Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-8/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 456/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı BOKT ASC və Cavabdeh2 MMC arasında imzalanmış 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən borcverən bu müqavilənin 1.4 bəndində göstərilən məqsəd üçün borcalana ümumi məbləği 150.000 manat təşkil edən 5 ay müddətinə tranşlarla kredit ayırır. Tərəflər arasında razılaşmaya əsasən ayrılmış kreditin bölgüsü tranşlarla aşağıdakı şəkildə təsdiq edilir. Hər tranş müştərinin ərizəsi əsasında tələb olunduğu təqdirdə onun bankda olan hesabına köçürülür. a) birinci tranş olaraq 50.000 manat, b) ikinci tranş olaraq 50.000 manat, c) üçüncü tranş olaraq 50.000 manat. 1.2 bəndə əsasən bu müqavilənin imzalanmasından keçən 5 (beş) bank günü ərzində hazırki müqavilənin 1.1. bəndində göstərilən məbləği borcalanın "xxxx" ASC-də olan hesabına köçürür. 1.3. bəndə əsasən tranşlarla ümumi məbləği 150000 (bir yüz əlli min) AZN təşkil edən kredit üzrə (1-ci tranş 50000 (əlli min) AZN. 2-ci tranş 50000 (əlli min) AZN. 3-cü tranş 50000 (əlli min) ən son ödəniş müddəti xx.xx.2022-ci il təyin edilsin. kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 19%-ni (on doqquz) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23,14%-ni (iyirmi üç tam yüzdə on dörd) təşkil edir. Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 19%-ni (on doqquz) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23,14%-ni (iyirmi üç tam yüzdə on dörd) təşkil edir.
2. İddiaçı BOKT ASC tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsi üzrə 14 oktyabr 2022 tarixinə borc haqqında arayışda Cavabdeh2 MMC-nin borcu 100.000 manat məbləğində birinci tranş üzrə 100.000 manat kreditə görə, 2.586 manat faiz borcu, 12.800 manat dəbbə pulu, 2.109,72 manat Mərkəzi Bank uçot dərəcəsi əsasında hesablanmışdır. 50.000 manat məbləğində ikinci tranş üzrə 50.000 manat qalıq borc, 1.611,11 manat faiz borcu, 6.650 manat dəbbə pulu, 1.108,68 manat Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcu hesablanmışdır.
3. xx.xx.2022 tarixli kredit tranşı üzrə ödəniş cədvəlindən məlum olur ki, sonuncu ödəniş tarixi xx.xx.2022 olmaqla aylıq 10.480 manat məbləğində ödəniş tərəflər arasında razılaşdırılmışdır.
4. xx.xx.2022 tarixli kredit tranşı üzrə ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2022 sonucu ödəniş tarixi olmaqla 20.960 manat məbləğində ödəniş tərəflər arasında razlaşdırılmışdır.
5. xx.xx.2022 tarixli 2103 nömrəli ödəniş tapşırğına əsasən 50.000 manat xx.xx.2022 tarixli müqavilə ödəniş təyinatı olmaqla İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
6. xx.xx.2022 tarixli 2127 nömrəli ödəniş tapşırğına əsasən 100.000 manat xx.xx.2022 tarixli müqavilə 2 və 3-cü tranşlar ödəniş təyinatı olmaqla İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
7. xx.xx.2022 tarixli 3284 saylı ödəniş tapşırığına əsasən 400 manat İddiaçı BOKT ASC tərəfindən Bakı “11” saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür.
8. İddiaçı BOKT ASC tərəfindən verilmiş xx.xx.2022 tarixinə hesabdan çıxarışdan məlum olur ki, 50.000 manat kredit üzrə cəmi 2.823,73 manat məbləğində, 100.000 manat məbləğində kredit üzrə isə cəmi 5.383,56 manat məbləğində kredit ödənişi aparılmışdır.
9. İddiaçı BOKT ASC “ipoteka saxlayan”, Cavabdeh1 “ipoteka qoyan”, Cavabdeh2 MMC “borcalan” olmaqla imzalanmış xx.xx.2022 tarixli 2022/00031- 01İP saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 otqalı 25 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
10. 4.1-ci bəndə əsasən ipoteka qoyanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir. əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamtlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 mənzil 25 olan 74 kv.m ümumi sahədən ibarət mənzil xx.xx.2022 tarixindən 5 ay müddətinə İddiaçı BOKT ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində istifadədə olan 0.068 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada yerləşən 61.5 kv.m yaşayış sahəsindən ibarət 3 otqali 25 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 224 nömrəli reystr kitabının 22587 nömrəli vərəqində qeydiyyata alınmışdır.
13. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC və Cavabdeh1 göndərilmiş bildiriş məktubunda 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixinə ümumilikdə 162.271,03 manat məbləğində borcun olduğu bildirilmiş, 21 gün ərzində borcun ödənilməsi təmin edilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydən alınması üçün müraciət edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022 tarixli **********01 saylı məktubla Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 2 saylı evin 25 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir.
15. İş üzrə ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi keçirilmiş, xx.xx.2023 tarixli 0112 nömrəli "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin verdiyi rəydə Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi, ev 2, 25 saylı mənzilin bazar dəyəri 177.000 manat, likvid dəyəri 159.300 manat müəyyən edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, 9/8553 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə Cavabdeh2 MMCnin müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, xx.xx.2022-ci il tarxə 5% hesablanmaqla əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, 5% ilə faiz borcu 708,34 manat, 2-ci tranş üzrə isə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 100.000 manat, faiz borcu 2.269,22 manat, xx.xx.2022-ci il tarxə illik 5% hesablanmaqla əsas borcu üzrə 100.000, faiz borcu 2.269,22 manat illik 5% hesablanmaqla faiz borcu 1416,66 manat müəyyən edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, 9/35xx-xx/3374 nömrəli ekspert rəyinə əsasən Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 2 ünvanında yerlşən 25 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 253.000 manat ( 3.417,0 x74), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən ( 253.000-10%) 228.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMCdən 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 50.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 1.161,11 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.650 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 1.108,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 58.919,79 manat məbləğində, 2-ci və 3-cü tranş üzrə isə kreditin əsas borcu üzrə 100.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2.586 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.800 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 2.109,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 117 495,72 manat məbləğində, ümumilikdə 176.415.51 manat borcun, mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 66.42 manat pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 150.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 176.415,51 manat borcun, mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 66.42 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00031-01 №-li krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 5 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 150 000 məbləğində tranşlarla krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişlərinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən qaydada 1-ci tranş olaraq 50 000, 2-ci və 3-cü tranş olaraq isə 100.000 manat məbləğində pul cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr № **********26-05101- 093001, Qeydiyyat № **********, tarix xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu xx.xx.2022-ci il tariхli, 2022/00031-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 150.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin 14 oktyabr 2022-ci il tarixinə: 1-ci tranş üzrə kreditin əsas borcu üzrə 50 000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 1.161,11 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.650 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 1 108,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 58.919,79 manat məbləğində, 2-ci və 3-cü tranş üzrə isə kreditin əsas borcu üzrə 100.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2.586 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.800 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanan 2.109,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 117.495,72 manat məbləğində borcu yaranmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-456/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə 50.000 (əlli min) manat əsas borc, 1.161,11 (bir min yüz altımış bir manat, on bir qəpik) manat faiz borcu 1.500 (bir min beş yüz) manat dəbbə pulu, 2-ci və 3-cü tranş üzrə 100.000 (bir yüz min) manat əsas borc, 2.586 (iki min beş yüz səksən altı manat) manat faiz borcu, 3.000 manat (üç min manat) dəbbə pulunun İddiaçı BOKT ASC-nin хеyrinə tutulması, Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin verilməsi üçün ödənilmiş 66,42 (altımış altı manat qırx iki qəpik) manat dövlət rüsumu və 400 (dörd yüz) manat mediasiya xərcinin İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdə, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin ilkin satış qiymətinin keçirilmiş qiymətləndirməyə uyğun olaraq 159.300 (bir yüz əlli doqquz min üç yüz manat) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 MMC arasında ümumilikdə 150.000 manat təşkil edən 5 ay müddətinə tranşlarla kredit verilməsi barədə kredit müqaviləsi imzalanmışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 daşınmaz əmlakı ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizlər müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddianın krеdit razılaşması üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə cavabdehin kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Bundan əlavə Cavabdeh2 MMC məhkəmə iclasaları barədə məlumatlı olsa da iddia tələbini mübahisələndirməmişdir. Belə olan halda isə Cavabdeh2 MMC-dən 1-ci tranş üzrə əsas borcdan 50.000 manat, 1.161,11 manat məbləğində faiz borc, 2-ci və 3-cü tranş üzrə isə əsas borcu üzrə 100.000 manat 2.586 manat məbləğində faiz borcu tutulmalıdır. İddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə 1-ci tranş üzrə 6.650 manat, 2 və 3-cü tranş üzrə isə 12.800 manat məbləğində dəbbə pulunun da tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında imzalanmış 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% (sıfır tam onda bir) faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) Müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh2 MMC-dən 1-ci tranş üzrə 1.500 manat, 2 və 3-cü tranş üzrə 3.000 manat dəbbə pulu tutulmalıdır. Bundan başqa iddiaçı Cavabdeh2 MMC-dən AR Mərkəzi Bankının faiz uçot dərəcəsinə uyğun olaraq 1-ci tranş üzrə 1.108,68 manat məbləğində faiz borcu, 2 və 3-cü tranş üzrə isə 2.109,72 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə müddəti bitdikdən sonrakı tarixlərdə ona ayrılmış kredit vəsaitlərdən hər-hansı formada istifadə etməsini təsdiq edən hallar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Bundan başqa iddiaçı iddia tələbində tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti borcun, mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsini də tələb etmişdir.
22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 319.1, 385.1, 425.1, 442, 443.1, 448.1-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.9, 119.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-456/2023 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2-2(113)-456/2023 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Məhkəmə heç bir əsas olmadan cavabdehdən əlavə olaraq 3000 manat cərimənin tutulmasını qət etmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən və iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən borcluya faizlərin hansı qaydada hesablandığı, həmin faiz məbləğinin hansı əsasla həmin miqdarda göstərildiyi də qeyd edilməmiş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulsa da, birinci instansiya məhkəməsi öz qətnaməsində bunların heç birinə diqqət yetirməmişdir. Həmçinin, qətnamədə ödənilməli olan dəbbə pulunun da miqdarı həddən artıq şişirdilmiş məbləğdə göstərilmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin Bakı Kommersiya Məhkəməsinin qətnaməsində ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin ilkin satış qiyməti 159.300 manat müəyyən edilmişdir. Halbuki bu qiymət həmin ərazidə təkcə torpaq sahələrinin qiymətidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyini əsas götürmüşdür ki, həmin rəy mənzilin real bazar qiymətini nəinki əks etdirmir, hətta dəyərindən dəfələrlə aşağı qiymətləndirilmişdir. Belə ki, cavabdehə məxsus olan fərdi yaşayış evi tam təmirli olmaqla yanaşı şəhər ərazisində yerləşir. Həmin evin hazırki bazar dəyəri orta hesabla 200.000-250.000 manat arasında dəyişir. Göründüyü kimi həmin rəy reallığı əks etdirmir və mülkiyyətçi kimi cavabdehin hüquqlarını pozmaqla yanaşı iddiaçının maraqlarını qoruyur. Bu isə bir daha sübut edir ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı bərabərlik prinsipinə riayət edilmədən qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir. Halbuki kommersiya mübahisəsi üzrə məhkəmə işində Cavabdeh1 cavabdeh tərəf olmasına baxmayaraq proses barədə tərəfindən heç bir məhkəmə bildirişi alınmamış, məhkəmə prosesində iştirak və çıxış etmək, etiraz və vəsatətlər vermək hüquqları pozulmuşdur. Bununla da Bakı Kommersiya Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz məhkəmə icraatı həyata keçirilmişdir. Konstitusiyanın 60-cımaddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərəbərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Lakin, hazırki iş üzrə birinci insansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 24 noyabr 2005-ci il tarixli qərarının 5 və 17-ci bəndlərində göstərilmişdir ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipiəsasında həyata keçirilməsi (127-cimaddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsiçəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri).
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-456/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir.
33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC və Cavabdeh2 MMC arasında imzalanmış 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən borcverən bu müqavilənin 1.4 bəndində göstərilən məqsəd üçün borcalana ümumi məbləği 150.000 manat təşkil edən 5 ay müddətinə tranşlarla kredit ayırmışdır. Tərəflər arasında razılaşmaya əsasən ayrılmış kreditin bölgüsü tranşlarla aşağıdakı şəkildə təsdiq edilmişdir. Hər tranş müştərinin ərizəsi əsasında tələb olunduğu təqdirdə onun bankda olan hesabına köçürülür. a) birinci tranş olaraq 50.000 manat, b) ikinci tranş olaraq 50.000 manat, c) üçüncü tranş olaraq 50.000 manat. 1.2 bəndə əsasən bu müqavilənin imzalanmasından keçən 5 (beş) bank günü ərzində hazırki müqavilənin 1.1. bəndində göstərilən məbləği borcalanın "xxxx" ASC-də olan hesabına köçürür. 1.3. bəndə əsasən tranşlarla ümumi məbləği 150000 (bir yüz əlli min) AZN təşkil edən kredit üzrə (1-ci tranş 50000 (əlli min) AZN. 2-ci tranş 50000 (əlli min) AZN. 3-cü tranş 50000 (əlli min) ən son ödəniş müddəti xx.xx.2022-ci il təyin edilsin. kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 19%-ni (on doqquz) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23,14%-ni (iyirmi üç tam yüzdə on dörd) təşkil edir. Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 19%-ni (on doqquz) təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23,14%-ni (iyirmi üç tam yüzdə on dörd) təşkil edir. xx.xx.2022 tarixli kredit tranşı üzrə ödəniş cədvəlindən məlum olur ki, sonuncu ödəniş tarixi xx.xx.2022 olmaqla aylıq 10.480 manat məbləğində ödəniş tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2022 tarixli kredit tranşı üzrə ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2022 sonucu ödəniş tarixi olmaqla 20.960 manat məbləğində ödəniş tərəflər arasında razlaşdırılmışdır. xx.xx.2022 tarixli 2103 nömrəli ödəniş tapşırğına əsasən 50.000 manat xx.xx.2022 tarixli müqavilə ödəniş təyinatı olmaqla İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə məxsus bank hesabına köçürülmüşdür. İddiaçı BOKT ASC “ipoteka saxlayan”, Cavabdeh1 “ipoteka qoyan”, Cavabdeh2 MMC “borcalan” olmaqla imzalanmış xx.xx.2022 tarixli 2022/00031 01İP saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 otqalı 25 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində istifadədə olan 0.068 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada yerləşən 61.5 kv.m yaşayış sahəsindən ibarət 3 otqali 25 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 224 nömrəli reystr kitabının 22587 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC və Cavabdeh1 göndərilmiş bildiriş məktubunda 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixinə ümumilikdə 162.271,03 manat məbləğində borcun olduğu bildirilmiş, 21 gün ərzində borcun ödənilməsi təmin edilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydən alınması üçün müraciət edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022 tarixli **********01 saylı məktubla Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 2 saylı evin 25 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 9/8553 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə Cavabdeh2 MMCnin müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, xx.xx.2022-ci il tarxə 5% hesablanmaqla əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, 5% ilə faiz borcu 708,34 manat, 2-ci tranş üzrə isə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 100.000 manat, faiz borcu 2.269,22 manat, xx.xx.2022-ci il tarxə illik 5% hesablanmaqla əsas borcu üzrə 100.000, faiz borcu 2.269,22 manat illik 5% hesablanmaqla faiz borcu 1416,66 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/35xx-xx/3374 nömrəli ekspert rəyinə əsasən Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 2 ünvanında yerlşən 25 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 253.000 manat ( 3.417,0 x74), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən ( 253.000-10%) 228.000 manat məbləğində müəyyən edilmişdir.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsində qət edilən dəbbə pulu dəyişdirilməməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəsatəti əsasında apellyasiya instansiyasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8553 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, xx.xx.2022-ci il tarixə 5% hesablanmaqla əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, 5% ilə faiz borcu 708,34 manat, 2-ci tranş üzrə isə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2022-ci il) olan əsas borcu 100.000 manat, faiz borcu 2.269,22 manat, xx.xx.2022-ci il tarxə illik 5% hesablanmaqla əsas borcu üzrə 100.000, faiz borcu 2.269,22 manat illik 5% hesablanmaqla faiz borcu 1416,66 manat müəyyən edilmişdir. Ona görə də 1-ci instansiya məhkəməsinin qətnaməsi həmin ekspert rəyində qeyd olunan məbləğlərə münasibətdə dəyişdirilməlidir.
36. Həmçinin cavabdehin vəsatəti əsasında apellyasiya instansiyasında keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/35xx-xx/3374 nömrəli ekspert rəyinə əsasən Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 2 ünvanında yerlşən 25 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 253.000 manat ( 3.417,0 x74), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən ( 253.000-10%) 228.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən olnması hissəsində dəyişdirilməli və ilkin satış qiyməti 228.000 manat məbləğində müəyyən edilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə bağlı apellyasiya şikayətində irəli sürülən bəzi dəlillər əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-456/2023 nömrəli qətnaməsi Cavabdeh2 MMC-dən 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə 1.161,11 (bir min yüz altımış bir manat, on bir qəpik) manat faiz borcu, 2-ci və 3-cü tranş üzrə 2.586 (iki min beş yüz səksən altı manat) manat faiz borcunun tutulması”, “mənzilin ilkin satış qiyməti keçirilmiş qiymətləndirməyə uyğun olaraq 159.300 (bir yüz əlli doqquz min üç yüz manat) manat müəyyən edilməsi” və “66,42 (altımış altı manat qırx iki qəpik) manat dövlət rüsumu” hissəsində dəyişdirilsin. Cavabdeh2 MMC-dən 02 fevral 2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən 1-ci tranş üzrə 1.134,60 (bir min yüz otuz dörd manat, altmış qəpik) manat faiz borcu, 2-ci və 3-cü tranş üzrə 2.269,22 (iki min iki yüz altmış doqquz manat, iyrimi iki qəpik) manat faiz borcu İddiaçı BOKT ASC-nin хеyrinə tutulsun. İpoteka predmetinə tutma yönəldildikdə, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilin ilkin satış qiyməti keçirilmiş qiymətləndirməyə uyğun olaraq 228.000 (iki yüz iyrimi səkkiz min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.9 (qırx yeddi manat, doxsan qəpik) manat dövlət rüsumu İddiaçı BOKT QSCnin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.