Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-810/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 0,22 ha və 0,36 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir.
2. İddiaçı ilə Cavabdeh MMC arasında 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli və 3M-1534 reyestr nömrəli icarə müqavilələri bağlanmışdır.
3. 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsini aylıq icarə haqqı 200 manat olmaqla icarəçi Cavabdeh MMC-yə icarəyə vermişdir.
4. 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsini aylıq 324 manat olmaqla icarəçi Cavabdeh MMC-yə icarəyə vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Agamehti oğlu ilə Cavabdeh MMC arasında imzalanmış (reyestr nömrəsi **********31 və **********05) xx.xx.2021-ci il tarixli müqavilələrə xitam verilməsi, Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 22 aylıq dövr üçün müqavilələr üzrə müəyyən olunmuş qaydada 11.484 manat məbləğində icarə haqqı borcu və icarə müqavilələrinin 6.3-cü bəndinə əsasən müqavilə imzalandığı vaxtdan xx.xx.2023-cü il tarixinədək 22 aylıq, 660 günlük dövr ərzində ödənilməmiş 11.484 manat icarə haqqının hər gecikdirilmiş günə görə 0,1 faizi, 11,84 manat olmaqla cəmi 7.579 manat cərimə məbləği və 150 manat mediasiya xərci olmaqla cəmi 19.213 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı Agamehti oğlunun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, o, xüsusi mülkiyyətində olan torpaq sahəsini Cavabdeh MMC-yə icarəyə verərkən real qiymətindən aşağı qiymətə müqavilə bağlamışdır. Buna səbəb icarəçi Cavabdeh MMC-nin icarəyə götürdüyü torpaq sahəsini bir il sonra real bazar qiyməti ilə satın alacağı barədə icarəyə verənlə şifahi olaraq razılığa gəlməsidir. Bu məqsədlə iddiaçının direktoru olduğu "xxxx" MMC Cavabdeh MMC ilə həmin torpaq sahəsində Cavabdeh MMC-nin kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X4 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlamışdır. Lakin, cavabdeh tərəfindən icarə haqqı ödənilməmişdir.
7. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında icarə müqavilələrinin bağlandığını və ödənişin ediləcəyini bildirsə də, sonradan işə qoşulmuş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 icarə müqavilələrinin bağlanmadığını, müqavilələrdəki imzanın Cavabdeh MMC-nin direktoruna aid olmadığını, Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi sahənin qeyd edilmiş torpaqlar olmadığını bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı İddiaçı Agamehti oğlu ilə Cavabdeh MMC arasında imzalanmış (reyestr nömrəsi **********31 və **********05) xx.xx.2021-ci il tarixli icarə müqavilələrinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsi və 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 04 avqust 2021ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 manat, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 6.804 manat, cəmi 11.004 (on bir min dörd) manat əsas borc, 04 avqust 2021-ci il tarixli 3M1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 210 manat cərimə, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə 240 manat cərimə, cəmi 550 (beş yüz əlli) manat cərimə borcu olmaqla, 11.554 (on bir min beş yüz əlli dörd) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 60 ayın icarə haqqı iddiaçıya ödənilmişdir. Bundan başqa, məhkəmə İddiaçı direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə sonuncunun icarəyə verilmiş boş torpaq sahələrinə 1.092.796.73 manat pul vəsaitini investisiya olaraq yatırmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış icarə müqavilələrini və digər sübutları nəzərə almışdır. Cavabdeh tamamilə işə aidiyyatı olmayan hallara əsaslanaraq qeyri-dəqiq apellyasiya şikayəti vermişdir. Tərəflər arasında icarə müqavilələri bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının xeyrinə hər hansı məbləğdə pul ödənilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verdi. Əlavə olaraq izahatında bildirdi ki, icarə müqavilələrini və onlara xitam verilməsini qəbul edir. Lakin cavabdeh həmin torpaq sahəsinə investisiya yatıraraq zavod inşa etmiş, iddiaçı isə həmin xərcləri ödəməkdən imtina edir və zavoda yiyələnmək istəyir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi və və onun məzmununa uyğun izahat verdi. Əlavə olaraq izahatında bildirdi ki, icarə müqavilələrin xitam verildiyi üçün torpaq sahələri geri qaytarılmalıdır. Zavodun inşasına çəkilmiş xərclər başqa mübahisənin predmeti və hazırki işdə tikililərin dəyərinin ödənilməsinə razı deyillər.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 18.Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
21. Həmin Məcəllənin 714.2-ci maddəsinə əsasən torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, icarəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir. 22.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək icarəyəverənin vəzifələrinə aiddir. 23.Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifələrinə aiddir. 24.Həmin Qanunun 25-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.
27. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
28. Hazırki işdə də həmin maddələrin bütün dispozisiya şərtləri mövcuddur.
29. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını iddiaçıya ödəməmişdir.
30. Belə ki, cavabdeh icarə haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
31. Əksinə, məhkəmə iclasında cavabdehin nümayəndəsi icarə obyekti olan torpaq sahələrinin onların istifadəsində olduğunu, lakin iddiaçı tərəfindən onlara icarə haqqının ödənilməsi ilə bağlı hər hansı qaimənin göndərilmədiyini, bu səbəbdən də icarə haqlarını ödəmədiklərini və hazırda iddiaçı tərəfindən onlara 11000 manat dəyərində qaimə göndərilərsə, ödəniş etməyə hazır olduqlarını bildirdi.
32. Bu baxımdan kollegiya hesab edir ki, 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə 4.200 manat, 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə isə 6.804 manat olmaqla, cəmi 11.004 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
33. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
34. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
35. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsini və bununla da, dəbbə pulunun artmasına şərait yaratmasını, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. İddiaçı tərəfindən irəli sürülən icarəyə verilən torpaq sahələrin boşaldılması barədə tələblərinə dair kollegiya qeyd edir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi və tərəflər arasında bağlanmış icarə müqavilələrinin 3.2.6-cı bəndinə əsasən icarəçi icarə müqaviləsinə xitam verildikdən sonra torpaq sahəsinin geri qaytarmaq vəzifəsini daşıyır.
37. Hazırki işdə də tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2023-cü il tarixdən ləğv edilmiş hesab edilməsi işin mübahisəsiz halıdır.
38. Belə ki, həmin halı hər iki tərəf qəbul edir, habelə bul hal hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qərardadında müəyyən edilmişdir.
39. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı öhdəlikləri icrasını və icarə predmeti olan torpaq sahələrinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
40. Bununla yanaşı, işin mübahisə olunmayan digər halları ondan ibarətdir ki, İddiaçı direktoru olduğu "xxxx" MMC ilə Cavabdeh MMC arasında sonuncunun İddiaçı icarəyə götürdüyü torpaq kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X4 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı malların istehsalı və təchiz edilməsinə dair xx.xx.2021-ci il tarixli MN 21-02-04 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən malların və görülməli olan işlərin dəyəri son olaraq 1.011.310,79 manat müəyyən edilmişdir.
41. Hazırda Cavabdeh MMC tərəfindən icarə predmeti olan torpaq sahələrində X4 Zavodunun tikilməsi mübahisəsizdir.
42. Eyni zamanda, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 01 noyabr 2021-ci il tarixli 3M-167 saylı, 04 avqust 2021-ci il tarixli 3M1534 saylı və 04 avqust 2021-ci il tarixli 3M1535 saylı icarə müqavilələrinə xitam verildiyindən 1.011.310,79 manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
43. Mülki Məcəllənin 714.2-ci maddəsində göstərilmişdir ki, torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, icarəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir.
44. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək icarəyəverənin vəzifələrinə aiddir. 45.Həmin Qanunun 25-ci maddəsində isə təsbit olunmuşdur ki, icarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. 46.Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi icarə müqaviləsi ləğv edildikdə, icarəyəverən icarəyə götürülmüş torpaq sahəsində onun razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğuların dəyərini icarəçiyə ödəməyə borcludur.
47. Hazırki işdə də torpaq sahələri üzərində cavabdehin kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün onun öz vəsaiti hesabına və icarəyə verən İddiaçı razılığı və iştirakı ("xxxx" MMC-nin direktoru qismində) ilə X4 Zavodunun tikilməsi mübahisəsizdir.
48. Bu baxımdan kollegiya hesab edir ki, icarə obyekti olan həmin torpaq sahələri yalnız həmin sahələrdəki tikililərin dəyəri (qarşılıqlı razılaşma yolu ilə, mediasiya və ya məhkəmə qaydasında müəyyən edilməklə və s.) icarəyə verən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənildikdən sonra sonuncu tərəfindən boşaldılaraq İddiaçı təhvil verilə bilər.
49. Əks yanaşma, həm yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə ziddir, həm də iddiaçının Cavabdeh MMC-nin hesabına əsassız varlanması ilə nəticələnə bilər, habelə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsi anlamına gəlir.
50. İcarə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır.
51. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi icarə predmeti olan torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi hissəsində dəyişdirilməlidir.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1189/2023 saylı qətnaməsi icarə predmeti olan torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi hissəsində dəyişdirilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 04 avqust 2021-ci il tarixli 3M-1535 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 2.200 kvadrat metr torpaq sahəsində və 04 avqust 2021-ci il tarixli 3M-1534 reyestr nömrəli icarə müqaviləsi üzrə icarəyə verilən Şəki rayonu, Baş Zəyid kəndində yerləşən 3.600 kvadrat metr torpaq sahəsində inşa edilən tikili və qurğuların dəyəri İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənildikdən sonra həmin torpaq sahələri Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn