Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-83/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh X2 nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2011/2020 saylı iddianın baxılmamış saxlanılması barədə qərardadından iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X3 və Cavabdeh2 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş xx xxxx 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə xx.xx.2020-ci il tarixə iddiaçıya borclu olduğu 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 850.000 manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlakın boşaldılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2011/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2011/2020 saylı qərardadının ləğv edilməsini və kommersiya işi üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli 941/P saylı pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 həm şəxsiyyət vəsiqələrində, həm Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarında qeyd olunmuş – ünvan 1 A ünvanına iddiaçı tərəfindən pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin 118811 və 117723 saylı qaimələrindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilən pretenziya məktubları xx xxxxxxxx 2019-cu il tarixdə “İmanova” tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx xxxx 2020ci il tarixli 625/P saylı pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 həm şəxsiyyət vəsiqələrində, həm Azərbaycan Respublikası DİN-nin BPQMİnin MAPS şöbəsinin arayışlarında qeyd olunmuş – ünvan 1 A ünvanına iddiaçı tərəfindən pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli aktlarından müəyyən olunur ki, pretenziya məktubları göstərilən ünvanlara göndərilmiş, lakin alan şəxslər həmin ünvanlarda yaşamadıqları səbəbindən pretenziya məktublarının onlara təqdim olunması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx xxx 2020-ci il tarixli 1451/P saylı “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” Bildirişindən müəyyən olunur ki, Cavabdeh1 həm şəxsiyyət vəsiqəsində, həm Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışında qeyd olunmuş – ünvan 1 A ünvanına iddiaçı tərəfindən bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin 029012 saylı qaiməsindən və xx xxx 2020- ci il tarixli aktından müəyyən olunur ki, bildiriş göstərilən ünvana göndərilmiş, lakin alan şəxs bildirişi qəbul etməkdən imtina etdiyi üçün çatdırılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASCnin xx xxxx 2020-ci il tarixli 3009 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 həm şəxsiyyət vəsiqələrində, həm Azərbaycan Respublikası DİN-nin BPQMİnin MAPS şöbəsinin arayışlarında qeyd olunmuş – ünvan 1 A ünvanına iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdehlərə göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin 030289 və 030290 saylı qaimələrindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilən iddia ərizəsinin surətləri xx xxxx 2020ci il tarixdə “Tağıyev” tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli aktından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin surəti Cavabdeh1 ipoteka predmeti olan - ünvan 2 ünvanına göndərilmiş, lakin alan şəxs iddia ərizəsinin surətini qəbul etməkdən imtina etdiyi üçün çatdırılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli aktlarından Dövlət rüsumunun ödənilməsi haqqında məlumat müəyyən olunur ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin surəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həm şəxsiyyət vəsiqələrində, həm Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarında qeyd olunmuş – ünvan 1 A ünvanına göndərilmiş, lakin ünvanın qapısı bağlı olduğu səbəbindən çatdırılması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı ASC mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət edərək, cavabdehlərin rəsmi qeydiyyatda olduqları ünvanlara, həmçinin ipoteka predmeti yerləşdiyi ünvana dəfələrlə həm pretenziya məktubları, həm ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş, həm iddia ərizəsinin surəti iddiaçı tərəfindən cavabdehlərə göndərilmişdir. Həmin sənədlər cavabdehlər tərəfindən əvvəllər qəbul edilsə də, daha sonra isə qəbulundan yayınaraq, ya qəbulundan imtina edilmiş, ya da ki, ünvanın qapısı bağlı olmuşdur. Hazırki qərardad İddiaçı ASC-nin prosessual hüquqlarını və qanunla qorunan maraqlarını kobud şəkildə pozur, ümumiyyətlə, ədalət mühakiməsinin qarşısını alır. Məhkəmə hazırki qərardadı qəbul edərkən, işdə olan sənədlərə düzgün qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2011/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onların nümayəndələri məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2011/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarından və izahatlardan aydın olur ki, cavabdehlər ailə üzvləridir və ünvan 1 A ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarının 85-87 vərəqlərinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli 941/P saylı pretenziya məktubu cavabdehlərin qeydiyyatda olduqları ünvana sürətli poçt vasitəsi ilə göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə “İmanova” tərəfindən qəbul edilmişdir. Sonrakı tarixlərdə bank tərəfindən göndərilmiş pretenziya məktubları isə cavabdehlərin həmin ünvanda yaşamadığı, qapının bağlı olduğu və ya məktubun qəbulundan imtina edildiyinə dair poçt qeydləri ilə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pretenziya məktublarını cavabdehlərin müqavilə bağlayarkən təqdim etdiyi ünvana göndərməklə qanundan irəli gələn pretenziya qaydasına riayət etmək öhdəliyini icra etmiş sayılır. Qarşı tərəfin poçt göndərişlərini qəbul etməkdən imtina etməsi və ya digər formada kreditor tərəfindən göndərilən məktubların qəbulundan yayınması kreditorun pozulmuş hüququnun müdafiəsi üçün iddia qaldırmaq hüququnun pozulmasına və məhkəmə müdafiəsindən məhrum olmasına səbəb ola bilməz. Kredit borcu ilə bağlı bank tərəfindən göndərilmiş ən azı bir pretenziya məktubunun cavabdehlərə çatdığını nəzərə alınarsa birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamağa haqlı olmamışdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət əsaslı hesab edilərək təmin edilməli, xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2011/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-2011/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-83/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-83/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver