Məhkəmə qərarları › İş №2-2(103)-822/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-822/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-822/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 Xaliq nümayəndəsi (vəkili) X4, Cavabdeh Məmmədov Samı̇ r Valeh oğlunun nümayəndəsi (vəkili) Nümayəndə3, cavabdeh Qulı̇ yev Samı̇ r Telman oğlunun nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh Süleymanov Ramı̇ n Zahı̇ r oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 Xaliq oğlu, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ , Məmmədov Samı̇ r Valeh oğlu, Süleymanov Ramı̇ n Zahı̇ r oğlu, Qulı̇ yev Samı̇ r Telman oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-391/2024 nömrəli qətnaməsindən iddiaçı, cavabdehlər Cavabdeh1 Xaliq oğlu, Məmmədov Samı̇ r Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 MM-Cdən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 v ə Cavabdeh4 birgə qaydada 203,986.67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc, 94672,49 (doxsan dörd min altı yüz yetmiş iki manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 298659,16 (iki yüz doxsan səkkiz min altı yüz əlli doqquz manat, on altı qəpik) manat məbləğində borcun, Mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarasınız.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-391/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdеhlər Cavabdeh2 MMCdən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 203.986,67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc məbləği və 10200 (on min iki yüz) manat dəbbə pulu və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 505 (beş yez beş) manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissəsində ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-391/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməyən və borcun Cavabdeh5 tutulmayan hissəsində əsassızdır, buna görə də apelyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. X10 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək, kəskin surətdə azaltmış, borcun Cavabdeh5 tutulmayan hissəsində isə tələbini təmin etməmişdir. Məhkəmənin qeyd etdiyi əsaslandırıcıməqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Hesab edir ki, əsas borc 203,986.67 manata münasibətdə 94,672.49 manat cərimə borcu hesablanmışdır. Məhkəmənin təmin etdiyi 10 200 (on min iki yüz) manat dəbbə pulu əsas borca münasibətdə mütənasib olmamış, məhkəmə təcrübəsi və tərəflərin iradə ifadəsi baxımından ağlabatan hesab edilə bilməz. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə həmin hissədə sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən zaminlik müqaviləsi Cavabdeh5 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğundan, bununla da tərəflər arasında müqavilə bağlanmadığından, həmin cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Bu səbəbdən də hesab edirik ki, ekspert rəyi başqa sübutlarla bir yerdə qiymətləndirildiyindən məhkəmə üçün məcburi deyil. Məhkəmə Cavabdeh5 iradə ifadəsini başqa sübutlarla araşdırmamış, həqiqi iradə ifadəsini müəyyən etməmişdir.

7. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0559 saylı zaminlik müqaviləsindəki imza Cavabdeh3 məxsus deyildir. Belə ki, Cavabdeh3 ümumiyyətlə həmin müqavilə barəsində məlumatı olmamış, bağlanmış həmin zaminlik müqaviləsinin imzalanmasında Cavabdeh3 iştirak etməmişdir. Cavabdeh3 aid məlumatlar, mobil nömrə iddiaçıda olmamış, cavabdehə məxsus olan məlumatların bir qismi əsasında iddiaçı hazırkı zaminlik müqaviləsini tərtib edərək onu Cavabdeh3 deyil də, tamam başqa şəxsə imzalatmışdır. Zaminlik müqaviləsinə nəzər saldıqda da görünür ki, müqavilədəki imza Cavabdeh3 imzasına qətiyyən oxşamır. Bank tərəfindən ümumiyyətlə Cavabdeh3 hər hansı zəng gəlməmiş, Cavabdeh3 belə bir müqavilənin olmasınıməhkəmə qətnaməsi çıxdıqdan sonra təsadüf nəticəsində öyrənmişdir. Həmçinin apellyasiya şikayətinə əlavə etdiyim “Whatsapp” tətbiqetməsindən çıxarılmış yazışmadan da görünür ki, digər Cavabdeh4 xx.xx.2021-ci il tarixdə (müqavilə bağlanmamışdan bir neçə gün əvvəl) Cavabdeh3 şirkətlə bağlı başqa bir müqavilənin bağlandığını, onunla əlaqədar şəxsiyyət vəsiqəsini göndərməsini istəyir, lakin Cavabdeh3 “yük altına girmək” istəmədiyini, hər hansımüqavilənin başlanmasında iştirak etmək istəmədiyini bildirərək şəxsiyyət vəsiqəsini ona vermir. Hətda yazışmalardan tam açıq formada görünür ki, Ramil Süleymanov sonradan müxtəlif bəhanələr göstərərək israrla yenidən Cavabdeh3 şəxsiyyət vəsiqəsini istəsə də Cavabdeh3 şəxsiyyət vəsiqəsini göndərmir və hər hansımüqavilənin bağlanmasında iştirak etmək istəmədiyini qətiyyətlə bildirir. Cavabdehlərdən Cavabdeh5lə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsində də imzanın Cavabdeh5 aid olmaması xətşünaslıq ekspertizasının rəyi əsasında hazırkıməhkəmə qərarı ilə müəyyən edilmişdir. Bu da iddiaçının saxta zaminlik müqaviləsi bağlamağa meyilli olduğunu, müqavilənin şəxsi məlumatlar hissəsində başqa şəxsin adının yazılıb, imzanın isə tamam başqa şəxsə aid olmasının mümkün ola biləcəyini bir daha təsdiq edir. Bundan başqa Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. xx.xx.2022-ci il tarixli alış sifarişi əsasında maaliyyələşmə əməliyyatı üzrə ərizə ilə 250 000 manat məbləğində pul "xxxx" MMC-yə güzəşt edilmişdir. Belə olduğu halda iddiaçı"xxxx" MMC-ni cavabdeh qismində müəyyən etməli və hazırkıməbləği ondan tələb etməli idi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyib. Belə ki, məhkəmə iclasının keçirilməsi barədə Cavabdeh3 hər hansı bildiriş gəlməmiş, bununla da o, məhkəmə iclasında iştirak edərək öz dəlillərini irəli sürmək, vəsatətlərini vermək hüququndan məhrum olmuşdur. Cavabdeh3 zaminlik müqaviləsindəki imzaların ona aid olmamasını israrla bildirir. Əgər o, məhkəmə iclasında iştirak etsəydi xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verər, ekspert rəyi nəticəsində də onun zaminlik müqaviləsini imzalamaması müəyyən edilmiş olardı. Cavabdeh3 işə baxılarkən keçirilən məhkəmə iclasları barədə məlumatı olmadığından iclaslarda iştirak edə bilməmiş və iddiaçının tələbinə qarşı etirazının əsaslarını təqdim edə bilməmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməməklə bu hüquqlarından məhrum olmuşdur.

8. Cavabdeh3 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1arasında xx.xx.2021-ci il tarixli ZF0557 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bildirir ki, qeyd olunankredit müqaviləsinin təminatı kimi onun adından imzalanmış zaminlik müqaviləsindən xəbərsizdir. Cavabdeh israrla bildirir ki, zaminlik müqaviləsi üzərində olan imza ona məxsus deyil. Müqavilə üzərində olan imza onun imzsına bənzətmək istəmişlər, lakin müqavilənin üzərində olan imzanı onun özünə məxsus imza ilə eyniləşdirə bilməmişlər. Hətta o bildirir ki, iş üzrə cavabdehlərdən biri Cavabdeh5 ilə bank arasında imzalanmış zaminlik müqaviləsi üzərində olan imzanın ona aid olmamasının məhkəmə qətnaməsi ilə təsdiqini tapması onu göstərir ki, kreditdən yararlanmaq üçün kimlərsə imzaları saxtalşdırmış və gələcəkdə yaranacaq borcun təminatı olaraq onların adıından zaminlik müqaviləsinə imza atmış, nəticədə bank qeyd olunan hallara göz yumaraq həmin zaminlik müqaviləsi əsasında əsas borcluya kredit ayırmışdır. Belə olduğu halda hesab edirəm ki, Cavabdeh1 iddiaçıqarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyidə yaranmamalıdır. Cavabdeh1la "xxxx" MMC arasında bağlanmış xx.xx.2020- ci il tarixli əmək müqaviləsinə əsasən o MMC-nin baş direktoru vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdək o Cavabdeh2 MMC-nin baş direktoru vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdən onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh1 xx.xx.2021-ciil tarixdən Cavabdeh2 MMC-nin baş direktoru vəzifəsindən işdən azad edildikdən sonra MMC- ilə aralarında olan bütün bağlılıqlara son qoyulmuşdur. Amma buna baxmayaraq iş materiallarında olan İddiaçı ASC (bundan sonra“Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə POF0570 saylı Alış Sifarişi üzrə X1 kredit müqaviləsi üzrə borcun təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2021-ci il tarixli ZF0557 saylı zaminlik müqaviləsi üzərində olan tarixdən aydın görünür ki, Cavabdeh1 MMC-nin baş direktoru vəzifəsindən işdən azad edilərək MMC ilə bütün sahələrdə bağlılıqlarına son verildikdən 03 ay 06 gün sonra İddiaçıASC ilə cavabdeh, əsas borclu "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış və həmin kreditinborcunun təminatı kimi cavabdeh RüfətHüseynovla zaminlik müqaviləsi bağlanmışdır. (əmək müqaviləsinin bağlanmasına dair və əmək müqaviləsinə xitam verilməsinə dair bildirşlər apellyasiya şikayətinə əlavə edilib) Cavabdehbildirir ki, Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclasları barədə onun məlumatı olmamaışdır. Hətta onun istifadə etdiyi mobil telefon nömrəsinə sms belə göndərilməmişdir. O, bildiri ki, əgər onun məhkəmə iclasları barədə məlumatı olmuş olsaydı o mütləq şəkildə məhkəmə iclasında iştirak edib həmin zaminlik müqaviləsi üzərində olan imzanın ona məxsus olmadığı, müqavilənin ona aid olmadığı barədə sübutlar əsasında iddia ərizəsinə etiraz etmiş olardı. Hətta onuda qeyd edim ki, məhkəmə iclasılarının keçirilməsi vaxtı və yeri barədə Cavabdeh1 məhkəmə bildirişlər çatmadığından İddiaçı ASC tərəfindənxx.xx.2023-cü il tarixdə sürətli poçt xidməti vasitəsi ilə iddia ərizəsinə əlavəni onun rəsmi qeydə alındığı ünvan 1 ünvanına göndərmiş, lakin mən həmin ünvanda yaşamadığım üçün məktub geri qaytarılmışdır. Qeyd etdiklərimizdən açıq aydıngörünür ki, işə baxan məhkəmə işə iş üzrə digər Cavabdeh5 münasibətdə bağlanmış zaminlik müqaviləsi üzərində olan imzanın ona aid olmadığını müəyyən etdiyi üçün iş üzrə digər zaminlərə münasibətdə zaminlik müqavilələrinin həqiqiliyini yoxlamaq məqəsdi ilə onların məhkəmədə iştirakını təmin edəcək bütün üsul və vasitələrdən istifadə etməli idi, amma göründüyü kimi məhkəmə bunu etməmiş və nəticədə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək eyni zamanda cavabdehin müdafiə hüququna şərait yaratmadan qanuna zidd qətnamə qəbul etmişdir. Hesab edirik ki, işə apellyasiya icraatı zaman araşdırılarkən məhkəmə işin hərtərəfli, tam obyektiv araşdırılması üçün Cavabdeh1 ilə İddiaçı ASC arasındabağlanmış xx.xx.2021-ci il tarixli ZF0557 saylı zaminlik müqaviləsi üzərində olan imzanın həqiqətəndə Cavabdeh1 və ya başqa şəxlər tərəfindən imzalanmasının həqiqiliyini müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etməli və müvafiq rəy alınmalıdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətinə etiraz edərək, öz şikayətinin məzmununa uyğun izahat verərək, öz verdikləri şikayətin təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Məhkəmə iclasına iştirak edən cavabdeh Məmmədov Samı̇ r Valeh oğlunun nümayəndəsi (vəkili) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, öz şikayətinin məzmununa uyğun izahat verərək, öz verdiyi şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasına iştirak edən Cavabdeh1 Xaliq nümayəndəsi (vəkili) X7 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, öz şikayətinin məzmununa uyğun izahat verərək, öz verdiyi şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. Məhkəmə iclasına iştirak edən cavabdeh Qulı̇ yev Samı̇ r Telman oğlunun nümayəndəsi (vəkili) Vəkil2 cavabdehlərin apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, cavabdehlərin şikayətlərin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

14. Məhkəmə iclasına iştirak edən cavabdeh Süleymanov Ramı̇ n Zahı̇ r oğlu iddiaçının apellyasiya şikayətinə etiraz etməmişdir. O, iddiaçının iddiasını təsdiq etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

18. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində, həmçinin zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində illik 14% dərəcəsi ilə xx.xx.2022-ci ilə qədər 250.000 manat kredit xətti açılmış və kredit verilmişdir. Cavabdeh2 MMC kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və cərimə borcu yaranmışdır.

33. İddiaçı ASC ilə ayrı-ayrılıqda zaminlər Cavabdeh1 arasında bağlanmış ZF0557 saylı, Cavabdeh5 ilə - ZF0558 saylı, Cavabdeh3 ilə - ZF0559 saylı, Cavabdeh4 ilə - ZF0560 saylı xx.xx.2021- ci il tarixli zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh2 MMC-nin xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi üzrə Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalan ilə birlikdə Bank qarşısında öhdəlik götürmüşlər. Həmin müqavilələrin 3-cü maddəsinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1 bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır.

34. Kredit müqaviləsi, zaminlik müqavilələri tərəflərin imzası və iddiaçının imzası, möhürü ilə təsdiq olunmuşdur.

35. xx.xx.2023-cüil tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə POF0570 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 203.986,67 manat əsas borc, 94672,49 manat cərimə borcu, cəmi 298.659,16 manat, gecikmə günü 561 müəyyən edilmişdir.

36. Cavabdehlər tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır.

37. Məhkəmə əsas və cərimə borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə, həmçinin Cavabdeh5 vəsatətinə (zaminlik müqaviləsində imzanın ona məxsus olmaması ilə bağlı) əsasən iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə-xətşunaslıq ekspertizaları təyin etmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 4/96- 9/460 saylı rəyində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, POF0570 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 MMC-nin iddiaçı "xxxx" ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2023-cü il tarixə əsas borcu 203986,67 manat, faiz borcu 53660,85 manat, maliyyə arayışında göstərilən xx.xx.2023 tarixə əsas borc üzrə 203986,67 manat və faiz borcu üzrə 57468,60 manat müəyyən edilmişdir. Və İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0558 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh5” hissəsində (imza) qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir.

38. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli, POF0570 saylı maliyyələşdirmə üçün ərizə nəzərə alınmaqla Cavabdeh2 MMC-nin ekspert rəyində göstərilən əsas borcu iddia tələbində göstərilən əsas borc tələbi ilə eynilik təşkil etdiyi üçün, iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. (Hazırki iş üzrə müqavilə üzrə faiz borcunun tutulması tələbi yoxdur)

39. İş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2021-ci il tarixli, POF0570 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsinə əsasən hesablanmış 94672,49 manat məbləğində cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.

40. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə pulu xx.xx.2021-ci il tarixli, POF0570 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsinə əsasən 10.200 manat məbləğində müəyyən edilməlidir.

41. İddiaçının mübahisələndirdiyi dəbbə pulunun tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

42. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

43. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

44. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq və əsaslı olaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 10.200 manat məbləğində müəyyən edilməlidir. Cərimə məbləğinin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ədalətli və işin hallarına uyğundur. Məhkəmə formalaşmış təcrübəyə əsasən əsas borcun 5 faiz həddində dəbbə pulunu müəyyən etmişdir.

45. İddiaçının mübahisələndirdiyi zamin Cavabdeh5 münasibətdə iddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

46. Birinci instansiya icraatı zamanı hazırlıq iclasında iştirak edən Cavabdeh5 və nümayəndəsi iddianın ona aid hissədə qəbul etməyərək bildirmişlər ki, zaminlik müqaviləsində olan imza Cavabdeh5 məxsus deyil, həmin müqavilə üzrə məhkəməxətşunaslıq ekspertizasının təyin edilməsini xahiş etmişlər.

47. MEM-in xx.xx.2024-cü il tarixli, 4/96-9/460 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0558 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh5” hissəsində (imza) qrafasındakı imza – Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.

48. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2021-ci il tarixli POF0570 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsinin təminatı olaraq Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmamışdır.

49. İşdən görünür ki, əsas tələbi təmin edən əlavə tələb üzrə bağlanan müqavilədəki imza Cavabdeh5 məxsus deyil və belə olan təqdirdə onun kredit müqaviləsinə zamin durması müəyyən edilməmişdir.

50. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin iddianın təmin edilməyən hissəsində gəldiyi qənaət əsaslı, qanuni və işin hallarına uyğundur. Əqdin etibarlılıq şərtlərindən biri – səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq puç əqddir.

51. Cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşan kollegiya onlara münasibətdə aşağıdakıları qeyd edir.

52. İşdən görünür ki, cavabdeh olan apellyatorların məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırma vəzifəsi məhkəmə tərəfindən natamam icra edilmişdir. Belə ki, bildirişlər onların ünvanlarına göndərilsə də geri qayıtmışdır. Lakin qətnamə elektron kabinetə yerləşdirilərkən cavabdehlərdən birinin kabinetinə yüklənmişdir. MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə edilməmişdir. Məhkəmə tərəflərə sms göndərilməsi və ya elektron kabinetlə məlumat verilməsi imkanlarından yararlanmamış, nəticədə cavabdehlər məhkəmə iclasında iştirak edərək apellyasiya icraatında verdikləri vəsatəti vermək imkanından məhrum olmuşlar. Bu isə çəkişmə və bərabərlik prinsiplərinin pozulması deməkdir.

53. Bununla bağlı Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli qərardadında həmçinin göstərilmişdir ki, ...bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. ...Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar).

54. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (MPM-nin 135.1-ci maddəsi).

55. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

57. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

58. Məhkəmə kollegiyası cavabdehlərin vəsatəti əsasında zaminlik müqavilələrindəki imzanın apellyatorlara məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası keçirmiş, daxil olan MEM-in xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/1626 saylı məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0557 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh1” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.

59. Həmçinin həmin rəydə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ZF0559 nömrəli zaminlik müqaviləsinin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və 2-ci vərəqində “Zamin: Cavabdeh3” qrafasındakı imza – Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur.

60. Kollegiya hesab edir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanması təsdiq edilməyindən həmin müqaviləyə istinadən borcun, həmçinin dəbbə pulunun həmin cavabdehlərdən tələb edilməsi əsassızdır. Əqdin etibarlılıq şərtlərindən biri – səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq puç əqddir.

61. İddiaçının nümayəndəsi zaminlik müqavilələrində olan imzanın başqa şəxslərə aid olması ilə bağlı xidməti yoxlama əsasında müvafiq prokurorluq orqanına məlumat verildiyini və cinayət işinin açıldığını bildirdi. Kollegiya bu halı nəzərə alaraq hesab edir ki, qeyd edilən halla bağlı xüsusi qərardadın qəbul edilməsi zərurəti aradan qalxmışdır.

62. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-391/2024 nömrəli nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 203,986.67 (iki yüz üç min doqquz yüz səksən altı manat altmış yeddi qəpik) manat əsas borc, 94672,49 (doxsan dörd min altı yüz yetmiş iki manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 298659,16 (iki yüz doxsan səkkiz min altı yüz əlli doqquz manat, on altı qəpik) manat məbləğində borcun tutulması dair iddiası təmin edilməsin. Təmin olunan tələbə münasibətdə mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 189 (bir yüz səksən doqquz) manat dövlət rüsumunun cəmi 422,31 manat hissəsi tutulmasına Cavabdeh2 MMC və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Həmin xərclərin digər hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertizaların keçirilməsinə xərclənmiş 226 manat məbləğində pul vəsaitinin 162 manat hissəsi cavabdеhlər Cavabdeh2 MMC və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. 64 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. 126 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. İddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilsin. Apellyator olan cavabdehlərin ödədiyi dövlət rüsumlarının cəmi 631 manat İddiaçı ASCdən tutularaq yarısı Cavabdeh1 və digər yarısı Cavabdeh3 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar