Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-803/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, istifadə hüququnun itirilmiş hesab edilməsi, əmlakdan çıxarılma, əmlakın boşaldılması və təhvil verilməsi ”tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh3 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 2018-ci il 13 noyabr tarixli, 6-BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə banka 185.061 ABŞ dolları əsas, 16.873,03 ABŞ dolları faiz, 6.908,68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 208.842,71 ABŞ dolları məbləğində borcunun və 245,03 manat ödənilmiş dövlət rüsumunun, 400 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, borcun əvəzi "xxxx" MMC-yə məxsus № 6-BlZ-1-0-211-18 saylı, 13 noyabr 2018-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş “Dark Ride 8 seats” avadanlığına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m. ümumi sahə, 61,4 kv.m. yaşayış sahəsi və 57,5 kv.m. yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 13 noyabr tarixli, 6- BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə 185.061 ABŞ dolları əsas, 16.873,03 ABŞ dolları faiz borcu, 6.908,68 ABŞ dolları dəbbə pulu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) tutulması, Cavabdeh3, "xxxx" MMC-dən, Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar 245.03 manat ödənilmiş dövlət rüsumunun, 400 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118.9 kv.m ümumi sahə, 61.4 kv.m yaşayış sahəsi və 57.5 kv.m yardımçı sahədən ibarət 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklar eyni zamanda girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığı açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, satışdan artıq qalan vəsait ipoteka qoyana və girov qoyana qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 136a/236a saylı bağ sahəsində yerləşən torpaq sahəsinin ilkin satış qiymətinin 95.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi Y.Əsədullayev küçəsi 15K fərdi yaşayış evinin ilkin satış qiymətinin 360.000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Bu qərardaddan Cavabdeh3 şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı Kommersiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, həmin iş üzrə cavabdeh "xxxx" MMC-nin xx.xx.2023cü il tarixdə apellyasiya şikayətinin daxil olduğu bildirilmiş və qeyd edilən şikayətə baxılması üçün mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı ASC və "xxxx" MMC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər, cavabdehlər Cavabdeh1 yə Cavabdeh3 isə məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməsi hissəsində ləğv edilməli, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməsi hissəsində ləğv edilsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-803/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-803/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver