Məhkəmə qərarları › İş №2-2(103)-811/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-811/2023

18.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-811/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2-2(113)-2017/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, “X1 Turizm” Anonim Şirkətinin Azərbaycan Filialının direktoru vəzifəsindən çıxarılmaqla onun cəmiyyətdəki qanuni təmsilçilik hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2017/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdehin etirafını qəbul edib iddianı təmin etmək əvəzinə iş üzrə icraata xitam verməsi qanunun tələbinin pozulmasıdır. Çünki, cavabdeh 191.3-cü maddə ilə iddianı ərizə verərək etiraf edirsə iddianın təmin olunması labüddür. Lakin məhkəmə iddia tələbinin mahiyyətini nəzərə almamışdır. Çünki bu gün də sistem yoxlansa o, yenə qanuni təmsilçi və direktordur. Cavabdeh məqsədli şəkildə qeyd olunan müvafiq sənədləri vergi orqanına təqdim etmir. Təqdim edəndə isə səlahiyyətsiz şəxs kimi sənədləri qəbul etməkdən imtina edirlər. Bundan başqa direktor olmağı barədə əmək bildirişi də qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkəti xx.xx.2023 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, İddiaçı Rafael oğlunun işdən çıxarılmasına adının direktor kimi silinməsinə razılıq verildiyini qeyd etmişdir. “X1 Turizm Gayrımenkul Ticaret Limited” şirkəti Fatih Sarıtağ adından Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda İddiaçı dəfələrlə müraciət edərək qanuni təmsilçilikdən və filial müdiri vəzifəsindən azad edilməsini tələb etdiyini, bu günə qədər tələbin icra edilmədiyini qeyd etmiş, iddia tələbinin tam qəbul edildiyini iddianın təmin edilməsini xahiş etmişdir. “X1 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinin səhmdarlarının xx.xx.2022-ci il tarixli ümumi yığıncağı barədə xülasədən məlum olur ki, İddiaçı işindən azad edilmişdir. Qərar, yığıncaq sədri Fatih Sarıdağ və yığıncaq katibi Melis Başgüner tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Göründüyü kimi tərəflər arasında mübahisə artıq aradan qalxmışdır. Çünki iddiaçının tələbi cavabdeh tərəfindən yerinə yetirilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, hazırki iş üzrə icraata xitam verilməsinin səbəbi məhkəməyə cavabdehin ümumi yığıncaq qərarının təqdim edilməsidir. Bu baxımdan şikayətdə qeyd edildiyi kimi məhkəmə qərar qəbul edərkən cavabdehin iddianı etiraf etməsini yox, cavabdehin ümumi yığıncağının qərarını əsas götürmüşdür. Digər tərəfdən isə iddiaçının şikayətindən məlum olur ki, cavabdeh müvafiq məlumatların qeydiyyat orqanına təqdim etmir və ya müvafiq inzibati orqan yeni direktor təyin edilmədiyindən hazırki direktoru vəzifədən çıxarmaqdan imtina edir. Kollegiya qeyd edir ki, həmin dəlillər hazırki mübahisənin predmetinə aid deyil və iddiaçı cavabdehə qarşı yeni iddia tələbi ilə və ya inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericlikdə nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və yaxud aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2-2(113)-2017/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar