Məhkəmə qərarları › İş №2-2(103)-814/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-814/2021

12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-814/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.02.2021-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0- 100-14 saylı kredit müqaviləsi üzrə iddiaçıya 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 1.879.748,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2.987.933,87 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında 22 dekabr 2014-cü il tarixli, 6-BİZ-1-0-100- 14 nömrəli alqı-satqı müqaviləsi və girov müqaviləsinin təminatı olaraq girov qoyulmuş “xxxx” ASC-nin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 34.591,5 kv.metr əmlak kompleksi kimi müəssisənin və 9.5214 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli e-2-2(113)-1147/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üzərinə həbs qoyulması tələb olunan ünvan 1 ünvanında yerləşən 34.591,5 kv.metr əmlak kompleksi kimi müəssisənin və 9.5214 ha torpaq sahəsi cavabdehin deyil, hazırki iş üzrə tərəf olmayan “xxxx” ASC-nin mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinin mənasına görə isə iddianın təmin etmək tədbiri kimi yalnız cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar