Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-799/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, e-2-2(113)-285/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X3 qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi, borcun ödənilməsi barədə ilk iddia və iddiaçı X2 cavabdeh İddiaçı MMCyə qarşı icarə müqaviləsinə xitam verilməsi, əşyaların qaytarılması, artıq ödənilmiş pulun qaytarılması tələblərinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir. Cavabdeh X4 ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə düzəliş olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, e-2-2(113)-285/2021 saylı qətnaməsində yol verilmiş yanlışlıq və açıq hesab səhvlərin düzəldilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli e-2-2(113)-285/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli e-2-2(113)-285/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi 02.03.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə iddiaçının ilk iddiasını qismən təmin edərək 663 manat məbləğində əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 713 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsini qət etmişdir. İddiaçı bu qətnamədəki məbləğlə qismən razı olduğu üçün apellyasiya şikayəti verməmişdir. Lakin daha sonra, yəni qətnamənin qəbul edildiyi tarixdən uzun müddət sonra məhkəmə 05.04.2021-ci il tarixli qərardadla 02 mart 2021-cu il tarixli qətnaməsində düzəlişlər edərək 148 manat məbləğində əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 198 manat məbləğində pul vəsaitinin X1 tutulması barədə qərardad qəbul etmişdir. Bu da qətnamədə göstərilən ilkin rəqəmlərlə müqayisədə 515 manat fərqə gətirib çıxardığından iddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Bütün bunları nəzərə alaraq iddiaçı apellyasiya şikayətini qətnaməyə düzəlişlər edilməsi barədə qərardad onun elektron kabinetinə yerləşdirilməsi tarixindən, yəni 18 aprel 2021-ci il tarixindən 1 ay müddətini gözləməklə, 16 may 2021-ci il tarixində vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə etdi, cavabdeh X4 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin 118-ci vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, e-2-2(113)-285/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6cı maddələrinin tələblərinə uyğun olaraq 10 mart 2021-ci il tarixdə saat 09:05-də iddiaçının nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş və həmin nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti 16 may 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 12 aprel 2021-ci il (10 aprel 2021-ci il qeyri-iş gününə düşdüyünə görə) tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 16 may 2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, həmin dəlillər Mülki Prosessual Məcəllənin 360-cı maddəsi ilə müəyyən edilən 1 aylıq müddətin ötürülməsini aradan qaldırmır və yalnız prosessual müddətin bərpası dəlilləri kimi iddiaçı tərəfindən gətirilə bilinər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-799/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-799/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver