Məhkəmə qərarları › İş №2-2(103)-815/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-815/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-815/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli e-2-2(113)-1454/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdidirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada: DC00382437-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10.218,92 manat əsas borc, 78,36 manat hesablanmış faiz borcu, 1.475,46 manat cərimə borcu olmaqla, cəmi 11.772,74 manat məbləğində borcun; DC00382437-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,815.79 manat əsas borc, 2.099,08 manat hesablanmış faiz borcu, 1.062,19 manat cərimə borcu olmaqla, cəmi 17.977,06 manat məbləğində borcun; DC00382437-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.443,86 manat əsas borc, 756.53 manat hesablanmış faiz borcu, 199,61 manat cərimə borcu olmaqla, cəmi 12.400 manat məbləğində borcun; DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.381,21 manat əsas borc, 46.45 manat hesablanmış faiz borcu, 3.70 manat cərimə borcu olmaqla, cəmi 14.431,36 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli e-2-2(113)-1454/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, DC00382437-01 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.218,92 manat, faiz borcu üzrə 78,36 manat, cərimə borcu üzrə 500 manat olmaqla, cəmi 10.797,28 manat, məbləğində pulun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00382437- 03 saylı müqaviləyə əsasən əsas borc üzrə 14.815,79 manat, faiz borcu üzrə 2.099,08 manat, cərimə borcu üzrə 800 manat olmaqla, cəmi 17.714,87 manat məbləğində pulun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00382437-04 saylı müqaviləyə əsasən əsas borc üzrə 11.443,86 manat, faiz borcu üzrə 756,53 manat, cərimə borcu üzrə 199,61 manat olmaqla, cəmi 12.400 manat məbləğində pulun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00382437-08 saylı müqaviləyə əsasən əsas borc üzrə 14.381, 21 manat, faiz borcu üzrə 46,45 manat, cərimə borcu üzrə 3,70 manat, olmaqla, cəmi 14.431,36 manat, məbləğində pulun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli e-2-2(113)-1454/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar