Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-817/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)-22/2019 nömrəli qətnaməsindən cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında 24 mart 2004-cü il tarixli, 2 nömrəli icarə müqaviləsi bağlanmış, habelə iddiaçının adına torpaqdan müvəqqəti istifadə hüququna dair 9 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. Həmin şəhadətnaməyə görə, İddiaçı MMC-yə aid olan 400 hektar torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B nömrəli konturlar ilə təsvir edilmiş, iş materiallarına əsasən 3 hissədən ibarət həmin 400 hektar torpaq sahəsi üzərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır.
3. Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 28 dekabr 2007ci il tarixində X12 bağlanmış və X12 Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2008ci il tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. X12nin 5.01-ci maddəsinə əsasən, boru kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri Şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 nömrəli Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir.
4. İddiaçı MMC-yə JN-4634 nömrəli şəhadətnaməyə əsasən, verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 nömrəli Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən seriya RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir.
5. X21 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət mülkiyyətində olan və 09 aprel 2004-cü il tarixli , JN-4634 nömrəli (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən, İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 nömrəli kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların X21 Kəməri-Genişləndirmə Layihəsi ilə bağlı X21 Kəməri Şirkətinin xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamışdır.
6. 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, dövlət isə İddiaçı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüş və öz növbəsində, bunun qarşılığında, eləcə də İddiaçı MMC-nin müqavilənin digər müddəalarına razılıq verməsi əvəzində sonuncuya müqavilədə qeyd edilmiş ******* manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir.
7. 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin 1 nömrəli Qoşmasına əsasən, İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsində yerləşən 2200 nar kolları ilə bağlı kompensasiya məbləği ******* manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan kimi 29 yanvar 2016-cı il tarixində 16244 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan ******* manat olmaqla, ümumilikdə ******* manat kompensasiya İddiaçı MMCyə ödənilmişdir.
8. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 11 iyun 2016-cı il tarixli arayışa əsasən, şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi İddiaçı MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində qeydiyyata alınmışdır.
9. 22 aprel 2016-cı il tarixində İddiaçı MMC məktubla cavabdeh "xxxx" şirkətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb etmişdir.
10. Cavabdeh şirkət isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq, 11 may 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013S) istifadə üçün bütün lazımı hüquqlar 26 noyabr 2015-ci il tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X9 2 nömrəli Əlavə çərçivəsində X21 Kəməri-Genişləndirmə Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki, 29 aprel 2014-cü il tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır.
11. Boru kəmərinin istismarı üzrə texniki heyətin və gündəlik atlı patrul xidmətinin nümayəndələri təsdiqləmişdirlər ki, həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür. Fakt olaraq təsdiqlənib və qeydə alınıb ki, həmin ağaclar 29 yanvar 2016-cı il tarixində kompensasiyası (3100000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən dövlətə məxsus torpaq sahəsinə (080500013S) köçürülmüş və buna əsasən, yenidən həmin ağaclara görə kompensasiya tələb edilir. Məhsula görə kompensasiya yalnız normal aqronomik qaydalara və təcrübəyə uyğun olaraq qanuni şəkildə aparılmış kənd təsərrüfatı fəaliyyətinə olan təsirə görə ödənilir. Ağacların kompensasiya almaq məqsədilə boru kəməri dəhlizinin bir hissəsindən çıxarılaraq digər hissəsinə köçürülməsi normal kənd təsərrüfatı qaydalarına və fəaliyyətinə uyğun deyil və bu qanunsuz fəaliyyətə görə "xxxx" Şirkəti İddiaçı MMC-yə hər hansı şəkildə kompensasiya ödəmək niyyətində deyildir.
12. Goranboy Rayon İcra hakimiyyəti Başçısının BP İcazələr və Torpaqayırma üzrə menecer Namiq Abbasovun adına olan 27 may 2016-cı il tarixli, 192 nömrəli məktubda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncamı ilə X8 400 hektar torpaq sahəsi İddiaçı MMC-yə 50 il müddətinə icarəyə verilmişdir. Xəritədə ********* S kimi kodlaşdırılmış torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir və MMC tərəfindən istifadə edilir. Hazırda orada İddiaçı MMC tərəfindən nar bağı salınmış, damcılı suvarma sistemi quraşdırılmışdır.
13. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Energetika Nazirliyinə təqdim olunmuş 13 oktyabr 2016-cı il tarixli rəydə qeyd edilmişdir ki, 11 oktyabr 2016-cı il tarixində İddiaçı MMC şirkətinin torpaq sahəsinin X21 Kəməri-Genişləndirmə Layihəsi tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxış keçirilərkən, həmin ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metr olduğu, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyən olduğu, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruduğu müəyyən edilmişdir. Baxış keçirərkən nar kollarının sayılmasında X21 Kəməri-Genişləndirmə Layihəsi BP şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər.
14. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmiş, cərgə və bitkilər arası məsafələr normaldır. Lakin yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun səbəbini şirkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etmişdir.
15. Sözügedən əraziyə 5 mart 2016-cı il tarixində X21 Kəməri Genişləndirmə Layihəsi BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Çünki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirilən ərazidə nar kollarının miqdarının nə qədər olması müəyyən edilməmiş, yəni nə qədəri daimi və nə qədəri təzə köçürülmüşdür.
16. X21 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür ki, Layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı - 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir.
17. İsrail Respublikasının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1 yanvar 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530000 ABŞ dolları təşkil etmiş və həmin irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715500 ABŞ dolları təşkil edir.
18. "xxxx" ASC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 11 aprel 2017-ci il tarixli, ASCl2-1240 nömrəli məktubda göstərilmişdir ki, İsrail dövlətinin istehsalı olan damcılı suvarma sistemləri üçün və digər avadanlıqların Goranboy rayonu X19 torpaqlarından meyvə bağlarının salınması məqsədilə İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş 400 ha sahədə quraşdırılması ilə birlikdə ümumi dəyəri 3477920,0 manat (təxminən ******* ABŞ dolları məbləğinin manat ekvivalenti ilə) təşkil edir. Adı çəkilən avadanlıqlar 2009- 2011-ci illərdə 30 iyun 2009-cu il tarixli, 10-İM nömrəli, 8 aprel 2010-cuil tarixli, 11-İMl10 nömrəli, 15 mart 2011-ci il tarixli 07-İMl11 nömrəli ilkin müqavilələr əsasında "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinqə verilmişdir.
19. İddiaçı MMC tərəfindən cavabdeh “BP Eksploreyşn (Xəzər dənizi) Limited” Şirkətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi və quraşdırılmış suvarma sisteminin tam şəkildə sıradan çıxarılması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın iddiaçıya ödənilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı MMC cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinə qarşı (Goranboy rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, yekunda dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq ******* manat kompensasiya məbləğinin və quraşdırılmış 530000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməli olması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddia onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə 400 hektar torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsi qərara alınmış, sərəncam əsasında icarə müqaviləsi bağlanaraq 9 aprel 2004-cü il tarixli JN-4634 nömrəli şəhadətnamə alınmış, iddiaçıya ayrılmış torpaq sahəsi 3 hissədən ibarət olmuşdur. X21 Kəmərinin genişləndiriləcək hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin 4634 nömrəli kontur ilə qeyd olunan hissəsindən keçdiyi məlum olmuş, bu səbəbdən torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması barədə 22 yanvar 2016-cı il tarixli müqavilə bağlanmış, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə torpaq sahəsinin həmin hissəsindən ağacların və su borularının köçürülməsini təşkil etmiş, bunun müqabilində ona ******* manat kompensasiya ödənilmişdir. X13 Boru Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin yenə də iddiaçının istifadəsində olan torpaq sahəsinin digər hissəsindən keçməsi müəyyən edilsə də, cavabdeh bununla bağlı iddiaçıya kompensasiya ödəməkdən imtina etmiş və 2016-cı ilin noyabr ayında iddiaçının istifadəsində olan torpaq sahəsində işlərə başlamış, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağacları məhv edilmiş və bütün suvarma sistemi sıradan çıxarılmışdır.
22. Cavabdeh iddia ərizəsinə qarşı etiraz, daha sonra etiraza əlavə təqdim edərək, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, 28 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə X21 Kəməri Şirkəti arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə və Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişin tələblərinə əsasən, boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün CQBKŞ-yə torpağa dair müstəsna və qeyri-məhdud əmlak hüquqları verilmişdir. Bütövlükdə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə həmin şirkətin cavabdeh olmasına və boru kəmərinin genişləndiriləcək hissəsinin iddiaçının istifadəsində olan torpaq sahəsindən keçməsinə görə həmin şirkət tərəfindən ******* manat kompensasiyanın ödənilməsinə, iddiaçının isə bununla bağlı imzalanmış müqavilədə kompensasiya məbləğini qəbul etməklə bu məsələ ilə bağlı şirkətə, onun podratçılarına və onun müəyyən etdiyi digər şəxslərə münasibətdə hər-hansı digər tələb və iddiasının olmadığının qeyd edilməsinə baxmayaraq, iddiaçı sonradan boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator olan cavabdehə qarşı da əsassız kompensasiya tələbi ilə çıxış etmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi JN- 4634 nömrəli şəhadətnamənin əsli və torpaq sahəsinin ayrıc aktı məhkəməyə təqdim olunmamış, istinad edilən şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Həmçinin, torpaq sahəsi iddiaçının istifadəsinə ayrılarkən torpaq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. İddiaçı mübahisəli 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin məhz JN-4634 nömrəli şəhadətnamə ilə əhatə olunduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir.
24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2-2(81)- 471/2017 nömrəli qərardadı ilə cavabdeh “BP Eksploreyşn (Xəzər dənizi və Şah dəniz) Limited” Şirkəti “BP Eksploreyşn (Şah dəniz) Limited” Şirkəti ilə əvəz edilmiş, işə əvvəldən baxılmağa başlanılması qərara alınmışdır .
25. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli 2-2(81)- 471/2017 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 4 yanvar 2019-cu il tarixli, 26748 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Torpaqdan müvəqqəti müvəqqəti istifadə hüququna dair 9 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli, Kod 50900001 şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004cü il tarixli, 42 nömrəli sərəncamı və 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan R.İ.H,B tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planının ilkin müayinə aktına uyğun gəldiyi və tədqiq olunan boru kəmərinin iddiaçının JN 4634 nömrəli şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi müəyyən edilir. - Naturada çöl-ölçmə işləri aparan zaman məlum olmuşdur ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin müayinə aktına və yerquruluşu planına uyğundur və şəhadətnamədə göstərilən torpaq sahəsinin daxilindən faktiki kəmərin keçdiyi müəyyən edilmişdir. - Mübahisəli sahəyə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş və aşağıda göstərilmiş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nümrəli (Kod ********) şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin koordinatlarının (x və y koordinatları göstərilməklə) hüdudları daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 – 2 714,30 metr 2) 645845.842 4499599.7282 – 3 542,31 metr 3) 646373.938 4499723.0583 – 4 26,61 metr 4) 646390.521 4499702.2494 – 5 549,82 metr 5) 645856.408 4499571.7715 – 6 690,25 metr 6) 645186.040 4499407.3006 – 1 41,13 metr - Mübahisəli sahayə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN4634 nömrəli (Kod ********) Şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi təqdirdə, həmin 6 ədəd döngə nöqtələrinin koordinatları 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz hansının döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 – 2 714,30 metr 2) 645845.842 4499599.7282 – 3 542,31 metr 3) 646373.938 4499723.0583 – 4 26,61 metr 4) 646390.521 4499702.2494 – 5 549,82 metr 5) 645856.408 4499571.7715 – 6 690,25 metr 6) 645186.040 4499407.3006 – 1 41,13 metr “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin və ona parallel olaraq həyata keçirilməkdə olan X21 Kəmərinin Genişləndirilməsi layihəsi üzrə çəkilmiş boru xətti faktiki olaraq aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatları daxilində keçdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 – 2 714,30 metr 2) 645845.842 4499599.7282 – 3 542,31 metr 3) 646373.938 4499723.0583 – 4 26,61 metr 4) 646390.521 4499702.2494 – 5 549,82 metr 5) 645856.408 4499571.7715 – 6 690,25 metr 6) 645186.040 4499407.3006 – 1 41,13 metr - “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatları üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. - ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. - ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üstüstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2019-cu il tarixli, 2-2(81)- 22/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2019-cu il tarixli, 8305/06 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş, zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. - İsrail Respublikasının "xxxx" Şirkətinin Azərbaycan Respublikasıdakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli, KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1215714,20 manat (715126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir.
29. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)- 22/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1097,163 manat və 214 ədəd bar verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq ******* manat məbləğində pul vəsaitinin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və ödənilmiş dövlət rüsumu kimi 20 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbləri qalan hissədə təmin edilməmiş, ekspertiza tədqiqatlarının ümumi dəyəri 300 manatın cavabdehdən və iddiaçıdan müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
30. Qətnamənin əsaslarına görə, iddiaçı boru kəmərinin keçməsi səbəbindən onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin istifadəsindən məhrum olması ilə bağlı deyil, həmin torpaq sahəsində ona məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Həmin torpaq sahəsində olan nar kollarının və suvarma sisteminin iddiaçıya məxsus olması cavabdehə məlum olduğundan, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququnun olmamasına və ya cavabdeh qismində Azərbaycan Respublikası Energetika Nazirliyinin olmasına dair cavabdehin dəlilləri əsaslı olmamışdır. Həmçinin, cavabdeh iddiaçının istifadəsində olan nar kollarının və suvarma sisteminin köçürülməsi barədə iddiaçıya müraciət etməmişdir. Bundan başqa, cavabdehin iddiaçıya verilmiş JN-4634 nömrəli şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmamasına dair dəlili də əsassız olmuşdur. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağın salınması üçün iddiaçıya 400 hektar torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş, bununla bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli şəhadətnamə verilmiş, iddiaçı 3 hissədən ibarət torpaq sahəsində fəaliyyətini rəsmi sənəd olan həmin Şəhadətnaməyə əsasən həyata keçirmiş, yerli icra hakimiyyəti və ya hər-hansı digər dövlət orqanı nar plantasiyasının həmin şəhadətnamənin əhatə etdiyi torpaq sahəsində yerləşmədiyi tələbini irəli sürməmişdir. "CQBKG” Layihəsi çərçivəsində torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatda bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat kompensasiya tarifləri müəyyən edildiyindən, iddiaçıya vurulmuş zərər kimi 1207 ədəd yetişkən nar kollarına görə ******* manat, 214 ədəd bar verməyən nar kollarına görə isə 38948 manat olmaqla, ümumi zərər ******* manat təşkil etmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olmuş damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin 1215714,20 manat olması da ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
32. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Apellyasiya şikayətinin dəlillirinə görə, JN-4634 nömrəli şəhadətnamədə 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncama və torpağın icarəyə verilməsi haqqında 24 mart 2004-cü il tarixli müqaviləyə istinad edilmişdir. JN-4634 nömrəli şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Torpaq sahəsi İddiaçı MMC-yə ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Bunu İddiaçı MMC-nin 7 saylı Bərdə Layihə-Tədqiqat İdarəsinə ünvanladığı 17 mart 2016-cı il tarixli məktub da təsdiq edir. Həmin məktubda 256 hektar torpaq sahəsinin künc döngə nöqtələrinin yer üzərinə keçirilməsi xahiş olunur (JN-4634 nömrəli şəhadətnamə verildikdən 12 il sonra). Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 28 dekabr 2007-ci il tarixində Ümumi İcarə Müqaviləsi bağlanmış və həmin Ümumi İcarə Müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2008-ci il tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Ümumi icarə müqaviləsinin 5.01-ci maddəsinə əsasən Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri Şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Yuxarıda şərh olunduğu kimi, Reyestr Xidmətinin Goranboy Rayon İcra Hakimiyyətinə ünvanladığı 13 may 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi Goranboy Rayon İcra Hakimiyyətinə məxsus dövlət torpaq sahəsi kimi qeyd olunmuş və yüklü edilməmişdir. Mütəxəssis rəyi ilə eskpert rəyi arasında bəzi ziddiyyətli məqamlar mövcuddur. Bundan əlavə, ekspert rəyinin özündə də qeyri-müəyyənliklər var. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 tərəfindən tərtib edilmiş 04 yanvar 2019-cu il tarixli, 26748 nömrəli ekspert rəyinin “tədqiqat prosesinin təsvir hissəsində” də qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-nin mütəxəssisi GPS aparatı ilə ölçmə işi aparmışdır. Mütəxəssis rəyində açıq-aşkar qeyd edilmişdir ki, “JN-4634 nömrəli şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli, 42 nömrəli Sərəncamı və 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamışdır və ilkin yerquruluşu planında boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanmış ərazi ilə şəhadətnamənin cizgisində göstərilən boru kəmərlərinin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi üst-üstə düşmür”. Buna baxmayaraq, ekspert rəyinin nəticə hissəsində “torpaqdan müvəqqəti istifadə hüququna dair 09 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 nömrəli Sərəncamı və 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planı ilkin müayinə aktına uyğun gəldiyi və boru kəmərinin İddiaçı MMC-nin JN 4634 nömrəli şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi” müəyyən edilmişdir. Goranboy Rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncamı və 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planında iddiaçıya ayrılmış torpaq sahəsinin iki hissədən, JN-4634 nömrəli şəhadətnamədə isə torpaq sahəsinin üç hissədən ibarət olması açıq-aydın görünür. Ekspert X16 oğlu şəhadətnamənin cizgi planının düzgün tərtib edilməməsi faktını bilə-bilə ümumiyyətlə bu faktı nəzərə almamış və iş materiallarında olmayan qeyrimüəyyən sənədə (ilkin müayinə aktı) istinad edərək qeyri-obyektiv və qərəzli rəy vermişdir. Eyni məhkəmə işi ilə bağlı X16 oğlu tərəfindən verilmiş 17 may 2019-cu il tarixli, 8305/06 nömrəli ekspert rəyindən də X16 oğlunun qərəzli və qeyri-obyektiv olduğunu görmək mümkündür. Belə ki, ekspert rəyinin tikinti-texniki tədqiqat hissəsində göstərilmişdir ki, “tədqiq olunan əraziyə baxış keçirilən zaman İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş, zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir.” Məhkəmə tərəfindən 07 mart 2019-cu il tarixli qərardad qəbul ediləndən sonra (həmin tarixdən rəy verilən tarixədək) ekspert Elmar Səidovun mübahisə predmeti olan əraziyə getməsi şübhə doğurur. Əgər həmin tarixdən sonra, o, əraziyə baxış keçirirdisə, bu tərəflərin iştirakı ilə olmalı idi. Onların isə belə bir məsələdən xəbərimiz olmamışdır. Belə qənaətə gəlirlər ki, Elmar Səidov 17 may 2019-cu il tarixli, 8305/06 nömrəli ekspert rəyini daha əvvəl keçirilmiş torpaqşünaslıq ekspertizası ilə bağlı iştirak etdiyi yerli baxışa istinadən vermişdir. Həmin yerli baxış zamanı ekspert tərəfindən tədqiq edilməli olan məsələ yalnız torpağın koordinatları ilə bağlı məsələlər olmuşdur və həmin yerli baxış zamanı damcılı suvarma sistemi ilə əlaqədar ekspert tərəfindən tədqiqat aparılmamış və ekspert qarşısında da cavablandırılması üçün damcılı suvarma sistemi ilə bağlı hər hansı sual qoyulmamışdır. Göründüyü kimi, ekspert qərəzli və qeyri-obyektiv rəy vermək üçün ekspertiza ilə bağlı özünün malik olduğu səlahiyyətlərini aşmaqdan belə çəkinməmişdir. Yuxarıda şərh olunduğu kimi, Goranboy Rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli 42 nömrəli Sərəncamı və 24 mart 2004-cü il tarixli 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planında iddiaçıya ayrılmış torpaq sahəsi iki hissədən, JN-4634 nömrəli şəhadətnamədə isə torpaq sahəsi üç hissədən ibarətdir. Göründüyü kimi, JN4634 nömrəli Şəhadətnamə Goranboy Rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli 42 nömrəli sərəncamı və 24 mart 2004-cü il tarixli 02 nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamış və JN- 4634 nömrəli şəhadətnamənin cizgi planı düzgün tərtib edilməmişdir. Təsadüfi deyil ki, BP Şirkəti cavabdehlər İddiaçı MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “09 aprel 2004-cü il, JN-4634 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, 22 yanvar 2016-cı il tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı MMC-yə ödənilmiş ******* manat pul məbləğinin İddiaçı MMC-dən tutularaq iddiaçı BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəhadətnamənin etibarsızlığına dair məsələyə baxılıb hüquqi qiymət verilməyənə qədər hazırkı mübahisəyə baxıla bilməz. Çünki, hazırkı iş üzrə zərərlə bağlı iddia qaldırmaq üçün ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmaması (zərərə məruz qaldığı iddia olunan nar kollarının və damcılı suvarma sisteminin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olub-olmaması məsələsi) ətraflı və dəqiq araşdırılmalıdır. Başqa cür deyilsə, hazırkı iş üzrə zərərlə bağlı tələb öz-özlüyündə müstəqil (torpaqla əlaqədar olmayan) tələb deyil. Müəyyən olunsa ki, sözügedən nar kollarının və damcılı suvarma sisteminin yerləşdiyi torpaq sahəsi iddiaçıya aid deyil, həmin halda digər hallar araşdırılmadan iddia rədd edilməlidir. TƏMÖH Sazişində müəyyən edilmişdir ki, TƏMÖH Sazişi Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunmalıdır. Ümumi icarə Müqaviləsinin 5.01-ci maddəsinə əsasən Azərbaycan Respublikası Boru Kəməri üzrə TƏMÖH Sazişi ilə nəzərdə tutulan Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqlarını Boru Kəməri Şirkətinə verir. 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin İddiaçı MMC-yə heç bir aidiyyəti yoxdur və İddiaçı MMC həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Digər tərəfdən, əgər kompensasiya ödəmək öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəf Dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi olmalıdır, çünki, TƏMÖH Sazişi üzrə Torpaq hüquqlarının müvafiq qaydada Boru Kəməri Şirkətinə ötürülməsini Dövlət özü təmin etməli idi. Araşdırma nəticəsində əldə edilən dəlillərə və məlumatlara əsasən, iddiaçının iddia ərizəsində istinad etdiyi nar ağacları məqsədyönlü şəkildə və əvvəlcədən düşünülmüş planın tərkib hissəsi kimi əlavə kompensasiya ödənişi əldə etmək niyyəti ilə qanunsuz olaraq dövlət mülkiyyətində olan və Boru Kəməri Şirkətinin qanuni istifadəsinə verilmiş 080500013S kimi kodlaşdırılmış torpaq sahəsində sonradan yenidən əkilmişdir. Atlı patrul X22 oğlu öz 23 fevral 2016-cı il tarixli izahatında bildirmişdir ki, o, səhər öz işini icra edərkən BTC kəmərinin 265-ci km-liyinə gəlib çatmış və 10 fevral 2016-cı il tarixində saat 10:00-da orada İddiaçı MMC-nin işçilərinin kəmərdən 15 metr aralıda nar bağında olan ağacları çıxarıb başqa yerə apardıqlarını görmüş və bu barədə öz rəhbəri Heydər Abbasovu məlumatlandırmışdır. Bundan sonra, Heydər Abbasov hadisə yerinə gəlmiş və Abbas Kərimovla birlikdə İddiaçı MMC-nin rəhbəri və işçiləri ilə görüşmüşlər. Abbas Kərimov izahatında, həmçinin, bildirmişdir ki, günorta həmin yerə baxış keçirəndə görmüşdür ki, çıxarılan ağacları kəmərdən 15 metr aralı əkmişlər. İddiaçı MMC-nin şikayətinin araşdırılması məqsədilə 05 mart 2016-cı il tarixində BP Şirkətinin əməkdaşları, Ticarət Sənaye Şirkətinin atlı patrulunun, şikayətçi İddiaçı MMC-nin nümayəndəsi Seyfulla Kazımovun və Azərbaycan Dövlət Aqrar Universitetinin bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədovun iştirakları ilə torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı təsir altına düşən torpaq sahəsinin GPS koordinatları götürülmüş, ağacların əkildiyi yer müəyyənləşdirilmiş və aydın olmuşdur ki, nar kolları Genişləndirmə Layihəsinin tikinti dəhlizinin sırf sərhədləri daxilində əkilmişdir. Mütəxəssis Qurban Məmmədov tərəfindən Seyfulla Kazımovun razılığı ilə nar kollarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, ağaclar həmin torpaq sahəsinə başqa bir sahədən 20-30 gün əvvəl çıxarılaraq gətirilib əkilmişdir. X3 Seyfulla Kazımovun razılığı ilə seçmə üsulla bir neçə yerdən nar kollarını əl ilə çıxararaq baxmış və bir daha təsdiq etmişdir ki, nar kolları son bir ay ərzində həmin əraziyə köçürülüb. Nar kollarının budaqlarında, köklərində zədələr aşkar edilmiş və əksər kollarda kök boğazının torpağın səthində qaldığı görünmüşdür, yəni çıxarıldığı kimi torpağın dərinliyinə basdırılmamışdır. Bundan əlavə, İddiaçı MMC-nin nümayəndəsi ilə 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kodlu torpaq sahələrinə də baxış keçirilmiş, 080500011S(U) kodlu torpaq sahəsindən başqa qalan torpaq sahələrindəki nar kollarının çıxarıldığı aşkar edilmiş, nar kollarının çıxarıldığı torpaq sahəsində əmələ gəlmiş çuxurlar, eləcə də çuxurlardakı nar kollarının köklərinin qaldığı aydın görünmüşdür. Belə nəticəyə gəlinmişdir ki, həmin sahələrdən çıxarılmış nar kolları 080500013S(U) kodlu torpaq sahəsinə əkilmişdir. Atlı patrulun yazılı izahatı da bu faktı bir daha təsdiq edir. Aktı BP Şirkətinin əməkdaşları Vasif Məmmədov, Elbəy Quliyev, Emil Korçiyev, Heydər Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri, dosent Qurban Məmmədov və Ticarət Sənaye Şirkətinin atlı patrulu Abbas Kərimov imzalamışlar. Mütəxəssis Qurban Məmmədov 05 mart 2016-cı il tarixli rəyində bildirmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi Seyfulla Kazımovun razılığı ilə nar bağlarına baxış keçirmişdir. Müəyyən edilmişdir ki, hündürlüyü təxminən 1.5 – 2.0 metr arasında dəyişən 6-7 illik nar kolları bütün texnoloji proseslərə əməl edilərək sözügedən sahəyə təxminən 20-30 gün əvvəl köçürülmüşdür. Seçmə üsulla bir çox yerlərdən əkilmiş nar kolları əl ilə çıxarılmış və onun kökləri yoxlanılmışdır. Nar kollarının əksəriyyətinin budaqlarında və köklərində zədələr aşkarlanmışdır. Əksər nar kollarının kök boğazı torpağın səthində qalmış, yəni çıxarıldığı yerdəki kimi torpağın dərinliyinə basdırılmamışdır. Nar kolları torpaqdan əl ilə asan çıxmışdır. Bu bir daha sübut edir ki, həmin kollar digər yerlərdən sözügedən əraziyə yeni köçürülüb. Bundan əlavə, əvvəllər müqavilə bağlanmış sahəyə baxış keçirərkən müəyyən edilmişdir ki, nar kolları həmin ərazidən çıxarılıb. Həmin ərazidəki çalalar bunu sübut edir. Qurban Məmmədov şahid qismində məhkəməyə dəvət edilsə də həmin vaxt üzrlü səbəblərə görə iclas təxirə salındığından onu dindirmək mümkün olmamış və o, təkrar məhkəməyə gəlməmək üçün məhkəmənin yaxınlığında yerləşən notariusda 12 may 2017ci il tarixdə sərbəst surətdə və könüllü ərizə yazaraq imzasının həqiqiliyini təsdiqlətmişdir. Bundan xəbər tutan İddiaçı MMC həmin şahidə müəyyən inzibati metodlarla təzyiq göstərilməsinə müvəffəq olmuş və mütəxəssis Qurban Məmmədovu 13 may 2017-ci il tarixində notarial qaydada yeni, İddiaçı MMC-nin hüquqi mövqeyinə uyğun ərizə yazmağa məcbur etmişlər. Məhz buna görə də, mütəxəssis Qurban Məmmədovun 13 may 2017-ci il tarixli Gəncə şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş ərizəsi mötəbər sübut hesab edilə bilməz. Ekspert rəyinin əmtəəşünaslıqla əlaqəli hissəsində göstərilmişdir ki, İsrail Respublikasının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” LTD tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli, KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1215714,20 manat müəyyən edilir. Ekspert onlara məlum olmayan səbəblərə görə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə 07 mart 2019-cu il tarixli qərardad qəbul edilənədək məhkəməyə təqdim edilmiş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan bizə hər hansı formada məlumat verilmədən təqdim edilmiş 23 aprel 2019-cu il tarixli KO-01/19 nömrəli müqaviləyə istinad etməklə kifayətlənmişdir. Açıq-aşkar görünür ki, ekspert əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. Hətta, ekspert iddiaçının sonradan təqdim etdiyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürməkdən belə çəkinməmişdir. İddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqa zidd hərəkətlərini sübuta yetirə bilməmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019cu il tarixli, 2-2(103)-649/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə imzalanmış və bu müqavilədən irəli gələn öhdəlikləri tərəflər yerinə yetirməyi öz üzərlərinə götürmüşlər. Belə olan halda cavabdeh torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasını deyil, müqavilədən irəli gələn öhdəlikləri mübahisələndirə bilər. 2019-cu il tarixli ekspert rəyi ilə, mübahisəli sahayə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatlarının “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli (Kod ********) şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşdiyi, o cümlədən 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçıya daha əvvəl ödənilmiş kompensasiya məbləği boru kəmərinin torpaq sahəsinin 4634 kodlu hissəsi ilə bağlı olmuş, sonradan isə boru kəmərinin həmin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçdiyi aşkar olunmuşdur. Eyni zamanda cavabdeh torpaq sahəsinin həmin hissəsində nar ağaclarının mövcudluğunu təkzib etməmiş, yalnız həmin ağacların kompensasiya ödənilmiş digər ərazidən çıxarılaraq sonradan digər tərəfdə əkildiklərini irəli sürmüş, bununla belə istinad etdiyi həmin hala dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə kompensasiya ödənilmiş sahədən, yəni boru kəməri dəhlizindən tələf olmasının qarşısını almaq ehtimalı ilə 906 ədəd nar kollarının köçürüldüyünü, lakin həmin nar kollarının qaralaraq quruduğunu bildirmiş, hazırkı iddiada həmin nar kollarına görə kompensasiyanın ödənilməsi tələb edilməmişdir. Bu mənada məhkəmə cavabdehin qeyd edilən arqumentlərini əsassız hesab etmişdir. Boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçıya məxsus nar kollarına və suvarma sisteminə zərər dəydiyi mübahisə mövzusu deyildir. İddiaçı boru kəmərinin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçməsi ilə əlaqədar həmin hissənin istifadəsindən məhrum olması ilə bağlı kompensasiya tələb etməmiş, məhz özünə məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini istəməkdədir. Bu mənada məhkəmə, “iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması”, “subyektiv hüquqa malik olsa belə cavabdeh qismində cavabdehin deyil, Azərbaycan Respublikası Energetika Nazirliyi olmalı olması” barədə cavabdehin nümayəndəsinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh sözügedən nar kollarının və suvarma sisteminin iddiaçıya aid olduğunu barədə məlumatlı olmuş, bununla belə həmin nar kollarının və suvarma sisteminin köçürülməsi məqsədi ilə iddiaçıya müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də ona ünvanlanan suala cavabında rəsmi olaraq belə bir müraciətin edilmədiyini etiraf etmişdir. Məhkəmə cavabdehin “iddiaçıya verilmiş JN-4634 saylı şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmaması” ilə bağlı arqumentlərini də əsassız hesab etmişdir. Belə ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli, 42 nömrəli Sərəncamına əsasən, rayonun X19 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə iddiaçıya 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, adıçəkilən sərəncam əsasında 24 mart 2004-cü il tarixli, 2 nömrəli icarə müqaviləsi bağlanmış, habelə iddiaçıya “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 09 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı məhz sözügedən şəhadətnamənin aid olduğu 3 hissədən ibarət 400 hektar torpaq sahəsi üzərində nar plantasiyası salmış və damcılı suvarma sistemi quraşdırmışdır. Başqa sözlə, iddiaçı qeyd edilən nar plantasiyası ilə bağlı bütün fəaliyyətini rəsmi sənədə, yəni JN-4634 nömrəli şəhadətnaməyə etimad edərək həyata keçirmiş, nə yerli icra hakimiyyəti orqanı, nə də ki hər hansı digər şəxs tərəfindən salınmış nar plantasiyasının JN-4634 nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsində yerləşmədiyi irəli sürülməmişdir. Məhkəmə iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, dövlət mülkiyyətində olan və 24 mart 2004-cü il tarixli 42 nömrəli sərəncam əsasında iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsindən boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçı tərəfindən quraşdırılmış damcılı suvarma sistemi zədələnmiş və bunun nəticəsində boru kəmərinin dəhlizdə əkilmiş 1421 ədəd sağlam nar kolları məhv edilmişdir. Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri dosent X2 11 oktyabr 2016-cı il tarixli rəyinə əsasən, sözü gedən ərazidə 6-7 il bundan əvvəl əkilmiş sağlam nar kollarının 1421 ədəd (214 ədədi sağlam bar verməyən ağaclardır), hündürlüklərinin 1,0-1,5-2,0-2,5 metr olduğu, sonradan əraziyə köçürülən nar kollarının isə 906 ədəd olmaqla qaralaraq quruduqları müəyyən edilmişdir. CQBKG Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür isə ki, layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 1421 ədəd sağlam nar kollarının məhv olması ilə əlaqədar vurulmuş zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı olmuşdur. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı - 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək ləğv edilib, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdi.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. Kassasiya şikayətinin dəlillərinə görə, 09 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Goranboy rayonunun X19nun torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması və meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 il müddətinə 400 hektar torpaq sahəsi İddiaçı MMC-yə müvəqqəti istifadəyə verilmişdir. Genişləndirmə Layihəsi ilə əlaqədar torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində aparılan inventarlaşdırma işləri zamanı Boru Kəmərinin tikinti dəhlizinin İddiaçı MMC-yə müvəqqəti istifadə üçün verilmiş 08Q5Q0005aS(U), Q8Q5QQ005bS(U), 08Q50QQ05S(U), 080500010S(U] və 08050001 İS (U) kimi kodlaşdırılmış torpaq sahələri ilə kəsişəcəyi müəyyən olunmuşdur. Həmin torpaq sahələrinə dair hüquqların Genişləndirmə Layihəsi ilə bağlı Boru Kəməri Şirkətinin xeyrinə əldə edilməsi məqsədilə 22 yanvar 2016-cı il tarixində İddiaçı MMC ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə (bundan sonra “Məhdudlaşdırma Müqaviləsi”) imzalanmışdır. Məhdudlaşdırma Müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC müəyyən edilmiş müddət ərzində sözügedən torpaq sahəsini üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi öhdəsinə götürmüş, Goranboy Rayon İcra Hakimiyyəti isə bunun qarşılığında İddiaçı MMC-yə 3.100.000 (üç milyon yüz min) manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. 29 yanvar 2016-cı il tarixdə Boru Kəməri Şirkəti İddiaçı MMC-yə çatacaq 3.100.000 (üç milyon yüz min) manat məbləğində kompensasiyanı tam olaraq ödəmiş və bu kompensasiya 443 km-lik Boru Kəməri boyunca ödənilmiş ən böyük məbləğ olmuşdur. Kompensasiya ödənildikdən təqribən 2 ay sonra İddiaçı MMC əlavə kompensasiya ödənişi əldə etmək məqsədilə BP Şirkətinə əsassız tələblər irəli sürməyə başlamış və iddia etmişdir ki, guya “[Boru Kəməri] layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsi, dövlət mülkiyyətində olan və 24 mart 2004-cü il tarixli 42 saylı sərəncam əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin başqa bir hissəsindən keçir”. BP Şirkəti İddiaçı MMC-nin tələblərinin əsassız olduğunu bildirərək ona əlavə kompensasiya ödənilməsindən haqlı olaraq imtina etmişdir. 39 . Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 17 iyun tarixli, 2-2(102)-111/2020 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
40. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “ - 47. Apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 nömrəli konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmişdir. - 48. Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 26 oktyabr 2016-cı il tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 9 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli 9Kod ********) şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. - 49. Apelyasiya məhkəməsi CQBKG Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklü edilən 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququ olub-olmamasını araşdırmamışdır. - 50. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 ha və 4,26017 ha torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasını, həmçinin 14,29263 ha və 4,26017 ha torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşməməsini araşdırmamışdır. - 51. Goranboy Rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə ünvanladığı 14 iyun 2017-ci il tarixli məktubunda iddiaçının icarəsinə verilmiş 400 ha torpaq sahəsinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 3500 metrə yaxın uzunluqda hissəsinin keçdiyini, mühafizə zolağının 36 metrə bərabər olduğunu, qaz boru xəttinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinin 1400 metr uzunluqda keçdiyini bildirmişdir. - 52. Apelyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mübahisə olunan ərazidə “CQBKG” Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyini, paralel inşa olunduğu halda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olmasını, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyünü, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır. - 53. İddiaçı “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin də, dövlət mülkiyyətində olan və 24 mart 2004-cü il tarixli, 42 nömrəli sərəncam əsasında onun istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçdiyini bildirmiş, 22 aprel 2016-cı il tarixində elektron məktubla cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə iddiaçının müraciətinə cavab olaraq 11 may 2016-cı il tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013 S) istifadə üçün bütün lazımi hüquqlar 26 noyabr 2015-ci il tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X9 2 nömrəli Əlavə çərçivəsində “CQBKG” Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki 29 aprel 2014-cü il tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır. - 54. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 13 oktyabr 2016-cı il tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə apellyasiya məhkəməsi bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. - 55. 400 ha torpaq sahəsi 2004-cü ildə iddiaçıya icarəyə verilmişdir. İddiaçı Goranboy Rayon İcra Hakimiyyəti ilə 22 yanvar 2016-cı il tarixində torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə müqavilə imzalayan zaman hazırda mübahisə açdığı torpaq sahəsi ilə bağlı etirazı olub-olmamasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. - 56. ********* S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır. - 57. Kasasiya şikayətində iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Yeni qərar qəbul olunması üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. - 58. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəsatətlə çıxış edərək onun maddi hüquq münasibəti üzrə hüquq varisi olan və fəaliyyətlərini müvəqqəti olaraq icra edən digər şirkətlərlə əvəz olunmasını xahiş etmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına göndərildiyindən MPM-in 58-ci maddəsinə əsasən prosessual hüquq varisliyi ilə bağlı məsələ (vəsatətlərin həlli) həmin məhkəmədə müzakirə edilməlidir.” - 38. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 21.1, 21.2, 88, 1096.2, 1099.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 101-ci maddəsinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarına, MPMin 103.1, 103.2, 254.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41 . Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
42. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə, mübahisəli əraziyə 11 oktyabr 2016-cı il tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmaye və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi göndərərdi. Mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırki mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayesini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, MM-in 21.2, 21.3, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci maddəsinə, MPM-in 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-2(102)-129/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-2(103)-479/2020 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş hissədə təmin edilməmişdir.
46. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “ - 66. Cavabdehin istinad etdiyi 19 mart 2020-ci il tarixli “Akt”ın 7-ci maddəsində texniki operator fəaliyyətlərinin yalnız X14 tərəfindən həyata keçiriləcəyi deyil, cavabdeh tərəfindən həmin fəaliyyət həyata keçirilmədiyi təqdirdə, onun tərəfindən həyata keçirilməli olması qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi aktda həm də göstərilmişdir ki, “Akt”ın 3.5-ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsi tarixi 20 mart 2020-ci il Bakı saatı ilə 00:01-dən etibarən başlanacaqdır. Eyni zamanda, “Akt”ın “Təyinat” adlı bəndinə görə, müqavilənin 7ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsinin qüvvəyə minmə tarixində, X15 Operator Xidmətləri Müqaviləsinə uyğun olaraq, X10 texniki operator fəaliyyətində Boru Kəməri Şirkəti adından müstəsna olaraq hərəkət etmək səlahiyyətini həvalə edirlər. - 67. Qeyd olunanlar onu deməyə əsas verir ki, X10 texniki operator fəaliyyətini 20 mart 2020-ci il tarixdən həyata keçirməli olsa belə, o müstəqil şəkildə deyil, CQBKŞ adından bu fəaliyyəti həyata keçirməlidir. Ümumiyyətlə, “Akt”da nəzərdə tutulmuş fəaliyyətə görə “X4” MMC (X14) məhkəmə proseslərində tərəf kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin hüquq varisliyi ilə bağlı tələblərinin gözlənilmədiyinə dair dəlilini əsassız hesab etmişdir. - 68. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2019-cu il tarixli, 2(81)- 22l2019 nömrəli qərardadının “nəticə” hissəsində ekspertin sərəncamına iqtisadi işin materiallarının təqdim edilməsi göstərilmişdir. Rəydə əlavə sənədlərin adı və ya hər hansı digər məlumat mövcud deyildir. Rəyin “əmtəəşünaslıq tədqiqat” hissəsində isə iş materialında olan məlumatlar və rəyin mühəndis texniki ekspertizasının tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın aparıldığı qeyd olunmuş və cavabdehin kassasiya şikayətində istinad etdiyi İsrail Respublikasının “NaanDanJain İrigation LTD şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli. KO-01l19 nömrəli müqavilə işin materialında olan sənəd kimi göstərilmişdir.
69. Göründüyü kimi, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilməmiş, verilmiş məlumatlar isə təzadlıdır. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli, KO-01/19 nömrəli müqavilə işin materialında mövcud deyildir. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini şübhə altına alır. - 70. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2593 nömrəli Sərəncamına müvafiq qaydada Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə “X11 Limited” Şirkəti arasında bağlanmış 28 dekabr 2007-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq, Dövlət adından Goranboy Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixində bağlanmış və təsirə məruz qalmış şəxs olaraq, Dövlət tərəfindən torpaq hüquqlarının “X11 Limited” Şirkətinə təqdim edilməsi səbəbindən ödəniləcək kompensasiyanın məbləği müəyyən edilmişdir. - 71. Goranboy Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixində müqavilə bağlanmışdır. - 72. İddiaçının dövlət orqanı ilə bağladığı müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və boru kəməri şirkəti hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir. Həmin müqavilənin digər şərtinə görə isə, torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu halda həmin ziyan və zərərin əvəzinin torpaq istifadəçisinə dövlət tərəfindən həmin vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçının cavabdeh Şirkətə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, iddiaçı MMC-nin bağladığı istinad olunan müqavilənin şərtlərinə görə istənilən halda əsassız olmuşdur. - 73. Dövlətlə bağladığı müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə Şirkətə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. - 74. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnaməsinin əsaslandırıcı hissəsində Goranboy Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixində bağlanmış müqaviləyə istinad etsə də, bu müqavilə üzrə nəzərdə tutulmuş kompensasiyanın MMC-yə tam həcmdə ödənildiyini qeyd etsə də, həmin müqaviləyə düzgün hüquqi qiymət verməmiş, MMC-nin Şirkətə qarşı hazırkı iş üzrə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə almamış, nəticədə tətbiq edilməli hüququ tətbiq etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir. - 75. İddiaçının tələbinin əsassız olması, sonuncunun dövlət orqanı ilə bağladığı yuxarıda göstərilən müqavilənin tələblərindən irəli gəldiyindən, hazırkı iş üzrə icraatın BP Şirkətinin iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “9 aprel 2004-cü il 9 aprel, JN4634 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair işə baxılıb qurtaranadək dayandırılması üçün MPM-in 254.1.4- cü maddəsində nəzərdə tutulan əsaslar mövcud olmamışdır.”
47. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 389.3, 390.1, 390.5, 399.1-ci maddələrinə, “Ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarına, MPM-in 14.2, 58.1, 58.2, 77.1, 97.1, 99.1, 217.1, 254.1.4, 386, 418.1, 418.2, 418.3, 418.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki icraat
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, MPM-in 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab olunmuş, müvafiq məhkəmə aktı icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
49. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Ali Məhkəmənin Kommersiya Kollegiyası iş üzrə yeni qərar qəbul edərkən CQBKG Layihəsi çərçivəsində boru kəmərinin digər hissəsinin də iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsində (22 yanvar 2016-cı il tarixli müqavilə ilə əhatə olunmayan ərazi) cavabdeh şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi tələbi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən sübutlara, müəyyən edilən hallara lazımi diqqət yetirmədən, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir. - MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Lakin Ali Məhkəmənin Kommersiya Kollegiyası 22 yanvar 2016-cı il tarixli müqavilə və ona əlavə edilmiş sənədlərdə ərazi, torpaq sahəsinin kodunu, sahənin 5,15069 ha olmasını və sair məlumatları, kompensasiyanın məhz iddiaçının icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən boru kəmərinin keçdiyinə görə ödənilməsini, iddiaçının tələbinin boru kəmərinin digər hissəsinin onun istifadəsində olan 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçməsi ilə əlaqədar şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar qəbul edərək iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir. - İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı isə kassasiya instansiyası məhkəməsi eyni zamanda lazımi qaydada tərtib olunaraq təqdim edilmiş şəhadətnaməni, torpaq üzərində iddiaçının icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və ərizəçinin məhz bu sənədlərə etimad edərək icarə hüququnu həyata keçirməsini nəzərə almamışdır. - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. - Kassasiya baxışının hədləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşdırılmış, onun yeni qərar qəbul etmək səlahiyyətinin yalnız apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında həyata keçirilməsinin mümkünlüyü müəyyən edilmişdir. - Hazırkı iş üzrə isə Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəfindən yeni qərar qəbul edilərkən MPM-in 416.1, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə iddiaçının Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.”
50. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli Qərarına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarına, “X.Mustafayevanın şikayəti üzrə” 2021-ci il 19 noyabr tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, MPM-in 407.1.4, 408.1.5, 416, 417.1.4 və 417.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır..
Kassasiya instansiya məhkəməsindəki plenum icraatı 51 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli, 13-2(102)-1(k)/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-2(102)-129/2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 52 . Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, “ - 87. Konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır. - 88. İşə yenidən baxan məhkəmə pozuntuları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, hazırkı Qərarda göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunan göstərişləri yerinə yetirməldir.”
53. Ali Məhkəmənin Plenumu hüquqi mövqeyini MPM-in 431-1.1, 431-1.2.1, 431- 4.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-2(102)-236/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır.
55. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “- 141.İşə ilk dəfə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli 9Kod ********) şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmiş, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə apellyasiya məhkəməsi bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, ********* S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşübdüşmədiyi dəqiqliklə müəyyən olunmamışdır. - 142. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əraziyə 2016-cı il 11 oktyabr tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi, ...., mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırkı mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayəsini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır. - 143. İşə kassasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. - 144. Hər şeydən əvvəl qeyd edilməlidir ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq mübahisənin düzgün, obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən, Ali Məhkəmənin icrası məcburi olan göstərişlərinə riayət etməmiş, onları yerinə yetirməmişdir. - 145. Bu göstərişlər isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4.26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, 080500013S kodlu torpaq sahəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda, boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. - 146. Bu halın dəqiq və birmənalı olaraq müəyyən edilməsi isə həm də ona görə zəruridir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2019-cu il 4 yanvar tarixli, 26748 saylı rəyində də ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üstüstə düşüb-düşmədiyini, ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı qeyd olunmuş, həmçinin cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə ona ayrılmış və hüquqları qeydə alınmış torpaq sahəsində aparılmış işlərin qanunauyğunluğu ilə bağlı məsələyə aydınlıq gətirilmiş olardı. - 147. Apellyasiya instansiyası məhkəməsi isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halla bağlı hər hansı araşdırma aparılmasına zərurət görməmiş, mübahisənin deliktlə bağlı olduğuna əsaslanmaqla, icrası məcburi olan göstərişləri yerinə yetirməkdən imtina etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli qərarında da bu məsələnin zəruriliyi vurğulanaraq qeyd edilmişdir ki,... həmçinin işə təkrar apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar edərək, İddiaçı MMC-nin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir. - 148. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş “rəy”lə əlaqədar qeyd edilməlidir ki, mübahisəli əraziyə ilk dəfə 2016-cı il 5 mart tarixində X21 Kəməri Genişləndirmə Layihəsi BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının 20-30 gün əvvəl bu sahəyə köçürüldüyü, nar kollarının əksəriyyətinin budaqlarında zədələrin olduğu və.s. (i.v.231, cild 1) müəyyən edilmişdir. Bunun sübutu olaraqsa qeyd edilmişdir ki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarını əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Bu isə öz növbəsində cavabdehin iş üzrə o dəlilini təsdiq edir ki, həmin nar ağacları əvvəlki ərazidən çıxarılmış və artıq dəyəri tərəflərindən ödənilmiş nar ağaclarıdır. - 149. İş üçün əhəmiyyətli olan bu hal da apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bununla da sübutların qiymətləndirilməsi üzrə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. - 150. İş materialları və məhkəmə araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, ilkin olaraq keçməsi razılaşdırılmış və buna görə də ******* manat kompensasiya ödənilmiş boru kəməri və sonradan salınmış digər boru kəməri də iddiaçıya ayrılmış, 3 hissədən ibarət olan torpaq sahələrinin yalnız birindən, məhz 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən keçir. İş materiallarına əsasən də həmin torpaq sahəsində quraşdırılmış, vahid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyəri olaraq iddiaçıya 715000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı isə ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırıb, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarətdir ki, 715000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir. - 151. İş materiallarındakı 2012-ci il 28 iyun tarixli, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 29-LA/12 saylı lizinq müqaviləsinə əsasən Lizinq verən qiyməti ******* manat olan, Müqaviləyə 1 nömrəli Əlavədə göstərilən təsnifata uyğun 285 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə 10 il müddətinə lizinqə vermiş, avadanlığın Goranboy rayonunda quraşdırılması nəzərdə tutulmuşdur. - 152. Buna qədər isə 2010-cu il 26 avqust tarixli, 08-LA /10 saylı digər müqavilə ilə qiyməti 728000 manat olan 1 komplekt damcılı suvarma sistemləri (nə qədər torpaq sahəsi üçün nəzərdə tutulduğu qeyd edilməmişdir) 9 il müddətinə "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə lizinqə verilmişdir. İş materiallarında hər hansı digər lizinq müqaviləsi mövcud deyildir. - 153. Kassasiya şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, iddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqazidd hərəkətlərini sübuta yetirə bilməmiş, TƏMÖH Sazişinə görə isə Boru Kəməri iştirakçıları hər hansı dövlət hakimiyyət orqanları tərəfindən layihə sazişinin və ya hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar, 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. - 154. İş materiallarına əsasən Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən cavabdeh Şirkətə ötürülmüşdür və məhkəmə kollegiyasının qənaətinə görə 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin tərəflərdən hansına aidiyyəti ilə bağlı ekspert qarşısında qoyulmuş suallara dəqiq cavab verilmədiyindən cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı delikt törədilməsini birmənalı olaraq iddia etmək mümkün deyildir. Yaranmış mübahisənin predmetini delikt öhdəliyi təşkil etsəydi belə, iddiaçı MPMin 77.1-ci maddəsinin müddəalarına uyğun olaraq zərərin yarandığını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı halda isə cavabdehin dövlət tərəfindən icarə hüquqları qeydə alınmış torpaq sahəsində imzalanmış müqavilə şərtlərinə əsasən üzərinə düşən işləri icra etməsi halının qanuna və yaxud müqaviləyə zidd hərəkətlər kimi qiymətləndirilməsi məhkəmə kollegiyası tərəfindən MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. - 155. İş üzrə həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 aprel tarixli, 53 s saylı Sərəncamının 4-cü bəndində AR DT və XKnə, ETSN-nə və müvafiq yerli icra hakimiyyəti orqanlarına torpaq mülkiyyətçiləri, istifadəçiləri və bələdiyyələr ilə bağlanılan müqavilələrə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan və X21 Kəmərləri obyektlərinin tikintisi işləri tamamlanana qədər, müəyyən edilmiş mühafizə zolağı daxilində yerləşən torpaq sahələrinə dair hər hansı əqdlərin həyata keçirilməsinə yol verilməməsi və bu prosesin dondurulması tapşırılmışdır. - 156. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.”
56. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-n 21, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
57. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 33-cü bəndində qeyd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
59. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını xahiş etdi.
60. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
61. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
64. Apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə ləğvi xahiş edildiyindən, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
66. İşin mübahisəsiz hallarından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli Sərəncamına əsasən rayonun X19 torpaqlarından 400 ha torpaq sahəsinin nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 50 il müddətinə icarəyə verilməsi qərara alınmış və bu barədə ona 9 aprel 2004-cü il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi üç hissədən ibarət olmaqla, şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir edilmiş, bu torpaq sahəsi üzərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınaraq, damcı suvarma sistemi quraşdırılmışdır.
67. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 11 iyun 2016-cı il tarixli arayışa görə, Şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi İddiaçı MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində qeydiyyata alınmışdır.
68. X21 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən keçdiyi müəyyən edilmiş və bunun əsasında Goranboy Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların “X21 Kəməri” Şirkətinin xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC sözügedən torpaq sahəsini üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, Dövlət isə İddiaçı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.
69. Eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrinin 26 oktyabr 2016-cı il və 29 sentyabr 2016-cı il tarixli çıxarışlarına əsasən Goranboy Rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha və 4,26017 ha torpaq sahələri Şirkətin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir.
70. Razılaşdırılmış kompensasiyanın ödənilməsindən sonra X21 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin 24 mart 2004-cü il tarixli Sərəncama əsasən cəmiyyətin istifadəsinə verilmiş torpaq sahəsinin başqa bir hissəsindən keçdiyi müəyyən edildiyindən, həmin hissədə salınmış nar plantasiyası və quraşdırılmış damcı suvarma sisteminin cavabdeh şirkət tərəfindən sökülməsi ilə əlaqədar ərizəçi 22 aprel 2016-cı il tarixində elektron məktubla BP Azərbaycan şirkətinə müraciət etmişdir. Cavabdeh şirkət İddiaçı MMC-yə hər hansı şəkildə kompensasiya ödəməkdən imtina etmişdir. Eyni məsələ ilə əlaqədar İddiaçı MMC tərəfindən səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə 21 iyun 2016-cı il tarixli ərizə ilə müraciət olunmuş, İddiaçı MMC-nin ərizəsi üzrə araşdırma aparılaraq Nazirlik tərəfindən cavabdeh şirkətə sorğu ilə müraciət edilmiş, lakin o, təkrar olaraq kompensasiyanın ödənilməsindən imtina etmişdir.
71. Birinci instansiya məhkəməsi cavabdeh şirkətin 2016-cı ilin noyabr ayında İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində işlərə başladığı, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağaclarının məhv edildiyi, hətta bütünlükdə torpaq ərazisində olan nar ağaclarına qulluq edilməsi üçün quraşdırılmış damcı suvarma sisteminin sıradan çıxarıldığı, bununla da boru kəmərinin keçdiyi dəhliz hissəsindən kənarda olan nar ağaclarının da məhv olduğu qənaətinə gələrək iddia tələbini qismən təmin etmişdir.
72. Ali Məhkəmənin iş üzrə birinci göstərişi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4.26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən edilməsindən ibarətdir. Belə ki, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 26 oktyabr 2016-cı il tarixə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, 080500013S kodlu torpaq sahəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004cü il 9 aprel tarixli, JN-4634 nömrəli Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda, boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmişdir.
73. Cavabdehin şikayət dəlillərindən biri də məhz 080500013S kodlu torpaq sahəsinin İddiaçı MMC-yə heç bir aidiyyətinin olmaması və MMC-nin həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması ilə bağlıdır.
74. Ali Məhkəmənin digər göstərişi isə cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə icarə hüququnun olub-olmamasının aydınlaşdırılmasından ibarət olmuşdur.
75. Tərəflər arasındakı digər məhkəmə mübahisəsi üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 10/1536 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: 1) Torpaqdan müvəqqəti istifadə hüququna dair 09 aprel 2004-cü il tarixli, JN-4634 nömrəli şəhadətnaməyə əsasən İddiaçı MMC-yə icarəyə verilmiş 400 hektar torpaq sahəsi 28 dekabr 2007-ci il tarixli ümumi icarə müqaviləsinin 26 noyabr 2015-ci il tarixli 2 saylı əlavəsinə əsasən X21 Kəməri Şirkətinə ödənilmiş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən X21 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşir; 2) Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli, 09 aprel 2004-cü il tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin İddiaçı MMC-yə icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə (Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli Sərəncamı, 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) uyğun tərtib edilməmişdir. İlkin yerquruluşu planında torpaq sahəsi iki hissədən ibarətdir. Şəhadətnamədə torpaq sahəsi üç hissədən ibarətdir; 3) Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli, 09 aprel 2004-cü il tarixli şəhadətnamə ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığı təqdirdə ilkin torpaq ayırma sənədlərinə (Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli Sərəncamı, 24 mart 2004-cü il tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) əsasən İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsi DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli və Seriya RX ******* saylı Çıxarışlar əsasında X21 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşmir; 4) İddiaçı MMC-nin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli Şəhadətnamə ilə icarəyə verilən 400 ha torpaq sahəsinin konfiqurasiyası müqayisə edilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin və faktiki istifadə vəziyyəti, konfiqurasiyası rəyə əlavə edilmiş sxemdə göstərilmişdir; 5) 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 28 dekabr 2007-ci il tarixli X12nin 6 noyabr 2015-ci il tarixli 2 saylı əlavəsinə əsasən X21 Kəməri Şirkətinin ötürülmüş və DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli Çıxarışa əsasən X21 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları yerləşir.
76. Məhkəmə kollegiyası bu ekspert rəyini mötəbər sübut qismində qəbul edir. Belə ki, işdə iştirak edən şəxslər tərəfindən rəyin mötəbərliyini təkzib edən hər hansı bir dəlil irəli sürülməmiş, əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilməmişdir və rəyi şübhə altına almaq üçün əsaslar müəyyən edilmir.
77. Bununla da iddiaçının istifadəsində olan torpaq sahəsinin mübahisəli 080500013S kodlu torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur ki, bu da 080500013S kodlu torpaq sahəsinin İddiaçı MMC-yə heç bir aidiyyətinin olmaması barədə dəlilləri təkzib edir.
78. Bununla belə, sözügedən ekspert rəyi ilə Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli, 09 aprel 2004-cü il tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin İddiaçı MMC-yə icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığı müəyyən olunmuşdur.
79. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı iş üzrə qəbul etdiyi 30 noyabr 2022-ci il tarixli Qərarında da göstərildiyi kimi, etimadın qorunması prinsipi mövcuddur və bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
80. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab etmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır.
81. Hazırkı işdə də iddiaçı şəhadətnaməni, torpaq üzərində icarə hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını nəzərə alaraq, bu sənədlərə etimad göstərmiş, öz fəaliyyətini və təsərrüfatını bu sənədlər əsasında qurmuşdur. Bu hal isə eyni zamanda cavabdehin şəhadətnamənin etibarsızlığına dair məsələyə baxılıb hüquqi qiymət verilməyənə qədər hazırkı mübahisəyə baxıla bilməməsi barədə dəlillərini təkzib edir.
82. Göründüyü kimi, hazırkı iş üzrə vurulmuş zərərin əvəzinin tələb edilməsi üçün tərəflər arasındakı əsas mübahisəli məqam – iddiaçının öz təsərrüfat fəaliyyətini öz istifadəsində olan torpaq sahəsində qanuni əsaslarla həyata keçirməsi öz təsdiqini tapır.
83. Ali Məhkəmənin digər göstərişi ondan ibarətdir ki, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş “rəy”lə əlaqədar qeyd edilməlidir ki, mübahisəli əraziyə ilk dəfə 2016-cı il 5 mart tarixində X21 Kəməri Genişləndirmə Layihəsi BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının 20-30 gün əvvəl bu sahəyə köçürüldüyü, nar kollarının əksəriyyətinin budaqlarında zədələrin olduğu və.s. (i.v.231, cild 1) müəyyən edilmişdir. Bunun sübutu olaraqsa qeyd edilmişdir ki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarını əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Bu isə öz növbəsində cavabdehin iş üzrə o dəlilini təsdiq edir ki, həmin nar ağacları əvvəlki ərazidən çıxarılmış və artıq dəyəri tərəflərindən ödənilmiş nar ağaclarıdır.
84. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisəli əraziyə birinci baxışın 05 mart 2016-cı il tarixdə keçirildiyi nəzərə alındıqda müəyyən olunur ki, bu qısa müddət ərzində 2327 ədəd (1421 + 906) nar kolları aqrotexniki qaydalara riayət edilməklə əkilmiş və damcılı suvarma sistemi quraşdırılmışdır. Halbuki, cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən bu qədər qısa müddət ərzində 906 ədəd ağacdan başqa 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə, zəhmət və vaxt tələb edən suvarma sisteminin quraşdırılması sadəcə olaraq mümkünsüzdür. Hətta bunun mümkün olduğu qəbul edilsə belə, cavabdehin onun nəzarətində olan sahədə iddiaçıya bu hərəkətlərin həyata keçirməsinə icazə verməsi və buna faktiki olaraq göz yumması inandırıcı deyildir. Çünki cavabdeh şirkət kifayət qədər nəhəng və məsuliyyətli bir layihənin icrasını həyata keçirmək üçün məsul texniki operator olmuş və o, həmin ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün çoxsaylı tədbirlər görmüş, o cümlədən ərazilərə daima növbəli şəkildə nəzarət edən atlı patrullar yerləşdirmişdir.
85. Bu baxımdan kollegiya qeyd edir ki, əgər həqiqətən də cavabdehin qeyd etdiyi kimi ağaclar 10 fevral 2016-cı il tarixdə və həmin tarixdən sonra mübahisəli sahəyə köçürülsəydi, (906 ədəd qurumuş ağac istisna olmaqla, çünki iddiaçı həmin ağacların digər sahədən köçürüldüyü etiraf edir və bununla bağlı hazırda hər hansı iddia qaldırmır) onda cavabdeh şirkət ən azı həmin tarixlərdə köçürülmə ilə bağlı iddiaçı şirkətə qarşı pretenziya irəli sürər və ya bununla bağlı xəbərdarlıq bildirişi göndərərdi. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu, o cümlədən foto və video-görüntüləri məhkəməyə təqdim etməmişdir.
86. Bundan əlavə kollegiya qeyd edir ki, 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə iddiaçının istifadəsində olan 5,15069 ha torpaq sahəsində müqaviləyə əsasən qoyulmuş məhdudiyyətlər nəticəsində məruz qaldığı və ya qala biləcəyi təsirin, itki, ziyan və zərərin kompensasiyası barədə müqavilədir. Müqavilənin 4.01-ci bəndindən dəqiq aydın olur ki, müqavilədə nəzərdə tutulmuş ərazidə görülən işlər nəticəsində iddiaçının əmlakına dəyə biləcək, və ya artıq dəymiş zərər kompensasiya edilmişdir. Bu baxımdan, müqaviləyə əlavədə göstərilmiş 2200 ədəd nar kollarını, nə qədər ki, həmin kollara zərər vurulmamışdır, artıq dəyəri ödənilmiş nar kolları kimi qiymətləndirmək olmaz. Çünki, müqavilənin mahiyyətindən görünür ki, bu müqavilə əmlakın mülkiyyətə keçməsi barədə müqavilə deyildir. İddiaçı baxmayaraq ki, həmin kollara dəyə biləcək zərərə görə kompensasiya almışdır, onları çıxararaq yeni əraziyə köçürə bilərdi.
87. Yəni, Ali Məhkəmənin göstərişində vurğuladığı hal – nar kollarının həmin sahəyə yeni köçürülməsi faktı öz təsdiqini tapsa belə, bu hal cavabdeh tərəfindən həmin kollara zərər vurulmasına haqq qazandıra bilməz. Çünki, bir daha vurğulanmalıdır ki, cavabdeh şirkət həmin əmlaklara dair mülkiyyət hüququ əldə etməmiş, nar kolları iddiaçının mülkiyyətində qalmaqda davam etmişdir.
88. Ali Məhkəmənin Qərarındakı digər hüquqi mövqe 4634 nömrə ilə işarələnmiş torpaq sahəsində quraşdırılmış, vahid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyərinin 715000 ABŞ dolları məbləğində iddiaçıya ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı isə ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırıb, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarətdir ki, 715000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir.
89. Bu hissə ilə bağlı cavabdeh tərəf eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuş, sıradan çıxmış suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarını mübahisələndirmişdir.
90. Bununla bağlı qeyd olunmalıdır ki, Ali Məhkəmənin Qərarında “715000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilməsi” qeyd olunsa da, iş materiallarında iddiaçıya məhz bu məqsədlə ayrılıqda 715000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniliməsi müəyyən edilmir. İşə əvvəllər baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında da işin faktiki halı kimi bu xüsusata istinad edilməmişdir.
91. Bununla belə, işdən müəyyən edilir ki, 715000 ABŞ dolları ekspert rəyi ilə müəyyən olunmuş, damcılı suvarma sisteminin təmirinə çəkiləcək xərcin məbləğidir. Ali Məhkəmənin qərarında sözügedən məbləğin iddiaçıya ödənilmiş kompensasiya məbləği ilə ehtiva olunduğu nəzərdə tutulursa, bu halda nəzərə alınmalıdır ki, kompensasiya yalnız müqavilə nəzərdə tutulmuş, iddiaçının istifadəsində torpaq sahəsinin bir hissəsi üçün ödənilmişdir. Damcılı suvarma sistemi isə bütün ərazidə quraşdırılmışdır və ekspert rəyi ilə müəyyən olunur ki, suvarma sistemi bütövlükdə sıradan çıxmışdır. Rəy ilə müəyyən edilmiş məbləğdə həmin sistemin bütünlükdə bərpası üçün çəkiləcək xərcdir.
92. Cavabdehin əgər kompensasiya ödəmək öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəf Dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi olmalıdır, çünki, TƏMÖH Sazişi üzrə Torpaq hüquqlarının müvafiq qaydada Boru Kəməri Şirkətinə ötürülməsini Dövlət özü təmin etməli olması barədə dəlilləri də əsassızdır, çünki, hazırkı mübahisə kompensasiya ödənilməsi ilə bağlı yox, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisədir. Bu kateqoriya mübahisələrdə isə iddiaya cavab verməli olan şəxs qanunda ayrı qayda nəzərdə tutulmamışdırsa faktiki olaraq zərər vuran şəxsin özü çıxış edir.
94. Göründüyü kimi, işin yuxarıda sadalanan halları ilə vurulmuş zərərin əvəzinin tutulması üçün zəruri olan bütün şərtlər: zərərin mövcudluğu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olması və onun təqsiri, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlər öz təsdiqini tapır. Məhkəmə kollegiyası zərərin həcminin müəyyən edilməsi zamanı isə birinci instansiya məhkəməsi tərəfindən aparılmış hesablamanı düzgün hesab edir.
94. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
95. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)- 22/2019 nömrəli qətnaməsindən cavabdeh BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-2(81)- 22/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev