Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-827/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-168/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması Kredit Müqaviləsi üzrə 209 741.27 manat əsas, 105.1 manat faiz və 105.1 manat cərimə borcu olmaqla cəmi 209 951.47 manat kredit borcu və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “21 oktyabr 2020-ci il tarixli, 73/107 saylı Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə kredit müqaviləsinə əsasən kredit müqaviləsinin bitdiyi 21 oktyabr 2023-cü il tarixə 84,778.27 manat əsas, 5,387.64 manat faiz və müqavilənin müddətinin bitdiyi 21 oktyabr 2023-cü il tarixdən 25 aprel 2024-cü il tarixə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmış borc isə 2166.56 manat borc, Fond tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş məbləğ üzrə 108,648.02 manat borc və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2-2(113)-168/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 21 oktyabr 2020-ci il tarixli 73/107 saylı “sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə” Kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə 80198.38 manat əsas borc, 4912.15 manat faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faiz hesablanmış 293.29 manat borc olmaqla, cəmi 85403.82 manat Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanətinə əsasən ödənilmiş 108648.02 manat və ödənilmiş 508 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun eyni tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. 11 iyun 2025-ci il tarixdə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti təqdim etmiş və apellyasiya şikayətinə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək ötürülmüş müddətin bərpa edilməsini və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-168/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmənin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-168/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-168/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinə verilmiş müddətin bərpa edilməsi ilə bağlı ərizəninin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş vəsatətdə müddətin ötürülməsinin üzürlü olmasına dair sübut əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Asan İmza lisenziyası 25 may tarixində aktivləşdirilmişdir. X5 sertifikatının müddətinin bitməsi prosessual hərəkəti etməyi əhəmiyyətli dərəcədə çətinləşdirmişdir, lakin məhkəmə bu faktiki halları araşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-168/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 168/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh1 məxsus elektron kabinetə, həmçinin onun qanuni təmsilçisi olduğu digər cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 MMC-nin elektron kabinetinə yerləşdirilməklə cavabdehlərə rəsmi qaydada təqdim edilmiş, həmin tarixdə hər 3 cavabdehin elektron kabineti aktiv olmuşdur. Cavabdeh1 həm öz, həm 2 fərqli hüquqi şəxs adından apellyasiya şikayəti vermək hüququna malik olmasına baxmayaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə bu hüquqdan istifadə etməmiş, nəticədə sözügedən qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdehin asan imzanın xx.xx.2025-ci il tarixdə aktiv edilməsinə dair dəlillərinə və buna dair əlavə etdiyi çıxarışa münasibətdə məhkəmə qeyd edir ki, asan imza xx.xx.2025-ci il tarixdə aktivləşləşdirilməsi ehtimalı nəzərə alınsa belə cavabdeh həmin tarixdən 20 gün sonra - 11 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti təqdim etmişdir. Beləliklə, ərizədə qeyd olunan hallar müddətin buraxılmasının üzürlü hesab edilməsinə əsas vermədiyindən ərizə rədd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. - 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-168/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-827/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-827/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver