Məhkəmə qərarları › İş №2-2(103)-806/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-806/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-806/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X9” Bankının cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qətnamənin şəxsin mənafeyinə toxunmaması, apellyasiya şikayətinin qeyri-mümkünlüyü) hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “X9” Bankının nümayəndəsi (vəkili) Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə “X9” Bankının Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. “X9” Bankı ilə "xxxx" MMC arasında 21 noyabr 2009-cu il tarixdə 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi bağlanmış, müqaviləyə, onun tərkib hissəsi olan əlavələrə, qoşmalara, aktlara, eləcə də “X9” Bankı, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış layihə üzrə tikinti quraşdırma işlərinin yekunlaşdırılmasının maliyyələşdirilməsi barədə üçtərəfli “Nəsimi Bakı” layihəsi üzrə tikintiquraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 255 saylı 16 may 2008-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov- 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli “Nəsimi Bakı” yaşayış binasının inşasının maliyyələşməsi ilə bağlı qarşılıqlı haqq-hesab, eləcə də “X9” Bankı, “115 Yol İnşaatı və Tikinti "xxxx"i” QSC, "xxxx" MMC arasında 02 fevral 2016-cı ildə Tehranda imzalanmış barışıq sazişi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin depozit hesabına “X12”ın Bakı filialındakı hesabından iddiaçının tapşırığı ilə 17-B135 nömrəli xx.xx.2017 tarixli ödəniş tapşırığı üzrə 1 061 065,83 manat və 17-B-138 nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı üzrə 24 120,77 manat köçürülmüşdür.

2. “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə və Bakı şəhər İcra Hakimiyyəti başçısının 255 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov- 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılması, eləcə də layihə üzrə tikinti-quraşdırma işlərinin "xxxx" tərəfindən yerinə yetirilməsi üçün podratçı və sub-podratçılarla bağlanmış müqavilələr üzrə hesablaşmalar və onlara ödənilən haqq-hesablar hazırkı müqavilə üzrə "xxxx" MMC-nin təsisçisi olan və hazırkı müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən ödəniləcək və bu ödəmələr təsisçi tərəfindən maliyyə qoyuluşları hesab ediləcək və gələcəkdə geri qaytarılması şərti ilə ödəniləcək. Bank hazırkı müqavilənin şərtlərinin "xxxx" tərəfindən yerinə yetirildiyi halda ehtiyac duyulan vəsaitin ayrılması və layihə üzrə görülən işlərin dəyərinin ödənilməsi üçün Cavabdeh1nin ixtiyarına verəcək. Müqavilənin dəyəri işin həcmi barədə hazırlanmış smetaya uyğun olaraq 353 336,19 manatdır. Yuxarıda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 25% arta və ya azaldıla bilər. Müqavilənin etibar müddəti 4 tam aydır və xx.xx.2017-ci il tarixdən başlanılır. Bu müddət “X9” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

3. “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi 18 yanvar 2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılmasının ikinci mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən “"xxxx"”ə ödənilən və Bankın istəyinə əsasən "xxxx" tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin kreditor borcu sayılır və onun “X8” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və "xxxx"in kredit müqaviləsinə əsasən Banka olan əvvəlki kredit borcalarına əlavə olunur. Müqavilənin dəyəri 1 986 097,29 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə beş tam aydır və xx.xx.2018-ci il tarixndən başlanır. Bu müddət “X9” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

4. “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 06 iyun 2018-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə "xxxx" adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən "xxxx"ə ödənilən və “X9” Bankın istəyinə əsasən "xxxx" tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMCnin kreditor borcu sayılır və onun “X8” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və "xxxx"in kredit müqaviləsinə əsasən “X9” Bankına olan əvvəlki kredit borcalarına əlavə olunur. Müqavilənin dəyəri 8 030 637,62 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə səkkiz tam aydır və xx.xx.2018-ci il tarixdən başlanır. Bu müddət “X9” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

5. Kredit müqaviləsi üzrə ipotekaya qoyanın öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasındakı ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmiş, ipoteka müqaviləsinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün "xxxx" MMC-nə məxsus ünvan 3 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsi, həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binası və onun altındakı 0,144 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 264,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binası və onun altındakı 0,2143 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur.

6. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, yuxarıdakı sənədlərdə qeyd olunan torpaq sahələri (0,4358 ha) üzərində inşa edilən və ümumi sahəsi 58116,3 m2 olan çoxmərtəbəli yaşayış binası da “X9” Bankının xeyrinə yüklü edilmişdir.

7. “X9” Bankının "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə2 ilə bağladığı xx.xx.2010-cu il tarixdə Dövlət Vergi Xidmətində qeydiyyata alınmış ipoteka müqaviləsinə əsasən, adı çəkilən şəxs mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-ni kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin təminatı kimi “X9” Bankının ipotekasına qoymuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2010-cu il tarixli məktubuna əsasən payların üzərindəki yüklülük qeydiyyata alınmışdır.

8. 04 iyul 2019-cu il tarixdə 3M-339 reyestr nömrəsi ilə “Sumqayıt ASAN” notariat kontorunda qeydiyyatda alınmış alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-i Cavabdeh1 MMC-nin mülkiyyətinə keçmişdir.

9. X3 "xxxx" MMC-yə və Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7 547 750 manat əsas, 9 057 300 manat dəbbə pulu olmaqla, cəmi 16 605 050 manat pulun tutulması, borcun əvəzinin Qanuni nümayəndə2 mülkiyyətindəki əmlaka yönəldilməsi, eyni zamanda tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə "xxxx" MMC-nin inşa etdiyi 73 768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binaya və Qanuni nümayəndə2 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. "xxxx" MMC və Qanuni nümayəndə2 də Nəriman İsayevə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Nəriman İsayev ilə "xxxx" MMC arasında 2009-cu il iyulun 02-də bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, "xxxx" MMCdən və Qanuni nümayəndə2 müştərək qaydada X2 xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

12. “İddiaçı” "El.SƏ.Nİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Cami” MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “İddiaçı”nın "xxxx" MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48 734 005,73 avro, faizlər üzrə 31 769 268,39 avro, cərimə üzrə 207 986,05 avro olmaqla ümumilikdə 80 711 260,19 avro məbləğində vəsaitin, eləcə də xx.xx.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "El.Sə.Ni” MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-cu il tarixdə RX seriyalı l2l7073 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" MMC-nin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iş üzrə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli qətnaməsi ilə iddiaçı və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

14. X3 "xxxx" MMC-yə, Qanuni nümayəndə2 və "X9” Bankına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Cavabdeh1 MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi) “X10 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3M- 1382 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “X10 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

15. Həmin qətnamədən “X9” Bankı və "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, “X9” Bankı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təmin olunmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. “X9” Bankı (iddiaçı) Cavabdeh1nə (Cavabdeh1 MMC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci illər dövrü üçün 3 183 467,06 avro əsas borc, 2 208 080,63 avro faiz borcu olmaqla ümumilikdə 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc, 19815,07 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 44815,07 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, borcun "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 m2 olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumilikdə “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci il dövrü üçün 3 183 467,06 avro əsas borc, həmin məbləğə hesablanmış faizlər 2 208 080,63 avro, cəmi 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış faizlər 19 815,07 ABŞ dolları, cəmi 44815,07 ABŞ dolları məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında xx.xx.2024-cü il tarixə təqdim edilən manat məzənnələrində 1 avro = 1,8434 AZN, 1 ABŞ dolları = 1,7000 AZN müəyyən edilmişdir. Beləliklə, 5 391 547,69 avro = 9 938 779,01 AZN, 44815,07 ABŞ dolları = 76185,62 AZN olmaqla iddianın qiyməti cəmi məbləğ 10 014 964,6 AZN təşkil edir. Lakin cavabdehlər həmin öhdəliklərini icra etməmişlər. Bundan əlavə, ödənilməli olan dövlət rüsumunun məbləği 5797,48 manat müəyyən edilir. Bunu nəzərə alaraq, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixində hazırkı iddia ərizəsi üçün 5800 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

19. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, iddianın faktiki əsası qismində 05 sentyabr 2017-ci il, 06 yanvar 2018-ci il və 06 iyun 2018-ci il tarixli kredit müqavilələri çıxış edir. Yekun məhkəmə aktı qəbul edilmiş digər iş üzrə iddiaçı hazırkı müqavilələr üzrə pulun tutulmasını tələb etməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə tələbin faktiki əsasını isə 2010-cu il və 2017-ci il tarixli müqavilələr təşkil edir.

20. Cavabdeh1 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi), "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək göstərmişdir ki, kredit müqavilələr üzrə pul vəsaitləri Cavabdeh1 MMC-yə köçürülmüş, Cavabdeh1 MMC isə təmir-tikinti işlərinin aparılması, podratçılara ödənişlər edilməsi üçün pul məbləğini "xxxx" MMC-yə köçürmüşdür. Cavabdeh1 MMC bir növ nəzarətçi funksiyasında çıxış etmişdir, lakin 2018-ci ildə "xxxx" MMC-nin bank hesablarına həbs qoyulması, müxtəlif maneələrin yaranması borcun ödənilməsinə imkan verməmişdir. Belə ki, 2023-cü ilin sonuna kimi binalar inşa edilərək satılmalı, əldə edilən məbləğ ilə kredit müqavilələri üzrə borc bağlanılmalı idi. Bundan başqa, iddiaçının verdiyi vəsaitdən qalan 535 125 avro iddiaçıya qaytarılmışdır.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəeriman İsayevin nümayəndəsi (vəkili) Vəkil3 iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq aşağıdakıları göstərmişdir: “Hazırkı iddia tələbi üzrə hüquqi əsaslandırma məhz məhkəmə qətnamələri ilə etibarsız hesab edilmiş əqdlərlə (xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi) əlaqələndirilmişdir. İddia tələbinin əsaslandırıldığı digər üç müqavilə - xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr də xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin tərkib hissəsi kimi imzalandığından həmin müqavilələr də formal, əhəmiyyətsiz əqdlərdir. Bununla belə, həmin müqavilələr müddətli olaraq bağlanılmış, müqavilələrin hər birinin qüvvədə olma tarixləri aydın qeyd edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli 5.4-cü bəndinə görə, müqavilənin müddəti 05 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə isə müqavilənin müddəti 08 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Beləliklə, xx.xx.2018-ci il tarixli müqavilə 05 ay müddətinə bağlanılmış, həmin müqavilənin müvafiq bəndi (müqavilənin 5.4-cü bəndinə görə müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər) ilə xx.xx.2018-ci il tarixli müqavilə imzalanmaqla daha 08 ay müddətinə uzadılmış, xx.xx.2019-cu il tarixdə müqavilənin qüvvədə olma müddəti bitmişdir. Müqavilə tələbləri üzrə iddialar üç il ərzində irəli sürülə bilər. Hazırkı iş üzrə iddia tələbi xx.xx.2019-cu ildən sonrakı üç il ərzində irəli sürülməli olsa da, məhkəməyə müraciət xx.xx.2024-cü il tarixdə edilmişdir ki, bununla da 3 illik müddət ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının əsassız olması ilə yanaşı, iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır”.

22. İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilən ipoteka predmeti ilə bağlı olan hissədə qətnamə üçüncü şəxsin hüquq və mənafelərinə toxuna bilər. İkinci ipoteka müqaviləsi etibarsız hesab olunmuş, birinci ipoteka müqaviləsinin isə müddəti keçmişdir. Həmçinin istinad olunan müqavilələrə imza çəkən iddiaçının nümayəndəsi eyni zamanda Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Həmçinin ipoteka predmeti ipoteka ilə yüklü edilən zaman təsisçilərin qərarı olmalıdır.

23. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə üçüncü şəxsin ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mübahisənin tərəfi deyil. Mübahisənin tərəfləri iddiaçı və cavabdehlərdir, cavabdehlər isə nəinki iddia müddətinin tədbiqi haqqında ərizə vermişlər, əksinə iddianı etiraf etmiş və iddiaçıya borclu olduqlarını məhkəmə iclaslarında təsdiqləmişlər. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin iddiadan imtina etmək və iddianı etiraf etmək hüququ vardır, üçüncü şəxsin isə belə bir hüququ yoxdur. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini məhkəmədən tələb etməmişlərsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmək səlahiyyəti yoxdur. Bu səbəbdən üçüncü şəxs tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin olunmamalıdır.

24. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 yanvar 2018-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr üzrə müqavilə şərtləri nəzərə alınmaqla əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məsələ öz həllini tapmadığından birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyində göstərilmişdir ki, “...tərəflər arasında imzalanmış “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələrin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-nin iddiaçı “X11”na iddia ərizəsində borcun hesablandığı tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur; o cümlədən xx.xx.2024-cü il tarixə avro üzrə 3 189 418,56 avro əsas, 1 377 591,26 manat faiz, ABŞ dolları üzrə xx.xx.2024-cü il tarixə 25 000 ABŞ dollar əsas, 17 722,22 ABŞ dolları faiz borcu”.

26. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr xx.xx.2009-cu il tarixli 880M/AZE/11 saylı kredit müqaviləsinin tərkib hissəsidir, bu səbəbdən də faiz məbləğləri adıçəkilən kredit müqaviləsinin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə əsasən hesablanmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-1-ci maddəsinə əsasən, Kredit vəsaiti xərcləri ödəniş tarixində bu Müqavilə üzrə müəyyən edilmiş bütün məbləğlər üçün toplanır və toplanma həmin məbləğ bütövlükdə ödənilib qurtarana qədər davam edir. Sifarişçi kredit vəsaiti üzrə borcları EDBİyə hər bir xidmət xərci günündə və bu maddənin müddəalarına uyğun şəkildə CİRR məzənnəsi üstəgəl 4% (dörd faiz) olaraq ödənilməlidir. xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-8-ci maddəsinə, əsasən əgər hazırkı müqavilə üzrə məbləğin tam ödənişi müəyyən edilmiş tarixdə aparılmazsa, bu zaman gecikdirilmiş müddət üçün əlavə ödəniş illik CİRR məzənnəsi üstə gəl 7% (yeddi faiz) olmalıdır. CİRR (Ticarət kreditinin istinad dərəcəsi) İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir və 7% təşkil edir. Belə olduğu halda kreditin faiz dərəcəsi 11% və cərimə faizi 14% təşkil etməlidir.

27. Birinci instansiya məhkəməsinin 06 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 2 648 342,06 avro və 25 000 ABŞ dolları əsas borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun və ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 2852 manat məbləğində pulun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçıya, 550 manat məbləğində pulun ekspertiza xərci olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.1. Borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən qismində iddiaçı pula mülkiyyət hüququnu borc alan qismində cavabdehə keçirmək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyini icra etməmişdir. 28.2. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir. Həmin qətnamədə müəyyən olunmuşdur ki, İddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC-nin arasında bağlanmış üçtərəfli müqavilələr mübahisəli kredit müqaviləsinə (xx.xx.2009-cu il tarixli 880M/AZE/11 saylı kredit müqaviləsinə) əlavə olaraq imzalanmamış, eləcə də həmin razılaşmaların bağlanması ilə əlaqədar kredit müqaviləsinə müvafiq dəyişikliklər edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin müqavilələr çərçivəsində ödənilməsi iddia edilən vəsaitlərin cavabdehin ipoteka ilə təmin edilmiş mübahisəli kredit müqaviləsi üzrə borclarına aid edilməsi üçün hər hansı bir əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. 28.3. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi preyudisialdır. Belə ki, həmin iş üzrə işdə iştirak edən şəxslər hazırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs kimi çıxış edir (preyudisiallığın subyektiv həddi), “Nəsimi-Bakı” layihəsinin reallaşdırılması ilə əlaqədar Cavabdeh1 MMC-yə köçürülən məbləğlərin hansı kredit müqaviləsi üzrə ödənişlərə hesablanması hər iki iş üzrə sübutetmə predmetinə daxildir (preyudisiallığın obyektiv həddi). 28.4. Ekspert rəyində göstərilənlərin və iddiaçının bildirdiklərinin əksinə, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2017-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2018-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilələrin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin əlavəsi olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Belə olan halda, ekspertin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etməklə, onun faiz üzrə şərtlərinə əsaslanmaqla xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üçün faiz borcu hesablaması əsassız olmuşdur. 28.5. Eyni zamanda iddiaçı iddiasının faiz borcunun hesablanması hissəsi ilə bağlı faktiki əsas kimi xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etdiyindən və həmin müqavilənin işə aidiyyəti olmadığı müəyyən edildiyindən məhkəmə tərəfindən faiz borcu hissəsində iddianın təmin edilməsi mümkün deyildir. Bu səbəbdən də həmin hissədə 9/10123 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi mötəbər qəbul edilə bilməz. 28.6. Belə olan halda, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxılmasının mümkün olmadığı nəzərə alınmaqla “X9” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 3 189 418,56 avro və 25 000 ABŞ dolları müəyyən edilməlidir. Lakin ekspert rəyindən görünür ki, kredit müqavilələri üzrə 535 125 avro ödəniş aparılmış, ekspert tərəfindən həmin ödəniş faiz borcuna silinmişdir. Halbuki iş materialları ilə iddiaçı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə faiz borcunun şərtləşdirilmədiyi müəyyən edildiyindən həmin məbləğ əsas borc məbləği üzrə silinməlidir. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 2 648 342,06 (3 189 418,56 – 535 125) avro və 25000 ABŞ dolları təşkil edir. 28.7. İddiaya cavab verməli olan şəxslərə münasibətdə isə hər üç müqavilədə müqavilənin qiymətini – kredit məbləğini qaytarmaq öhdəliyini iddiaçı və "xxxx" MMC götürmüşdür. Müqavilələrin bu və ya digər bəndində isə Cavabdeh1 MMC-nin birgə borclu olması ilə bağlı hər hansı müddəa təsbit edilməmişdir. 28.8. Üçüncü şəxsin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir. Bu səbəbdən hazırkı halda üçüncü şəxsin iddia müddətinə istinad etməklə iddianın rədd edilməsini tələb etməsi əsassız olmuşdur. 28.9. Tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair isə qeyd olunmalıdır ki, iddiaçının hazırda istinad etdiyi 2017-ci il 28 dekabr tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bu mənada iddiaçının hazırda həmin müqaviləyə istinadı əsassız olmuşdur. Digər tərəfdən, xx.xx.2010-cu il tarixli “ipoteka” (girov) müqaviləsi və xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi və ondan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bağlanmışdır. Hazırkı iş üzrə isə “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrin 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinə aidiyyəti olmadığı preyudisial olaraq müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, borcun cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini hissəsində iddia rədd edilməlidir.

29. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 269.1, 269.4, 270.1, 309.1, 372, 373.2, 375.2, 739 və 741, Mülki Prosessual Məcəllənin 57.2 və 82.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli, Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli Qərarlarına istinad etmişdir.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəriman İsayevin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddia tələbi üzrə həm iddiaçının, həm cavabdehlərin faktiki olaraq eyni şəxslər olmalarının, iddianın məhkəmə qətnamələri ilə etibarsız hesab edilmiş əqdlərlə (xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi) əlaqəli olmasının, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrin xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin tərkib hissəsi kimi imzalanmaqla formal, əhəmiyyətsiz əqdlər olmalarının nəzərə alınmadığı, mübahisə predmeti barədə müstəqil iddia irəli sürməyən üçüncü şəxslərin tərəfin hüquqvəzifələrindən eyni dərəcədə istifadə etməsinin qanunla təsbit edilməsinə əhəmiyyət verilmədiyi, üçüncü şəxsin iddia müddətinin tətbiq olunması barədə ərizəsinin əsassız olaraq təmin olunmadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

31. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...İddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi üçüncü şəxsin mənafeyinə toxunur, lakin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması heç bir formada üçüncü şəxsin mənafeyinə toxunmur və onun qətnamənin bu hissəsindən apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yoxdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayəti səhvən icraata qəbul olunmuşdu və mümkün sayılmışdır. Əslində isə həmin şikayət qeyri-mümkün sayılmalı və həmin şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmələr apellyasiya şikayətini qəbul edərkən aşağıdakıları yoxlayır: 1. Şikayət verən şəxs işdə iştirak edibmi? 2. Məhkəmə aktı həmin şəxsin hüquq və ya vəzifələrinə birbaşa təsir göstərirmi?. 3. Şikayət qanunvericiliklə müəyyən edilmiş müddətdə verilibmi?. 4. Əgər bu tələblərdən biri ödənilmirsə — xüsusilə hüquqi maraq və ya pozuntu yoxdursa, şikayət qəbul olunmur. Birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxsin hüquq və ya vəzifələrinə təsir göstərmir. Bu səbəbdən onun şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci ( Apellyasiya mümkünlüyünün yoxlanılması) maddəsinə əsasən, “Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.” Qeyd edilənləri nəzərə alaraq, müstəqil tələblər irəli sürməyə üçüncü şəxs X2 Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-166/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini, işin baxışdan çıxarılaraq icraata xitam verilməsini xahiş edirəm”.

Apellyasiya baxışı, izahatlar

32. Nəriman İsayevin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını; iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehlər isə nümayəndələrini məhkəməyə göndərməmişlər.

33. Nəriman İsayevin nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, şikayət olunan qətnamə təmsil etdiyi şəxsin mənafelərinə birbaşa toxunmasa da, gələcəkdə qətnamənin icrası zamanı tələbin ona məxsus əmlaka yönəldilməsi məsələsi ortaya çıxa bilər, bu səbəblə də şikayətləri təmin olunmalıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

37. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

38. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

39. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

40. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

41. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Apellyasiya baxışının həddi

42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

44. Məhkəmə kollegiyası hеsаb еdir ki, qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Nəriman İsayevin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

45. Belə ki, mülki prosessual qanunvericiliyin normaları mülki məhkəmə icraatının gedişatını, mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.

46. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

47. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud müvafiq məhkəmə aktı tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu nəzərə alaraq onların şikayətlərinə baxılmasının mümkünlüyünü müəyyən etmişdir.

48. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxslərin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli Qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətlərinə məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir.

49. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin mənafeyinə toxunan məhkəmə aktından onların şikayət verə bilmə imkanının tanınması, onların hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir; lakin hər bir halda bu şəxslərin verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.

50. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, “MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPMdə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur”.

52. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır.

53. Hazırkı işin müəyyən olunan halı budur ki, iddiaçı, "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 m2 olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” tələbini də irəli sürdüyü üçün məhkəmə Nəriman İsayevi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş, lakin çıxarılan qətnamə ilə müvafiq iddia tələbi təmin olunmamışdır.

54. Nəriman İsayev qətnamənin maraqlarına toxunduğunu belə əsaslandırır ki, gələcəkdə qətnamənin icrası zamanı ona məxsus əmlaklara icra məmurunun təqdimatı əsasında tələb yönəldilə bilər – bu səbəblə də qətnamə ləğv olunmalıdır. Halbuki, Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli qətnaməsi ilə hər hansı əmlaka tutma yönəldilməmiş, əksinə müvafiq tələb təmin olunmamışdır və əgər qətnamənin icrası zamanı əmlak üzərinə həbs qoyulması ehtimalı varsa, bu halda üçüncü şəxsin qətnamədən deyil, müvafiq həbs qərarından (qərardadından), yaxud icra məmurunun hərəkətlərindən şikayət etmək hüququ yaranacaqdır.

55. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli qətnaməsi Nəriman İsayevin maraqlarına toxunmur; apellyasiya (lat. apellatio – müraciət, şikayət) şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir.

56. Başqa sözlə, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

57. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır.

58. Kollegiya onu da qeyd edir ki, iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-166/2025 nömrəli saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun. İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Apellyasiya şikayəti vermək üçün ödənilmiş 2900,00 (iki min doqquz yüz) manat dövlət rüsumu İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğluna geri qaytarılsın. Qərardaddan İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar