Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-828/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə obyektindən istifadə edilməsinə maneələrin qadağan edilməsi” tələbinə dair ilk iddia və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin icarə obyektindən çıxarılması” tələbinə dair qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 və 3cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2294/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC və 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 07 nömrəli Qərarı ilə İddiaçı MMC-yə Yüksək Texnologiyalar Parkının qeydiyyat şəhadətnaməsi verilmiş və "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-F saylı müqavilə bağlanmışdır.
2. Bundan sonra "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
3. Daha sonra "xxxx" MMC (icarəyə verən) Yüksək Texnologiyalar Parkının rezidenti İddiaçı MMC (icarəçi) ilə ünvan 1 ünvanında yerləşən Yüksək Texnologiyalar Parkının ərazisində 4300 kv.m torpaq sahəsinin (dövlət mülkiyyətində olan) icarəyə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamış və müqavilənin müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanında – Yüksək Texnologiyalar Parkı ərazisində İddiaçı MMC-nin icarəsində olan 4300 kv.m torpaq sahəsindən İddiaçı MMC tərəfindən sərbəst istifadə edilməsinə, o cümlədən həmin sahəyə işçilərinin və yüklərinin buraxılmasına və eləcə də tikinti işlərinin həyata keçirilməsinə "xxxx" MMC tərəfindən maneələrin törədilməsi hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, icarə müqaviləsinin 3.3.1-ci bəndinə əsasən iddiaçı onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən icarə müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququna malikdir. “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP021-F saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə tam uyğun olaraq iddiaçı icarəsində olan torpaq sahəsində kartof fri və çipsi istehsalını həyata keçirmək hüququna malikdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq icarəsindəki torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə başlamış, bunun üçün xeyli miqdarda investisiya qoymuş, tikinti işərinə başlamış və avadanlıqları idxal edib kartof fri və kartof çipsi istehsalı sexinin inşasına və quraşdırılmasına başlamışdır. İddiaçı həmin istehsal sexinin bünövrəsini və əsas sütunları artıq inşa etmiş və tikintinin tamamlanması üçün zəruri olan tikinti konstruksiyaları, materialları və avadanlıqları satın alıb idxal edərək Yüksək Texnologiyalar Parkının ərazisinə gətirmiş və icarəsində olan sahənin yanında açıq havada yerləşdirmişdir. Lakin 2022-ci ilin avqust ayından başlayaraq "xxxx" MMC heç bir bildiriş və/və ya izahat vermədən iddiaçının sexinin tikintisini həyata keçirən işçilərin və sex üçün nəzərdə tutulan avadanlıqların Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır. Cavabdeh yuxarıda qeyd edilən faktiki hərəkətləri ilə iddiaçıya icarəsində olan əmlakdan (torpaq sahəsindən) müqavilə məqsədləri üçün istifadəsinə mane olur. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə icarəsində olan torpaq sahəsindən müqavilə məqsədləri üçün istifadə edilməsinə maneələrin aradan qaldırılmasını tələb etmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmişdir. İddiaçı cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya təklifi və ərizəni göndərmiş, lakin cavabdeh mediator tərəfindən dəvət olunsa da, mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır. İddiaçı yuxarıda qeyd olunmuş müqavilələrin şərtlərinə tam əməl edir və cavabdeh müqavilə öhdəliklərinin pozulmasına dair hal-hazıra kimi hər hansı pretenziya verməmişdir. Cavabdehin verdiyi arayışdan da görünür ki, iddiaçı icarə haqqını vaxtlı-vaxtında ödəyir və borcu yoxdur. İcarədə olan sahədən istifadəyə maneələr həmin sahəyə sahiblikdən məhrum etmədən törədilir və 2022-ci ilin avqust ayının sonundan başlayaraq fasiləsiz davam edir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 08 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Texnopark yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Texnoparkda rezidentlərin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə” ilə tənzimlənir. AMEA Yüksək Texnologiyalar Parkı yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir. İddiaçı MMC-nin innovasiya layihəsinə Azərbaycan Milli Elmlər X1 tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda İddiaçı MMC-nin rezident kimi qəbul olunmasına qərar verilmişdir. xx.xx.2022-ci il tarixli Fərman ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan "xxxx" MMC Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş və müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci il tarixli 05/21-YTP-021-F saylı AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin 3.2-ci bəndinə görə, rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvozedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ilə əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Kartof fri və çipsi istehsalı elmtutumlu və innovasiya yönümlü hesab olunmadığından İddiaçı MMC-yə qeyd edilən layihə üzrə işlərinin dayandırılması xahiş olunmuşdur. Əsasnamənin tələblərinə görə, İddiaçı MMC-nin innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir.
7. Eyni zamanda iddiaçı "xxxx" MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-nin ünvan 3 ünvanında Yüksək Texnologiyalar Parkında yerləşən "xxxx" MMC-yə məxsus 4300 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Həmin Əsasnamənin 1.2.5-ci bəndinə görə, innovasiya və ya yüksək texnologiya layihəsi - texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrinin sənaye, xidmət və diger sahələrdə tətbiqi (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksek texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəddir. Əsasnamənin 2.0.2-ci bəndinə görə Texnoparkın yaradılması məqsədlərindən biri müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsidir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci İİ tarixil 05/21-YTP-021-F nömrəli AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqaviləmin 3.2-ci bəndinə görə, rezident layihə üzrə elmtutumlu, innovasiya yönümlü, idxal əvəzedən və gələcəkdə ixraca yönəlik aşağıdakı məhsulun istehsalı və satışı ilə əlaqədar, kartof fri və çipsi istehsalını həyata keçirir. Əsasnamənin tələblərinə görə, İddiaçı MMC-nin innovasiya layihəsi innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirmir.
9. İddiaçı MMC qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, icarə müqaviləsində 8.3-cü bəndində müqavilənin xitamının əsasları nəzərdə tutulmuşdur. Lakin qeyd olunan bənddə nəzərdə tutulan əsaslar mövcud deyil: icarə müqaviləsinin müddəti başa çatmamışdır (8.3.1), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə qüvvədədir (8.3.2), torpaq sahəsinin icarə müqaviləsinin şərtlərinə uyğun gəlməməsi halı yoxdur (8.3.3), icarəçi icarə haqqını tam və vaxtında ödəyir (8.3.4). Mülki Məcəllənin 719-cu maddəsində nəzərdə tutulmuş icarə müqaviləsinə xitam verilməsinin əsasları da mövcud deyildir. İcarə müqaviləsinə əsasən torpaq icarəçinin qanuni istifadəsindədir və icarə müqaviləsinin 3.3.1-ci maddəsinə əsasən iddiaçı onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən icarə müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilən həddə sərbəst istifadə etmək hüququna malikdir. İddiaçının torpaq sahəsinə dair icarə hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) xx.xx.2022-ci il tarixli çıxarışla qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21-YTP-021-E saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə uyğun olaraq iddiaçı icarəsindəki torpaq sahəsində kartof fri və çipsi istehsalını həyata keçirmək hüququna malikdir. Həmin müqavilə "xxxx" MMC tərəfindən imzalanmışdır və qüvvədədir. İddiaçı həmin müqavilə ilə ona hüquq verilmiş fəaliyyətlə məşğul olur və bununla bağlı hər hansı pozuntuya yol verməmişdir. İş materiallarına əlavə edilən mətbuat materialları, video çəkilişlər və sair sübutlar ona dəlalət edir ki, iş üzrə cavabdeh "xxxx" MMC İddiaçı MMC-nin ünvan 3 ünvandakı 4300 kv.m torpaq sahəsində tikinti işlərinin aparılmasından tam məlumatlı idi və bu işlərin həyata keçirilməsinə qarşı hər hansı etiraz bildirməmişdir. Cavabdehin müvafiq müqavilələr bağlandıqdan sonrakı hərəkətləri (cavabdehin rəhbərliyinin tikintinin təməl qoymasında şəxsən iştirakı, tikinti işçilərinin və malmaterialların əraziyə daxil olması, tikinti işlərinin icrasına dair hər hansı etirazın edilməməsi) aydın göstərir ki, "xxxx" MMC sözügedən tikintinin həyata keçirilməsinə razı olmuşdur. Digər tərəfdən, Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə aiddir.
10. Üçüncü şəxsin nümayəndəsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir və bildirir ki, İddiaçı MMC tərəfindən təqdim edilən innovasiya layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə ziddir. Belə ki, kartof fri və çips istehsalı elmtutumlu fəaliyyət deyildir. "xxxx" MMC Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra texnoparkda fəaliyyət göstərən rezidentlərlə bağlı araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Aktdan da görünür ki, İddiaçı MMC-nin fəaliyyəti əsasnamənin tələblərinə uyğun hesab olunmadığından fəaliyyətlərinin dayandırılması məqsədəuyğun hesab olunmuşdur. MMC-yə başqa parkın ərazisinə köçmək təklif olunmuş, lakin razılaşmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2294/2023 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.
12. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
13. Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 və 3-cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə etdilər, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Tabıbıan Ramın və iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətlərinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
18. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.
19. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir. 20.Həmin Məcəlləsinin 75-ci maddəsinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.
21. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. 22.Həmin Qanunun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 23.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə görə Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır.
26. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi təşkil edir.
27. Həmin maddənin tələblərinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
28. Tərəflər arasında bağlanmış müqavilənin 8.3.7-ci bəndində də nəzərdə tutulmuşdur ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur.
29. Hazırkı işdə də qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri mövcuddur.
30. Belə ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır və mübahisəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş, qeyd olunan hüquq dövlət qeydiyyatına alınmışdır.
31. Buna baxmayaraq, icarəyə verən icarəçinin işçilərini və sex üçün nəzərdə tutulan avadanlıqları AMEA Yüksək Texnologiyalar Parkının ərazisinə buraxmır, tikinti işlərinin həyata keçirilməsinə maneə yaradır və hazırda qarşılıqlı iddia irəli sürərək, icarəçinin torpaq sahəsindən çıxarılmasını tələb edir.
32. Cavabdeh ilk iddiaya etirazını və qarşılıqlı iddiasını İddiaçı MMC-nin fəaliyyətinin elmtutumlu fəaliyyət olmadığı ilə əsaslandırır.
33. Kollegiya hesab edir ki, hazırki mübahisənin predmeti baxımından cavabdehin həmin dəlilləri əsassızdır və heç bir halda ilk iddianın rədd və qarşılıql iddianın təmin edilməsi əsası kimi çıxış edə bilməz.
34. Belə ki, əvvəla Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
35. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.3.4-cü bəndindən də görünür ki, icarəyə verən ilə rəsmi qaydada razılaşdırılmış istehsal sahələri qurmaq, tikililər, avadanlıqlar və qurğular quraşdırmaq icarəçinin hüquqları sırasında təsbit olunmuşdur.
36. Həmçinin iddiaçının təqdim etdiyi investisiya layihəsinə əsasən istehsal binasının inşası və avadanlıqların qurulması layihədə təsbit olunmuşdur. Məhz qeyd olunan layihə əsasında iddiaçıya texnoparkın rezidenti kimi qeydiyyat şəhadətnaməsi verilmiş və icarə müqaviləsi bağlanmışdır.
37. Kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsindən görünür ki, investisiya proqramı, istehsalat binası, alınacaq avadanlıqlar, istehsal gücü, işçi heyəti və kadrların ixtisasına dair tələblər, layihə üzrə nəzərdə tutulan əsas işlərin mərhələləri, görüləcək işlərin yerinə yetirilməsi ardıcıllığı qrafiki, məhsulun xarakteristikası istehsal imkanları gücü və s. layihədə göstərilmişdir.
38. Tərəflər arasında bağlanmış “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin h“AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” 05/21- YTP-021-E saylı xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.1-ci bəndinə əsasən rezident (iddiaçı) kartof fri və çipsi istehsalını həyata keçirir, 7.5-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2031-ci ilədək müəyyən edilir, müqavilə rezidentin texnoparkın rezidenti statusunun mövcud olduğu müddət ərzində qüvvədədir. Müqavilənin 8.3.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsini həyata keçirmək üçün lazım olan şəraitin yaradılmasını idarəedici təşkilatdan tələb etmək rezidentin hüququdur. Müqavilənin 13.3-cü bəndinə əsasən rezident tərəfindən qoyulan investisiyanın “İnvestisiya fəaliyyəti haqqında” Qanunun müvafiq maddələrinə əsasən qorunması idarəedici təşkilat ("xxxx" MMC) tərəfindən təmin edilir.
39. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən torpaq sahəsi Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir.
40. Göründüyü kimi, İddiaçı MMC-nin pozulmaqdan müdafiəsini tələb etdiyi hüququ “AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətin həyata keçirilməsinə dair” müqavilə və icarə müqaviləsindən irəli gəlir.
41. Həmin icarə müqaviləsi isə qüvvədədir və bu növ torpaq icarəsinə dair müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi ya tərəflərin razılaşması, ya da məhkəmə icraatı qaydasında həyata keçirilir. 42.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1, 75.2-ci maddələri və Mülki Məcəlləsinin 719.1, 719.4-cü maddələrinin əlaqəli surətdə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.
43. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.
44. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. 45.Eyni zamanda, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə görə torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 46.“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 47.Torpaq Məcəlləsinin 75-ci maddəsinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 48.Beləliklə, qeyd olunan maddi hüquq normalarının birgə təfsirinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış torpaq icarəsinə dair müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi (tərəflər arasında razılıq olmadığı halda) yalnız məhkəmə icraatı qaydasında həyata keçirilməlidir 49.Lakin, tərəflər arasında müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməyib, icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması işin mübahisəsiz halıdır. 50.Cavabdehin yalnız hazırki icraat zamanı müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə hazırki mübahisəyə baxılmasına mane olan hal deyildir. Gələcəkdə bununla bağlı yekun məhkəmə aktı qəbul olunduğu təqdirdə cavabdeh bunun nəticələrinin tətbiq olunmasını tələb edə bilər. 51.Hazırki halda, yəni tərəflər arasında icarə münasibətlərinin mövcudluğu və icarə müqaviləsinin qüvvədə olması halında cavabdeh tərəfindən iddiaçının icarə predmeti olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə maneələrin törədilməsi tam əsassızdır və iddiaçı həmin hərəktlərə son qoyulmasını tələb etməkdə haqlıdır, qarşılıqlı iddia isə özü-özlüyündə əsassızdır.
52. Eyni zamanda, qeyd olunur ki, hər iki müqavilənin tərəfi qismində məhz "xxxx" MMC çıxış edir. Ona görə də, cavabdehin hüquqi şəxsin tabeliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilməsi mübahisənin həlli baxımından heç bir əhəmiyyət daşımır.
53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC və 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2294/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn