Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-809/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(113)-28/2024 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia və iddianın dəyişləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada: - K4149 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161.902,71 manat faiz borcu, 17.206,66 manat cərimə borcu olmaqla, cəmi 179.109,37 manat məbləğində borcun; - K4804 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100.233,22 manat əsas borc, 402.709,17 manat faiz borcu, 26.685,10 manat cərimə borcu olmaqla, cəmi 529.627,49 manat məbləğində borcun; - DC90057790-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19.35 manat faiz borcu, 10.723,05 manat cərimə borcu olmaqla, cəmi 10.742,40 manat məbləğində borcun; - K4462 saylı maliyyələşdirmə üçün ərizə üzrə 27.555,45 manat məbləğində cərimə borcunun; - 2. Tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: - Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evi; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzil; - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ; - Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi; - Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi; - Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsi. 3. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 219.60 kv.m ümumi sahədən ibarət olan 113 saylı bağ evinin hərracdan ilkin satış qiyməti 269,000 manat məbləğində; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu D yaşayış sahəsi, Qaraçuxur qəsəbəsi, ev 9 C, birinci giriş, 13 saylı mənzilin hərracdan ilkin satış qiyməti 83,000 manat məbləğində; - Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 122,000 manat məbləğində; - Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 267,000 manat məbləğində; - Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 120.000 manat məbləğində; - Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı Ələt yolunun 58-ci km yerləşən 0.3 ha sahədən ibarət olan torpaq sahəsinin hərracdan ilkin satış qiyməti 129,000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarına ödənilməsinə yönəldilməsi; 4. Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 1.867 (min səkkiz yüz altmış səkkiz) manat dövlət rüsumunun, Mediasiya prosesi üzrə 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxslərin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 105 (yüz beş) manat dövlət rüsumunun və 390 (üç yüz doxsan) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(113)-28/2024 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(113)-28/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(113)-28/2024 nömrəli qərardadından Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(113)- 28/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, tərəfindən apellyasiya şikayətinin formasına riayət edildiyindən, yəni apellyasiya şikayəti formasının zəruri olan bəndləri doldurulduğundan, şikayət qanunvericiliklə nəzərdə tutulmuş vaxtda verildiyindən və qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumu ödənildiyindən, şikayət baxılması üçün apellyasiya instansiyasına göndərilməli idi. Belə ki, AR MPM-nin 361.1.1.-361.1.7-ci maddələrinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qeyd olunan məlumatlar göstərilmişdir. Həmin məcəllənin 361.2.-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayəti gücləndirilmiş elektron imza(asan imza) ilə imzalanmışdır. Həmin məcəllənin 361.3.-cü maddəsinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar şikayətə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl edilməyərək, apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(113)-28/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-809/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-809/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver