Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-835/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2-2(113)-3823/2022 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (VÖEN **********) 2200 ABŞ dolları və 208 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat xidmət haqqı və mediyasiya xidmətinin göstərilməsinə görə 70 manat rüsumun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2-2(113)-3823/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçı ASC-yə izah edilmişdir ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual qanunvericiliyinin tələblərinə əsasən, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmiş, sonuncuya M/11- 2000 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş sürətli poçt xidməti vasitəsi ilə göndərilmiş, lakin cavabdehin hüquqi ünvanında polis şöbəsi yerləşdiyindən cavabdehə təqdim etmək mümkün olmamışdır. Həmin bildirişin göndərilməsini və təqdim edilib-edilməməsini təsdiq edən 317992 nömrəli poçt qaiməsi və xx.xx.2022-ci il tarixli akt iddia ərizəsinə əlavə edilmiş və həmin iddia ərizəsinin surəti, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə birlikdə cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 vasitəsilə göndərilsə də cavabdehin elektron kabineti mövcud olmadığından sənədləri sonuncuya elektron formada təqdim etmək mümkün olmamışdır. Mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmiş olsa da, onlardan asılı olmayan səbəblərdən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi mümkün olmamış və səbəbini qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsində qeyd olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yendən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə yalnışdır. Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məcəllənin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Göründüyü kimi cavabdehin hüquqi ünvanı polis şöbəsinə aiddir. Bu səbəbdən də iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri cavabdehə çatdıra bilməmişdir. Bu halı da iddia ərizəsində əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2-2(113)- 3823/2022 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yendən baxılması üçün İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya işi Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-835/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-835/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver