Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-819/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3336/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Firması Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Komfort Firması və Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-838/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişindən iddiaçının imtina etməsi səbəbindən İddiaçı firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013- cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissəyə Cavabdeh mülkiyyət hüququna xitam verilməsi və ona verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ü.Həsənova) ərizə baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadının ləğv edilməsi və prosessual müddətin bərpa olunması haqqında ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsaslanaraq xx.xx.2024-cü il tarixində məhkəməyə sözügedən Qərardadın ləğv olunması, ərizənin icraata qəbuledilməsi və növbəti prosessual hərəkətlərin həyata keçirilməsi barədə vəsatətlə müraciət edilmişdir. Vəsatətə baxılması barədə məhkəmə xx.xx.2024-cü il, saat 09:20 tarixinə ərizəyə baxış iclası təyin etmişdir. Məhkəmə iclasına qədər tərəfimizdən bu qərardaddan apellyasiya şikayəti verilməmiş, yekun olmayan məhkəmə aktının qəbul olunması gözlənilmişdir. xx.xx.2024-cü il tarixli qərardadla tərəflərindən verilmiş vəsatət təmin olunmamışdır. Nəticədə, iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə qanunvericiliklə müəyyən olunan 10 (on) gün müddət üzrlü səbəbdən buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı işdə ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-3336/2024 saylı qərardadı iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı xx.xx.2024-cü il tarixdən başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı həmin qərardaddan xx.xx.2024-cü il tarixdə, müddət bitdikdən sonra şikayət vermişdir. İddiaçı ərizədə müddətin bərpası üçün üzürlü səbəb olaraq iddiaçı tərəfindən iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinə dair barədə vəsatət verildiyi, həmin vəsatət üzrə yekun məhkəmə aktının nəticəsinin gözlənildiyi göstərilmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının qərardadın ləğv edilməsi barədə ərizə verməsi ona eyni zamanda qərardaddan şikayətin verilməsinə maneə olmadığından (vəsatət təmin ediləcəyi halda iddiaçının şikayət ərizəsini geri götürmək hüququ olduğu nəzərə alınaraq) qeyd edilən hal buraxılmış müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Firmasının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3336/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-819/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-819/2024
01.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver