Məhkəmə qərarları › İş №2-2(103)-830/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-830/2024

31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-830/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (LPO Maraqlı şəxs ASC üçüncü şəxs olmaqla) qarşı xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin etibarsız sayılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-1638/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2023-cü il tarixli keçirilmiş hərracın və nəticələrinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2023cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1638/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hərrac keçirilərkən iddiaçıya heç bir məlumat verilməmişdir. Bu da onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə prosessual və maddi hüquq normalarınının tələblərini pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

10. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

11. Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

12. İpoteka haqqında qanunun 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.

13. Həmin qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

14. Həmin qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

15. Həmin qanunun 43.4 və 43.5-ci maddələrinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

16. Həmin qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

17. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMCdən 189.580,71 manat məbləğində əsas, 28.354,6 manat məbləğində faiz borcu, 8.000 manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat məbləğində faiz borcu, cəmi 227.383,46 manat məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və həmin tarixdə icra edilməsi üçün Bakı şəhəri Səbail rayon cra şöbəsinə göndərilmişdir. Qətnamənin icrasının təmin edilməsi məqsədilə Səbail rayon İcra şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiymətinin 397.100 manat məbləğində müəyyən edildiyini bildirmiş və “İcra haqqında” AR Qanunun 53.2-ci maddəsinə uyğun olaraq, ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satılması üçün hərrac və təkrar keçirilmiş, təkrar hərrac baş tutmadığından ipoteka predmetinin əldə edilməsi “İpoteka haqqında” AR Qanununun 43.7- ci maddəsinə əsasən ipotekaqoyana təklif edilmiş və ipotekaqoyan qanunla müəyyən edilmiş müddətdə həmin ipoteka predmetini əldə etmişdir.

21. "xxxx" MMC hərraclar barədə kütləvi informasiya vasitələrində elan verməklə, eyni zamanda Hazırda İddiaçı keçirilmiş hərracın nəticələrini mübahisəndirmiş və iddiasına əsas kimi iki faktiki hala - ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsinə və hərracın onun xəbəri olmadan keçirilməsinə istinad etmişdir.

22. Birinci halla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, iddiaçı MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından həmin qiyməti mübahisələndirməkdə haqlı deyil.

23. İkinci hala, yəni iddiaçıya keçiriləcək hərrac barədə məlumat verilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə hərracın və xx.xx.2023-cü il tarixdə təkrar hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən İddiaçı hərracların vaxtı və yeri barədə məlumat verilməsi məqsədilə sifarişli məktublarla bildirişlər göndərilmişdir.

24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, təkrar hərracla bağlı bildiriş 6 iyun 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. İlkin hərracın keçirilməsi ilə bağlı bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sənədin təqdim edilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” AR qanunun tələblərinə əsasən hərrac təşkilatlarının üzərinə ipoteka saxlayana və ipoteka qoyana bildirişlər göndərmək vəzifəsi qoyulmuşdur ki, ilkin hərracla bağlı iddiaçıya bildiriş göndərilməsini təsdiq edən poçt zərfinin surəti iş materiallarına əlavə edilmişdir.

25. Odur ki, "xxxx" MMC hərraclar barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirməklə, eləcə də ipoteka qoyana bildirişlər göndərməklə hərrac barəsində məlumatlandırma ilə bağlı qanunda nəzərdə tutulmuş vəzifələrini icra etmişdir. Belə olan halda birinci hərracla bağlı göndərilmiş bildirişin iddiaçıya çatdırılmaması ehtimal edilsə də, həmin hal hərrac təşkilatı tərəfindən qanun pozuntusuna yol verilməsi barədə nəticəyə gəlməyə əsas vermir.

26. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi eyni dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd olunan arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

27. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1638/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar