Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-813/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3725/2023 nömrəli qətnaməsindən və iddianın Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsi üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3680/2024 nömrəli əlavə qətnaməsindən Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdehnə iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-3725/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına təqdim edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının Cavabdehnə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-1137/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3725/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Daha sonra, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-1137/2023 saylı qərardadından kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(102)-222/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)- 1137/2023 saylı qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-525/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2-2(113)-3725/2023 saylı qərardadının ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və s.” Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsində xitam verilməsi hissəsinə mahiyyəti üzrə baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 05 iyun tarixli, e-2-2(113)-3680/2024 saylı əlavə qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdehnə qarşı “cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması və keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” tələbinə dair iddianın təmin edilməsi, Cavabdeh iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsi, növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
8. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)- 3725/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Cavabdeh MMC əlavə qətnamədən apellyasiya şikayəti verərək, əlavə qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Apellyasiya şikayətləri (eyni məzmunlu) belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərəzli olaraq işin hallarının araşdırılmasından yayınmış tərəflərin iştirakı ilə araşdırılmamış məsələləri işin müəyyən olunmuş halları kimi göstərmiş, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı mövqeyini əsaslandırmaq üçün heç bir maddi hüquq normasına düzgün istinad etməmiş, təqdim etdiyimiz etirazlara, vəsatətlərə baxmamış, onların mahiyyəti üzrə həllini təmin etməmiş, maddi və prosessual hüquq normalarını qəsdən və qərəzli olaraq kobud surətdə pozmuş, əhəmiyyətli sübutları və işin hallarını bilərəkdən nəzərə almamışdır. Birinci instansiya məhkəməsi cavabdehin təsisçiləri arasında bağlanılmış bağışlama müqaviləsinin qanunun tələblərinə uyğun olmamasına və təsisçilər arasında mübahisə olmasına baxmayaraq, onun şərtlərini qanunun tələb etdiyi qaydada özünəməxsus şəkildə təhrif etmişdir. Məhkəmə qətnamə çıxararkən Konstitusiya Məhkəməsinin qərarında ifadə etdiyi “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz” Azərbaycan RespublikasıMülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Lakin məhkəmə Konstitusiya Məhkəməsinin 2-ci qərarında ifadə etdiyi məcburi nəzərə alınmalı olan hüquqi Mövqeyi diqqətə almamış, ciddi-cəhdlə və heç bir araşdırma aparmadan “Bağışlama müqaviləsi”ni təmizə çıxarmağa çalışmış, həqiqi iradənin müəyyən edilməsini və qiymətləndirilməsini apara bilməmiş, cavabdehin təsisçiləri arasında beynəlxalq səviyyədə ciddi mübahisə olduğunu və mübahisəyə baxıldığını diqqətə almamışdır. Mülki Məcəllə mülki qanunvericiliyin analogiya üzrə tətbiqi üçün aşağıdakı şərtləri nəzərdə tutmuşdur: Mülki hüquq münasibətləri: -mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənməsin; -onlara tətbiq edilə bilən işgüzar adət olmasın; -oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarımovcud olsun; -belə normalar münasibətlərin mahiyyətinə zidd gəlməsin; - ümumi xarakter daşıyırsа, onlara хüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Məhkəmə qətnaməsində bəsit bir yolla gedərək normaların mətnini köçürməklə, heç bir əsaslandıra verə bilməmiş və qanunun tələblərinə məhəl qoymayaraq tətbiq edilməli olmayan normaları analogiya üzrə fərqli mahiyyətli münasibətlərə tətbiq etmişdir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə nəzərdə tutulmuşdur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Yəni bu norma icraat zamanı yaranmış zərurətin prosessual istiqamətini müəyyən edir, burada maddi yaxud prosessual hüquq normaları fərqləndirilmir. Müraciət etmə, mütləq tətbiqi deyil, həm də hüquq münasibətlərinin mövcudeluğunu və onların mübahisələndirilməsini, hüquq normasının (normalarının) mövcudluğunu ehtimal edir. Bununla məhkəmə qanunun ciddi tələblərinə məhəl qoymadan Mülki Məcəllənin səhmdar cəmiyyətlərinə aid olan xüsusi normalarını(106-1.3 maddısi) məhdud məsuliyyətli cəmiyyətə münasibətdə səhvə yol verərək həm maddi, həm də prosessual hüquq normalarını kobud şəkildə pozaraq qəsdən qanunu düzgün tətbiq etməmişdir. İlk növbədə işə qərəzsiz məhkəmə tərəfindən baxılması təmin olunmamışdır. Qərəzli məhkəmənin yaxud hakimin işə baxılmasından kənarlaşması və ya kənarlaşdırılması üçün prosessual təminatlar təmin edilmədən bilavasitə Konstitusiyanın tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qətnaməsinin əsassız və qanunsuz olmasına dəlalət edən ən mühüm dəlil hüquqi müəyyənlik prinsipinin pozulmasında ifadə olunur. Məhkəmə Tərəfin hüquqi müəyyənlik baxımından belə bir iddia vermək hüququ olmasına qiymət verə bilməmişdir. Belə ki, məhkəmə iş üzrə tərəflər Libra və Aqrarkrediti nəzərdə tutsa da, Aqrarkreditə münasibətdə onunla X10 arasında bağlanılmış və Alaris və X12 arasında bağlanılmış bağışlama müqaviləsinə və onların birgə hərəkətlərinə istinad etmişdir. Halbuki, Libra və Aqrarkredit arasında münasibətlərin tənzimlənməsi Libra MMC-nin Nizamnaməsi və Nizamnamə ilə tənzimlənməyən hissədə qanuna istinad olunmaqla həll edilməliydi. Avropa İnsan HüquqlarıMəhkəməsinin öz qərarlarında ifadə etdiyi hüquqi mövqelərə görə: • Hər hansı bir açıqlama vermədən, qanunu qəsdən pozaraq öz yurisdiksiyasının adi hüdudlarından kənara çıxan məhkəmə sözügedən proseslərdə" qanun əsasında yaradılmış məhkəmə” deyildir . • Ədalətli məhkəmə araşdırması hüquqnun məzmununa görə "Müstəqil" termini digər hakimiyyət qolları(icra və qanunverici) qarşısında, eləcə də tərəflər qarşısında müstəqilliyi ifadə edir. İcra hakimiyyətinin məhkəmə işinin gedişatına onun nəticəsinə təsir etmək məqsədi ilə müdaxilə etməsi hakimlərin müstəqilliyini sarsıdır. • İnsan hüquqlarına və əsas azadlıqlarına dair Avropa Konvensiyasının 6-cıMaddəsinin 1-ci bəndi onun tələblərinə uyğun gələn məhkəmənin qərəzsiz olmasını tələb edir. Qərəzsizlik ümumi mənada qərəzli fikrin və tərəfkeş münasibətinolmamasını ifadə edir və onun mövcud olubolmamasımüxtəlif yollarla sınana bilər. Müstəqillilik və qərəzsizlik anlayışları bir-birilə sıx əlaqəlidir və onların işin hallarından asılı olaraq, birgə araşdırılması tələb oluna bilər. Bununla belə, subyektiv və obyektiv qərəzsizlik arasında qəti bölgü yoxdur, çünki kənardan bir müşahidəçinin nöqteyi-nəzərindən hakimin davranışı qərəzsizliyə dair obyektiv şübhələr yaratmaqla yanaşı, onun şəxsi inancıməsələsinə də aid ola bilər. Beləliklə hakimin subyektiv qərəzsizlik prezumpsiyasının təkzibi üçün sübutların əldə edilməsinin çətin olduğu bəzi hallarda obyektiv qərəzsizlik tələbi daha bir əhəmiyyətli təminat verir. • Məhkəmənin şəxsi qərəzli fikir və tərəfkeş münasibətdən azad hesab edilməsini tələb edən prinsip Məhkəmənin presedent hüququnda uzun müddətdir ki, formalaşıb. • Ədalət sadəcə təmin edilməməli, eyni zamanda ədalətin təmin edildiyi görülməlidir. Əhəmiyyətli olan demokratik cəmiyyətdə məhkəmələrin insanlar arasında etimad qazanmasıdır. Buna görə də, qərəzsizliyinin şübhə altına alınması üçün legitim əsaslar olan istənilən hakim prosesdən uzaqlaşdırılmalıdır (Micallef Maltaya qarşı [BP], § 98). • Məhkəmənin qərəzsizliyinə dair şübhə doğura biləcək iki mümkün hal var: Birincisi təbiəti etibari ilə funksional olub, məsələn, eyni insanın məhkəmə prosesi daxilində müxtəlif vəzifələri icra etməsi, yaxud onunla məhkəmə prosesinin digər iştirakçıları arasında iyerarxik və ya başqa əlaqənin mövcud olması ilə bağlıdır. İkincisi fərdi xarakter daşıyır və müəyyən bir məhkəmə işində hakimin davranışından irəli gəlir. Hakimin məhkəmə işində şəxsi marağı olduğu halda da qərəzsizlik prinsipi pozulur. Beləliklə, göstərilənlər hakim Kənan Hüseynovun və məhkəmə tərkibinin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas təşkil etdiyinə və ona görə də, o, işdə iştirakdan kənarlaşdırılmalı olmasına baxmayaraq, etirazlarına qanunla müəyyən edilmiş qaydada baxılması hakimin özü və məhkəmənin sədri tərəfindən təmin olunmamış, beləliklə məhkəmə tərkibinin işdə maraqlı olması tam üzə çıxmışdır. İşin icraatı gedişində Konstitusiyanın və qanunun göstərilən müddəalarına əməl edilməmişdir. İrəli sürdüyü vəsatətlərin, təqdim etdiyi sübutların məhkəmə tərəfindən araşdırması nəinki təşkil edilməmiş, əksinə məhkəmə qanunun birbaşa tələblərini pozaraq işi qanunsuz olaraq icraata götürmüş, işin aidiyyəti barədə verilən vəsatətlərə baxmamış, aidiyyət üzrə əsaslandırılmış yazılı qərardad çıxarmamış, məsələyə təkrar baxılmasına imkan verməmişdir. Tərəfindən vəsatət verilərək Tərəflər arasında bağlanılmış 06 dekabr 2006-cı il tarixli X3: 3-cü maddəsinə görə, Memorandum tərəfləri razılaşmışlar ki, “Ümumi borcluluq tam ödənilənə qədər, həmçinin Landmark İİ və Landmark İİİ üzrə ipoteka girovları ləğv edilərək geri qaytarılana qədər, layihənin bütün idarə edilməsi Müdüroğlu tərəfindən həyata keçiriləcəkdir. 4-cü maddəsinə əsasən: B Memorandumuna aid olan, yaxud onun və onun istənilən hissəsinin etibarlılığı, təfsiri, tətbiqi, həyata keçirilməsi, icrası, pozulması və ləğvi ilə bağlı olan və ondan irəli gələn, yaxud istənilən iddialarla bağlı olan (şikayət, cavab, əks iddia, çarpaz iddia, üçüncü tərəf iddiası və ya başqa şəkildə irəli sürülməsinə baxmayaraq) tərəflər arasında hər hansı mübahisə və ya fikir ayrılığı Sürixdə, təkbaşına arbitr tərəfindən həll edilir. Təkbaşına arbitr vəkillərin qarşılıqlı qərarı ilə təyin edilir – X13nun müvafiq tərəflərinin hər birindən bir vəkil olmaqla. Bir tərəfin arbitraj üçün yazılı tələbinin digər tərəfə çatdırıldıqdan sonra tərəflərin vəkilləri 15 (on beş) təqvim günü ərzində arbitr seçməlidirlər. Əgər bu vəkillər yuxarıda göstərilən yazılı tələbin çatdırıldığı tarixdən 15 (on beş) təqvim günü ərzində arbitr seçimi barədə razılığa gələ bilməsələr, iş arbitraja göndəriləcək və arbitr İsveçrə Vəkillər Kollegiyasının prezidenti tərəfindən təyin ediləcəkdir. Bundan sonra arbitraj X4 Məhkəməsinin Reqlamentinə uyğun olaraq davam edib həll ediləcəkdir. Bu Memorandumun hər bir tərəfi, bu fəsildə nəzərdə tutulduğu kimi, bu Memorandum üzrə bütün mübahisələrin həlli məqsədləri üçün İsveçrədəki Sürixin yurisdiksiyasına tabedir, və belə yurisdiksiyadan imtina etmək və ya ondan yayınmaq cəhdi ilə iddialar (o cümlədən, digərlər arasında, uyğunsuz forum (forum non conveniens), iddiaları) irəli sürməməlidir. Bu fəsil bütün qüvvədə olan qanunvericiliyə uyğun olan arbitraj barədə razılaşmanı təşkil edir. 5-ci maddəsində nəzərdə turulur ki, “ X13 və onun nəzərdə tutduğu bütün sənədlər İngiltərə və Uels qanunlarına uyğun olaraq təfsir və şərh edilməlidir”. Mübahisənin arbitraja, eləcə də, beynəlxalq arbitraja aidliyi tərəflərin arbitraj sazişi ilə həll edilmişdir və bunun üçün arbitraj qaydalarına uyğun olaraq yurisdiksiya müəyyən olunmuşdur. Bundan başqa, iddiaçının və onun təsisçiliyində təmsil olunan Müdüroğlu və digər şəxslərin Azərbaycan Respublikasının xarici investorlar kimi hüquqlarının pozulmasından müdafiə olunmaq üçün X1 üzrə Beynəlxalq Mərkəzə etdiyi müraciət “Libra LLC and others v. Republic of Azerbaijan (İCSİD Case No. ARB/23/46)” adı və nömrəsi rəsmi şəkildə qeydə alınmışdır. İddiaçılar aşağıdakıları tələbləri irəli sürmüşlər: a. mübahisənin İMTBM və Britaniya-Azərbaycan İİS-in yurisdiksiyasına aid olduğunun bəyan edilməsi; b. Аzərbaycanın Britaniya-Azərbaycan İİS-ini, habelə İddiaçıların investisiyalarına münasibətdə ümumi beynəlxalq hüququ pozduğunun bəyan edilməsi; c. İddiaçılara məruz qaldıqları bütün zərərlərə görə təzminat, bu icraat əsnasında təyin edilməli və kəmiyyəti müəyyənləşdirilməlidir, lakin digərlərlə yanaşı yəgin ki, aşağıdakıları ehtiva etməlidir: (i) güc tətbiq etməklə "Alaris"-ə məcburən köçürülmüş "Landmark" əmlaklarında payın ədalətli bazar dəyəri; (ii) "Landmark" daşınmaz əmlakları üzrə "Alaris"-ə ödənilmiş dividendlərin dəyəri; (iii) "Landmark İİİ"-ün tikintisinə müdaxilə nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış gəlirlər; (iv) "Landmark" daşınmaz əmlakları üçün beynəlxalq kreditorlardan kredit maliyyələşdirməsini təmin etmək qeyrimümkünlüyü nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış fayda; (v) dövlət tərəfindən himayə edilən qeyri-qanuni hərəkətlər nəticəsində "Landmark" daşınmaz əmlaklarının sərbəst satışının qeyri-mümkünlüyü səbəbindən onların ədalətli bazar dəyərinin azalması; (vi) "Bakı İİ" obyektində İnvestorların payının ədalətli bazar dəyəri; və (vii) Venesiya sarayımənzillərinin ədalətli bazar dəyəri ilə həmin mənzillər üçün ödənilmiş təzminat arasındakı fərq; d. İddiaçıların vəkillərinin haqları və xərcləri, İddiaçıların ekspertlərinin haqları və xərcləri, habelə tribunalın və İMTBM-in haqları və xərcləri daxil olmaqla (digərlərlə yanaşı) bu icraatla bağlı bütün xərclər; e. tribunalın qərarından əvvəl və sonra ən yüksək qanuni dərəcə ilə hesablanmış mürəkkəb faiz (qərarın Cavabdeh tərəfindən tam və yekun icrası tarixinə qədər); və f. tribunalın ədalətli və məqsədəuyğun düşünə biləcəyi hər hansı əlavə hüquqi müdafiə vasitələri. İddiaçılar arbitraj icraatı əsnasında öz iddialarını dəyişdirmək, düzəltmək və əlavə etmək hüquqlarını özlərində saxlamışlar. 01 sentyabr 2000-ci ilədən qüvvədə olan Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 28-ci maddəsində birbaşa müəyyən olunmuşdur ki, “Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar”. “Arbitraj” sözü latın (fransız) mənşəli “arbitrage” sözündən yaranmaqla “mübahisənin üçüncü tərəfin səlahiyyətinə verilməklə həlli” mənasını ifadə edir. Müqavilədə nəzərdə tutulan “arbitraj” ifadəsi mübahisənin məhkəmədən kənar həllini nəzərdə tutmaqla, tərəflərin razılığı ilə mübahisəyə dair məcburi qərar qəbul edən bir və ya daha çox arbitrlə həyata keçirilən proseduru ifadə edir. Yəni həm beynəlxalq, həm də milli təcrübədə “arbitraj” məhkəməyə müraciət etmədən mübahisənin alternativ həlli kimi çıxış edir. Müqavilə bağlanarkən Azərbaycan Respublikasında həm arbitrajlar, həm də arbitraj məhkəməsi adı ilə iqtisadi mübahisələrə baxan dövlət tərəfindən təsis edilmiş arbitraj məhkəməsi (məhkəmələri) mövcud olmuş və fəaliyyət göstərmişdir. O cümlədən, beynəlxalq birliyin tam hüquqlu üzvü kimi Azərbaycan Respublikası beynəlxalq arbitrajların yurisdiksiyasını da qəbul edərək bir sıra beynəlxalq iqtisadi müqavilələr üzrə mübahisələrin arbitraj aidiyyətini təsdiqləmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına görə arbitraj haqqında razılaşma əsas razılaşmaya arbitraj bəndi daxil edilməklə yaxud ayrıca arbitraj sazişi bağlanılmaqla yaxud işə məhkəmədə baxılarkən işin arbitraj baxışına (münsiflər məhkəməsinə) verilməsi barədə razılaşma əldə edilməklə həyata keçirilir. Beynəlxalq təcrübə əsasında formalaşan “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində də xüsusi olaraq təsbit olunur ki, arbitraj sazişi müqavilədə arbitraj qeydşərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər. Arbitraj sazişi arbitraj prosesinin təməli kimi çıxış etməklə tərəflər arasında mövcud olan istənilən hüquqi əlaqə ilə bağlı yaranmış və ya yarana biləcək mübahisələrin tərəflərin razılığı ilə arbitraja verilməsini özündə ehtiva edir. Maddi xarakterinə görə arbitraj razılaşması tərəflər arasında yaranmış və ya gələcəkdə yarana biləcək mübahisənin arbitraja verilməsi barədə razılığın olmasını ifadə edir, prosessual xarakterinə görə isə arbitraj sazişinin qüvvədə olması belə mübahisənin dövlət məhkəməsi tərəfindən həll edilməsinin mümkünlüyünü istisna edir. 01 Arbitraj sazişi avtonom xarakter daşıyır və yalnız mübahisə yarandığı halda, arbitrajın özü tərəfindən onun səlahiyyətliliyi və ya razılaşmanın etibarsızlığı məsələsinə baxıla bilər. 02 Arbitrajın öz səlahiyyəti barədə qərar qəbul etmək hüququ hamılıqla tanınmış bir prinsipdir və onun pozulmasına yol verilə bilməz. 03 Məhkəməyə müraciət olunduğu halda, məhkəmə prime facio prinsipinə əsasən, arbitraj sazişi barədə məlum olan kimi işin icraatına xitam verməli və tərəfləri arbitraja göndərməlidir. 04 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 04.1. 153.2.1 maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 04.2. 170-ci maddəsində nəzərdə tutulur ki, hakim Məcəllənin 261.0.1-ci maddəsində göstərilən əsasla, yəni iş məhkəmədə baxılmalı deyilsə, iş üzrə icraata xitam verməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər
15. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.
16. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.
17. Həmin Məcəllənin 91.1-3-ci maddəsinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.
18. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
19. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
20. Həmin Məcəllənin 91.1-6-ci maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin və əlavə qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində, həmçinin əlavə qətnaməsi mahiyyəti üzrə düzgün, qanuni və əsaslıdır.
24. İddia tələbləri cavabdehin üzərinə cəmiyyətin (MMC) iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması, həmçinin Cavabdeh MMC-nin üzərinə təyin olunacaq növbədənkənar ümumi yığıncaqda baxılacaq məsələlərə dair bütün sənədlərin, o cümlədən cəmiyyətin büdcəsini, ştat cədvəlini, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətlərinin yığıncağın keçirilmə tarixinə azı 20 gün qalmış İddiaçı QSC-yə təqdim edilməsi vəzifəsinin qoyulması”ndan ibarətdir.
25. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" şirkəti (hədiyə verən) ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı (hədiyə alan) arasında olan 24 may 2019-cu il tarixli bağışlanma müqaviləsindən görünür ki, hədiyə verən Cavabdeh MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 payı (nizamnamə kapitalının 50%, 50000 ABŞ dolları dəyərində olan pay) hədiyə alana bağışlamışdır.
26. İş materiallarında olan Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağının 12 iyun 2019-cu il tarixli qərarına əsasən (protokol № 19/01) Cavabdeh MMC-nin nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının X6 həvalə edilməsi qərara alınmış, “X11 Ltd” şirkətinin adından çıxış edən X8 məsələyə heç bir etiraz etməmiş, həmin məsələnin lehinə səs vermiş və protokolu imzası ilə təsdiq etmişdir.
27. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin xx.xx.2004-cü il tarixli nizamnaməsinə edilmiş xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən cəmiyyətin nizamnamə kapitalı 100000 ABŞ dollarıdır və hər birinin dəyəri 500 ABŞ dolları olmaqla 200 paydan ibarətdir. Təsisçilərin payı: ”X11 LTD” Şirkəti 50 %, 100 pay, pul şəklində; İddiaçı QSC BOKT 50 %, 100 pay, pul şəklindədir. (4.2-ci bənd).
28. İş materiallarına əlavə olunmuş **********947300 nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən təsisçilər və nizamnamə kapitalındakı mayalarının miqdarı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı- 50% və “X11 LTD” şirkəti – 50% olmaqla nizamnaməyə edilmiş dəyişiklik qeydiyyata alınmışdır.
29. Göründüyü kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı Cavabdeh MMC-nin 50% payçısıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.
30. Məhkəmə sənədlərin tələb edilməsinə dair qeyd etmişdir ki, Mülki Məcəllənin MMC ilə bağlı normalarında məhz MMC-nin iştirakçılarının onun fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ birbaşa göstərilməmiş olsa da, Mülki Məcəllənin Səhmdar cəmiyyət ilə bağlı normalarında bu hal nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.
32. Sadalanmış normaların məzmunundan görünür ki, cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.
33. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasında qeyd etmiş olduğu cəmiyyətin büdcəsi, ştat cədvəli, strukturunu təsdiq edən sənədlər, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatları, vergi bəyannamələri, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışlar məhz onun fəaliyyəti ilə bağlı olan sənədlər kateqoriyasına aiddir.
34. Ona görə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh büdcəsinin, ştat cədvəlinin, strukturunu təsdiq edən sənədlərin, 2019-cu ildən hal-hazıradək illik maliyyə və kənar audit hesabatlarının, vergi bəyannamələrinin, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə çıxarışların təsdiq edilmiş surətləri Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına təqdim edilməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin tələb olunan sənədlərin verməməsi üçün heç bir hüquqi əngəl mövcud deyildir.
36. İş üzrə xitam qərardadından verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarında qeyd edilmişdir ki, MM-də hüquqi şəxsin təşkilati hüquq forması olaraq məhdud məsuliyyətli cəmiyyətlərdə növbədənkənar ümumi yığıncaqdan fərqli olaraq, növbəti ümumi yığıncağın çağırılması qaydası nəzərdə tutulmuşdur. Belə ki, MM-in 91.1-2-ci maddəsinə (bax bu qərarın 26-cı bəndinə) görə, məhdud məsuliyyətli cəmiyyətin (bundan sonra – “MMC”) iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. İstinad olunan normanın məzmunundan göründüyü kimi, MMC-nin növbəti ümumi yığıncağı icra orqanı tərəfindən çağırılır.
37. MM-nin 91.1-3-cü maddəsində isə MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur.
38. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMC-lərin iştirakçılarının həm növbəti, həm də növbədənkənar ümumi yığıncaqlarına aiddir.
39. MM-nin səhmdar cəmiyyətlərə aid 107-1-ci maddəsindən isə aydın olur ki, səhmdarların istər növbəti, istərsə də növbədənkənar yığıncaqları səhmdar cəmiyyətin idarəetmə orqanı tərəfindən çağırılır.
40. Belə ki, MM-in 107-1.2, 107-1.3 və 107-1.6-cı maddələrinin məzmununa görə, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). İllik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən, direktorlar şurası (müşahidə şurası) olmadıqda isə, cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. 18.
41. Göründüyü kimi, analoji normalarda da səhmdarların növbəti və ya növbədənkənar ümumi yığıncağının bilavasitə səhmdarın özü tərəfindən, digər səhmdarlara bildiriş göndərilməklə çağırılması qaydası müəyyən edilməmişdir. Bildirişdə ümumi yığıncağın gündəliyə təklif olunan məsələlərin qeyd edilməli olduğuna gəldikdə isə, həmin məsələlər öz əksini MM-in 107-1.5-ci maddəsində tapmışdır. Həmin maddənin MM-in 107-1.2, 107- 1.3 və 107-1.4-cü maddələri ilə qarşılıqlı təhlili onu deməyə əsas verir ki, sözügedən normalar səhmdarların növbədənkənar deyil, məhz növbəti (illik) ümumi yığıncağının çağırılması ilə bağlıdır.
42. İddiaçı iddia edir ki, (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir) cavabdehin 2019, 2020, 2021 və 2022-ci illər üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncaqları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, təsisçisi olan iddiaçıya növbəti ümumi yığıncağın çağırılması barədə məlumat verilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən 2020-ci il 10 yanvar, 2020- ci il 14 fevral, 2020-ci il 4 avqust və 2020-ci il 17 avqust tarixli məktublarla yazılı formada cavabdehə müraciət edilsə də, məsələ bu günədək öz həllini tapmamışdır. Son olaraq, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 iyun tarixli 13-7/2-3-11/1548/2023 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
43. Beləliklə məhkəmənin iddianın Cavabdeh MMC-nin üzərinə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” hissəsi ilə bağlı qəbul etdiyi əlavə qətnamə əsaslı və qanunidir.
44. Mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmalı olmadığı və iş üzrə icraata xitam verilməli olduğuna dair cavabdehin apellyasiya şikayətində qeyd edilən mülahizələr məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir.
45. Belə ki, hazırkı mübahisə Azərbaycan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC-nin təsisçilərindən biri olan iddiaçı ilə hüquqi şəxsi arasında korporativ mübahisədir. Cavabdeh tərəfindən məhkəməyə "xxxx" MMC-nin və digər iddiaçıların Azərbaycan Respublikasına qarşı X1 üzrə Beynəlxalq Mərkəzə ünvanlanmış arbitraj müraciəti təqdim edilsə də, həmin müraciətin məhkəmə tərəfindən icraata qəbul edildiyi və hazırda baxıldığı barədə sübutlar mövcud deyil.
46. İş üzrə icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində nəzərdə tutulmuşdur. MPM-nin 261.0.6-cı maddəsində nəzərdə tutulur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda MPM-nin 452.1-ci maddəsinə qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir.
47. Hazırkı halda tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olmadığından iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti düzgün olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.
48. Məhkəmə eyni zamanda qeyd edir ki, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən (cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Xarici investisiyanın qorunması haqqında” 15 yanvar 1992-ci il tarixli, 57 saylı Azərbaycan Respublikası qanunu qüvvədən düşmüşdür) dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər. Tərəflər arasında hər hansı digər razılıq olmadığı halda, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.
49. Azərbaycan Respublikası və xarici dövlətlər arasında imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli beynəlxalq sazişlərdə mübahisələrin həlli ilə bağlı bu maddədə göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir.
50. Göründüyü kimi, qanunda dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələrin beynəlxalq arbitraja təqdim edilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırkı mübahisə isə təsisçi ilə hüquqi şəxsin arasında yarandığından Bakı Kommersiya Məhkəməsinin bu mübahisəyə baxmağa səlahiyyətli olmadığına dair cavabdehin mövqeyi əsassızdır.
51. MM-nin 91.1-2-ci maddəsində məhdud məsuliyyətli cəmiyyətin icra orqanının onun iştirakçılarının növbəti ümumi yığıncağını nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırmaq öhdəliyi, MM-nin 91.1-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək hüququ nəzərdə tutulmuşdur.
52. Eyni zamanda Cavabdeh MMC-nin nizamnaməsinin 6.3-cü bəndinə əsasən ümumi yığıncaq zərurət yarandıqda, lakin ildə bir dəfədən az olmayaraq, növbəti maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq keçirilir. 6.7-ci bəndində qeyd edilir ki, növbəti ümumi yığıncağın keçirilmə tarixi, yeri, vaxtı və gündəliyi haqqında məlumatlr sifarişli poçtla, faks, teleks, teleqram və digər teleqraf vasitələri ilə həmin yığıncağın başlanma tarixindən ən əzı 30 gün əvvəl iştirakçıların ünvanına göndərilməlidir. Əgər növbədənkənar yığıncaq çağırılırsa pay sahiblərinə ən azı 10 gün əvvəl bildiriş göndərilməlidir.
53. Məhkəmə araşdırması zamanı işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə ümumi yığıncağı keçirilsə də hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən təsisçi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin ümumi yığıncaqlara dəvət edilməmiş, onun iştirakı təmin edilməmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
54. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC-nin təsis payını MM-nin 93-cü maddəsinin tələblərini pozmaqla qanunsuz əldə etdiyini, təsis payının əvəzsiz əldə edilməsinin qanunsuz olduğunu iddia edərək iddiaçını MMC-nin təsisçisi kimi qəbul etmir.
55. Məhkəmə cavabdehin bu mülahizəsini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı kommersiya hüququ şəxslərinin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən "xxxx" MMC-nin 50 % paya malik təsisçisi olduğundan onun MM-nin 91.1-1-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.
56. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin təsis payını əvvəlki təsisçi "xxxx" Şirkəti ilə 24 may 2019-cu il tarixdə bağlanmış bağışlanma müqaviləsinə əsasən əvəzsiz əldə etdiyindən və həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdehin iddiaçı tərəfindən təsis payının qeyri-qanuni əldə edilməsi ilə bağlı mülahizələri hazırkı icraat çərçivəsində araşdırma predmeti ola bilməz. Hüquqi şəxsin ən azı ildə bir dəfə növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi hüquqi şəxs olan cavabdehin həm qanundan, həm də nizamnamədən irəli gələn vəzifəsi olduğundan iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) və əlavə qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin və əlavə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3725/2023 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) və xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3680/2024 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.