Məhkəmə qərarları › İş №2-2(103)-820/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-820/2021

12.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-820/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2893/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 82 saylı, 05 aprel 2021-ci il tarixli ekspert rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli 2-2(113)-2893/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(005)-1236/2019 saylı qətnaməsi ilə O.Xasməmmədliyə məxsus əmək kitabçasının, 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqının (işçinin son iş günü nəzərə alınmaqla), 07.01.2014-cü il tarixdən 27.09.2018-ci il tarixədək olan müddət üçün işçi tərəfindən istifadə edilməmiş 120 gün əmək məzuniyyəti günlərinə görə pul əvəzinin İddiaçı MMC-dən alınaraq O.Xasməmmədliyə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9076/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2019 saylı iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, X1 əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə görə 27.09.2018-ci il tarixdən başlayaraq əmək kitabçasının X2 təhvil verildiyi günədək bütün müddət üçün orta əmək haqqının hesablanaraq İddiaçı MMC-dən X1 xeyrinə tutulması, 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 28.09.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin İddiaçı MMCdən X1 xeyrinə tutulması, 07.01.2014-07.01.2015-ci iş ili üzrə işçinin 18 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.07.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, 07.01.2015-07.01.2016-cı iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.04.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, 07.01.2016-07.01.2017-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.05.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, 07.01.2017-07.01.2018-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.06.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, 07.01.2018-27.09.2018-ci iş ili üzrə işçinin 12 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 27.09.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin hesablanaraq İddiaçı MMC-dən X1 xeyrinə tutulması, İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(102)- 1005/2020 saylı qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 03.09.2019-cu il tarixli 2(103)- 9076/2019 saylı icra sənədi icra olunması üçün Qazax rayon icra və probasiya şöbəsinə göndərilmiş və 06.05.2021-ci il tarixdə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədi üzrə ödənişlərin konkret məbləğlərinin müəyyən edilməsi üçün tələbkar X1 vəkilinin sifarişi əsasında Cavabdeh MMC tərəfindən 05 aprel 2021-ci il tarixli 82 saylı ekspert rəyi verilmişdir. Hazırda iddiaçı həmin icra işi üzrə Cavabdeh MMC tərəfindən verilmiş 05 aprel 2021ci il tarixli 82 saylı ekspert rəyini mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyi ayrıca icraatda mübahisələndirilə bilməz. Belə ki, əgər İddiaçı MMC icra şöbəsi tərəfindən həmin rəyə uyğun hesablanmış məbləğin İddiaçı MMC-dən tələb edilməsi ilə razı deyildirsə, Qazax rayon İcra və probasiya şöbəsinin bununla bağlı müvafiq qərarının, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət edilə bilər. Hal-hazırda isə həmin ekspert rəyi ayrıca iddia icraatının predmeti ola bilməz. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 153.2.3, 153.3 və 153.5-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina etmişdir. Ona görə də, şikayətdə göstərilən dəlillər isə əsassız hesab edilməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2893/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar