Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-801/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-290/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh6, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq cavabdеhlər Cavabdehlər Cavabdeh6bdan, Cavabdeh4, X1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə kreditə görə 956946,42 (doqquz yüz əllialtı min doqquz yüz qırx altı manat 42 qəpik) AZN, faiz borcuna görə 60332,02 AZN, cərimə borcuna görə 75186,62 AZN, cəmi 1092465,06 AZN, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 360 manat, mediasiya xərci kimi ödənilmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 537 manat pulun, İddiaçı ASC-nin xeyrinə tutulması; Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 12, ünvanında yerləşən 248 kv.m. ümumi sahədən ibarət 59 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, Cavabdeh1 MMC-nin və Cavabdeh6 mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 114,6 kv.m. ümumisahəsi olan 64A nömrəli qeyri-yaşayış binası – İdarəetmə mərkəzinə, 0,5454 ha torpaq sahəsi ilə birlikdə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektiev 5 ünvanında yerləşən 58,50 kv.m. ümumi sahədən ibarət 36 nömrəli mənzilə, tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 4 ünvanında, mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən193,4 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və tam mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində istifadədə olan 0,1858 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 9 mərtəbəli binanın 9-cu girişində, 2-ci mərtəbəsində yerləşən 79,18 kv.m. ümumi sahədən ibarət 5 otaqlı 130 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh6 xx.xx.2019-cu il tarixli, SKS-0033 saylı kredit müqaviləsi üzrə cəmi 1092465,06 AZN borcunun, dövlət rüsumu, mediasiya xərci və xidmət haqqı kimi ödənilmiş cəmi 1697 manat məbləğində pulun ödənilməsi; 3. ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh6 Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-290/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edimişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-290/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda dövlət rüsumu 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 1.092.465,06 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 1336,24 manat dövlət rüsumunun 50 faizi, yəni 668,12 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, cavabdehlər apellyasiya şikayəti verərkən cəmi 268 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-290/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-290/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin, iş həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-801/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-801/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver