdeh tərəfindən verilmiş sifarişlər, iddiaçı tərəfindən verilmiş qiymət təklifləri, tərəflərin e-mail yazışmaları və hər iki tərəfin təsdiqlədikləri yoxlama, xidmət və tapşırıqların tamamlanması barədə hesabatlar və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimə-fakturalarla təsdiq olunur.
65. Tapşırıqların tamamlanması barədə hesabatları onların adından imzalamış Orxan Babayevin səlahiyyətinin olmaması barədə cavabdehin istinad etdiyi dəlillər isə əsaslı hesab edilmir. Belə ki, Orxan Babayev tərəfindən imzalanmış tapşırıqların tamamlanması barədə hesabatların əksəriyyətinə cavabdehin möhürü vurulmuş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdehin adından iddiaçı ilə e-mail yazışmaları da cavabdehin rəsmi domenində qeydiyyata alınmış e-mail ünvanı (Elektron ünvan 1) vasitəsilə məhz Orxan Babayev tərəfindən aparılmışdır.
66. Bundan əlavə, xidmətlərin göstərilməsi (malların verilməsi) yalnız tapşırıqların tamamlanması barədə hesabatlar ilə deyil, yuxarıda göstərilən sübutların məcmusu ilə öz təsdiqini tapır.
67. Bəzi xidmətlərlə (mallarla) bağlı tapşırıqların tamamlanması barədə hesabatların olmaması, yalnız “təchizat sifarişi” adında sənədlərin olması, eləcə də bəzi tapşırıqların tamamlanması barədə hesabatlarda cavabdehin adından imzanın olmaması barədə cavabdehin dəlilləri də əsaslı deyil. Belə ki, iş materiallarında cəmi 4589,67 manat dəyərində olan malların təqdim edilməsinə dair “tapşırıqların tamamlanması barədə hesabatlar” olmasa da, həmin malların təqdim edilməsi ilə bağlı “Təchizat sifarişi” adında hər iki tərəfin imzaladıqları sənədlər mövcuddur. Həmin sənədlərdə “Təhvil aldı” və “Təhvil Verdi” qrafalarının olması isə sözügedən sənədlərin mahiyyət etibarilə maların təhvil-təslim aktları olmasını təsdiqləyir. Bundan əlavə, sözügedən malların təqdim edilməsinin “Tapşırığın yerinə yetirilməsinə dair hesabat”larla deyil, “Təchizat sifarişi” adlı sənədlə rəsmiləşdirilməsi həmçinin onunla izah edilir ki, “Təchizat sifarişi” adlı sənədlər xidmətlərin göstərilməsinə dair tapşırığın yerinə yetirilməsi ilə bağlı deyil, məhz mal təchizatı ilə bağlı tərtib edilmişdir.
68. Cavabdeh tərəfindən imzalanmamış bir ədəd tapşırığın tamamlanması haqqında hesabata (sifariş N FFE JN 12108) və onun əsasında verilmiş 6.354,19 manat dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 011330 nömrəli elektron qaiməyə dair qeyd edilir ki, xx.xx.2023-cü il tarixli SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Orxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (Elektron ünvan 2; sales.baku@fluidforceengg. com və s.) arasında aparılmış e-mail yazışmalarına əsasən cavabdehin özü həmin elekron qaimənin (Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı aradan qaldırılması ilə bağlı) göndərilməsini xahiş etmişdir. Odur ki, həmin qaimədə göstərilən xidmətlərin göstərilməsi faktı da sübuta yetirilir.
69. Göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması və qüsurlu xidmətlərin göstəilməsinin xidmətlərin göstərilməməsinə bərabər olması barədə cavabdehin istinad etdiyi dəlillərə dair qeyd edilir ki, göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə bağlı cavabdehin iddiaçıya hər hansı bir formada irad bildirməsi, qüsurların aradan qaldırılmasını və ya xidmət haqqının məbləğinin azaldılmasını tələb etməsi hər hansı sübutla təsdiq edilmir. Əksinə işdə olan sənədlərdən görünür ki, cavabdeh mübahisəli xidmətlərin tamamlanması barədə hesabatları qüsurların olmasına dair qeyd aparmadan imzalamaqla göstərilmiş xidmətləri qüsursuz olaraq qəbul etmişdir. Odur ki, göstərilmiş xidmətlərin keyfiyyətsizliyi ilə bağlı dəlillər də əsaslı deyil.
70. Əlavə olaraq, ilk iddia ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi Qanuni nümayəndə İddiaçı MMC-yə olan borcu təsdiq etmiş, sadəcə daxili araşdırma aparılmasına görə məbləğlə bağlı razılaşmadıqlarını qeyd etmişdir.
71. Qeyd olunanalara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi təsdiq edildiyindən, iddiaçı Mülki Məcəllənin 600.4 və 753.1-ci maddələrinə əsasən cavabdehdən ƏDV daxil 197.201,46 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
72. Qarşılıqlı iddia isə təmin edilə bilməz.
73. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
74. Hazırki işdə isə bu əsaslar mövcüdluğu öz təsdiqini tapmır.
75. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran hər hansı bir şərt mövcud deyildir.
76. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilənin təfsiri nəticəsində də belə şərtin mövcüd olması öz əsdiqini tapmır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməyib, iddiaçı isə belə razılaşmanın olmasını təsdiq etmir.
77. Cavabdehin istinad etdiyi müqavilə şərtləri isə iddiaçının cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz.
78. Belə ki, tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, SNMR010123 nömrəli müqavilənin 3.4.4-cü bəndinə görə satıcı alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq və reputasiyasına zərər vurmamaq öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən satıcı alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəflərə heç bir məlumat ötürməməlidir.
79. Kollegiya qeyd edir ki, tərəflər arasında işgüzar münasibətlərə görə iddiaçı cavabdehin sifarişi əsasında onun müştərilərinə xidmət göstərmişdir. Bu halda tərəflər arasında işgüzar münasibət və hər iki bəndin qarşılıqlı təhlili göstərir ki, iddiaçının öhdəliyi məhz üçüncü şəxslər qarşısında, yəni cavabdehin müştərilərinin qarşısında onun mənafeylərini qorumaq və reputasiyasına zərər vurmamaq, qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamaq və üçüncü tərəflərə heç bir məlumat ötürməməkdən ibarət olmuşdur. Başqa sözlə, iddiaçının öhdəliyi ondan ibarət olmuşdur ki, o, cavabdehi üçüncü şəxslərin qarşısında təmsil edərəkən vicdanlı hərəkət etməli idi. Bu baxımdan tərəflərin işgüzar münasibətini, istinad edilən bəndlərin təfsiri onu deməyə əsas verir ki, həmin bəndlər iddiaçını cavabdehin müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz.
80. Bu baxımdan, kollegiya qeyd edir ki, cavabdehin öz tələblərin əsası kimi istinad etdiyi halların (iddiaçının cavabdehin müştərisi olmuş şəxslə müqavilə bağlanması) mövcudluğu təsdiq edilsə belə həmin hal iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulmasına dəlalət etmir.
81. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia ərizəsində həmin bəndlərin tələblərinin iddiaçı tərəfindən pozulduğunu qeyd etsə də, həmin pozuntuya yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmiş və bu hərəkətlərin nədə ifadə olunmasını konkret göstərə bilməmişdir.
82. Yalnız apellyasiya icraatında cavabdehin nümayəndəsi qeyd etdi ki, iddiaçı cavabdehin müştərilərinə bildirmişdir ki, sifarişlərdə göstərilən işlərin yerinə yetirilməsi üçün cavabdehin texniki imkanları mövcüd deyil, həmin işləri yalnız iddiaçı yerinə yetirə bilər və ona görə də, sifarişləri birbaşa onların özlərinə versinlər.
83. İlk olaraq kollegiya qeyd edir ki, cavabdeh həmin faktları birinci instansiya məhkəməsində bildirilməmiş və onlara istinad edərək hər hansı sübut təqdim etməmişdir.
84. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
85. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
86. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə araşdırmanın aparılmaması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində 6 məhkəmə hazırlıq iclası və 3 məhkəmə baxış iclası keçirilmişdir. Məhkəmə hazırlıq iclaslarının audio-video yazılarından görünür ki, məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə dəlillər müzakirə edilmiş və sübutların təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi isə qarşılıqlı iddia üzrə yeni faktları göstərməmiş və əlavə sübutlarının olmadığını bildirmişdir.
87. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin pozulması barədə dəlillər əsassızdır.
88. Eyni əsaslara görə cavabdeh tərəfindən apellyasiya baxışında verilmiş şahidlərin dindirilməsi barədə vəsatətlər də təmin edilməmişdir.
89. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni faktların və sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
90. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
91. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi cavabdehin apellyasiya icraatında istinad etdiyi halları etiraf etmədi və bildirdi ki, gəmilərin təmir edilməsi və s. xidmətlər göstərilməsi ilə bağlı biznes fəaliyyəti spesifik sahə olduğu üçün həmin sahədə çox az və hamının tanıdığı şirkətlər fəaliyyət göstərir. Müştərilər də hansı şirkətlərin bu sahədə fəaliyyət göstərməsindən məlumatlıdırlar. Cavabdehin sifarişləri əsasında xidmət görsətdiyi şərkətlərə əvvəllər də xidmət göstərmişdir.
92. Cavabdehin “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə yazışmalarına dair qeyd edilir ki, həmin yazışmalar mahiyyət etibarı ilə iş üçün əhəmiyyətli hər hansı məlumatı vermir. Belə ki, cavabdehin iddiaçı ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında olan münasibətlə bağlı sonuncuya ünvanladığı sorğuya cavab olaraq “Bue Caspian Limited” şirkətinin nümayəndəsi Cəbrayıl Əsgərov (Jabrayil.AElektron ünvan 3) sorğuda qeyd edilən məlumatların konfidensiallıqla qorunduğuna görə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi cavabadehin təqdim etdiyi sübut iş üçün əhəmiyyətli olan hallar barədə hər hansı məlumat vermir.
93. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
94. Beləliklə, iddiaçı tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmədiyinə görə kollegiya hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.
95. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
96. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-710/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov